Yalançı kaliforniya çanaqlı yastıcası Diaspidiotus ostreaformis Curt və onun entomofaqları



Yüklə 32,22 Kb.
Pdf görüntüsü
tarix06.05.2018
ölçüsü32,22 Kb.
#41992


Yalançı  kaliforniya çanaqlı yastıcası - Diaspidiotus 

ostreaformis Curt.  onun entomofaqları 

      Bu zərərvericinin dişiləri və surfələri əksər meyvə ağaçlarının və park - 

dekorativ  bitkilərin    uzərində    yaşayır,  onların  şirəsini  sorur  və  onlara 

böyük zərər vurur. Zərərverici  alma, armud  gavalı ağaclarına böyük zərər 

vurur, gilas, gilənar ağaclarını da yoluxdurur. Güglü yoluxmada ağacların 

yarpaqlarının  qurumasına    və tökülməsinə, ümumi  inkişafın  zəifləməsinə, 

məhsuldarlığın  kəskin  aşağı  düşməsinə,  məhsulun  keyfiyyətinin 

azalmasına  səbəb  olur.  Bəzi  hallarda  çanaqlı  yastıca  koloniyaları  bitkinin 

üzərini tamamilə örtür, hətta qabıq belə görünmür. Belə hallarda budaqlar, 

zoğlar  quruyur,  hətta  bitki  tamamilə  məhv  olur.  Dekorativ  bitkilərdən 

palıd, qaraqac, qovaq, söyüd ağaclarını yoluxdurur, bəzən çox güclü zərər 

vurur. 


       Dünyada    Amerikada  (ABŞ  və  Kanadada),  Cənubi  Amerikada, 

Avstraliyada,  Avropa  dövlətlərində,  Asiya  dövlətlərindən    İran,  Türkiyə, 

İsraildə,  Afrikada  (Əlcəzair  və  Misirdə)  yayılmışdır.    Yalançı  kaliforniya 

çanaqlı  yastıcası  keçmiş  SSRİ  məkanında  çox  geniş  yayılmışdır. 

Leninqrad-Moskva 

vilayətlərində, 

Latviya, 

Moldova, 

Ukrayna, 

Türkmənistan  və  Özbəkistan  respublikalarında,  Şimali  Qafqazda, 

Xabarovsk  və  Çita  vilayətində,  Saxalin  və  Kuril  adalarında,  Yakutiyada  

yayılmışdır.    

       Bütün  dünyada  və  keçmiş  SSRİ  məkanınıda    çox  geniş  yayılmasına 

baxmayaraq biologiyası az öyrənilmişdir. Primorye vilayətində Çumakova 

(1953), Moldaviyada V.Taliski (1954) biologiyasını öyrənmişlər, Bazarov 

B.B,  Smelev  Q.P.  Orta  Asiyada  (Taçikistanda)  bu  növün  bəzi  biolkoloji 

xüsusiyyətləri haqqında məlumat verir.  

       Azərbaycanda    bu  növün  yayılması  haqqında    Borxsenius  məlumat 

vermişdir.  Ədəbiyyatda  bu  zəzərvericinin  yayılmasi,  zərər  vurduğu 

bitkilər,  bioekoloji    xüsusiyyətləri  və  yerli  faunadan  olan  entomofaqları 

barəsində  heç  bir  məlumat  yoxdur.  Azərbaycanda  bu  zərərverici  Quba  – 

Xaçmaz zonasında  ilk  dəfə olaraq tədqiq olunmuşdur. 

       Quba  –  Xaçmaz  zonasında  bu  zərərverici  nəinki  dağətəyində,  hətta 

dağlıq hissələrdə – meşələrdə də yayılmışdır. Bu zərərvericinin  yetkin dişi 

fərdlərinin    çanağı  dəyirmidir,  kaliforniya  çanaqlı  yastıcasının  çanağına 



 

oxşayır,  lakin  sürfə  çanaqcıqları  mərkəzdə  deyil,  qıraqda  olur.  Erkəklərin 



çanağı  rənginə  görə  dişinin  çanağına  oxşardır,  lakin  çanaq  uzunsov-oval 

formadadır, sürfə çanaqjıqları da çanağın  qurtaracağında  yerləşir. Dişinin 

çanağının rəngi orta hissədə bozumtul qəhvəyi rəngli olur, qırağa getdikcə 

açıqlaşır, bəzən hətta ağımtıl olur. Mərkəzi hissəsi isə zeytuni – boz rəngli  

olur. Dişinin bədəni yumurtavarıdir, bədən şəffafdır. 

       Apardığımız  tədqiqatlarla    (2001-2003-cü  illər)  müəyyənləşdirmişik 

ki, yalançı kaliforniya çanaqlı yastıjası II yaşlı sürfə mərhələsində qışlayır.  

II  yaşlı  sürfələrin    çanağı  boz  rəngdə    olur.  Aprel-may    aylarında 

(temperatur  14-16

0

  C)  olduqda    bu  çanaqlı    yastıcada  oyanma  baş  verir. 



Xaçmaz  rayonunda  mayın  əvvəllərində,  Quba  rayonunda  isə    mayın 

ortalarında    II  yaşlı  sürfələr  javan    dişi  fərdlərə  və  erkəklərə  çevrilir.  Bu 

dövrdə  erkək  fərdlərin  uçuşu  baş verir. Erkəklər dişiləri  mayaladıqdan 

sonra    məhv  olurlar.  Mayın  sonu,  iyunun    I  ongünlüyündə    ilk  yumurta 

qoyan  dişilər yaranır. Yumurta qoyma  35-40  gün davam edir  və iyulun 

ortalarına  qədər    yumurta    qoyulur.  Yumurta  qoyma  qabiliyyəti    34-69-a 

qədərdir  (maksimum  80).(1)  Qovaq  üzərində  1  dişi  fərd  orta  hesabla    82 

ədəd  (minimum    55,  maksimum  94),  alma  üzərində    isə  68  ədəd 

(maksimum 74, minimum 48 ədəd) yumurta qoymuşdur (2002-ci ildə). 

       Yalançı kaliforniya çanaqlı yastıcasının yumurtaları  sarımtıl rənglidir, 

oval  formadadır.  Yumurtanın    embrional  inkişafı  10-12  gündür.  Avara 

sürfələr  iyunda  çıxırlar.  İyunun  II  -  III-cü  ongünlüyündə    bu  sürfələrin 

kütləvi  çıxışı  baş  verir.  Avara  sürfələrin    çıxışı  bütün    iyun    ayında  və 

iyulun  II-ci ongünlüyünə qədər davam edir. 

       Avara  sürfələr 2-3 gün sərbəst gəzdikdən sonra oturaq  həyata keçir, 

ətraflar, bığçıqlar itir, mum saplar ifraz olunur və sonradan mum saplardan  

çanaq  yaranır.  Beləliklə,  yastıçanın  bədəni  ilkin  sürfə  çanağı  ilə  örtülür. 

Yastıcanın  çanağı  əvvəlcə  şəffaf,  açıq  rənğli  olur,  sonradan  tündləşir. 

Yastıcanın bədəni çanaqdan asanlıqla ayrılır. İyulun sonunda, avqustun I – 

ci ongünlüyündə I yaşlı sürfələr II yaşlı sürfələrə çevrilir. II yaşlı  sürfələr 

aktiv  qidalanır  və  yavaş  –  yavaş  böyüyür.  Artıq  bu  dövrdə  erkək  və  dişi 

fərdlər  bir  –  birindən  fərqlənməyə  başlayırlar:  erkəklərin  çanaqı  uzunsov 

oval olur, dişilərin çanaqı isə dəyirmi formada olur. Bu dövrdə yastıcanın 

erkək və dişi fərdlərinin çanaqdaxili bədəni də bir – birindən fərqlənməyə 




 

başlayır.  Dişilərin  bədəni  oval  yumurta  formasında  olur,  erkəklərinki  isə 



uzunsov olur və gözlər, ətraflar, qanaqlar formalaşır. 

       Quba  –  Xaçmaz  zonasında  bu  çanaqlı  yastıcanın  say  tənzimində 

aşağıdakı  növlərin  rol  oynadığı  müəyyənləşdirilmişdir:  Aphytis  proclia, 

Aphytis  mytilaspidis  ,  Archenamus  longiclavae,  Hispaniella  lauri, 

Coccophagoides similis və ikincili parazit Azotus atomon  

       Aphytis  proclia  xarici  parazitdir,  yastıcanın  yetkin  dişilərinin  və  II 

yaşlı  sürfələrinin  üzərində  parazitlik  edir.  Ədəbiyyat  məlumatlarına  görə, 

keçmiş SSRİ – nin Avropa hissəsində, Krımda, Qafqazda, Zaqafqaziyada, 

Orta  Asiyada,  Primorye  vilayətində  və  Qərbi  Avropada  yayılmışdır.  Bir 

sıra çanaqlı  yastıcaların parazitidir. Yumurta çanaqlı  yastıcanın bədəninin 

üzərində  qoyulur.  Yazda  8  –  10  günlük  inkişafdan  sonra  yumurtadan 

parazitin sürfəsi çıxır, sürfə yastıjanın bədəni ilə qidalanır və inkişaf edir. 

Parazit  sonra  puplaşır,  yastıcanın  bədəni  üzərində  qarın  hissəsi  çanaqa 

tərəf  olmaqla  yerləşir.  Parazit  tam  inkişaf  etdikdən    sonra  çanağın  bir 

tərəfini gəmirir və bu uçuş

 

dəliyindən xarijə çıxır. Həm erkək, həm də dişi 



fərdlərin   uçuşu eyni vaxtda baş verir.  

       Aphytis  mytilaspidis  xarici  parazitdir,  II  yaşlı  sürfələrin  və  dişi 

fərdlərin  üzərində  parazitlik  edir.  Polifaq  parazitdir,  əksər  çanaqlı 

yastıcaların  entomofaqıdır.  Bu  parazit  keçmiş  SSRİ  –  nin  Avropa 

hissəsində,  Krım,  Qafqaz,  Zaqafqaziya,  Orta  Asiyada  yayılmışdır. 

Amerikada,  Yaponiyada,  Hindistan,  İraq,  Şimali  Afrika  və  Qərbi 

Avropada  yayılmışdır.  Quba  –  Xaçmaz  zonasında  bu  parazit  azsaylıdır. 

Mayın  sonunda,  iyunun  I  –  ci  ongünlüyündə  uçurlar.  Erkək  və  dişi 

fərdlərin say nisbəti təxminən 1:1 – dir. 

       Archenomus longiclavae – yalançı kaliforniya çanaqlı yastıcasının say 

tənzimində  mühüm  rol  oynayır.  2001  –  2002  –  ci  illərdə  bu  çanaqlı 

yastıcalardan  uçmuş  parazitlərin  təxminən  54%  -  ni  təşkil  edir.  Bu 

parazitlərin I - ci nəsli iyun ayında uçurlar. II – ci nəslin uçuşu iyulun III – 

cü dekadası və avqustda baş verir. Endoparazitdir, parazit uçduqdan sonra 

çanaqlı  yastıcanın  kapsulası  qalır.  Parazit  əvvəlcə  yastıcanın  qabığını, 

sonra isə çanaqı gəmirir və uçuş dəliyindən xaricə çıxır. 



       Hispaniella  lauri  –  çoxsaylıdır,  endoparazitdir.  Bu  parazit  keçmiş 

SSRİ  -  nin  Avropa  hissəsində,  Qafqaz  və  Zaqafqaziyada  Primorye 




 

vilayətində  yayılmışdır.  Qərbi  Avropa  dövlətlərində də  geniş  yayılmışdır. 



2001  – 2002–ci illərdə  bu  zərərvericinin  say  tənzimləyiciləri içərisində  II 

yeri  tutmuşdur,  bu  zərərverijidən  çıxan  parazitlərin  ümumi  sayının  28  – 

30% - nı təşkil edir. I nəslin fərdləri iyunun II– III ongünlüyündə, II nəslin 

fərdləri isə avqustun I -  II ongünlüyündə uçurlar. Həm erkək, həm də dişi 

fərdlər eyni vaxtda uçurlar. 

       Coccophagoides similis – azsaylıdır. Həm erkək, həm də dişi fərdlərə 

təsadüf olunur, zərərverijinin say tənzimində az rol oynayır. 



       Azotus  atomon  ikincili  parazitdir.  Keçmiş  SSRi  –nin  Avropa 

hissəsində,  Zaqafqaziya  və  Qafqazda,  Orta  Asiyada  yayılmışdır.  Şimali 

Amerika  və  Qərbi  Avropada  da  qeydə  alınmışdır.  Archenomus 

longiclavae,  Hispaniella  lauri  üzərində  parazitlik  edir.  Azsaylıdır.  İki 

cinslidir, erkək və dişi fərdlərin uçuşu eyni vaxtda baş verir. 

        Beləliklə,  Quba  –  Xaçmaz  zonasında  zərərvericinin  II  yaşlı  sürfələri 

qışlayır,  ildə  bir  nəsil  verir.  Yerli  entomofaqlardan  altı  növ  entomofaq 

onun  say  tənzimində  rol  oynayır.  Yalnız  2  növ:  Archenomus  longiclavae 

və  Hispaniella  lauri çoxsaylıdır.  Bu iki  növ  parazit  zərərvericinin ümumi 

sayının 30 - 40% -a qədər azalda bilirlər. Hər iki parazit zərərvericinin bir 



nəsli üzərində iki nəsil verir. 

 

Yüklə 32,22 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə