Microsoft Word taxil zerervericileri sooon docx



Yüklə 228,89 Kb.
Pdf görüntüsü
səhifə6/10
tarix04.02.2018
ölçüsü228,89 Kb.
#23739
1   2   3   4   5   6   7   8   9   10

17

 

4-12 bala verir. Əlverişli şəraitdə Kiçik Asiya qumsiçanı 30-70 sm 



dərinlikdə qurduqları yuvaların sahəsi 2-4 m

2

-a çatır (Şəkil 21). 



İran qumsiçanı  (Merionas persicus Blandford). Lənkəran 

zonasının dağətəyi dəmyə torpaqlarında, Naxçıvanda, Qarabağın 

dağətəyi bölgələrində geniş yayılmışdır. Əsasən, mədəni buğda və 

arpa  əkinləri sahələrinə  zərər vuraraq dənlərlə qidalanır. Payızda 

yaşıl kütlə ilə  də qidalana bilir. Fəsillərdən asılı olaraq, qışda 

gündüz, yayda gecə həyat tərzi keçirir. Bütün il boyu çoxala bilir. 

İran qumsiçanının yuvaları nisbətən kiçik 1,5-3 m

2

 sahə tutmasına 



baxmayaraq, yuvaları bir neçə mərtəbə olmaqla daha dərinə gedir 

(40-120 sm). İran qumsiçanı dənlə qidalanmaqla yanaşı, böyük qış 

ehtiyyatı yığır. Bu onun mədəni buğda və arpa əkinlərinə vurduğu 

zərəri daha da çoxaldır (Şəkil 22). 



Gəmiricilərə qarşı mübarizə  tədbirləri aqrotexniki müba-

rizə  məqsədilə, məhsul yığımından sonra sahədə önkotancıqlı 

kotanla 25-30 sm dərinliyində  şum aparılmalıdır. Bu tədbir siçan 

yuvalarının məhv olmasına, onların üst qatlarının dağılmasına, 

kiçik yaşlı siçan balalarının məhvinə səbəb olur. Yetkin fərdlər isə 

yuvadan çıxıb başqa yerlərə gedərkən təbii düşmənlərin hücumuna 

məruz qalaraq kütləvi surətdə azalır.  Şumlama taxılın  ətraf köv-

şənlik sahələrində  də aparılmalıdır.  Ətrafda olan qanqal, dəvə-

dabanı, qaratikan sahələri altında olan torpaqlar da dərin  şumlan-

malıdır. Dağlıq Qarabağın işğal altında olan, baxımsız torpaq 

sahələrində çölsiçanının kütləvi surətdə artaraq mədəni  əkin 

sahələrinə  zərər vurması halları  hər il müşahidə edilir. Belə 

baxımsız sahələr aradan qalxmalı  və  mədəni  əkin dövriyyəsinə 

qayıtmalıdır. 

Məhsulun tez və itkisiz yığılması, növbəli  əkin sisteminin 

tətbiqi zərərvericiyə qarşı vacib aqrotexniki mübarizə 

tədbirlərindən hesab edilir. 

Kimyəvi mübarizə. Bu məqsədlə siçanabənzər gəmiricilərə 

qarşı müxtəlif aldadıcı yemlər hazırlanıb yuvalara qoyulur. Alda-

dıcı yemlər bitkilərin yaşıl kütləsindən, yoncadan, arpa, buğda və 

qarğıdalının yaşıl yarpaqlarından və  dənlərdən hazırlanır.  Ən 

səmərəli aldadıcı yem 1 kq buğda dənini 30-40 qram bitki yağında 

isladıb üzərinə 100-120 qr sink-fosfid zəhəri  əlavə edərək 




18

 

qarışdırmaqla  əldə edilir. Buğda dəni qabaqcadan odda 



qovrulmalıdır ki, sahədə yuvaya qoyulduqdan sonra cücərməsin. 

Hazırlanmış aldadıcı yemdən hər yuvaya 10-15 ədəd dən 

qoyulur və üstü örtülür. Aldadıcı yemlərin norması, yuvaların 

sayından asılı olaraq, 4-6 kq/ha-dır. 



Qarğıdalı zərərvericiləri 

Azərbaycanda qarğıdalıya ziyan vuran başlıca zərərvericilər 

pambıq sovkası, payızlıq  əkin sovkası, məftil qurdlar, qarğıdalı 

gövdə kəpənəyi, mənənələr və siçanabənzər gəmiricilərdir. 



Pambıq sovkası (Chlorida obsoleta F.). Azərbaycanın bütün 

bölgələrində yayılaraq qarğıdalının qıçalarına, erkək çiçəklərə 

(süpürgələrə), yarpaqlara və gövdəyə zərər verir. Zədənin xarakteri 

sovkanın inkişaf vaxtının qarğıdalının hansı vegetasiya dövrünə 

düşməsindən asılıdır. Pambıq sovkası,  əsasən, qarğıdalının süd 

yetişmə  mərhələsindən sonrakı dövrlərində güclü zərər vurur 

(Şəkil 23). 

Pambıq sovkasının yetkin fərdi kəpənəkdir və qanadları 

açıldıqda 30-40 mm-ə çatır. Qabaq qanadlar bozumtul-qonur, tünd 

qəhvəyi və yaxud qonur rəngdə, arxa qanadlarsa sarımtıl-ağ, 

kənarları tündləşmiş qəhvəyi rəngdədir. Pup fazasında torpağın 3-8 

sm dərinliyində və bitki qalıqları altında qışlayır. 

Puplardan çıxmış  kəpənəklər yumurtalarını yarpaq, gövdə  və 

yaxud qıçaların saçaqları üzərinə qoyur. Yumurtadan çıxmış ilkin 

yaşda olan tırtıllar qıçanın saçaqları ilə qidalanırlar. 3-cü yaşdan 

sonra onlar qıçanı deşərək içəri daxil olur. Çirklənmə ilə müşayət 

olunan deşiklər, qıçanın içərisinə daxil olan yağış suları müxtəlif 

xəstəliklərin də yaranmasına səbəb olur. Əksər tırtıllar öz 

qidalanmasını bitirdikdən sonra qıçanın içində puplaşır. 

Payızlıq  əkin sovkası  (Aqriotis segetum Schiff.). Qanadları 

açıldıqda ölçüləri 40-50 mm olub, qonurumtul-boz və ya tüng-

qonur rəngli kəpənəklərdir. Qanadları üzərində  çəpinə dalğalı 

xətlər və üç böyrəkvari yumru ləkə vardır. Tırtıllar bozumtul 

torpaq rəngindədir.  Uzunluğu  52 mm-ə qədərdir,  6-7 dəfə  qabıq  



Şəkillərin kataloqu 

Şəkil 2. İtaliya çəyirtkəsi - 



Calliptamus italicus L 

Şəkil 3. Ziyankar bağacıq -  



Eurygaster integriceps Puta 

Şəkil 1. Asiya çəyirtkəsi - 



Locusta miqratoria L. 

Şəkil 4. Taxıl böcəyi - Zabrus 



tenebriodes eleqantus Men. 

Şəkil 6. Taxıl sümürtgəni - Anisoplia 



Austriymca major Roiff 

Şəkil 5. Ağqalxanlı sümürtgən -  



Anisoplia Cast. 

19



Şəkil 12. Adi taxıl sovkası Hadena 

basilinea Schift. 

Şəkil 8. Adi taxıl mənənəsi -  



Schizaphis qraminum Rond. 

Şəkil 7. Xaçlı sümürtgən - 



Anisoplia Farraria Eq 

Şəkil 10. Böyük taxıl mənənəsi - 



Sitobion avenae F. 

Şəkil 9. Arpa mənənəsi - 



Brachycolus noxius Mordv. 

Şəkil 11. Buğda tripsi - 



Haplothrips tritici Kurd 

20



Yüklə 228,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə