24
I
H²SSƏ. Su ehtiyatlar¯ və onlar¯n m³asir dəyi¼mələri
təcrübəli hidroloq mütəxəssis və gənc tədqiqatçıların fizika və ali riyaziyyat
üzrə biliklərinin lazımi səviyyədə olmaması ilə əlaqədardır.
Problem 4. “Hidrologiya” və “Su ehtiyatlarının idarə edilməsi” termin-
lərinin eyniləşdirilməsi.
Bir çox hidroloqlar, xüsusilə mühəndis-hidroloqlar hidrologiyaya elm
sahəsi kimi yox, texnologiya kimi baxırlar. Onların əsas məqsədi hidroloji mə-
lumatları informasiyaya çevirib su ehtiyalarının idarə olunmasında və ya hid-
rotexniki qurğuların layihələrində istifadə etməkdir. Lakin bu terminlərin eyni-
ləşdirilməsi kökündən səhvdir. Çünki, hidrologiya Yer elmlərinə, su ehtiyat-
larının idarə olunması isə qərarların qəbul edilməsi elmlərinə aiddir. Həmçinin
nəzərə almaq lazımdır ki, su ehtiyatlarının idarə olunmasında hökmən su si-
yasəti və su qanunvericiliyinə, həmçinin instusional məsələlərə də baxılır ki,
bunlar da klassik hidrologiyanın predmeti deyildir.
Həmçinin qeyd etmək lazımdır ki, 1997-ci ildə qəbul olunmuş Azərbay-
can Respublikasının Su Məcəlləsinin bir sıra müddəalarının yenidən işlənmə-
sinə ehtiyac vardır. Bu sənəd, xüsusilə su ehtiyatlarının idarə edilməsı ilə əla-
qədar müasir beynəlxalq təcrübəyə və ölkədə su sektorunun real durumuna
uyğunlaşdırılmalıdır.
Problem 5. Kadr hazırlığı.
Bu problemə Azərbaycanın timsalında baxılır. Bakı Dövlət Universi-
tetində hidrologiya ixtisası üzrə ilk buraxılış 1975-ci ildə olub. O vaxtdan fa-
siləsiz olaraq hidroloq mütəxəssislərin hazırlığı davam etdirilir.
Azərbaycanda hidroloq kadrları hazırlığının səviyyəsinin yüksəldilməsi
üçün aşağıdakılar məqsədəuyğun hesab edilir:
bakalavriatın I kursuna daha yüksək hazırlıqlı abituriyentlərin
qəbulunun təmin edilməsi üçün qəbul ballarının aşağı həddinin
qaldırılması;
hidroloq ixtisasının gənclər arasında prestijliyinin təbliği;
xüsusi istiqamətlər üzrə təhsil hazırlığı;
hidroloq mütəxəssislərin, xüsusilə çöl tədqiqatlarında çalışan mü-
təxəssislərin maddi maraqlarının daha yüksək səviyyədə təmin
edilməsi
Hazırda bir sıra mühüm istiqamətlər üzrə yüksək ixtisaslı mütəxəssis ça-
tışmazlığı mövcuddur. Buna görə də, bu istiqamətlər üzrə istedadlı gənclərin
xarici ölkələrin tanınmış universitet və elmi-tədqiqat mərkəzlərində uzun müd-
dətli treninqə və ya doktoranturaya göndərilməsi məqsədəuyğundur.
Azərbaycanın su obyektlərinin hidroloji xüsusiyyətlərinin öyrənilməsin-
də aşağıdakılara diqqət yetirilməsi məqsədəuyğundur:
Çay hövzələrinin su balansı elementlərinin, yerüstü və yeraltı su
ehtiyatları haqqında məlumatların yenilənməsi;
1. Bərpa olunan su ehtiyatlarinin sosial-iqtisadi inki¼afda rolu...
25
Yeni hidroloji müşahidə məntəqələrinin təşkili;
Hidroloji müşahidə məlumatlarının keyfiyyətinin yüksəldilməsi
və onların tədqiqatlar məqsədi ilə əldə edilməsinin asanlaş-
dırılması;
Hidroloji proseslərin riyazi və fiziki modelləşdirilməsi, məcra
prosesləri, hidroloji proqnozlaşdırma, daşqın (sel) və quraqlıq
risklərinin qiymətləndirilməsi istiqamətində tədqiqatların apa-
rılması.
1.3. HİDROGEOLOGİYANIN MÜASİR PROBLEMLƏRİ
Müasir hidrogeologiyanın əsas problemi yeraltı sulardan səmərəli is-
tifadə edilməsi və onların ətraf mühitə zərərli təsirinin qarşısının alınması və
ya minimuma endirilməsinə nail olunmasından ibarətdir.
Dünyanın əksər ölkələrində içməyə yararlı su ehtiyatları və xüsusilə yer-
altı su ehtiyatları məhduddur. Birləşmiş Millətlər Təşkilatının, UNESKO-nun,
UNECE-nin, digər beynəlxalq qurumların konvensiyalarında, qərarlarında,
direktivlərində, Ümumdünya Su Forumlarının yekun sənədlərində Yer Kürəsi
əhalisinin içməyə yararlı su ilə təmin olunması, su ehtiyatlarının qorunması,
onlardan səmərəli istifadə edilməsi alternativi olmayan qlobal problemlər kimi
müəyyənləşdirilmişdir.
Azərbaycanın bütün regionlarının son illərdəki intensiv sosial-iqtisadi
inkişafı, yeni kənd və qəsəbələrin, digər yaşayış məntəqələrinin salınması, sə-
naye və kənd təsərrüfatı müəssisələrin yaradılması, aqrar sektorun inkişafı su-
ya olan tələbatı daim artırmaqdadır. Əhalinin içmək və təsərrüfat-məişət ehti-
yaclarının ödənilməsi üçün keyfiyyətli su ilə təmin edilməsi mənbələrinin
aşkarlanması hidrogeoloqların, su təchizatı mütəxəssislərinin qarşısında xüsusi
kəskinliyi ilə duran məsələlərdəndir.
Azərbaycan Respublikasında içməyə, təsərrüfat-məişət ehtiyaclarının tə-
min edilməsinə və suvarmaya yararlı yeraltı suların illik ehtiyatları 9-10
mlrd.m
3
-ə yaxındır.
Yerüstü sularla müqayisədə yeraltı sular ətraf mühitin təsirinə daha az
məruz qalmışlar və təminatlı istifadə üçün daha yararlıdırlar. Lakin məhdud
həcmli yeraltı suların ehtiyatları ölkə ərazisində qeyri-bərabər paylanmaqla,
əsasən, dağətəyi düzənliklərdə, çayların gətirmə konuslarında toplanmışdır.
Bununla əlaqədar olaraq yeraltı suların ehtiyatlarının düzgün qiymətlən-
dirilməsi, bu ehtiyatlardan səmərəli istifadənin optimal yollarının müəyyənləş-
dirilməsi mühüm elmi və praktiki əhəmiyyət kəsb edir.
26
I
H²SSƏ. Su ehtiyatlar¯ və onlar¯n m³asir dəyi¼mələri
Digər faydalı qazıntılardan fərqli olaraq yeraltı sular daim hərəkətdədir
və onların ehtiyatları bərpa olunmaq qabiliyyətinə malikdir. Yeraltı suların çı-
xarılması prosesində sugötürücü qurğunun yerləşdiyi sahə ilə yanaşı, bu sahə-
dən dəfələrlə böyük olan ərazinin ehtiyatları istismara cəlb olunur. Buna görə
də, hidrogeoloji şəraitin xüsusiyyətləri nəzərə alınmaqla, xüsusi hidrodinamik
hesablamalar aparılmadan yeraltı suların ehtiyatlarının düzgün qiymətləndiril-
məsi qeyri- mümkündür.
Yeraltı suların istismar ehtiyatları nəzərə alınmadan çıxarılması, su istis-
mar quyularının müvafiq tələblər və şərtlər gözlənilmədən qazılması, mövcud
və yeni sugötürücülər arasında qarşılıqlı əlaqənin düzgün qiymətləndiril-
məməsi ehtiyatların tükənməsinə, yeraltı suların səviyyəsinin düşməsinə, kon-
disiyadan kənar suların sorulmasına, sugötürücü qurğuların sıradan çıxmasına
səbəb ola bilər və təcrübə də belə halların qaçılmaz olduğunu göstərir.
Yeraltı suların istismar ehtiyatlarını qiymətləndirən hidrogeoloq ərazinin
hidrogeoloji şəraiti haqqında müfəssəl məlumata malik olmalı, hidrogeoloji
sxemi düzgün təsəvvür etməli, yeraltı suların kəşfiyyatı və ehtiyatların qiymət-
ləndirilməsi metodikasını mükəmməl bilməlidir. Yeraltı suların kəşfiyyatı pro-
sesində ehtiyatların qiymətləndirilməsi üçün zəruri olan bütün məlumatların
əldə edilməsinə nail olunmalıdır. Məsələyə səthi yanaşılması və ya hidro-
geoloqun peşəkarlığının yetərincə olmaması, yeraltı su obyektinə yolverilməz
müdaxilə ilə əlaqədar ciddi geoekoloji fəsadlara və lüzumsuz maddi məsrəfə
səbəb ola bilər.
Yeraltı suların kəşfiyyatı və istismar ehtiyatlarının qiymətləndirilməsi
metodları yeraltı hidrosferanın evolyusiyası, yeraltı suların yaranması haqqın-
da nəzəri baxışlardan, təsəvvürlərdən asılı olaraq müəyyən edilir və metodların
səmərəliliyi məntiqi olaraq nəzəriyyənin mükəmməlliyindən asılı olur.
XX əsrdə hidrogeologiya elmi, onun əsas tərkib hissələri olan hidrogeodi-
namika və hidrogeokimya sahəsində fundamental tədqiqatlar aparılmış, əsas
nəzəri problemlər öz həllini tapmış və ya tapmaq üzrədir. Tətbiqi elm olan hid-
rogeologiyada nəzəriyyə bilavasitə yeraltı sulardan səmərəli istifadə edilməsi
və ya yeraltı suların zərərli təsirinin qarşısının alınmasına yönəlməklə qısa
zaman müddətində öz tətbiqini tapır və bu səbəbdən də daim yenilənməkdə və
inkişafdadır. Hidrogeologiyanın nəzəri müddəalarının işlənilməsi və həm də
əsas problemlərinin həlli hidrogeoloji tədqiqatların düzgün və səmərəli aparıl-
masından asılıdır, yəni hidrogeoloji tədqiqatların əsas məqsədi müxtəlif isteh-
salat məsələlərinin həllində proqnozların əsaslandırılması və nəzəri hidro-
geologiyanın gələcək inkişafı üçün zəruri olan məlumatlar kompleksinin əldə
edilməsindən ibarətdir.
Hidrogeoloji tədqiqatların istiqamətləri daim genişlənməkdə, həcmi art-
maqda, aparılma metodları mükəmməlləşməkdə və mürəkkəbləşməkdədir.
Dostları ilə paylaş: |