Microsoft Word Su ehtuyatlari docx



Yüklə 13,72 Kb.
Pdf görüntüsü
səhifə5/122
tarix26.10.2017
ölçüsü13,72 Kb.
#6559
1   2   3   4   5   6   7   8   9   ...   122

14

H²SSƏ. Su ehtiyatlar¯ və onlar¯n m³asir dəyi¼mələri 
ehtiyatları  dəyişməzdir, tükənmir və  təbiətin pulsuz sərvətidir. Bu şəraitdə
tarixən su ehtiyatlarından istifadəyə etinasız münasibət, istifadə olunmuş sula-
rın təmizlənməsinə  və su obyektlərinin mühafizəsinə minimal vəsaitin ayrıl-
ması konsepsiyası formalaşmışdır. 
Təqribən 1950-ci illərə  qədər təsərrüfat fəaliyyətinin təbiətə  təsiri  əhə-
miyyətli dərəcədə hiss olunmurdu, çünki təbiət, o cümlədən təbii su obyektləri 
bu təsirin öhdəsindən gələ bilirdi. Doğrudan da, 1950-55-ci illərə kimi, dün-
yanın iri çaylarının rejimində, su ehtiyatlarının kəmiyyət və keyfiyyətində an-
tropogen təsir nəticəsində əhəmiyyətli dəyişmələr aşkarlanmamışdır (Шикло-
манов, 1979). 
XX  əsrin ikinci yarısında vəziyyət kəskin dəyişmişdir: bütün dünyada 
təbii mühitin intensiv deqradasiyası başlanmışdır. Elmi-texniki inqilab iqtisa-
diyyatın bütün sahələrinin intensiv inkişafına təkan verdiyinə görə, istifadə 
olunan su ehtiyatlarının və su obyektlərinə atılan təmizlənməmiş çirkab sula-
rının həcmi tədricən artmağa başlamışdır. Bu dövrdə bütün dünyada suvarılan 
ərazilərin sahəsi, daha sürətlə genişləndi və bunun üçün də külli miqdarda su 
tələb olundu: 1951-1960-cı illəri əhatə edən 10 il ərzində suvarılan torpaqların 
sahəsi 41 mln. ha artmışdır. Halbuki, əvvəlki 50 il ərzində bu artım cəmi 50 
mln. ha təşkil etmişdi. Geri qayıtmayan su ehtiyatlarının miqdarının çoxalma-
sına çoxsaylı su anbarlarının inşası da səbəb oldu. Xüsusilə, arid və semi-arid 
ərazilərdə tikilən su anbarlarının səthindən böyük həcmdə su buxarlanaraq it-
kiyə çevrilirdi. Həcmi 50 km
3
-dən çox olan bütün su anbarları 1950-ci ildən 
sonra tikilmişdir və bu da buxarlanmaya sərf olunan itkiləri on dəfələrlə artır-
mışdır. Məlumdur ki, su anbarları yalnız buxarlanmanı çoxaltmır, onlar həm-
çinin suyun çirklənməsini artırır, çünki suyun təzələnmə müddəti çoxalır və 
öz-özünə təmizlənmə prosesi zəifləyir. 
Azərbaycanda 1946-1952-ci illərdə 75,3 min ha yeni suvarılan torpaqlar 
istifadəyə verilmiş, 41,7 min ha sahədə mövcud suvarma sistemləri yenidən 
qurulmuşdur (Əhmədzadə, 2003). 1953-cü ildə Mingəçevir, 1952-ci ildə Var-
vara, 1956-cı ildə Ceyranbatan və s. su anbarları istifadəyə verilmişdir. 
1950-1960-cı illərdə  sənayenin su tutumlu sahələri sürətlə inkişaf et-
dirilməyə başladı. Bu da həm istifadə olunan suyun, həm də su obyektlərinə 
atılan təmizlənməmiş suların miqdarının artmasına səbəb oldu. 
Sudan istifadənin kəskin artması  və çayların sutoplayıcı  səthlərinin də-
yişdirilməsi nəticəsində artıq 1970-ci illərdə dünyanın əksər region və ölkələ-
rində insanın təsərrüfat fəaliyyəti hiss olunmayan iri çay sistemləri qalmadı. 
Əhali sıx olan regionlarda insanın təsərrüfat fəaliyyətinin təsiri nəticəsində 
çayların rejimi və onların suyunun keyfiyyəti dəyişdi. Hətta bir sıra ölkə və iri 
çay sistemlərinin ümumi su ehtiyatlarında da antropogen amillərin təsiri özünü 
aydın büruzə verdi. Bu təsir güclənərək qlobal su dövranında da hiss olunmağa 
başladı (Шикломанов, Маркова, 1987). Təsir həm də, su ehtiyatları məhdud 


1. Bərpa olunan su ehtiyatlarinin sosial-iqtisadi inki¼afda rolu... 
15 
 
olan quraq regionlarda və əhalinin təbii artımı yüksək olan regionlarda ildən-
ilə daha da güclənir. Suyun kəmiyyətinin tükənməsi və keyfiyyətinin pisləş-
məsi  əhali və iqtisadiyyatın suya olan təlabatını tam ödəməyə imkan vermir. 
Su çatışmazlığı ölkələrin iqtisadiyyatının inkişafını və əhalinin həyat səviyyə-
sinin yaxşılaşdırılmasını ləngidir. Bütün bu qeyd olunanlar Azərbaycanın ək-
sər regionları üçün də səciyyəvidir. 
Belə şəraitdə əhali, sənaye və kənd təsərrüfatının su təchizatının müasir 
və gələcəkdə gözlənilən problemlərini həll etmək və ətraf mühitin mühafizəsi 
üzrə  tədbirlər kompleksini işləmək üçün su ehtiyatlarının  əmələgəlmə prose-
sinin öyrənilməsi, kəmiyyətinin dəqiq qiymətləndirilməsi, onların zamana görə 
və  ərazi üzrə paylanma qanunauyğunluqlarının aşkar olunması  tələb olunur. 
Təkcə axımın təbii amillərinin deyil, antropogen amillərinin təsiri də  nəzərə 
alınmalıdır. 
1980-ci illərdən başlayaraq atmosferdə karbon və digər parnik qazlarının 
miqdarının artması ilə əlaqədar qlobal və regional iqlim göstəricilərinin antro-
pogen dəyişməsi əhəmiyyətli dərəcədə hiss olunmağa başladı. İqlimin bu də-
yişmələri su ehtiyatlarında da əks olunduğundan, bu şəraitdə onların müvafiq 
dəyişmələrinin qiymətləndirilməsi və proqnozlaşdırılması məsələsinin aktual-
lığı daha da artdı. Su ehtiyatlarının bu dəyişmələri dünyanın bir çox regionla-
rında aydın müşahidə olunur. İqlimşünasların proqnozlarına görə XXI əsrin 
ortalarında iqlim dəyişmələri özünü daha qabarıq büruzə verəcək (İPCC, 2001; 
2007) və bu qlobal miqyasda hidroloji dövrana, su ehtiyatlarına və onlardan is-
tifadəyə, onların zamana görə və ərazi üzrə paylanmasına, ekstremal axım xa-
rakteristikalarının kəmiyyətinə  və  təkrarlanmasına təsir göstərəcəkdir. Bütün 
bu qeyd olunanlar su ehtiyatlarından kompleks istifadə və mühafizə sxemləri 
hazırlandıqda, su təchizatı və su obyektlərində baş verən təhlükəli hidroloji ha-
disələrlə bağlı problemlərin həllinə yönəlmiş uzunmüddətli su təsərrüfatı təd-
birlərinin layihələndirilməsində nəzərə alınmalıdır. 
Göstərilən bu problemlər Azərbaycan  ərazisi üçün xüsusilə aktualdır. 
Belə ki, ölkəmiz fiziki-coğrafi mövqeyinə görə güclü iqlim dəyişmələri proq-
nozlaşdırılan və son iki onillikdə bu dəyişmələr aydın müşahidə olunan zonada 
yerləşir. Qeyd etmək lazımdır ki, bu dəyişikliklər sosial-iqtisadi sahədə baş ve-
rən məlum inkişaf dövrünə təsadüf edir. Bu da su ehtiyatlarının formalaşma-
sına, sudan istifadəyə, su təminatına və su obyektlərinin rejiminə təsir göstərir. 
Bu və ya digər region, ölkə və çay hövzəsinin yerüstü su ehtiyatlarını sə-
ciyyələndirmək üçün iki göstəricidən istifadə olunur: statik (və ya əsrlik) və 
bərpa olunan su ehtiyatları. Təbiətdə su ehtiyatlarının bu iki növünü su dövranı 
əlaqələndirir, lakin onlar tam bərpa olunma müddətlərinə görə bir-birindən 
kəskin fərqlənirlər. 
Statik su ehtiyatlarına tam bərpa olunma müddəti onilliklər, yüzilliklər 
hətta minilliklər olan şirin sular aiddir (iri göllər, buzlaqlar, böyük dərinlik-


Yüklə 13,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə