18
I
H²SSƏ. Su ehtiyatlar¯ və onlar¯n m³asir dəyi¼mələri
da daxil olmaqla İ.A.Şiklomanovun monoqrafiyalarında çap olundu (Шикло-
манов, 1979; 1989). 2003-cü ildə nəşr olunmuş “Dünyanın su ehtiyatları XXI
əsrin astanasında“ adlı monoqrafiyada dünyanın bütün təbii-iqtisadi regionları,
qitələri, okeanları üçün eyni bir çoxillik dövr ərzində (1918-1985) bərpa olu-
nan su ehtiyatlarının dəqiqləşdirilmiş qiymətləri çap edilmişdir. Bu fundamen-
tal monoqrafiyada XX əsrdə dünyada şirin su ehtiyatlarından istifadə də təhlil
olunmuş və 2025-ci ilə kimi sudan istifadə və su təminatının təxmini qiymət-
ləri verilmişdir.
Qeyd etmək lazımdır ki, indiyə kimi (1967-2003-cü illər) su ehtiyat-
larının Azərbaycanda və qlobal miqyasda yerinə yetirilmiş qiymətləndirmələri
iqlim şəraitinin stasionarlığını nəzərdə tuturdu.
Məlumdur ki, çayların su sərfləri və beləliklə də bərpa olunan su ehtiyat-
larının tərəddüdləri iki əsas amildən-iqlim dəyişmələri və insanın təsərrüfat
fəaliyyətindən asılıdır. Son iki-üç onillikdə yer kürəsində bu amillərin hər ikisi
ciddi dəyişikliklərə məruz qalmışdır. Bu ilk növbədə iqlimə aiddir. Son 100
ildə (1906-2005-ci illər) qlobal hava temperaturu təqribən 0,74
o
C artmışdır.
1980-ci illərdən başlayaraq istiləşmə daha güclü olmuş və son 12 ildən 11-də
bütün müşahidə dövrünün ən yüksək temperaturları qeydə alınmışdır (İPCC,
2007).
Azərbaycanda son 100 ildə orta illik temperatur artımı təqribən 0,5
o
C
təşkil etmişdir.
Son iki-üç onillikdə Azərbaycanda bazar iqtisadiyyatına keçidlə əlaqədar
sənaye və kənd təsərrüfatında baş verən əsaslı dəyişikliklər su təminatı və su-
dan istifadə problemlərinə, çayların rejimi və su ehtiyatlarına təsirsiz ötüşə bil-
məzdi. Buna görə də qeyri-stasionar iqlim şəraiti və çay sutoplayıcılarında tə-
sərrüfat fəaliyyətinin əsaslı şəkildə dəyişdirildiyi son 20-25 ildə ölkəmizin su
ehtiyatları və su təminatında baş verən dəyişmələrin araşdırılması çox mühüm
məsələlərdən biridir. Həmçinin nəzərə almaq lazımdır ki, su ehtiyatlarının xa-
rakteristikaları hətta zəif iqlim dəyişmələrinə çox həssasdırlar. Buna görə də
artıq indi hidroloji müşahidə məlumatlarından istifadə etməklə iqlim dəyiş-
mələrinin hidroloji nəticələrinin qiymətləndirilməsinə real imkan var və bu
hidroloji proseslərin yaxın gələcəyə proqnozu üçün yaxşı əsas verir.
Beləliklə, su ehtiyatlarından istifadənin dinamikasını və təsərrüfat fəaliy-
yəti növlərinin təsirini təhlil etməklə iqtisadiyyatın inkişaf və əhali sayının ar-
tım proqnozlarını nəzərə almaqla yaxın gələcəkdə iqlimin və təsərrüfat fəaliy-
yətinin dəyişməsi şəraitində bütün ölkənin, həmçinin ayrı-ayrı regionların su
ehtiyatları və su təminatını kompleks şəkildə təxmini qiymətləndirmək müm-
kündür.
1. Bərpa olunan su ehtiyatlarinin sosial-iqtisadi inki¼afda rolu...
19
1.2. HİDROLOGİYANIN MÜASİR PROBLEMLƏRİ
Hidrologiya coğrafi elmlərə aid olmaqla digər fiziki-coğrafi elmlərlə-
meteorologiya və iqlimşünaslıq, geomorfologiya, landşaftşünaslıq, qlyasiolo-
giya, kartoqrafiya və s. ilə sıx əlaqəlidir. Bu əlaqələr təbii mühitin bütövlüyü-
nü, onun ayrı-ayrı komponentlərinin bir-birinə qarşılıqlı təsirini əks etdirir.
Su təsərrüfatı, kommunikasiya, enerji, ətraf mühitin mühafizəsi, çay
hövzələrinin idarə olunması ilə bağlı layihələrin elmi əsaslandırılmasında hid-
rologiyanın rolu əvəzsizdir. Hidrologiyanın digər tətbiq sahələri çay axımı və
təhlükəli hidroloji hadisələrin-daşqın və sellərin proqnozu ilə əlaqədardır.
C.Duq (James I. Dooge, 1999) hesab edir ki, XX əsrdə hidrologiyanın
inkişafının ən başlıca xüsusiyyəti elmi hidrologiyanın yaranmasıdır. O, XX
əsrdə dörd dövr ayırır: empirizm (1900-1930), rasionalizm (1930-1950), nəzə-
riyyənin inkişafı (1950-1975) və kompyuterləşmə (1975-2000) dövrləri.
Tətbiqi hidrologiyanın iki əsas vəzifəsi məlumdur:
1.
Çay axımının müxtəlif xarakteristikalarının (illik, maksimal, minimal
axım və s.) hesablanması;
2.
Səviyyə və çay axımı proqnozlarının tərtibi.
Lakin bir çox digər məsələlərin həllində də bilavasitə hidroloqların işti-
rakı tələb olunur. Bu məsələlər daha çox sudan istifadə ilə əlaqədar müxtəlif
tədbirlər planlarının elmi hidroloji əsaslandırılması ilə bağlıdır.
Tətbiqi hidrologiyanın birinci vəzifəsi ilə əlaqədar qeyd etmək lazımdır
ki, hazırda çaylar üzərində inşa edilmiş və müvəffəqiyyətlə istismar olunan bü-
tün su anbarları, su elektrik stansiyaları, sugötürmə qurğuları, körpülər, neft və
qaz kəmərlərinin körpü keçidləri və s. hidrotexniki qurğular çay axımının
müxtəlif xarakteristikalarının hesabi qiymətlərinə görə layihələndirilmişdir.
Keçmiş SSRİ–də bu axım xarakteristikaları dövlət səviyyəsində təsdiqlənmiş
normativ sənədlərdəki metod və düsturlara görə hesablanırdı. İlk belə sənəd
1966-cı ildə təsdiqlənmiş, 1972 və 1983-cü illərdə isə onun təkmilləşdirilmiş
variantları qüvvəyə minmişdir. 2003-cü ildə Rusiya Federasiyası üçün oxşar
normativ sənəd hazırlanmışdır. ABŞ və Qərbi Avropa ölkələrində müəyyən
standartların olmasına baxmayaraq, hidroloji xarakteristikaların hesabi qiymət-
ləri hər bir layihə üçün fərdi qaydada-çöl tədqiqatları yerinə yetirilməklə, höv-
zənin yerli xüsusiyyətlərini nəzərə almaqla təyin olunur (İmanov, 2011).
Hidrologiyanın ikinci vacib vəzifəsi çay, göl və su anbarlarının rejim
elementlərinin və ya bu su obyektlərində baş verən hadisələrin proqnozu ilə
əlaqədardır.
20
I
H²SSƏ. Su ehtiyatlar¯ və onlar¯n m³asir dəyi¼mələri
Hazırda su sərfləri və səviyyənin çoxsaylı qısa və uzunmüddətli proqnoz
metodları işlənib və onlar operativ hidrologiyada geniş istifadə olunur. Bu
metodları iki əsas qrupa bölmək olar:
fiziki-statistik (və ya su balansı) metodlar: çay hövzəsində axı-
mın formalaşma xüsusiyyətlərini nəzərə alır;
statistik metodlar: su rejiminin tələb olunan elementlərinin ehti-
mallı proqnozlarını tərtib etməyə imkan verir.
Hidrologiyanın digər vəzifələri öz həllini başlıca olaraq hidroloji hesab-
lama metodlarının, qismən isə hidroloji proqnoz metodlarının tətbiqi ilə tapır.
Əlavə olaraq, suyun keyfiyyəti, gətirmələr axımı, məcra prosesləri, sudan isti-
fadə və s. haqqında məlumatlardan da istifadə olunur.
Müasir dövrdə hidrologiyanın nailiyyətləri tətbiqi hidrologiyanın ehti-
yaclarının ödənilmə səviyyəsi ilə müəyyən olunur. Bu gün birmənalı etiraf et-
mək olar ki, tətbiqi hidrologiya bütövlükdə iqtisadiyyatın müxtəlif sahələri, so-
sial sfera və fərdi sektorun hiroloji təminatı üzrə qarşıya qoyulan vəzifələrin
öhdəsindən uğurla gəlir.
Təəssüflə qeyd etmək lazımdır ki, nəzəri hidrologiyanın nailiyyətləri az-
dır. Nəzəri hidrologiya və tətbiqi hidrologiya arasında müəyyən boşluq var:
nəzəri hidrologiya öz inkişafında praktikanın tələblərindən geri qalır.
Hidrologiyanın müasir problemlərinə üç səviyyədə baxıla bilər: beynəl-
xalq, regional və Azərbaycan səviyyələrində.
YUNESKO-nun Beynəlxalq Hidroloji Proqramı 2014-2021-ci illəri əha-
tə edən VIII faza üçün 6 əsas prioritet istiqamət müəyyən etmişdir:
1. Su obyektlərinin hidroloji rejiminin dəyişmələri və su ilə bağlı
təhlükəli hadisələr;
2. Yeraltı suların hidrologiyası;
3. Su çatışmazlığı və suyun keyfiyyəti problemi;
4. Urbanizasiya olunmuş ərazilərin hidrologiyası;
5. Ekohidrologiya;
6. Su ehtiyatları üzrə mütəxəssis hazırlığı.
“Rusiya Federasiyasının 2020-ci ilə kimi Su Strategiyası”nda ölkənin su
təsərrüfatı kompleksinin inkişafının başlıca məqsədləri müəyyən edilmişdir
(Фролов, 2013):
Əhali və iqtisadiyyatın müxtəlif sahələrinin su ehtiyatları ilə tə-
minatlı təchiz olunması;
Su obyektlərinin mühafizəsi və bərpası;
Suların mənfi təsirindən müdafiənin təmin olunması.
2013-cü il 19-21 noyabr tarixlərində Rusiya Federasiyasının Sankt-Pe-
terburq şəhərində VII Ümumrusiya Hidroloji Qurultayı keçirilmişdir. Bu Qu-
rultayda 15 müxtəlif ölkənin mütəxəssisləri iştirak etmişdilər. Qurultayın ye-
Dostları ilə paylaş: |