Microsoft Word Shafag Asiman Seismic 3d eia 23 Aug 11 aze doc



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə33/38
tarix14.01.2018
ölçüsü5,07 Kb.
#20773
1   ...   30   31   32   33   34   35   36   37   38

BP Azərbaycan
                                                                 
Şəfəq-Asiman Dəniz Bloku 3Ö Seysmik Kəşfiyyat Tədqiqatı   
 
 
                                                                 
Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi  
 
AETC/P140167_Rev03  
83
 
 
Xülasədə, həm Şimal dənizi, həm də Adriatik dənizdə aparılan tədqiqatların nəticələri göstərir 
ki, yetkin balıqlar uzaqlaşma davranışını nümayiş etdirmiş, bu da seysmik tədqiqat sahəsindən 
müvəqqəti yerdəyişmə ilə  nəticələnmişdir. Lakin seysmik tədqiqatdan  əvvəlki tutum 
səviyyələrinin bərpası ilə, bu yerdəyişmə səviyyəsinin növlərin normal coğrafi əhatə dairəsinə 
uyğun olduğu hesab edilir. 
6.2.5  Dəniz məməliləri 
Ümumiyyətlə, suitilərin dalmaya xüsusi uyğunlaşmasına görə, onlara fiziki ziyan dəyməsi 
mümkün deyil. Bu uyğunlaşmalara güclü ciyərlər və hava kanalları  və baş sahəsinin hava 
təzyiqini ətrafdakı suyun təzyiqi ilə eyniləşdirmək mexanizmləri daxildir. Qordon və digərləri 
(1998) seysmik tədqiqatlar nəticəsində  dəniz məmələrinə  dəyə biləcək bir neçə mümkün 
təsirləri göstərmişdir, həmin təsirləri Cədvəl 6.5-də qeyd edilir. 
Cədvəl 6.5:  Seysmik tədqiqatların dəniz məməlilərinə mümkün təsirləri 
Fiziki təsirlər 
Davranış təsirləri 
Dolayı təsirləri 
•  Bədən toxumaları və 
qulaqların zədələnməsi 
•  Eşitmə həddində daimi 
dəyişmə 
•  Bioloji əhəmiyyətli 
səslərin süni səslərlə   
gizlədilməsi 
•  Qidalanma səviyyələrinin 
azalması ilə nəticələnən ov 
əlverişliliyinin azalması 
•  Eşitmə həddində müvəqqəti 
dəyişmə 
•  Normal davranışın 
pozulması 
 
Mənbə:  Qordon və digərlərindən uyğunlaşdırılmışdır, 1998 
 
Dərin sularda, səs müəyyən təbəqələrdə toplana və beləliklə  də, dayaz sularda olduğundan 
daha böyük məsafələrə ötürülə bilər. Ona görə də, dərinə dalan heyvanların (bax Cədvəl 6.6
alınan səs səviyyələrinin səthə yaxın ölçülən və proqnozlaşdırılan səviyyələrdən yüksək 
olduğu sahələrə, o cümlədən səs mənbəyinin birbaşa yaxınlığında olan zonalara daxil olması 
mümkündür (Qordon və digərləri, 1998). Müəyyən vaxt ərzində  və  dərinliyə dalmaq üçün 
dərin sularda üzən heyvanlar müəyyən enerji imkanına malik olduğundan, sürətli üzmə kimi 
enerji tələb edən fəaliyyətlər dalmanın sonlarına yaxın oksigen ehtiyatlarının minimumda 
olacağı vaxtlarda mümkün olmayacaq. 
Cədvəl 6.6:  Dəniz məməliləri üçün qeydə alınmış səciyyəvi dalma dərinlikləri 
Mənbə 
Növlər 
Dalma dərinlikləri 
Tompson və digərləri (1998) 
Boz suiti 
Əsasən 200 m-ə qədər dərinliyə 
üzür.  400 m-ə qədər dalma 
qabiliyyətinə malikdir 
Tompson və digərləri (1998) 
Liman suitisi 
Əsasən 100 m-ə qədər dərinliyə üzür 
Delonq və Styuart (1991) 
Dəniz fili 
Qeydə alınmış dərinlik 1000 m 
Uotkins və digərləri (1993) 
Kaşalot Mütəmadi olaraq, 1000 m-dən 
dərinliyə dalır 
Hacıyev və Heybətov (1999) 
Xəzər suitisi 
Normal 10 m, lakin 100 - 120 m -ə 
qədər dərinliyə dalma qabiliyyətinə 
malikdir 
 
 
 
 
Fiziki təsirlər 
Təzyiq dalğasının fiziki təsirə  səbəb olma imkanında mühüm amil dalğanın yüksəliş 
vaxtından asılıdır. Seysmik impulsların dəniz məməlilərinə kəskin fiziki ziyan vurmasının heç 
bir dəlili yoxdur, lakin bu mövzuda çox məhdud tədqiqatlar aparılmışdır. 


BP Azərbaycan
                                                                 
Şəfəq-Asiman Dəniz Bloku 3Ö Seysmik Kəşfiyyat Tədqiqatı   
 
 
                                                                 
Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi  
 
AETC/P140167_Rev03  
84
 
 
İnkişaf nəticəsində  səsə  həssas olmaq üçün uyğunlaşmaqla, qulaqlar bundan gələn ziyanın 
təsirinə ən çox məruz qalan orqanlardır. Eşitmə su altında məməlilər üçün ən mühüm  həssas 
duyğu növüdür və yaxşı eşitmək qabiliyyəti onların həyatının qida tapmaq, üzmək, erkək və 
ya dişilərini tapmaq və  yırtıcılardan qorunmaq kimi bir çox mühüm aspektlərində böyük 
əhəmiyyət daşıyır. Xeyli intensiv səsin təsirinə məruz qalma eşitmə həssaslığının azalmasına 
səbəb ola bilər (eşitmə həddinin yuxarı istiqamətdə dəyişiklik). Bunlar dəqiqələr və ya saatlar 
sonra bərpa olunmaqla eşitmə  həddinin müvəqqəti dəyişməsi (EHMD) və ya heç bir bərpa 
olmadan eşitmə  həddinin daimi dəyişməsi (EHDD) ola bilər. Eşitmə  həddinin müvəqqəti 
dəyişməsi bu yaxınlarda sualtı darzolaqlı  səs impulslarının təsirinə  məruz qalmış butulka 
burun delfində  və qumvurma ilə  təmizlənmədən gələn sənaye səsinin təsirinə  məruz qalmış 
liman suitisində aşkar edilmişdir (Qordon və digərləri, 1998). Dəniz məməlilərində EHDD-nə 
səbəb olan səslə bağlı heç bir birbaşa müşahidələr olmamışdır. 
Davranış təsirləri 
Seysmik tədqiqatın suitilərə fiziki ziyanının dərəcəsi çox məhduddur, çünki onlar 
ümumiyyətlə balıqlarda olduğu kimi seysmik səsə uzaqlaşma davranışı ilə cavab verirlər.  
Əlverişli məlumatlar (MakKuli, 1994) onu göstərir ki, dəniz məməliləri seysmik gəmilərdən 1 
- 3 km –lik məsafədə uzaqlaşırlar (yəni, alınan impuls səviyyələri 160 - 170 dB re 1 
µ
Pa 
səviyyəsinə çatdıqda). Ona görə  də, seysmik əməliyyatlar başladıqda suitilər yaxın 
məsafələrdə ola bilməzlər. 
Suitilərin seysmik tədqiqat səsinə reaksiyaları ilə bağlı bir neçə tədqiqat aparılmışdır.  Lakin, 
liman suitiləri (Phoca vitulina) və boz suitilərin (Halichoerus grypus) davranış  və fizioloji 
reaksiyalarının hərtərəfli müşahidələri haqqında Tompson və digərləri (1998) tərəfindən 
məlumat verilmişdir. Bu tədqiqatçılar telemetriya paketləri ilə  təchiz edilmiş suiti fərdləri 
üzərində kiçik pnevmotoplarla bir saatlıq çəkiliş aparıblar. Telemetriya paketləri suitilərin 
hərəkətləri, dalma davranışları  və üzmə sürətlərinə  nəzarət edilməsinə imkan yaratmış  və 
heyvanların seysmik impulslara reaksiyaları haqqında hərtərəfli məlumatları təmin etmişdir. 
Liman suitiləri qısa müddətli qorxu reaksiyalarını nümayiş etdirmişdir, ürək ritmində kəskin 
qəfil azalma (bradikardiya) bunu təsdiq etmişdir və  səkkiz sınaqlardan altısında 2 km-lik 
məsafədə üç dəfə 30 kub düymlük pnevmotop massivi və  tək 20 kub düymlük (0,33 litr) 
topdan istifadə etməklə modelləşdirilmiş seysmik tədqiqatlara uzaqlaşma reaksiyası 
göstərilmişdir. Dörd halda suitilər partlayışın son dəqiqələrində sakit yem axtarma 
vəziyyətinə qayıtmışdır.  İki halda heyvan görünür ki, toplara cavab olaraq quruya çıxma 
sahəsinə üzmüşdür. Boz suitilər həmçinin mənbədən uzaqlaşmaqla və üzmə sürətlərini 
artırmaqla uzaqlaşma reaksiyası göstərmişdir. Bütün sınaq heyvanları pnevmotop səslərinin 
təsirinə  məruz qaldıqları  ərazilərdə yem axtarmanı davam etdirmiş  və ya bunun üçün geri 
qayıtmışlar (Tompson və digərləri, 1998). Bu nəticələr halqalı nerpa və  dəniz dovşanları 
üzərində aparılan təcrübələrdən  əldə edilən məlumatlarla yanaşı  Cədvəl 6.7-də 
ümumiləşdirilmişdir. 
Dolayı təsirlər 
Suitilərin dolayı davranış reaksiyalarının birbaşa fiziki ziyandan daha çox narahatlıq 
doğurması ehtimal edilir, çünki onlar potensial olaraq sağ qalma səviyyələrinin və reproduktiv 
nəticələrin azalması ilə nəticələnə bilər (Evans və Nays, 1996). Normal qidalanma, çoxalma 
və miqrasiya nümunələrinin pozulması kimi davranış dəyişikliklərinə seysmik tədqiqat səbəb 
olur. Bu təsirlər suitilərin seysmik tədqiqatlara göstərdiyi uzaqlaşma davranışlarının və azalan 
ov predmetlərinin  əlverişliliyi və yeni qida mənbəyinin axtarılması  tələbatına görə suiti 
populyasiyalarının yerdəyişməsinin nəticəsidir (Evans və Nays, 1996). 
Cədvəl 6.7:  Seysmik tədqiqatların dəniz məməlilərinə təsirləri 
Növlər 
Yer 
Müşahidə 
Mənbə 
Suyun 
dərinliyi 
Davranış 


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə