Microsoft Word taxil zerervericileri sooon docx



Yüklə 228,89 Kb.
Pdf görüntüsü
səhifə10/10
tarix04.02.2018
ölçüsü228,89 Kb.
#23739
1   2   3   4   5   6   7   8   9   10

37

 

Anbara verilən bütün buğda, arpa və qarğıdalının nəmliyi 



normal həddə olmalıdır. 

Fiziki-mexaniki mübarizə.  Zərərvericilərin tavanda, divar-

larda, həmçinin anbarın içərisində olan kisələrin üzərindən 

təmizlənməsi güclü tozsovuranla yerinə yetirilə bilər. 

Zərərverici ilə artıq yoluxmuş dənlər 1-2 dəfə dən təmizləyən 

maşınlardan keçirilməlidir. 

Anbar zərərvericilərini məhv etmək üçün, isitmək imkanı olan 

binaları 50-60°C temperaturda, soyudulmaq imkanları olanları isə 

mənfi 10°C temperaturda 10-12 saat saxlamaq lazımdır. 

Ultraqısa dalğalı elektrkik sahəsinin tətbiqi ilə işləyən xüsusi 

qurğularla da dənlərin daxilində olan zərərvericilərə qarşı 

mübarizə aparmaq olar. 

Kimyəvi mübarizə təbrilərinə aşağıdakı üsulları daxildir: 

1. Anbar binalarının aerozol üsulu ilə  zəhərli kimyəvi

maddələrlə dezinfeksiyası; 

2. Məhsul saxlanılan binalarda sulu dezinfeksiya aparılması;

3. Anbar binalarına, dən və ya digər məhsullar olduğu zaman

zəhərli kimyəvi maddələrlə (fumiqantlarla) qaz verilməsi; 

4. Toxumluq məhsulun dezinfeksiyası.

Anbarların kimyəvi maddələrlə dezinfeksiya edilməsi işlərini 

yerinə yetirərkən bu sahə üzrə ixtisaslaşmış xüsusi fiziki və hüquqi 

şəxslərin xidmətindən istifadə edilə bilər. 



Alaq otları 

Alaqlar bitki aləminin əsas tərkib hissəsidir. Mədəni bitkilərlə 

müqayisədə onların növ tərkibi daha genişdir. Onlar həm bütün 

ekoloji zonada yayılır, həm də bütün torpaq və iqlim şəraitlərinə 

yüksək səviyyədə uyğunlaşa bilir. 

Alaqlar kənd təsərrüfatı bitkilərinin qidasına  şərik olaraq 

onların məhsuldarlığına və keyfiyyətinə ciddi ziyan vurur. 

Müəyyən edilmişdir ki, 1 hektar taxıl sahəsindən payızlıq buğda 

bitkisi 75 kq azot, 52 kq fosfor və 82 kq kalium götürdüyü halda

amarant-ağ pencər 190 kq azot, 14 kq fosfor və 286 kq kalium; 




38

 

qanqal 137 kq azot, 31 kq fosfor və 117 kq kalium götürür. 



Alaq otlarının mədəni bitkilərə nisbətən, torpağın dərin qatına 

işləyən güclü kök sistemi var. Onlar buna görə torpaqda olan su 

ehtiyyatından daha çox yararlanaraq, öz inkişafına görə  həmişə 

mədəni bitkiləri qabaqlayır. Enliyarpaqlı alaq otları yüksək 

transpirasiya (buxarlanma) əmsalına malikdir və torpaqda olan 

suyun sərfini artıraraq onun tez qurumasına səbəb olur. 

Alaqlar sahədə  sıxlıq yaratmaqla mədəni bitkiləri kölgə-

ləndirib günəş işığından məhrum edir, onların boyca kiçik qalma-

sına, yatmasına və  nəticə etibari ilə  tələf olmasına səbəb olur. 

Taxıl bitkiləri üzərində yayılmış gülul, turpəng və yabanı vələmir 

(yulafca) alaqları buna misal ola bilər. 

Müəyyən edilmişdir ki, 1 hektar əkin sahəsində alaqların mə-

nimsədiyi qida maddələrinin və suyun miqdarı həmin sahədən 20-

25 sentner taxıl məhsulu götürülməsinə ekvivalentdir. 

Bəzi zəhərli alaqlar: qaymaqçiçəyi, dəmirotu, dağ sarmaşığı, 

sahə bozalağı  və s. kənd təsərrüfatı heyvanlarının süd və süd 

məhsullarının keyfiyyətinə  mənfi təsir göstərir, bəzən də onlarda 

müxtəlif xəstəliklər törədir. 

Alaq otları zərərverici və xətəliklərin bir çoxunun aralıq sahibi 

hesab edilir. Onlar ilk öncə bunlarda artıb çoxalır, sonra digər 

mədəni bitkilər üzərində yayılırlar. 

Alaqların  əksəriyyəti toxum vasitəsilə çoxalırlar və külli 

miqdarda toxum verir. Məsələn: bir alaq kolu Dağ sarmaşığı 

11200, bostan süd otu 19000, sirkan 100000, acı yovşan 102000, 

amarant-ağ pencər 50000 sayda toxum verir. Alaq toxumlarının 

cücərmə qabiliyyəti torpağa düşdüyü dərinlikdən çox asılıdır.  Ən 

yaxşı cücərmə faizi 1-5 sm dərinlikdə, zəif (2-3 dəfə az) cücərmə 

5-7 sm dərinlikdə olur, toxumların düşdüyü dərinlik 10 sm-dən 

çox olduqda isə  əksər alaqlar cücərmir. Torpağın  şumlanması 

zamanı alaqların əksəriyyəti (60-70%) 10-25 sm dərinliyə düşür və 

cücərə bilmir, lakin öz həyat qabiliyyətini qoruyub saxlayır. 

Məsələn, cincilim toxumu 2-5 il, ağ tərə-unluca 6 il, tonqal otu və 

peyğəmbər çiçəyi 2 il, yabanı  vələmir 2-5 il, yovşanquyruq 

ambroziya 5 il, toyuq darısı toxumları 2-4 il öz cücərmə 

qabiliyyətini saxlayır. 



39

 

Taxıl biçildikdən və sahə bitki qalıqlarından təmizləndikdən 



dərhal sonra 8-10 sm dərinlikdə üzləmə aparılmalıdır. Bu zaman 

torpağın üst qatındakı alaq toxumlarının cücərməsi üçün sahəni ya 

suvarmalı, ya da yağış düşməsini gözləməli və alaqların kütləvi 

cücərməsindən sonra birbaşa dərin  şum aparılmalıdır.  Əks 

təqdirdə, biçindən sonra birbaşa dərin  şumlama aparılırsa, hər il 

dərindəki toxumların bir hissəsi üzə çıxıb yenidən cücərir və uzun 

müddət onların kökünü kəsmək mümkün olmur. 

Azərbaycanda becərilən kənd təsərrüfatı bitkiləri  əkinlərində 

bir çox alaq növləri mövcuddur. Ən geniş yayılanlar və  məhsul-

darlığa ciddi ziyan vuranlar turpəng, yabanı vələmir, çöl-noxudu-

gülül və kalışdır. Bunlar Azərbaycandakı taxıl əkinləri üçün hakim 

alaqlar hesab olunur, mədəni bitkilərə nisbətən çox sürətlə boy atıb 

onları kölgələyir. Bunlarla yanaşı, dəmyə bölgələrin  əkin sahələ-

rində çayır, qanqalın müxtəlif növləri, göy qıllıca, yaşıl qıllıca, 

toyuqdarısı, lalə, atəvəliyi; şoran torpaqlarda sirkan, ağ tərə-unluca 

alaqları da yayılır. Bu alaqlara qarşı mübarizədə aqrotexniki 

tədbirlər düzgün tətbiq edilməli, kimyəvi mübarizə vasitələrinə isə 

üstünlük verilməlidir. 

Alaq otları bioloji və ekoloji xüsusiyyətlərinə, həyat forma-

larına, inkişaf müddətlərinə və çoxalmalarına görə bir neçə qrupa 

ayrılır. 

Birillik tezyetişən yazlıq alaqlar. Bu qrupa daxil olan 

alaqların bəziləri qısaömürlüdür (50-75 gün), toxumları vasitəsilə 

çoxalır və efemer alaqlar adlanır. Amarat (Ağ pencər),.kənaf, 

cincilim, novruzgülü və s. bu qrupa aiddirlər (Şəkil 31, 32, 33). 

Onlar çox erkən torpaqda 2-3°C temperatur olanda cücərməyə 

başlayır, fevraldan may ayına qədər çoxalıb artır və bir necə nəsil 

verir. Yüksək toxumlamaq qabiliyyətinə malik olan bu alaqlar 

mədəni bitkilərdən tez yetişib, toxumlarını tökərək sahələri 

zibilləndirirlər. 

Bununla yanaşı, geniş növ tərkibinə malik olan və taxıl 

sahələrində geniş yayılan birillik yaz alaqları da vardır.  Yovşan-



quyruq ambroziya, çöl xardalı, çöl kələmi, tatar qarabaşağı,

 

yabanı turp, yulafca (yabanı  vələmir)  və s. alaqlar bu qrupa 

daxildir (Şəkil 34, 35, 36, 37, 38, 39). Onların bir çoxu yazda 8-




40

 

12°C temperaturda cücərir və taxılın vegetasiyasının sonuna qədər 



onunla birlikdə inkişaf edir, toxumlarını, əsasən, taxılın yetişməsi 

dövründə, bəzən də biçin dövrü və biçindən sonra torpağa tökür. 



Birillik gecyetişən yazlıq alaqlar. Bunlar toxumları vasitəsi 

ilə çoxalır, torpağın temperaturu 20°C olduqda cücərir. Geniş növ 

müxtəlifliyi olan bu alaqların sakitlik dövrü xeyli uzun çəkir, 

bəzən bir ilə qədər davam edir (amarant-ağ pencər). Əsasən, taxıl 

yığımından sonra yetişib toxum verir. Bu qrupa quş darısı, yaşıl 

və göy qıllıca,  ağ  tərə (unluca), tikanlı  pıtraq, qara və tikanlı 

quşüzümü və s. alaqlar aiddir (Şəkil 40, 41, 42, 43). 

Birillik payızlıq və qışlayan alaqlar. Bura daxil olan alaqlar 

payızda və yazda torpaqda temperatur 12°C olduqda cücərməyə 

başlayır. Payızda cücərən alaqlar çox güclü kök sisteminə malik 

olur, qışı keçirdikdən sonra erkən yazda surətlə inkişaf edib 

çiçəkləyir və taxıl yığımına qədər toxumlayır. Yazda cücərən 

növlər isə adi birillik yazlıq alaqlar kimi inkişaf edir, taxıl yığımı 

zamanı və ya da yığımdan sonra toxum verir. Bu qrupa daxil olan 

alaq növləri payızlıq taxıl  əkini sahələrində geniş yayılır.  Tarla 



tonqal otu,

 

durna otu və ya çillikburunu, adi quşəppəyi, tarla 

çobanyastığı, quş tərəsi, adi xaççiçəyi və s. bu qrupa aiddir (Şəkil 

44, 45, 46, 47, 48). 



İkiillik alaqlar. Bu qrupa daxil olan alaqlar 2 ildə bir dəfə 

toxum verir. Payızda cücərir, qışı keçirdikdən sonra yazda inkişaf 

edərək gövdə  əmələ  gətirir. Onların gövdələri üzərində çiçək 

əmələ  gəlmir. Lakin yayda gövdələri quruyanda kök boğazı 

hissələrində  xırda tumurcuqlar əmələ  gəlir. Onlar bu vəziyyətdə 

qışı keçirdikdən sonra 2-ci il bu tumurcuqlardan toxum verən 

gövdələr  əmələ  gəlir. Toxumlar yetişib töküldükdən sonra bitki 

tamamilə tələf olur. Bu qrupa daxil olan alaqlar yalnız toxum vasi-

təsi ilə çoxalır.  Qara batbat, çölqanqalı, tikanlı  şeytanqanqalı, 

pıtraq ayıpəncəsi, barinc ikiillik alaqlardır (Şəkil 49, 50, 51, 52). 

Köküpöhrəli çoxillik alaqlar. Bu bioloji qrupa daxil olan 

alaqlar toxum və vegetativ orqanları vasitəsilə çoxalır. Çox dərinə 

gedən güclü kök sisteminə malikdir. Ana köklərdən torpağın 

müxtəlif dərinlikərində yeni köklər ayrılır və bunların hər birindən 

yeni tumurcuqlar və yeni bitkilər  əmələ  gəlir. Torpağın aşağı 



41

 

qatlarından topladıqları qida maddələri hesabına köklər üzərində 



əmələ  gəlmiş tumurcuqlar külli miqdarda yeni pöhrələr verir. Bu 

alaqlar həm dəmyə, həm də suvarılan yerli şəraitdə taxıl sahə-

lərində geniş yayılır.  Əsas nümayəndələri  sürünən kəkrə,  əkin 

südləyəni, acı yonca, dəvətikanı, sarı  əspərək və  eşşəkqan-

qalıdır (Şəkil 53, 54, 55, 56, 57, 58). 

Kökümsov gövdəli çoxillik alaqlar. Bu qrupun alaqları çoxlu 

miqdarda buğum və buğumaraları olan yeraltı gövdələri ilə çoxalır. 

Hər bir buğumun qoltuğunda tumurcuqlar vardır. Yeni cücərtilər 

əmələ  gətirən bu tumurcuqlar bütün mövsümlərdə  əmələ  gəlir və 

artıb çoxalır. Müəyyən edilmişdir ki, bir hektar əkin sahəsində olan 

sürünən çayırın kök və gövdəsində 50-80 milyon cücərən 

tumurcuq olur. Kökümsov gövdəli çoxillik alaqlar həm də toxumla 

çoxalır. 

Kökümsov gövdələr torpağın 40 sm-ə qədər dərinliyinə gedir. 

Bu alaqların kökləri doğranıb xırda hissələrə bölünsə belə, yenə də 

inkişaf edib yeni bitkilər əmələ gətirir. Ona görə də bu qrupa daxil 

olan alaqlara qarşı mübarizə aparıb onların kökünü kəsmək xeyli 

çətinləşir. Bu alaqlar Azərbaycanın  əksər bölgələrində yayılır. 

Daha çox təsadüf olunanları  çayır, kalış, çöl-noxudu-gülul, 



qılçıqsız tonqalotu,

 

salaməleyküm (topalaq), Suluf (toyuq-

darısı), Sirkan, Türpəng vəzəri və başqalarıdır (Şəkil 59, 60, 61, 

62, 63, 64, 65, 66). 



Mil və saçaqköklü çoxillik alaqlar. Bunların kökləri çox 

dərinə gedir. Kök boğazında yerləşən tumurcuqları  və toxumları 

vasitəsi ilə çoxalır. Geniş yayılmış növləri turpəng-vəzəri, 

atəvəliyi, kasnı, bağayarpağı və zəncirotudur. 



Alaq otları ilə mübarizə 

Mübarizə üsulları. Alaq otları  mədəni bitkilərlə  həyati  əhə-

miyyətli olan qida, su və işıq uğrunda daim mübarizə aparırlar. Bu 

mübarizədə  kənardan insanın müdaxiləsi olmadıqda mədəni bit-

kilər məhf olurlar. Alaqlarla mübarizənin səmərli aparılması üçün 

onların bioloji xüsusiyyətləri, həyat tərzi və yayılma yolları 



42

 

öyrənilməli və ona uyğun mübarizə tədbiri seçilməlidir. 



Buğda arpa və qarğıdalı  əkinlərində alaq otlarına qarşı mü-

barizə 2 üsulla aparılır: 1) Profilaktiki və ya qarşılayıcı mübarizə; 

2) məhvedici mübarizə. 

Profilaktiki mübarizə mədəni bitkilərin böyüməsi və inkişafını 

təmin edən  əlverişli  şəraitin yaradılması  və alaq otlarının yayıl-

masının qarşısının alınması tədbirləridir. Bunlar aşağıdakıladır:  

- növbəli əkin sisteminin tətbiqi;  

- cərgə aralarının becərilməsi;  

- suvarma suyunun çökdürüldükdən sonra verilməsi;  

- alaq otlarının cücərməsini təmin edən aldadıcı suvarmalar və s. 

Məhvedici mübarizə  tədbirləri 2 qrupa bölünür: aqrotexniki 

mübarizə, kimyəvi mübarizə. 



Aqrotexniki mübarizə tədbirləri: 

- Toxumların alaq otlarından təmizlənməsi və çeşidlənməsi. 

Bu məqsədlə toxumtənzimləyən qurğularla arpa, buğda və 

qarğıdalı toxumlarının alaq otları toxumlarından təmizlənməsi; 

- Səpinin vaxtında aparılması; 

- Səpin üsulunun düzgün seçilməsi; 

- Səpin üçün toxumluq materialın seçilməsi, toxumluğun elit 

və yaxud I reproduksiya  olması əhəmiyyətlidir; 

- Torpağın becərilməsi tədbirləri: dərin  şum, kultuvasiya, 

malalama və üzləmə tədbirlərinin vaxtında aparılması; 

- Taxıl əkini sahəsi ətraflarının alaq otlarından təmizlənməsi. 

Kimyəvi mübarizə tədbirləri. Buğda, arpa və qarğıdalı əkin-

lərində alaq otlarına qarşı ən səmərəli tədbir kimyəvi mübarizədir. 

Bu məqsədlə herbisidlərin tətbiqi başlıca meyadır. Öz təsir 

mexanizminə görə herbisidlər 2 qrupa bölünür: kontakt təsirlilər, 

sistem təsirlilər. 

Kontakt təsirli herbisidlər bitki üzərinə çiləndikdə bitki ilə 

təmasda olduğu sahələri yandırır. Bu qrup herbisidlərin səmərə-

liliyini artırmaq üçün aparılan çiləmələrdə preparat sahəyə bərabər 

miqdarda paylanmalıdır. Kontakt təsirli herbisidlər bitkilərin 

yerüstü hissələrini məhv edir. 

Sistem təsirli  herbisidlər geniş spektrlidir, bitki üzərinə 

düşdükdə onun bütün orqanlarına yayılır. Buna görə də alaq otları 




43

 

ilə mübarizədə sistem təsirli herbisidlərə daha çox üstünlük verilir. 



Herbisidlər tərkibinə görə 2 qrupa bölünürlər: üzvi tərkibli 

herbisidlər, qeyri-üzvi tərkibli herbisidlər. 



Alaq otlarına təsir etməsinə görə herbisidlər ümumi, 

yaxud selektiv təsirli olur. 

Təsir mexanizminə görə isə 2 qrupa bölünürlər: kökdən təsir 

edənlər, yarpaq və gövdədən təsir edənlər. 

Azərbaycanda buğda, arpa və qarğıdalı  əkinlərində alaqlara 

qarşı tərbiq edilməsi tövsiyə olunan herbisidlər aşağıdakılardır: 

1.

 Enliyarpaqlılara qarşı:  

Hektafermin, (Fao herbisid). 2 litr/ha məsarif normasında 

300 litr işçi məhlulu sərf etməklə alaq otunun boyu 10-12 sm 

olduqda və ya taxılın boruyaçıxma fazasına qədər çiləmələrlə 

tətbiq edilməlidir. 



Post AMİN-500 SL, Post ESTER-48 EC (2,4D Kotdamin 

40%).  Birillik enliyarpaqlı alaq otlarına: sarıçiçək, toyuq sulufu, 

şüvərən, turpəng, cincilim, tülküquyruğu və s. qarşı  tətbiq 

edilir.2,5 litr/ha məsarif normada 90,5% səmərə verir. 

Qranstar 75% islanan tozdur (Tribenuranmethyl 750 

q/kq). Birillik ikiləpəli alaq otlarına qarşı 15 qr/ha məsarif 

normasında 96-98% səmərə verir. 2,4 D-qrupu herbisidlərinə 

davamlı alaq otlarını da məhv edir. Alaq otlarının 2-3 yarpaq 

fazasında, taxılın boruyaçıxma fazasınadək mübarizə aparılmalıdır. 



Dianat 48% (120 q. Dicamba + 344 qr. 2,4D). Birillik 

iriləpəli alaq otlarına qarşı, o cümlədən 2,4-D herbisidinə davamlı 

növlərə qarşı taxılın boruyaçıxma fazasına qədər 0,6-0,8 litr/ha, 

qarğıdalının 3-5 yarpaq fazasında 1-1,5 litr/ha məsarif 

normalarında mübarizə aparılmalıdır. Mübarizə  məhsul yığımına 

60 gün qalana qədər və bir dəfə aparılmalıdır. 



Lintur 70 (Triasulfuron 41 q/kq, 659 q/kq Dikambanın 

Natrium duzu). Suda dispersiya olunan qranuldur. Birillik və 

çoxillik ikiləpəli, həmçinin 2,4-D Amin duzuna davamlı alaqlara 

qarşı buğda və arpa əkinlərinin 3-4 yarpaq fazasından kollanmanın 

sonuna qədər olan dövrdə alaq otlarının vegetasiyasının ilk 

dövrlərində 130-140 qr/ha məsarif normasında çilənməlidir. 

 



44

 

2. Daryarpaqlı alaq otlarına qarşı:



Horizon EC (Diklafonmethyl). Birillik taxıl fəsiləsinə aid 

olan alaqlardan toyuqdarısı, vələmir (yulafca) və b. qarşı 2-2,5 

litr/ha məsarif normasında çilənməlidir. Mübarizə darıkimilərin 

bütün vegetasiya boyu, digər daryarpaqlıların 2-3 yarpaq, taxılın 

isə boruyaçıxma fazasına qədər olan dövrdə 300-400 litr işçi 

məhlulu hesabı ilə mübarizə aparılmalıdır. 



Scarpio super 10%. (Fenoksoprin P-ethyl 100 q/l) Payızlıq 

buğda və arpa sahələrində birillik taxıl fəsiləsinə aid olan alaq 

otlarına qarşı (vələmir, yulafca, toyuqdarısı, adi süprək və b.) 2-3 

yarpaq fazasında 0,6-0,75 litr/ha məsarif normasında çilənməlidir. 

Taxıl bitkilərinin bütün vegetasiya dövrlərində (məhsul yığımı 

dövrünə 30 gün qalana qədər) mübarizə aparmaq olar. 



Tuxido 24 EC (Kladinofan-propargil. Birillik daryarpaqlı 

alaq otlarına qarşı 0,3-0,4 litr/ha məsarif normasında, 300-400 

litr/ha işçi məhlulu sərf etməklə mübarizə aparılmalıdır. Taxıl 

əkinlərinin 2-3 yarpaq fazasında, alaq otlarının bütün vegetasiya 

dövrlərində mübarizə aparmaq olar. 

Taxıl  əkinlərinin alaq otlarına qarşı  tətbiq edilən başqa bir 

qrup herbisidlər də vardır. Bunlar torpağa səpinqabağı verilir və 

alaq otlarının cücərtilərini məhv edir. Onlara Asetoxlar qrupu 

herisidləri: Trofi 90 konsentrat emulsiya və Xarnes-90, Merlin-75 

qranulu, Kvars super və başqalarını misal göstərmək olar. Bu 

qrupa daxil olan herbisidlərin Azərbaycanda geniş tətbiqi səmərə-

lidir. Bunların sınaqdan keçirilməsi və  tətbiqi üzrə Azərbaycan 

Elmi-Tədqiqat Bitki Mühafizə  İnstitutu və Abşeron Təcrübə 

Stansiyasında elmi tədqiqat işləri aparılmış  və  əldə olunan 

nəticələr haqda məlumatlar istehsalata tətbiq edilmişdir.  



45

 

MÜNDƏRİCAT 

Buğda və arpa zərərvericiləri............................................. 3 

Çəyirtkələr..........................................................................

Ziyankar bağacıq................................................................



Taxıl böcəyi....................................................................... 7 

Taxıl sümürtgən böcəkləri................................................. 9 

Taxıl mənənələri................................................................ 10 

Buğda Tripsi.......................................................................

12 


Adi taxıl sovkası................................................................ 12 

Adi taxıl mişarçısı.............................................................. 13 

Taxıl milçəkləri.................................................................. 14 

Zərərli siçanabənzər gəmiricilər........................................ 15 

Qarğıdalı zərərvericiləri..................................................... 18 

Anbar zərərvericiləri.......................................................... 34 

Alaq otları.......................................................................... 37 

Alaq otları ilə mübarizə..................................................... 41 




46

 

 



 

 

 

 

 

 

 

Cəbrayıl Ağayev  

 

 

TAXIL BİTKİLƏRİNİN 

ZƏRƏRVERİCİLƏRİ VƏ ALAQ OTLARI 

 

 

Bakı – “Müəllim” – 2017 



 

 



47

 

“Müəllim” nəşriyyatında çap olunmuşdur. 



Çapa imzalanmışdır 31.05.2017. Sifariş 45. 

Kağız formatı 60



84

1/16


. Şərti 3,0 ç.v. Sayı 200. 

Yüklə 228,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə