Microsoft Word Shafag Asiman Seismic 3d eia 23 Aug 11 aze doc



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə36/38
tarix14.01.2018
ölçüsü5,07 Kb.
#20773
1   ...   30   31   32   33   34   35   36   37   38

BP Azərbaycan
                                                                 
Şəfəq-Asiman Dəniz Bloku 3Ö Seysmik Kəşfiyyat Tədqiqatı   
 
 
                                                                 
Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi  
 
AETC/P140167_Rev03  
90
 
 
saxlanılacaq. Tullantılar BP-nin tullantıların mərkəzi toplanma sahəsindən utilizasiya üçün 
göndəriləcək; 
•  Biodeqradasiyaya məruz qalan qida tullantıları müvafiq utilizasiya qurğusunda utilizasiya 
edilmək məqsədilə sahilə göndərilmək üçün gəmidə saxlanılacaq. Tullantılar BP-nin 
tullantıların mərkəzi toplanma sahəsindən utilizasiya üçün göndəriləcək; 
•  Gəmi dibinin neftli suları gəmidə çənlərdə toplanılacaq və Bakıda liman çağırışları zamanı 
quruda utilizasiya üçün barja göndəriləcək; 
•  İstifadə edilmiş kabel mayesi ayrılmış  çənlərdə  gəmidə saxlanılacaq və Bakı Limanında 
liman çağırışları zamanı sahilə nasosla vurulacaq
•  Çirklənmiş neft avadanlıqlarını təmizləmə avadanlığı gəmidə konteynerlərdə saxlanılacaq 
və BP-nin Mərkəzi Tullantı Toplanma sahəsindən utilizasiya edilmək üçün sahilə 
göndəriləcək. 
7.4  Havanın çirklənməsi 
Havaya emissiyaların  əsas mənbələri gəmi mühərrikləri və hava kompressoru 
generatorlarından çıxan işlənmiş qazlardır. Mobilizasiya və demobilizasiya, vaxtaşırı yanacaq 
doldurma səfərləri  ərzində  və seysmik tədqiqat sahəsi daxilində  tədqiqat  əməliyyatları üzrə 
bütün gəmi üçün mühərrik və generatorun işləməsindən yaranan emissiyaların hesabı Cədvəl 
7.2-də təqdim edilir. 
Bu hesablamanı aparmaq məqsədilə, seysmik kəşfiyyat gəmisinin orta iş sürəti hesablanmış 
günlük yanacaq istehlakı 20 ton olmaqla 4,5 dəniz mili, və tədqiqat sahəsinə və geriyə buxarla 
orta sürülmə sürəti hesablanmış günlük yanacaq istehlakı 15,4 ton olmaqla 11 dəniz milidir. 
Yardımçı gəmilərin orta iş sürəti hesablanmış günlük yanacaq istehlakı hər iki gəmi üçün 14 
ton olmaqla 4,5 dəniz mili və  tədqiqat sahəsinə  və geriyə buxarla orta sürülmə sürəti 
hesablanmış günlük yanacaq istehlakı 19 ton olmaqla 10 dəniz milidir.   
Həm tədqiqat, həm də yardımçı  gəmilər üçün Bakı limanından seysmik tədqiqat sahəsinə 
çatmaq üçün sərf edilən vaxtın təxmini 6 saat olması hesablanmışdır. Seysmik proqramdan 
müəyyən edilir ki, gəmilər seysmik kəşfiyyat üçün bu müddətin uzanması ehtimalını nəzərdə 
tutmaqla cəmi 56 gün ərzində istifadə ediləcəklər. Gəmilərin yanacaq tutumlarına  əsasən 
seysmik tədqiqat müddətində bütün gəmilərin yanacaq doldurmaq üçün ən azı bir dəfə geri 
qayıtmalı olduğu müəyyən edilmişdir. Bu təxminlərə  əsasən ümumi yanacaq hesabı 
aparılmışdır (bax Cədvəl 7.1) (qeyd: proqnozlar iki yardımçı gəmidən istifadə olunmaqla, 110 
günlük tədqiqat proqramı müddətinə əsaslanır).  
Cədvəl 7.1: Seysmik tədqiqat gəmiləri üçün hesablanmış yanacaq istehlakı 
Gəmi 
Fəaliyyət 
Yanacaq istehlakı (ton) 
Seysmik gəmi Seysmik 
tədqiqat sahəsinə və geriyə səfər 15 
Seysmik gəmi Seysmik 
kəşfiyyat 1120 
Yardımçı qayıq (x2) 
Seysmik tədqiqat sahəsinə və geriyə səfər 19 
Yardımçı qayıq (x2)    Seysmik kəşfiyyat 784 
CƏMİ 1938 
Əlaqədar emissiyaların hesablanması üçün sənaye standartlı emissiya amillərindən istifadə 
edilmişdir. Bu amillər və gəmilərin fəaliyyətinin bütün dövründə hər hava çirkləndiricisi üçün 
ümumi emissiya hesablamaları Cədvəl 7.2-də təqdim edilir 
Cədvəl 7.2: Dəniz gəmiləri üçün hava emissiyası amilləri 
Emissiya parametri 
Emissiya amili (kq 
buraxılmış/ ton sərf edilmiş 
yanacaq ) 
Əməliyyatlar dövründə 
ümumi emissiya (ton) (ən 
yaxın olan ton) 
NO
x
 59 
114 
 
CO 8 
16 


BP Azərbaycan
                                                                 
Şəfəq-Asiman Dəniz Bloku 3Ö Seysmik Kəşfiyyat Tədqiqatı   
 
 
                                                                 
Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi  
 
AETC/P140167_Rev03  
91
 
 
HC 2,7 

CO
2
 3170 
6143 
SO
2
 
8
(1)
 16 
Bərk hissəciklər 1,2 

Emissiya faktorları alınmışdır:  ‘İ və H Əməliyyatlarından Atmosfer Emissiyalarının Hesablanması 
üçün Metodlar’ Hesabat N 2.59/197, İ və H Forumu, Sentyabr 1994 
(1)
 Gəmi dizeli üçün kükürd tərkibi kütlənin 0,4% -i ilə nəzərə alınır
 
Bu emissiya hesablamaları  nəticəsində seysmik gəmilərin fəaliyyəti nəticəsində havaya 
emissiyaların təsirinin cüzi olacağı hesab edilir. Xüsusilə, hesab edilir ki, ümumi emissiyalar 
digər sənaye mənbələri və ya xüsusilə Xəzər dənizi üçün gəmiçilik və kommersiya balıqçılıq 
sənayesi mənbələri üçün ümumi illik emissiyalar şəraitində qlobal istiləşməyə  və ya digər 
regional/transsərhəd təsirlərə əhəmiyyətli dərəcədə yol verməyəcək. Atmosfer emissiyalarının 
buraxıldıqda sürətlə yayılacağı gözlənildiyindən və reseptorlar çox az olduğundan lokal 
sağlamlıq nəticələri ilə bağlı heç bir təsir gözlənilmir. 
 
 
 


BP Azərbaycan   
 
Şəfəq Asiman Dəniz Bloku 3Ö Seysmik Kəşfiyyatı Tədqiqatı   
 
 
Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi  
 
AETC/P140167_Rev03  
92
 
 
8.  BAŞ VERƏ BİLƏCƏK QƏZA HADİSƏLƏRİNİN TƏSİRLƏRİ 
8.1  Giriş 
Seysmik tədqiqat üçün müəyyən edilmiş  əsas potensial qəza hadisəsi toqquşma nəticəsində 
əsas gəminin və / və ya yardımçı  gəmilərin zədələnməsi və ya göyərtədəki saxlama 
qurğularının itirilməsi səbəbilə  gəmidəki  ehtiyatın tamamilə  və ya qismən dağılması  və 
dənizə axması, dənizdə yardımçı gəmidən aparılan yanacaq doldurma zamanı yanacağın qəza 
halında axıdılması, və yanacaq doldurma gəmisində (yardımçı  gəmilərdə) dağılma 
nətincəsində  və ya toqquşma səbəbilə  gəminin zədələnməsi nəticəsində olan yanacaq 
ehtiyatının tamamilə və ya qismən dənizə axıdılması ola bilər.  
Qismən və ya bütünlüklə strimer mayesinin sızması ilə  nəticələnən maye ilə doldurulmuş 
hidrofon kabellərinin zədələnməsi kabellərə  dəyən ziyanın nəzərdən keçirilməsi zəruri olan 
məsələdir. Stirmer mayesinin itirilməsi Bölmə 8.2.-də əks olunmuşdur.  
8.2  Strimerlər və strimer mayesinin itirilməsi 
Maye ilə doldurulmuş strimer kabelləri  İzopar-M adlandırılan açıq rəngli alifatik 
karbohidrogen (ağ neftə  bənzər) tərkibli olacaqdır ki, bu da elektrik izolyasiyası  və neytral 
üzmə qabiliyyətini təmin edir. 
Strimerin bütünlüklə və ya onun xeyli hissələrinin itirilməsi yalnız strimer böyük maneə ilə 
suya batırıldıqda və ya digər gəminin mühərriki tərəfindən bölündükdə baş verə bilər. Bu çox 
az ehtimal edilən hadisədir. Lakin, suya batırılma nəticəsində  və ya kabel hissələrinin 
doldurulması  və ya nasosla vurulması zamanı üzlənmədə açılmış  dəlikdən cüzi miqdarda 
strimer neftinin ətraf mühitə sızması mümkündür. 
Strimerlər 100 m-lik təcrid olunmuş hissələrə bölünəcəklər, bunların hər birində təxminən 125 
litr maye olacaq. Ona görə də hər strimer təxminən 7500 litr maye tərkibinə malik olacaq. 
Yuxarıda qeyd edildiyi kimi, altı strimerin hamısının və ya hətta bir strimerin tamamilə 
itirilməsi yüksək səviyyədə mümkünsüzdür. Lakin, strimer mayesindən məhdud sızmalar baş 
verə bilər. Belə hallarda, İzopar M suda həll olmadığından dənizin səthində görünən nazik 
təbəqə əmələ gələcək. Lakin maye yüngül xarakterli olduğundan, 24 saat sonra dəniz səthində 
yalnız kiçik proporsiyanın qalması ilə sürətli yayılma və buxarlanmanın baş verməsi 
mümkündür. Kabel mayesinin fiziki xüsusiyyətlərinə görə, belə xarakterli dağılmaların 
təsirləri dərəcə və vaxt etibarilə məhdud olacaq və heç bir uzun müddətli ekoloji təsirə malik 
olmayacaq. 
Sızmış strimer mayesinin sahilə  çıxma ehtimalı cüzidir, çünki seysmik tədqiqat sahəsinə  ən 
yaxın sahil xətti təxminən 70 km şimaldadır və sızma quruya çatmazdan əvvəl yayılacaq və 
buxarlanacaq. 
8.3  Yanacaq və ya kimyəvi maddələrin sızması 
Yanacağın və yağların dağılmasının yanacaq doldurma və ya bunkerləmə zamanı, yaxud 
adekvat saxlama qurğularının olmaması  nəticəsində  ən böyük baş vermə ehtimalı vardır. 
Bölmə 8.1-də qeyd olunduğu kimi, seysmik tədqiqat üçün müəyyən edilmiş  əsas potensial 
qəza hadisəsi göyərtədə dağılma və ya gəmidəki ehtiyatın bir hissəsinin, yaxud da hamısının 
toqquşma nəticəsində dəlikdən dənizə axması ola bilər. Oxşar qəza halının yanacaq doldurma 
üçün istifadə olunan yardımçı gəmidə və gözətçi / yardımçı gəmidə də baş verə bilər. Lakin 
göyərtədəki naviqasiya sistemlərinə  və  gəmidə  ətraf mühitin mühafizəsi üzrə prosedurlar 
mövcud olduğundan bu mənbələrdən dağılma nadir hallarda baş verə bilər (bax Fəsil 9). 
Seysmik gəminin 800 tonluq dizel yanacağı, və 22 m
3
-lik sürtgü yağları üçün və yardımçı 
gəminin dizel yanacağı və sürtgü yağları üçün müvafiq olaraq hər biri üçün 210 ton və 474 
ton maksimum saxlama tutumunun olması  nəzərdə tutulur. Lakin yanacaq çənlərini 


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə