1. Bərpa olunan su ehtiyatlarinin sosial-iqtisadi inki¼afda rolu...
21
kun qərarında yaxın on il üçün əsas hidroloji problemlər və tədqiqat istiqa-
mətləri müəyyən edilmişdir. Bunların ən mühümləri və Azərbaycan üçün də
aktual olanları aşağıdakılardır:
İqlim dəyişmələri və təsərrüfat fəaliyyətinin inkişafı şəraitində
yerüstü və yeraltı suların yenidən qiymətləndirilməsi;
Təhlükəli hidroloji hadisələr də daxil olmaqla, hidroloji proqnoz-
laşdırma sisteminin inkişaf etdirilməsi;
Hidroloji proseslərin riyazi və fiziki modelləşdirilmə metod-
larının təkmilləşdirilməsi;
Hidroloji monitorinq məlumatlarının su kadastrının illik və çoxil-
lik sorğu kitabları şəklində nəşri;
Məcra proseslərinin elmi əsaslarının tədqiqi və onların idarə
olunması üzrə praktik tövsiyələrin hazırlanması;
Su obyektlərinin (kiçik çaylar da daxil olmaqla) bərpa proqram-
larının hazırlanması və həyata keçirilməsi;
Su ehtiyatlarından ekosistem yanaşmalı istifadənin metodoloji və
texnoloji əsaslarının işlənməsi;
Hidrologiya elmində peyk məlumatları və metodlarından istifa-
dənin geniş tətbiqi.
2011-2014-cü illərdə BMT-nin İnkişaf Proqramı və Qlobal Ekoloji Fon-
dun maliyyə dəstəyi ilə həyata keçirilən "Kür-Araz hövzəsində transsərhəd
deqradasiyasının azaldılması" layihəsi çərçivəsində yerli və beynəlxalq eks-
pertlər tərəfindən Cənubi Qafqaz regionu üçün ümumi Strateji Fəaliyyət Planı
hazırlanmışdır. Bu planda 4 əsas məqsəd qarşıya qoyulmuşdur:
Suya təlabatı və ekosistem xidmətlərini təmin etmək üçün su eh-
tiyatlarının davamlı istifadəsinə nail olmaq;
İndiki və gələcək nəsillər üçün təmiz sudan istifadə imkanını tə-
min etmək və Kür-Araz hövzəsində ekosistem funksiyalarını
gücləndirmək üçün tələb olunan suyun keyfiyyətinə nail olmaq;
Kür-Araz çayları hövzəsində davamlı olaraq əhəmiyyətli ekoloji
və sosial-iqtisadi xidmət edəcək ekosistemlərə nail olmaq və onu
qorumaq;
Daşqın və iqlim dəyişmələrinin infrastruktur, sahilyanı ekosis-
temlər və icmalara mənfi təsirlərinin azaldılmasına nail olmaq.
Bu məqsədlərə nail olmaq üçün 10 əsas fəaliyyət növü müəyyən edilmiş
və onlar prioritetləşdirilmişdir:
1.
Hidroloji idarə etmənin təkmilləşdirilməsi;
2.
Su ehtiyatlarının itkilərinin azaldılması;
3.
Suyun keyfiyyət monitorinqinin təkmilləşdirilmiş proqramı;
22
I
H²SSƏ. Su ehtiyatlar¯ və onlar¯n m³asir dəyi¼mələri
4. Çirklənmənin azaldılması və qarşısının alınması;
5. Suyun keyfiyyət standartlarının uyğunlaşdırılması;
6. Çay ekosistemlərinin vəziyyətinin qiymətləndirilməsi;
7. Çay ekosistemlərinin mühafizəsi və bərpası;
8. İnkişaf planlarında çay ekosistemlərinin əhəmiyyətinin nəzərə
alınması;
9. Daşqın və quraqlıq risklərinin azaldılması;
10.
10.İqlim dəyişmələrinə razılaşdırılmış adaptasiya.
Yuxarıda adı çəkilən layihə çərçivəsində Azərbaycan üçün Su ehtiyatla-
rının İnteqrasiyalı İdarə Edilməsi üzrə Milli Fəaliyyət Planı hazırlanmışdır. Bu
planda həlli mühüm sayılan problemlər Regional Strateji Fəaliyyət Planında
göstərilən problemlərlə kəsişir. Milli Fəaliyyət Planında 4 əsas problem müəy-
yən edilmişdir:
Su ehtiyatlarından daha səmərəli istifadə olunması;
Su ehtiyatlarının mühafizəsi üçün iqlim dəyişmələrinə adapta-
siya;
Su ekosistemlərinin mühafizəsi;
Suyun keyfiyyətinin yaxşılaşdırılması.
Hazırda hidrologiyanın çoxsaylı problemləri var (İmanov, 2012).
Problem 1. Nəzəri bazanın zəif olması. Ümumiyyətlə, Yer elmlərində is-
tifadə olunan metodologiyaları, onların nəzəri əsaslarına görə üç səviyyəyə
bölmək olar (Виноградов, Виноградова, 2008):
1. Empirik təsviri metodologiyalar;
2. Nəzəri əsasları digər elm sahələrindən götürülən metodologi-
yalar;
3. Öz nəzəri əsasları olan metodologiyalar.
Ənənəvi hidrologiya birinci səviyyəyə uyğundur. Onun əsasları XX əs-
rin 30-50-ci illərində formalaşıb. Hidrologiyanın ikinci səviyyəyə uyğun nəzə-
ri əsası mexanika, hidrodinamika, riyazi statistika və fiziki coğrafiyadan götü-
rülüb.
Y.B.Vinoqradov və T.A.Vinoqradovaya (Виноградов, Виноградова,
2008) görə, hazırda üçüncü səviyyəyə uyğun nəzəri əsas yoxdur və onlar, bu
əsası yalnız riyazi modelləşmənin inkişaf etdirilməsində görürlər.
Ümumiyyətlə, etiraf etmək lazımdır ki, hazırda bir çox hidroloji məsələ-
lərin həllinin nəzəri yolları çox məhduddur (Нежиховский, 1993).
Belə şəraitdə sual olunur: elmi hidrologiyanın inkişafını necə sürətlən-
dirmək olar? Elmi nəzəriyyənin bir çox tərifləri məlumdur. Hans Selyeyə
(Ганс Селье, 1987) görə “nəzəriyyələr-mövcud faktları birləşdirən saplardır”.
Hesab olunur ki, elmi hidrologiyanın informasiya bazasını reprezentativ sutop-
layıcılarda yerinə yetirilən müşahidə məlumatları təşkil etməlidir. Belə ekspe-
1. Bərpa olunan su ehtiyatlarinin sosial-iqtisadi inki¼afda rolu...
23
rimentlər müxtəlif təbii zonalarda və landşaft tiplərində yerinə yetirilməlidir.
Lakin belə eksperimentlərin təşkili külli miqdarda vəsait tələb edir. Hazırda
Azərbaycanda reprezentativ sutoplayıcılar və axım meydançalarının yara-
dılması məqsədəuyğun olardı.
Problem 2. Axım sıraları qeyri-stasionar olduqda hidroloji hesablama-
ların yerinə yetirilməsi.
Keçən əsrin 20-ci illərindən başlayaraq axım xarakteristikaları statistik
metodlarla hesablanır. Bu metodların tətbiqi müşahidə sıralarının stasionar-
lığını nəzərdə tutur (İmanov, 2011). Lakin müasir iqlim dəyişmələri şəraitində
bir çox hidrometeoroloji xarakteristikaların müşahidə sıralarında statistik ba-
xımdan əhəmiyyətli xətti trendlər aşkarlanır. Belə sıraların statistik parametr-
lərinin təyini yolları haqqında mütəxəssislər arasında fikir birliyi yoxdur. Ək-
sər mühəndis-hidroloqlar hesablamaları hələ də stasionar sıralar üçün işlənmiş
ənənəvi metodlarla yerinə yetirirlər.
Azərbaycan şəraiti üçün bu problem çox aktualdır. Belə ki, müstəqil öl-
kəmizdə hələ də hidroloji hesablamaları tənzimləyən normativ sənəd yoxdur.
Körpülərin, su anbarlarının, su-elektrik stansiyalarının və müxtəlif hidrotex-
niki qurğuların layihələndirilməsi zamanı axım xarakteristikalarının hesabi
qiymətlərinin necə təyin olunduğu aydın deyil. Bu məsələ ilə əlaqədar Rusiya
alimləri arasında fikir ayrılığı var. Bir qrup alim “qısaldılmış əyrilər”dən, digər
qrup isə bütöv müşahidə sıralarından istifadə etməyə üstünlük verir.
Problem 3. Hidroloji proseslərin riyazi və fiziki modelləşdirilməsinin
zəif inkişafı.
Bu, müasir hidrologiyanın ən perspektivli istiqamətlərindən biridir. Belə
hesab olunur ki, hidroloji məsələlərin hamısını müxtəlif riyazi modellərin isti-
fadəsi ilə həll etmək mümkün olacaq (Коваленко и др., 2006).
Son 50-60 ildə hidroloji modellərin hazırlanmasına çox enerji sərf olun-
masına baxmayaraq bu problem hələ də öz həllini gözləyir. Bu problemin
mövcudluğu birbaşa hidrologiyanın nəzəri və informasiya bazasının zəif olma-
sı ilə bağlıdır (Problem 1). Həmçinin qeyd etmək lazımdır ki, kiçik çay höv-
zələri üçün işlənmiş modelləri fiziki-coğrafi şəraiti mürəkkəb olan iri çay höv-
zələrinə tətbiq etmək qeyri-mümkündür.
Tədqiqat metodlarını nəzərə almaqla hidrologiyanı “ənənəvi hidrolo-
giya”ya (XX əsrin 70-ci illərinə kimi) və “yeni nəsil hidrologiya”sına (riyazi
modellər nəzərdə tutulur) bölmək olar (Виноградов и Виноградова, 2008).
Lakin müəlliflər etiraf edir ki, “yeni nəsil hidrologiya”sının inkişafında hələ
ki, gözlənilən sıçrayış baş verməyib.
Azərbaycanda axımın əmələgəlmə prosesinin riyazi modelləşdirilməsi
ilə yetərincə məşğul olunmamışdır. Bu, yuxarıda göstərilən səbəblərlə yanaşı,
Dostları ilə paylaş: |