Microsoft Word Shafag Asiman Seismic 3d eia 23 Aug 11 aze doc



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə38/38
tarix14.01.2018
ölçüsü5,07 Kb.
#20773
1   ...   30   31   32   33   34   35   36   37   38

BP Azərbaycan   
 
Şəfəq Asiman Dəniz Bloku 3Ö Seysmik Kəşfiyyatı Tədqiqatı   
 
 
Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi  
 
AETC/P140167_Rev03  
96
 
 
müddətdə avadanlığı  təhlükəsiz dərinliyə  qədər endirmək üçün istifadə oluna bilər. 
Azərbaycan Dənizçiliyi əməliyyatlar başlamazdan əvvəl tədqiqat barədə məlumatlandırılacaq.  
Tədqiqat gəmisinin kabellərin dəqiq yeri barədə  məlumatı var və digər dəniz istifadəçiləri 
radar  əksetdiriciləri, gecə  işıqları  və coğrafi yerləşdirmə sisteminin (CYS) qəbulediciləri ilə 
təchiz olunmuş quyruq buylarının olması barədə xəbərdar edilirlər. Dərinlik yoxlayıcıları və 
qaldırıcı qurğular da eyni zamanda toplayıcıların uzunluğu boyunca dalma avadanlıqlarının 
qısa müddətdə  təhlükəsiz dərinliyə endirilməsi və kabellərin səthə  çıxarılması üçün təmin 
olunmuşdur. Yardımçı  gəminin mövcudluğu ilə kabellərin  əlavə  təhlükəsizliyi təmin 
olunmuşdur ki, bu da sahədəki digər gəmilərlə nisbətdə toplayıcıların yerinə nəzarət edəcək. 
Pis hava şəraitində  əməliyyatlar müvəqqəti olaraq dayandırılacaq və kabellər gəminin 
göyərtəsinə çıxarıla bilər.  
Toplayıcıların itirilməsi hər 500 metrdən bir hidrofon kabellərinə birləşdirilmiş “Sintrayv” 
çıxarma qurğuları vasitəsi ilə azaldılacaq. Bunların toplayıcıları geri səthə gətirməklə 40 metr 
dərinlikdə üzməsi layihələndirilib.  
9.4.2  Seysmik Gəmilərdən Qəza Hallarında Atılmalar  
Strimer Mayeləri (əgər varsa) 
Zədələnmiş toplayıcılardan maye sızmasını azaltmaq məqsədi ilə  hər bir kabel 100 metr 
uzunluğunda izolyasiya olunmuş bölmələrə ayrılır ki, bunların hər birində təxminən 125 litr 
strimer  yağı vardır. Strimerin  hər hansı bir bölməsində  sızma gəmi göyərtəsində olan 
cihazlar vasitəsi ilə tez bir zamanda müəyyən olunacaq və strimer  təmir üçün yuxarı 
çıxarılacaq, buna görə də çox kiçik həcmlərdə maye dəniz ətraf mühitinə yayılacaq.  
Zədələnmiş toplayıcılar gəmi göyərtəsindəki dolama qurğusunun üzərinə bağlanacaq. 
İçərisində olan material kənarlaşdırılacaq və  təmir həyata keçirildikdən sonra yeni ehtiyatla 
əvəz olunacaq. Dolama altındakı sarınmış sahə göyərtədə toplayıcıdan sızan hər hansı maye 
dağılmalarını toplayır ki, bu da ya müəyyən olunmuş atılma çəninə axıdılır, ya da kabel 
mayesinin təmizlənməsi sisteminə istiqamətləndirilir ki, burada o emal olunaraq sonrakı 
istifadə üçün saxlanılır.  
Yanacaq və ya Kimyəvi Maddələr  
Saxlama zamanı  sızma və dağılmaların qarşısını almaq üçün bütün neft məhsulları  təsdiq 
olunmuş yarlıqlı  çənlərdə saxlanacaq ki, bunlar da hər hansı  qəza nəticəsində dağılmadan 
qorumaq üçün əlavə olaraq sarınacaq. Birləşdirilmiş yanacaq çənləri arasındakı klapanlar 
qapalı saxlanacaq və bununla da çənlərdən biri deşilsə belə itirilə bilən neftin həcmi azaldılır.  
Seysmik gəminin və yardımçı  gəmilərin yanacaqla doldurulması  dənizdə  həyata keçiriləcək 
və bu proses zamanı anacağın dağılmaması üçün lazımi tədbirlər görüləcək. Məsələn yanacaq 
doldurma münasib / yaxşı hava və dəniz şəraitində və günorta həyata keçiriləcək.  
Yanacaqdoldurmanın lazımi  şəkildə  həyata keçirilməsi üçün və  dənizdə  gəmidən gəmiyə 
yanacaq doldurma prosesinin təhlükəsiz şəkildə edilməsi üçün prosedurlara riayət olunacaq.   
Toqquşma nəticəsində dağılmaların qarşısını almaq üçün gəmilər bu cür hadisələrin baş 
vermə ehtimalını minimuma endirmək məqsədi ilə naviqasiya, radar, exo səs və 
kommunikasiya avadanlıqları ilə təchiz olunmuşdur.  
Yanacaq və  ya  neft  sızması halında neft dağılmalarına qarşı cavab tədbirləri planı  tətbiq 
olunacaq və neftin dənizə dağılmasının qarşısını almaq üçün gəmi göyərtəsində hopdurucu 
materialın uyğun həcmlərdə  təchizatı olacaq. İki hopdurucu material dəsti və 200 litr neft 
dağılması dispergenti M/V Gilavar gəmisinin göyərtəsində saxlanılır. Gəmilərin göyərtəsində 
dağılmaların təmizlənməsi nəticəsində yaranan tullantılar daha sonra quruda yerləşdirilmə 
üçün konteynerlərə yerləşdiriləcək.  
Hər iki yardımçı gəmi MARPOL tələblərinə uyğun olaraq 2x standart yağ dağılmalarına qarşı 
avadanlıqla ilə təchiz olunacaqdır. 


BP Azərbaycan   
 
Şəfəq Asiman Dəniz Bloku 3Ö Seysmik Kəşfiyyatı Tədqiqatı   
 
 
Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi  
 
AETC/P140167_Rev03  
97
 
 
Təmizləmə  və qulluq kimyəvi maddələri kimi gəmi göyərtəsində istifadə olunan digər 
kimyəvi maddələr nizamnamələrə və istehsalçı göstərişlərinə uyğun olaraq saxlanacaq. Gəmi 
göyərtəsində saxlanan bütün kimyəvi maddələr üçün Materialların Təhlükəsizliyi Məlumat 
Vərəqləri (MTMV) əl altında olacaq. Dağılma və sızmalara qarşı tədbirləri həyata keçirmək 
üçün proseduralar hazır olacaq.   
9.5  Sağlamlıq və Təhlükəsizlik Planı   
Seysmik tədqiqatlar üçün göstərişlər və proseduralar seysmik tədqiqatların dövri təbiəti ilə 
əlaqədar olaraq artıq yüksək səviyyədə inkişaf etmişdir. Bundan əlavə son illərdə xüsusilə də 
təhlükəsizlik və  ətraf mühitlə  əlaqədar olan birgə idarəetmə sistemlərində  əhəmiyyətli 
təkmilləşdirmələr həyata keçirilmişdir. Uyğun olaraq, BP şirkəti aşağıdakı prosedura və 
siyasətləri tətbiq edəcək:  
•  Xüsusi layihə planı üçün tədqiqata məxsus SƏTƏM siyasəti;  
•  BP şirkətinin KSƏTƏM siyasəti;  
•  Təhlükəsizlik təlimi – bütün qrup üzvləri dəniz  şəraitində  həyat uğrunda mübarizədə 
iştirak edəcəklər;  
•  Gəmidə mövcud olan bütün maddələr üçün materialların təhlükəsizliyi məlumat vərəqləri 
təmin olunacaq.   
 


BP Azərbaycan   
 
Şəfəq Asiman Dəniz Bloku 3Ö Seysmik Kəşfiyyatı Tədqiqatı   
 
 
Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi  
 
AETC/P140167_Rev03  
98
 
 
10.   NƏTİCƏ   
Əvvəllər çap olunmuş tədqiqatlara əsasən ümumilikdə qəbul olunmuşdur ki, normal seysmik 
tədqiqat fəaliyyətləri aşağıdakılar ilə nəticələnir:  
•  Ətraf mühitin öz əvvəlki vəziyyətinə qaytarılmasına mane olan çox cüzi uzun müddətli əks 
təsirlər; və   
•  Çox cüzi olan sərt əks bioloji təsirlər.  
Lakin, məlumdur ki, seysmik fəaliyyətlər balıq, dəniz məməliləri və quşlar kimi ali 
orqanizmlərin normal davranışlarında kiçik dəyişikliklərə  səbəb ola bilər və pnevmotop 
partlayışlarının yaxınlığında (< 5 m) pnevmotopdan uzağa üzə bilməyən plankton və körpə 
balıqların məhv olması baş verə bilər. Məhv olma və  zədələnmə  təsirlərinin pnevmotopdan 
sadəcə 1.5 metr uzaqlıqda daha çox və ciddi olması ehtimal olunur (Dalen, et al, 1996-cı il) 
və plankton canlıları  və ya xüsusilə  də artım səviyyəsində balıqların çoxalmasına statistik 
olaraq əhəmiyyətli dərəcədə təsir göstərəcəyi ehtimal olunmur.   
Xəzər suitilərinin zədələnməsi və  təsirə  məruz qalması riski JNCC təlimatlarının tətbiq 
olunması vasitəsi ilə və eyni zamanda suiti populyasiyasının qış mövsümü ərzində çoxalmaq 
üçün Şimali Xəzər sularına kütləvi miqrasiyası zamanı ilə üst-üstə düşməklə azaldılacaqdır.  
Seysmik tədqiqat sahəsinin yerləşməsi səbəbi ilə:  
•  Çox az quş növləri və az sayda quşun seysmik tədqiqat  əməliyyatlarının yaxınlığında 
olması ehtimal olunur. Gəmilərin 100 metr yaxınlığında olan quşlar yəqin ki, təsirə məruz 
qalacaq (MkKauli, 1994-cü il) və sahədən kənarlaşdırılacaq;  
•  Ov balıqçılığı  fəaliyyətinə olan təsirlərin baş verməsi nəzərdə tutulmur, çünki ən yaxın 
tanınmış balıqçılıq ferması seysmik tədqiqat sahəsindən 55 km qərb və  şimal-qərb 
istiqamətində yerləşir;  
•  Dəniz-dibi faunaya olan təsirlər nəzərdə tutulmur, çünki seysmik tədqiqat sahəsi dərin sulu 
hissədə yerləşir (yəni, 600 – 900 metr su dərinliklərində);  
•  Seysmik tədqiqat  əməliyyatlarının yaxınlığında olan suiti və yetkin balıqlar uzaqlaşma 
davranışı nümayiş etdirəcəklər. Uzaqlaşma davranışları seysmik gəmilərdən 1 km uzaqlığa 
qədər müşahidə olunmuşdur (MkKauli, 1994-cü il); və   
•  Baza seysmiklik səviyyələrinin seysmik əməliyyatlar nəticəsində hərəkətə gətirilən artımı 
nəzərdə tutulmur.   
Gəmi əməliyyatlarından havaya ümumi emissiyaların qlobal istiləşməyə əhəmiyyətli dərəcədə 
təsir göstərəcəyi və yerli duman və turşu yağışları təsirləri ilə nəticələnəcəyi nəzərdə tutulmur. 
Dənizə dövri atılmalar azaldılmış və potensial qəza hadisələri üçün cavab tədbirləri müəyyən 
olunacaq və ətraf mühitlə əlaqədar proseduralar BP şirkəti tərəfindən həyata keçiriləcək.  
Seysmik gəmi göyərtəsindəki naviqasiya avadanlıqları, strimer  kabel quyruq buyları  və 
yardımçı gəmilər digər dəniz istifadəçilərinə kabellərin yeri barədə xəbərdarlıq təmin edəcək. 
Əlavə olaraq, toplayıcılar “Sintrayv” qaldırma sistemi ilə  təchiz olunacaqlar. Bununla da, 
avadanlıqların zədələnməsi və  dəniz  ətraf mühitinə mümkün dağılmaların nəticələri və 
avadanlıqların itirilməsinin qarşısı alına bilər.  
Dənizdə seysmik tədqiqat sahəsinin tanınmış  gəmiçilik xətləri və ya tanınmış balıqçılıq 
fermaları üzərində yerləşməməsi və ümumilikdə kommersiya cəhətdən inkişaf etdirilən 
növlərin  əsas balıq kürüləmə  və çoxaltma fermalarında uzaqda yerləşməsi səbəbi ilə 
kommersiya gəmiçiliyi və kommersiya balıqçılığına birbaşa iqtisadi təsirlərin olması nəzərdə 
tutulmur.  Əlaqədar quru fəaliyyətlərinin çox az və ya heç bir mənfi sosial-iqtisadi təsirləri 
olmayacaq və tarazlaşdırılmış  şəkildə yerli iqtisadiyyata məhdud qısa müddətli birbaşa 
gəlirləri təmin etməlidir. Orta müddətdə  əgər tədqiqatın nəticələri karbohidrogen 
ehtiyatlarının potensial mövcudluğunu göstərirsə daha sonrakı  kəşfiyyat fəaliyyətləri və 


BP Azərbaycan   
 
Şəfəq Asiman Dəniz Bloku 3Ö Seysmik Kəşfiyyatı Tədqiqatı   
 
 
Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi  
 
AETC/P140167_Rev03  
99
 
 
bunun nəticəsində  təsdiq olunmuş potensial ehtiyatlar ilə  əlaqədar olan hər hansı  işlənmə 
fəaliyyətləri Azərbaycan Respublikası üçün çox vacib birbaşa gəlir mənbəyi təmin edəcək.  
Ümumilikdə, seysmik tədqiqatların vaxtı və yeri, potensial təsir və ya narahatçılığın qarşısını 
almaq və azaltmaq üçün tətbiq olunacaq azaltma tədbirləri nəticəsində  ətraf mühitə heç bir 
əhəmiyyətli təsirlər nəzərdə tutulmur.   
 
 


BP Azərbaycan   
 
Şəfəq Asiman Dəniz Bloku 3Ö Seysmik Kəşfiyyatı Tədqiqatı   
 
 
Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi  
 
AETC/P140167_Rev03  
100
 
 
11.   İSTİNADLAR VƏ BİBLİOQRAFİYA  
 
AƏMTM (1999) Zəfər - Maşal Seysmik Tədqiqatın  Ətraf Mühitə  Təsirinin 
Qiymətləndirilməsi. Hesabat Azərbaycanın Ətraf Mühit və Texnologiya Mərkəzi (AƏMTM) 
tərəfindən Ekson Azərbaycan Əməliyyat Şirkəti MMC üçün hazırlanmışdır. Noyabr 1999-cu 
il.  
 
ABƏŞ. 1996. Kəşfiyyat Qazıması üçün Ətraf Mühitə  Təsirlərin Qiymətləndirilməsi. Çap 
olunmamış hesabat.   
 
ABƏŞ 2009 Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti Çıraq Neft Layihəsi Ətraf Mühit və 
Sosial-İqtisadi Təsirlərin Qiymətləndirilməsi  
 
ABƏŞ, 2010a Azərbaycan Beynəlxalq  Əməliyyat  Şirkəti AzSİB Böyük Layihələr. 
Azərbaycanda Dənizdə Balıqçılıq Baxış.  
 
ABƏŞ 2010b.  AzSİB Böyük Layihələr:  Xəzər Dənizinin Azərbaycan Sahəsində Suiti 
Tədqiqatlarına Baxış   
 
Əlizadə, A.A., Şıxəlibəyli, H.S., Əliyev, G.A., Simmonz, M.D. 1998. Azərbaycan Elmlər 
Akademiyasının Geologiya İnstitutunun (AGİ) BP Eksploreyşn və Statoil ilə birlikdə 
Azərbaycan üçün Geoloji Vaxt Cədvəlinin divar xəritəsi.  
 
Əlizadə, A., Əhmədbəyli, F., Qarabanov V., Məmmədov R., Şirinov A. 1999. The Zəfər-
Maşal Strukturu. 
 
Arpe K. və Leroy S. A. G., 2007. Atmosfer dövriyyəsinin təsir göstərdiyi Xəzər Dənizi 
Səviyyələri, müşahidə olunduğu və modelləşdirildiyi kimi. Dörd Cildli Beynəlxalq 173-174: 
144-152 (IF 1.6 2007-ci ildə), dx.doi.org/10.1016/j.quaint.2007.03.008. 
 
Bləkbourn Ceokansaltinq. 1999. Cənubi Xəzər  Əyalətinin Orta Pliosen dövrünün Neft 
Geologiyası, Cild 1.   
 
BP, 2000 İnam Kəşfiyyat Qazımasının Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi (ERT). 
 
CEP, 2000. Azərbaycanın Milli Sahil Profili, Milli Hesabat. Xəzər Ekoloji Proqramı Cild 1, 
Bakı 2000-ci il.   
 
Xəzər Beynəlxalq Suiti Tədqiqatı (XBST) 2006-cı il. Xəzər suitilərinin (Phoca caspica
paylanması, məskunluğu və sağlamlıq statusunun qiymətləndirilməsi üçün yeni proqramın 
başlanması. Xəzər Beynəlxalq Suiti Tədqiqatı (XBST) Hesabat CEP ilə müqaviləyə  əsasən 
hazırlanmışdır.  


BP Azərbaycan   
 
Şəfəq Asiman Dəniz Bloku 3Ö Seysmik Kəşfiyyatı Tədqiqatı   
 
 
Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi  
 
AETC/P140167_Rev03  
101
 
 
 
 XBST, 2008.  Xəzər Suitisi Tədqiqatı  2007.  Son Hesabat  
 
Devlin, W.J., Koqsvel, J.M., Qaskinz, G.M., İsaksen, G.H.,Piçer, D.M., Puls, D.P, Stenli 
K.O., Uoll, G.R.T., 1999, Cənubi Xəzər Hövzəsi: Gənc, gözəl və ümid verici: GSA Bu gün, 
v. 9, no. 7, s. 1–9. 
 
Ferronski V.I., Brezqunov V.S., Romanov V.V., Vlasova L.S., Polyakov V.A., Bobkov,   A.F. 
1995. Su dinamikasının izotop tədqiqatları: Xəzər dənizi səviyyəsinin qalxması ilə  əlaqədar 
mürəkkəbləşmələr: In : İzotop su mənbələrinin idarə olunması, BAEA-SM-336/23, 
 
Vyana, 1, 127-140.   
 
Hacıyev, D.V. və Aybatov, T.M. 1998. Abşeron Blokunda Xəzər suitiləri.  
 
Hacıyev, D.V. və Aybatov, T.M. 1999. Naxçıvan Müqavilə Sahəsində kəşfiyyat qazımasının 
ƏMTQ üçün Xəzər suitisi barədə məlumatlar. Ekson Azərbaycan Əməliyyat Şirkəti üçün çap 
olunmamış hesabat.   
Harland, W.B, Koks, A.V., Llevelin, PG., Pikton, C.A.G., Smit, A.G., Uolterz, R. 1982. 
Geoloji Vaxt Cədvəli, Kembric Universiteti Nəşriyyatı, Kembric, səh 131.   
 
His M və Evans M (2000) Avropada Vacib Quş Sahələri: Qorunma üçün mühüm sahələr, 
cilddə. Kembric, BK: Beynəlxalq Quşlar Aləmi (Quşlar Aləminin Qorunması Seriyası, № 8)   
 
IFRO, 2006 Xəzər dənizinin Cənub-qərb Hövzəsində  Təhlükəli Rəngli Suların (su 
yosunlarının həddən çox olması səbəbi ilə) Tədqiqatı. İran Balıqçılıq Fermalarının Araşdırma 
Təşkilatı.  
 
Cekson, J., Priistli, K., Allen, M., Berberian, M. 2002. Cənubi Xəzər Hövzəsinin fəal 
tektonikası. Beynəlxalq Geofiziki Jurnal, 148, 214-245. 
 
JNCC, (2010) Seysmik tədqiqatlar nəticəsində dəniz məməlilərinə zədələnmə və narahatçılıq 
risklərinin azaldılması üçün təlimatlar.  
 
Qasımov, A.G. 1994. Xəzər dənizinin ekologiyası. Azərbaycan Nəşriyyat Evi, Bakı.  
 
Kidiz, A.E. və M. Mogim. 2003. Yad ktenofor Mnemiopsis leidyi-nin Xəzər dənizində 
yayılması, avqust 2001-ci il. Dəniz Biologiyası 142:163-171. 
 
Kidi, A.E., Soydemir, N., Eker, E., Vladimirov, V.,    Soloviev, D., və Melin, F., 2005. 2001-
ci ilin mart    ayı ərzində Xəzər dənizində fitoplankton paylanması. Hidrobiologiya 543: 159–
168 
 
Knipoviç, N.M.  1921.  1914 – 1915-ci illərdə Xəzər ekspedisiyasının işləri, Petroqrad   


BP Azərbaycan   
 
Şəfəq Asiman Dəniz Bloku 3Ö Seysmik Kəşfiyyatı Tədqiqatı   
 
 
Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi  
 
AETC/P140167_Rev03  
102
 
 
 
Quliyev, Z. & Qasımov, A. 1999 Zəfər - Maşal Perspektiv Strukturunun Balıqçılıq 
xarakteristikaları. Çap olunmamış hesabat.   
 
Kosarev, A.N.  1974.  Xəzər dənizinin dərin sulu hissələrinin hidroloji xarakteristikasının 
uzun müddətli dəyişiklikləri. Moskva, Nauka.   
 
Kosarev, A.N. və Yablonskaya, E.A. 1994. Xəzər dənizi. SPB Akademik Nəşriyyatı. Haaqa 
səh 259. 
 
Kroonenberq, S.B., Badyukova, E.N., Stormz, J.E.A., İgnatov, E.I., Qasımov, N.S. 2000. 65 
ildə tam dəniz səviyyəsi dövriyyəsi: Xəzər sahilləri boyunca baryer dinamikası. Çöküntü 
Geologiyası 134, 257-274. 
 
La Bella, G., Froqlia, C., Ratti, S. və Rivas, G. 1996. Mərkəzi Adriatik dənizində  Dəniz 
Mənbələri üzərində Pnevmotop Seysmik Partlayışlarının Təsirlərinin 
İlkin 
Qiymətləndirilməsi. Neftçi Mühəndislər Cəmiyyətinin Texniki Qeydləri. NMC 35782. 
 
Məmmədov, V. 2002. Xəzər dənizi – qapalı  və bir çox endemik növlərlə. Avropa Ekoloji 
Agentliyi. Avropanın bioloji müxtəlifliyi – bio coğrafi regionlar və  dənizlər, 
http://reports.eea.eu.int/report_2002_0524_154909/en/page172.html
 
 
Məmmədov, A.V. 1997. Xəzər dənizinin Son Dördüncü – Müasir dövrünün tarixi. Dörd 
cilddə Beynəlxalq, 41/42, 161-166. 
 
Məmmədov, E.V. 2006. Xəzər dənizində Azərbaycan sahilləri boyunca Kilkə  (clupeonella 
spp.) balıqlarının biologiyası və çoxluğu. Dəniz Elminin YEBK Jurnalı, 63:1165-1673 
 
Meulenkamp, J.E., Sissingh, W. 2003. Afrika-Avrasiya toqquşma plitələrinin sərhəd 
zonasının Şimali və Cənubi Peri-Tetis platformaları və orta sferalarının üçüncü paleo-coğrafi 
və tektono stratoqrafik təkamülü. Paleo-coğrafiya, Paleoklimatalogiya, Paleoekologiya. 196, 
209-228. 
 
Mixaylevski, A.N. 1931. Xəzər dənizinin hazırkı rejimi. Hidroqrafiya barədə qeydlər. Cild. 
16.  
 
Rivz, R.R., Stüart, B.S., Klapham, P.J., və Pouell, J.A.  (2002) Dünyanın Dəniz Məməliləri – 
Kit, Delfin, Suiti, Dəniz Pələngləri və  Dəniz  İnəkləri üçün Tam Göstərişlər. A&C Blek 
Pablişerz Ltd. London. ISBN: 0-7136-6334-0 
 
Reynoldz, A.D., Simmonz, M.D., Bouman, M.B.J., Henton, J., Brayşou, A.C., Əlizadə, A.A., 
Quliyev, I.S., Süleymanov, S.F., Atayeva, E.Z., Məmmədova, D.N., 
Qoşqarlı, R.O., 
1998. Neogen Məhsuldar Seriyalarında Rezervuarlar üçün Səthə  Çıxmış Geologiyanın 
Mürəkkəbləşmələri: Abşeron Yarımadası, Azərbaycan. ANGA Bülleteni, 82, 25-49. 


BP Azərbaycan   
 
Şəfəq Asiman Dəniz Bloku 3Ö Seysmik Kəşfiyyatı Tədqiqatı   
 
 
Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi  
 
AETC/P140167_Rev03  
103
 
 
 
Rodionov, S.N., 1994. Qlobal və regional iqlim qarşılıqlı münasibətləri: Xəzər dənizi 
təcrübəsi 241 pp., Kluver Akademik Nəşrləri, Dordrext, Niderland. 
 
Şoellkopft, N.B, Dahl, J.E., Mörfi, J.B. 1997. Geokimyəvi yetişmə modelləşdirməsi və neft 
sistemləri, Azərbaycanda dəniz, Cənubi Xəzər. ANGA Bülleteni, 81, 1410. 
 
Steffe, A. Və Mörfi, J. 1992. Nyukasl regionunda dənizdə krevet tutulması, 1991-ci il may 
ayı. Balıqçılıq Fermaları Araşdırma İnstitutu, NYK, Kanada.   
 
Smit-Rouç, L. 2006. Cənubi Xəzər Hövzəsi  Əyalətinin Oliqosen-Miosen Maykop/Diatom 
Ümumi Neft Sistemi, Azərbaycan, İran və Türkmənistan. ABŞ Geoloji Tədqiqat Bülleteni, B-
2201-I. 
 
Vebb, C.L.F. və Kempf, N.J. 1998. Həssas Sahələrdə Dayaz-Sularda Seysmikliyin Təsiri. 
Neftçi Mühəndislər Cəmiyyətinin Texniki Qeydləri. NMC 46722. 
 
Vudvord-Klayd  İnternəşinal 1996: ABƏŞ Müqavilə Sahəsi və  Dəniz-dibi Dəhlizin Ekoloji 
Baza Tədqiqatı (EBT). Əsas hesabat və 13 əlavə. Çap olunmamış hesabat.   
 
www.caspianenvironment.org
       
 
www.caspinfo.net
   
 
Zenkeviç L. A. (1963) SSSR Dənizlərinin Biologiyası. Moskva, Nauka. (rus dilində)  


BP Azərbaycan   
 
Şəfəq-Asiman Dəniz Bloku 3Ö Seysmik Kəşfiyyat Tədqiqatı   
 
 
Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi  
 
AETC/P140167_Rev03  
104
 
 
12.   ƏLAVƏLƏR  
 
12.1  ƏLAVƏ A – İxtisarlar   
 
AƏMTM Azərbaycanın Ətraf Mühit və Texnologiya Mərkəzi  
ABƏŞ  
Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti  
bHp 
 
Tormoz At Gücü   
CO  
Karbon 
Monoksid 
 
CO
2
  
Karbon 
Dioksid 
 
CO
3
2-
  
Karbonat  
dB  
desibel 
DQYS   
Diferensial qlobal yerləşdirilmə sistemi   
DNV   
Det Norske Veritas 
EAƏŞ  
Ekson Azərbaycan Əməliyyat Şirkəti MMC 
AŞ  
Avropa 
Şurası   
ƏMTQ  
Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi  
ƏMİOS  
Ətraf Mühitin İdarə Olunması Sistemi   
K və H   
Kəşfiyyat və Hasilat   
ƏMQS  
Ətraf Mühitin Qorunması Strategiyası   
ERT  
Envayromental 
ənd Risours Teknoloci Limited   
ƏMTQ  
Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi  
EİP  
Ekoloji 
İş Proqramı   
DÇEABBMQ Dənizin çirklənməsinin elmi aspektləri barədə birgə mütəxəssis qrupu   
QYS  
Qlobal 
Yerləşdirmə Sistemi   
KH  
Karbohidrogen 
 
Hz  
hertz 
GPBA  
Geofiziki Podratçıların Beynəlxalq Assosiasiyası   
BDT  
Beynəlxalq Dənizçilik Təşkilatı   
BST  
Beynəlxalq Standartlar Təşkilatı   
DKB   
Dünya Konservasiya Birliyi   
JNCC   
Joint Nature Conservation Committee (Birgə Təbiətin Mühafizəsi Komitəsi)  
kW  
Kilovatt 
LARST  
Los Anceles Regional Seysmik Tədqiqatı     
UÖ  
Uzun 
Ömürlü 
 
MARPOL Gəmilərdən Çirklənmənin Qarşısını almaq üçün Beynəlxalq Konvensiya   
ETSN  
Ekologiya və Təbii Sərvətlər Nazirliyi   
GDQ   
Gəmiçiliyin Dəniz Qeydiyyatı   


BP Azərbaycan   
 
Şəfəq-Asiman Dəniz Bloku 3Ö Seysmik Kəşfiyyat Tədqiqatı   
 
 
Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi  
 
AETC/P140167_Rev03  
105
 
 
ms  
milli 
saniyə   
MTMQ  
Materialların Təhlükəsizliyi Məlumat Vərəqi  
NO
x
  
Azot 
Oksidləri  
mlnh    
milyonda hissəciklər  
mh  
mində hissəciklər  
HPBS   
Hasilat Pay Bölgüsü Sazişi  
psi  
kvadrat 
düymdə funt   
GDH  
Girişin Daimi Hərəkəti  
SƏMTQ Seysmik 
Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi  
SO
2
  
Sulfid 
Dioksid 
 
SOA  
ARDNŞ neft Üzvləri  
ARDNŞ Azərbaycan Respublikası Dövlət Neft Şirkəti  
DHT  
Dənizdə Həyatın Təhlükəsizliyi  
SO
x
  
Sulfid 
Oksidləri  
GMH  
Girişin Müvəqqəti Hərəkəti  
BKDƏA Birləşmiş Krallıq Dənizdə Əməliyyatlar Assosiasiyası   
UNDP  
Birləşmiş Millətlərin İnkişaf Proqramı   
µ
Pa  
mikro 
Paskal 
2Ö  
İki ölçülü   
3Ö  
Üç 
ölçülü 
 
 
 

Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə