NARKOMANİYA – AĞ ÖLÜM
ARAYIŞ
- Narkotikin təsadüfən və ya qəsdən istifadəsindən sonra ona
tələbatdan yaranan aludəçilikdir. Narkotikdən bir neçə dəfə istifadə etməklə insan
onun əsirinə çevrilir. Buna bir növ xəstəlik də demək olar ki, hansı ki, müalicəsi
olduqca çətinliklə başa gəlir.
SƏN BUNU BILMƏLİSƏN!
Narkotikdən istifadə insanı
həm
psixoloji, həm də fiziki cəhətdən asılı
hala salır. Balaca dostum bil ki, hətta
bircə dəfə narkotikdən istifadə insan
sağlamlığına düzəlməyəcək ziyanlar vura
bilər.
YADDA SAXLA!
Statistikaya görə narkotikə dücar olan
yeniyetmələrin 14%-i narkotik
maddələrdən ilk dozanı qəbul etdikdən sonra ondan asılı vəziyyətə düşən
narkomanlara çevrilirlər.
NARKOTIKDƏN İSTİFADƏNİN NƏTİCƏLƏRİ
.
♦ Narkotik ilk növbədə insanın sağlamlığına ziyan vurur. Narkomaniya
orqanizmin
zəifləməsinə, bədənin arıqlamasına və fiziki gücün zəifləməsinə gətirib
çıxarır. Orqanizmin zəhərlənməsi daxili orqanların - qara ciyər və böyrəyin
zəhərlənməsinə gətirib çıxarır.
♦ Narkomanlar içərisində ən geniş yayılmış xəstəlik hepatit və QIÇS-dir.
♦ Narkotikdən istifadə edənlərdə baş beynin qabığı 7 dəqiqədən sonra ölməyə
başlayır. Əlbətdə bütün qabıq birdən ölmür, bu yavaş gedən prosesdir. Buna görə
də bir çox narkoman yaşamaqda qalır. Amma onlar natamam insan olurlar. Elələri
olur ki, hərəkət edə bilmirlər, heç bir reaksiya göstərmir, düşünmür. Onların beyni
ancaq fizioloji prosesləri idarə edir. Məsələn, onları yedirtdikdə yeyir, əşyalardan
istifadə edə bilmir, danışa bilmirlər.
♦ Narkotikin olmaması əsəbləşməyə və hirslənməyə gətirib çıxarır. Böyük
narahatçılıq başlayır. Insan artıq bir işlə məşğul ola bilmir.
♦ Narkotikə aludə olan insan hər bir alçalmaya, iyrənc hərəkət eləməyə məcbur
olur. Həmin insanın bütün maraqları, ümüdləri və qarşısına qoydugu məqsədləri
getdikcə sönür.
♦ Narkotika istifadə edən
insanların
valideynləri,
müəllimləri və yoldaşları ilə
münasibətləri pisləşir.
♦ Narkotika istifadəçilərinin
dünyaya gələn uşaqları da əqli
və ya fiziki cəhətdən qüsurlu
doğulur.
♦ Narkomanların ömrü də
qısa olur. Onlar təxminən 6-7 il
ömür sürürlər.
♦ Cinayət törədən insanların
böyük əksəriyyəti də narkotika
istifadəçiləri olur.
UNUTMA SƏNİN ÖZ HÜQUQLARIN VAR!
♦ Heç kim səni istəmədəyin pis vərdişlərə aludə olmağa məcbur edə bilməz.
♦ Hər zaman özün üçün düzgün və ən doğru olan qərarı verməyə çalış.
NARKOTİK KİMİ PİS VƏRDİŞLƏRƏ YOX
DEMƏYİ BACAR!
DOSTLAR, NARKOMANİYANIN
QARŞISINI BİRLİKDƏ ALAQ!