Microsoft Word Shafag Asiman Seismic 3d eia 23 Aug 11 aze doc



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
səhifə34/38
tarix14.01.2018
ölçüsü5,07 Kb.
#20773
1   ...   30   31   32   33   34   35   36   37   38

BP Azərbaycan
                                                                 
Şəfəq-Asiman Dəniz Bloku 3Ö Seysmik Kəşfiyyat Tədqiqatı   
 
 
                                                                 
Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi  
 
AETC/P140167_Rev03  
85
 
 
Boz suiti  Şotlandiy
a və 
İsveç 
Eksperimental 
çəkiliş.  
1 saat təsirə 
məruz qalma. 
Tək top və ya kiçik 
massiv (215 - 224 
dB re 1
µ
Pa - 1 m) 
20 - 100 m  Uzaqlaşma. 
Qidalanmadan 
yerdəyişmə 
davranışına dəyişmə. 
Quruya çıxma. 
Sınaqdan təxminən 
20 dəqiqə sonra 
bərpa. 
Adi suiti 
Şotlandiy
a və 
Norveç 
Eksperimental 
çəkiliş.  
1 saat təsirə 
məruz qalma. 
Tək top və ya kiçik 
massiv (215 - 224 
dB re 1
µ
Pa - 1m) 
20 - 100 m  İlk qorxu reaksiyası. 
Bradikardiya. Güclü 
uzaqlaşma davranışı. 
Halqalı 
nerpa 
Dəniz 
dovşanı 
Alyaska Seysmik 
əməliyyat 
11 x 120 küb 
düymlük massiv 
(21,6 litr ) toplar 
222 - 213 dB re 1
µ
Pa - 1 m 
> 15 m 
Uzaqlaşma, suya 
dalmada mümkün 
aşağı vəziyyət. 
Mənbə:  Qordon və digərləri 1998 , Tompson və digərlərinin 1998 tədqiqat məlumatlarından 
istifadə etməklə. 
 
6.2.6  Quşlar 
Quşların seysmik əməliyyatlara reaksiyası ilə bağlı məhdud təcrübə məlumatları toplanmışdır. 
Uebb və Kempf (1998) Uadden dənizində seysmik əməliyyatın təsirini müəyyən etmək üçün 
tədqiqat aparmışlar. Onlar belə nəticəyə gəlmişdir ki, quşların hesablanması seysmik tədqiqat 
nəticəsində sahil quşları  və suda üzən quşların sayı  və mövsümi paylanmasında heç bir 
mühüm deviasiya göstərməmişdir. Qayıqların və ekipajın fəaliyyətləri nəticəsində 1 km-ə 
qədər məsafəyə, ayrı-ayrı sahələrə müvəqqəti uzaqlaşma qeydə alınmışdır. 
6.2.7  Seysmiklik 
Ümumi qəbul edilmişdir ki, yer səthi böyük bəndlər və rezervuarlarla yüklənməklə  və ya 
mədən işləri və geotermal və karbohidrogen hasilatı kimi resursların çıxarılması ilə  səthə 
yaxın süxur təzyiqini və yam aye təzyiqi rejimini dəyişə  və dayaz yerlərdə  mərkəzləşən 
zəlzələlərə səbəb ola bilər.    Lakin bu süni dəyişikliklər cüzi hesab edilir və regionda ümumi 
seysmiklik üçün tam səbəb kimi götürülə bilməz (məs. Trifu və Fehler, 1998). 
Bəzi dərc edilmiş tədqiqatlar (məs. Rutlic və digərləri, 1998 və Filips və digərləri, 1998) süni 
seysmikliyi resursların çıxarılması  və hidravlik quyu modelləşdirməsi (yəni, layın hidravlik 
partladılması) ilə  əlaqələndirsə  də, bizə seysmik məlumatların alınması ilə törənmiş 
seysmiklik arasında birbaşa əlaqələrin müəyyən edildiyi heç bir bənzər tədqiqat məlum deyil. 
Bundan başqa, ABŞ-da Pasadena şəhərində törənmiş seysmiklik üzrə geniş araşdırmanın 
aparıldığı Kaltex Seysmoloji Laboratoriyasının əldə etdiyi nəticələrə müvafiq olaraq, seysmik 
tədqiqatlar üzrə kəşfiyyatların seysmikliyin fon səviyyələrinə təsiri olmasının heç bir sübutu 
yoxdur. Bu nəticələr 1995-ci il tarixli Los Ancles Regional Seysmik Təcrübəsinin (LARST) 
nəticələri ilə uyğundur, həmin təcrübədə seysmoloji cəhətdən yüksək həssaslığa malik 
ərazilərdə seysmik kəşfiyyat nəticəsində seysmiklik səviyyələrində heç bir artım aşkar 
edilməmişdir (şəxsi məlumat, Emili Brodski, Kaltex Seysmoloji Laboratoriyası, Pasadena
1999). 
6.3  Xəzərdə təcrübə 
Beynəlxalq konsorsium bu yaxınlarda  şimali Xəzərdə dünyada indiyə kimi keçirilmiş  ən 
böyük tək seysmik tədqiqatı tamamlamışdır. Bu fəaliyyətin həyata keçirilməsindən  əvvəl 
onun qiymətləndirilməsi üçün ƏMTQ-si hazırlanmışdır. Burada, su çox dayaz (< 5 m) olduğu 
halda və ərazi nərə, digər balıq və suitilər tərəfindən istifadə edildikdə belə,   istifadə edilən 
pnevmotoplardan heç bir mühüm ekoloji təsirin ortaya çıxmayacağı proqnozlaşdırılmışdır. 


BP Azərbaycan
                                                                 
Şəfəq-Asiman Dəniz Bloku 3Ö Seysmik Kəşfiyyat Tədqiqatı   
 
 
                                                                 
Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi  
 
AETC/P140167_Rev03  
86
 
 
Tədqiqat  ərzində verilmiş proqnozların  əsaslı olmasını müəyyən etmək üçün monitorinq 
keçirilmişdir. Monitorinq ətraf mühit və ya ətraf mühitdə olan balıqlar və ya suitilərə heç bir 
mühüm təsirin aşkar edilmədiyi təsdiq olunmuşdur. 
1990-cı illərin ortalarından etibarən, dərin sularda bir sıra seysmik tədqiqatlar Xəzər dənizinin 
Azərbaycan sektorunda ABƏŞ, CIPCO, BP Amoko (keçmiş BP Statoyl birliyi) NAOC və 
Ekson tərəfindən həyata keçirilmişdir. Bu tədqiqatlara dair ƏMTQ sənədlərində heç bir 
mühüm ekoloji təsiri olmayacağı proqnozlaşdırılmış və nəticədə heç bir belə təsir müşahidə 
edilməmişdir.  
6.4  Şəfəq Asiman seysmik tədqiqatının potensial təsirləri 
6.4.1  Giriş 
Xəzərin Azərbaycan sektorunda seysmik tədqiqat fəaliyyətləri ilə  əlaqədar xüsusi əsas 
narahatlıq doğuran məsələlər 1997-ci ilin oktyabr ayında Bakıda keçirilmiş seminarda 
qaldırılmışdır, bu məsələlər pnevmotopun balıq və suitilərə potensial təsirləri və regionda 
seysmikliyin fon səviyyələrinə təsirlərdən ibarət olmuşdur (ERT, 1997). 
Təklif olunan Şəfəq Asiman 3Ö seysmik tədqiqat fəaliyyətlərindən ortaya çıxa biləcək, ibtidai 
orqanizmlərə potensial təsirlərlə yanaşı bu təsirlər haqqında aşağıda məlumat verilir. 
6.4.2  Bentik qruplar 
Nəzərdə tutulan seysmik tədqiqat sahəsində suyun dərinliyi 600-900 m arasındadır. Seysmik 
tədqiqat sahəsində  dərinlik böyük olduğundan, səth çöküntülərinin su sütununda asılı 
vəziyyətdə olması ilə nəticələnən heç bir qaz qovuğu impulsunun zəncirvari təsiri gözlənilmir. 
Ümumiyyətlə  qəbul edilir ki, dərinliyi 50 metrdən artıq olan sahələrdə normal seysmik 
əməliyyatların dəniz dibi vəziyyətin  əhəmiyyətli dərəcədə pozulması  və ya əlaqədar bentik 
qruplara təsirləri müşahidə olunmur. 
6.4.3  Plankton qrupları 
Su sütununda, işləyən pnevmotopların yaxın məsafələrində (adətən 2m-ə qədər, lakin 5m kimi 
ola bilər) buradan uzaqlaşa bilməyən planktonun (o cümlədən balıq körpələrinin) tələf olması 
müşahidə oluna bilər (bax Fəsil 6.2). Lakin, ən çox və ciddi zədələnmələr yalnız pnevmotop 
mənbəyindən 1,5 m məsafədə müşahidə olunur (Dalen və digərləri, 1996).   
“Azərbalıq” Dövlət Konserninin Balıqçılar İnstitutunun verdiyi məlumata görə, sivriburun və 
qızılı kefal və irigöz və ançousabənzər kilkə kimi, geniş yayılmış və uzunmüddətli kürütökmə 
xüsusiyyəti olan ovluq balıq növlərinin yumurtaları  və sürfələrinə  nəzərdə tutulan seysmik 
tədqiqat dövründə zooplankton qrupunda rast gəlinə bilər (bax Cədvəl 5.6). 
Plankton orqanizmlərinin təbii tələf olma səviyyəsi yüksək olduğundan və okeanoqrafik və 
iqlim dəyişiklikləri nəticəsində populyasiya sıxlıqlarında təbii illik artıb-azalmalar 
əhəmiyyətli dərəcədə ola bildiyindən (bax Bölmə 5.3.1), belə hesab edilir ki, seysmik 
tədqiqatın birbaşa tələf etmə  təsirləri plankton populyasiyalarına və ya xüsusi olaraq 
populyasiya səviyyəsində balıqların sayının artırılması ilə bağlı, nə statistik baxımdan   
əhəmiyyətli, nə də ölçülə bilən təsirlərlə nəticələnə bilməz.  
6.4.4  Yetkin balıqlar 
Seysmik tədqiqat sahəsinin yaxınlığında mövcud olması ehtimal edilən yetkin balıqlar və 
onların mövsümi paylanması haqqında  Bölmə 5.3.2-də  məlumat verilir. Dərinliklərdə 
qışlayan növlərə seysmik mənbənin yaxınlığında rast gəlmək mümkün deyil. Üst su 
təbəqələrində  fəal olan növlər seysmik mənbədən potensial zədə almaq riski altındadırlar.  
Yetkin balıqlar normal olaraq seysmik tədqiqat fəaliyyətlərinə uzaqlaşma davranışını nümayiş 
etdirirlər, və bununla da potensial zədə almadan effektiv kənarlaşırlar (bax Bölmə 6.2.3). 
Lakin, su sütunu daxilində  işləyən pnevmotopun yaxın məsafəsində (5 m-dən az) işləyən 


Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə