Microsoft Word Su ehtuyatlari docx



Yüklə 13,72 Kb.
Pdf görüntüsü
səhifə6/122
tarix26.10.2017
ölçüsü13,72 Kb.
#6559
1   2   3   4   5   6   7   8   9   ...   122

16

H²SSƏ. Su ehtiyatlar¯ və onlar¯n m³asir dəyi¼mələri 
lərdəki yeraltı sular və s.). Onların intensiv istifadəsi hökmən ehtiyatların tü-
kənməsi, ekoloji vəziyyətin gərginləşməsi və təbiətdə əsrlər boyu qərarlaşmış 
tarazlığın pozulması ilə nəticələnir. Buna görə onlardan yalnız xüsusi hallarda 
istifadə olunur. 
Bərpa olunan su ehtiyatlarına su dövranı nəticəsində il ərzində dəfələrlə 
bərpa olunan şirin sular aid edilir. Bərpa olunan su ehtiyatlarının inteqral gös-
təricisi yeraltı axım da daxil olmaqla çay axımıdır. Məlum olduğu kimi, çay 
məcralarında olan suların tam bərpa olunma müddəti orta hesabla cəmi 16 gün 
təşkil edir. 
Bütün ölkələrdə bərpa olunan su ehtiyatlarının qiymətləndirilməsi, onla-
rın zamana görə dinamikası və ərazi üzrə paylanması illik çay axımının kəmiy-
yətinə görə yerinə yetirilir. Hazırda dünya üzrə istifadə olunan su ehtiyatları-
nın əsas hissəsi çay sularının payına düşür. 
Çayların qidalanmasında iştirak etməyən və birbaşa iri göllərə və dəniz-
lərə axan və hər il bərpa olunan yeraltı sular da bərpa olunan su ehtiyatlarına 
aid edilir. Bu ehtiyatlar çayların axımı ilə müqayisədə xeyli az olsalar da onlar 
bir sıra regionlarda, xüsusilə  əhalinin içməli suya olan təlabatının ödənilmə-
sində əvəzsiz rol oynayırlar. 
Yuxarıda qeyd olunanları  nəzərə alaraq bu monoqrafiyada əsas diqqət 
Azərbaycanın bərpa olunan su ehtiyatlarının qiymətləndirilməsi, onların ərazi 
üzrə paylanması və zamana görə dəyişməsi problemlərinə, suyun keyfiyyəti və 
müxtəlif məqsədlər üçün istifadəsinin dinamikasının, həmçinin su ehtiyatla-
rının idarə olunma üsullarının təhlilinə yönəldilmişdir. 
XIX  əsrin axırı, XX əsrin  əvvəllərində hidroloji müşahidə  məntəqələ-
rinin sayı çox az olduğundan, yerüstü su ehtiyatlarını qiymətləndirmək üçün 
nisbətən çoxsaylı meteoroloji məntəqələrin məlumatlarından daha geniş isti-
fadə olunurdu. Bərpa olunan su ehtiyatları (çayların orta illik axımı), atmosfer 
yağıntıları, havanın temperaturundan asılılıq  əlaqələrinə  və ya yağıntı və bu-
xarlanma normalarından istifadə etməklə çoxillik dövr üçün su balansı  tənli-
yinə görə hesablanırdı. Su balansı metodunu tətbiq etdikdə cəm buxarlanmanı 
təyin etmək üçün etibarlı metodikanın işlənməsi tələb olunurdu. Bu məsələ öz 
fundamental həllini XX əsrin əvvəllərində tapdı: ilk dəfə alman alimi R.Şrey-
ber (Schreiber, 1904) və rus alimi E.M.Oldekop (Ольдекоп, 1911) müxtəlif 
fiziki-coğrafi şəraitlərdə buxarlanma normasını hesablamaq üçün düsturlar tət-
biq etdilər. 
E.M.Oldekopun tədqiqatları xüsusilə önəmli idi və onlar indiyə kimi 
əhəmiyyətini itirməmişlər. O, buxarlanmanın normasını hesablamaq üçün əsas 
parametrləri atmosfer yağıntıları və mümkün buxarlanma olan qeyri-xətti tən-
liklər tərtib etmişdi. Bu metodika bir çox onilliklər ərzində demək olar ki, də-
yişiklik edilmədən müxtəlif ölkələrdə tətbiq edilmişdir. Sonradan M.İ.Budıko 
(Будыко, 1947) bu metodikanı təkmilləşdirmişdir: o, ilk dəfə olaraq mümkün 


1. Bərpa olunan su ehtiyatlarinin sosial-iqtisadi inki¼afda rolu... 
17 
 
buxarlanmanı hesablamaq üçün nəm səthin radiasiya balansının xüsusi buxar-
lanma istiliyinə nisbətindən istifadə etməyi təklif etmiş və beləliklə, su və is-
tilik balansı tənliklərini əlaqələndirmişdir. 
Çoxillik təcrübə göstərdi ki, cəm buxarlanmanın hesablanmasında  əldə 
olunan nailiyyətlərə baxmayaraq, bərpa olunan su ehtiyatlarının meteoroloji 
məlumatlar əsasında hesablanma üsulları etibarlı nəticələr əldə etməyə imkan 
vermir və su ehtiyatları  məhdud olan ölkələrdə praktiki hesablamalar üçün 
faktiki olaraq yaramır. 
Bunun bir neçə səbəbi var. Birinci səbəb odur ki, hesablamaların dəqiq-
liyi az olduğundan arid və semi-arid ərazilərdə bu üsulları tətbiq etmək müm-
kün deyil, çünki bu ərazilərdə axım kəmiyyəti çox azdır və yağıntıların təyini 
xətalarına yaxındır. Bu üsullar ölçülmür. Yağıntılar haqqında etibarlı  məlu-
matlar olmayan regionlarda da istifadə edilə bilməz. İkinci səbəb, bu üsullar su 
ehtiyatlarını konkret illər, həmçinin mövsüm və aylar üzrə qiymətləndirməyə 
imkan vermir. Belə qiymətləndirmə isə müasir dövrdə su ehtiyatlarından isti-
fadəni planlaşdırmaq üçün çox vacibdir. Bundan başqa, bu üsullar beynəlxalq 
çay hövzələrində yerləşən region və ölkələrin su ehtiyatlarını hesablamaq üçün 
də yaramır, çünki çay axımının əhəmiyyətli hissəsi baxılan ərazidə formalaş-
mır və ona qonşu ərazilərdən axıb gəlir (Водные…, 2008). 
Su ehtiyatlarının meteoroloji məlumatlara görə qiymətləndirilməsinə 
əsaslanan üsulların qeyd olunan çatışmazlıqları göstərdi ki, su ehtiyatları bila-
vasitə hidroloji müşahidə  məlumatlarının istifadəsi ilə hesablanmalıdır. Bu, 
hidroloji müşahidə məntəqələri şəbəkəsinin sürətli inkişafına başlanğıc oldu. 
Keçmiş SSRİ-də hidroloji məntəqələrin sayı 1920-ci illərdən başlayaraq 
sürətlə artmağa başladı. 1937-ci ildə 1280 hidroloji məntəqənin məlumatı əsa-
sında ilk dəfə olaraq Sovetlər İttifaqının cəmi bərpa olunan su ehtiyatları qiy-
mətləndirildi-3750 km
3
/il (Зайков, Белинков, 1937). 
1946-cı ildə bu hesablamalar 2360 məntəqənin məlumatları və təkmilləş-
dirilmiş metodika ilə B.D.Zaykov (Зайков, 1946) tərəfindən təkrarlandı (3940 
km
3
/il). 
Baxılan  ərazinin su ehtiyatları növbəti dəfə 1962-ci ildə 5690 məntə-
qənin məlumatları  əsasında K.P.Voskresenski (Воскресенский, 1962) tərə-
findən dəqiqləşdirildi (4480 km
3
/il). 
1967-ci ildə isə ilk dəfə olaraq müttəfiq respublikaların hər birinin ay-
rılıqda su ehtiyatları hesablandı. 
Keçmiş SSRİ-də, o cümlədən Azərbaycanda iqtisadiyyatın müxtəlif sa-
hələrində sudan istifadənin nisbətən dəqiq qeydiyyatına 1960-cı illərdən baş-
lanmışdır. Bununla yanaşı 1970-1980-ci illərdə Dövlət Hidrologiya İnstitu-
tunda (Leninqrad) insanın təsərrüfat fəaliyyətinin müxtəlif sahələrinin iri çay 
hövzələrinin su ehtiyatlarına təsiri kompleks şəkildə öyrənilməyə başlanıldı. 
Bu tədqiqatların əsas nəticələri Kür, Araz və Samur çaylarına aid məlumatlar 


Yüklə 13,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə