Microsoft Word salayev elxan docx



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə13/26
tarix02.10.2017
ölçüsü0,65 Mb.
#2904
1   ...   9   10   11   12   13   14   15   16   ...   26

36 

 

keyfiyyətli  məhsul  istehsal  etməyə  yeni  təlabat  doğurur.  Qeyd  etdiyimiz  kimi, 



təlabat  istehsaldan  daha  sürətlə  artır  və  elalastikdir.  Bundan  başqa,  təlabatı 

ödəmək  üçün  iqtisadi  ehtiyatlar  məhduddur.  Məhdud  imkanla  sürətlə  artan 

təlabatı  ödəmək  mümkün  deyil.  Ona  görə  də  cəmiyyət  hər  cür  tələbatı  deyil, 

məhz  normal,  ağıllı  təlabatı  ödəməyi  öz  qarşısına  məqsəd  qoymalıdır.  nsanın 

normal  yaşayıb  işləməsi  üçün  lazım  olan  zəruri  istehlak  şeylərinə,  maddi  və 

intelektual vasitələırinə olan təlabat normal təlabatdır. Eyş-işrətə, modabazlığa, 

həddindən çox yeyib-içməyə olan təlabat qeyri-normal təlabatdır. Qeyri-normal 

təlabatlar  xeyli  miqdarda  məhsulun  məhv  edilməsinə,  insan  mənəviyyatına  və 

cəmiyyətə bütövlükdə ziyan vurur. 

 

Ə



mək kollektivlərində işçilərin eyni keyfiyyətli əməklərinə, işlərinə görə 

eyni  miqdarda  haqq  və  mükafat  almaq  imkanı  yaradılmalıdır.  Kollektiv  eyni 

səviyyədə, gəlirlə işləmirsə, onda onun üzvləri əsas əmək haqqının hər manatına 

görə  də  əlavə  haqq  ala  bilərlər.  Burada  əmək  haqqı  məhsul  çıxımının  yekun 

faizinə,  mənfəətə,  məhsulun  maya  dəyərinin  aşağı  salınmasına  və  digər 

göstəricilərə uyğun olaraq arta bilər. 

     

stehsalın  idarəedilməsində  əmək  haqqının  böyük  rolu  vardır.  Əmək 



haqqı həm iqtisadi mexanizm, alət, həm də metod rolunu onayır. Bir metod kimi 

ə

mək haqqı bilavasitə əməyin kəmiyyət və keyfiyyətindən asılı olaraq müəyyən 



edildikdə,  işçini  daha  yaxşı  işləməyə  ruhlandırır,  mümkün  qədər  daha  çox  iş 

görməyə məvbur edir, ixtisasını, peşəsini də artırmağa stimul yaradır. Bir qayda 

olaraq,  işçinin  ixtisası,  peşəsi  yüksək  olarsa,  eyni  zamanda,  həm  kəmiyyətcə, 

həm də keyfiyyətcə əməyin istehsal nəticələri bir o qədər yüksələr və nəticədə 

istehsal çoxalar. 

     


Ə

mək  haqqı  işçilərin  maddi  cəhətdən  həvəsləndirilməsini  təmin  edir. 

Odur  ki,  işçilərin  ictimai  istehsalın  inkişafındakı  əsas  marağı  bilavasitə  əmək 

haqqı  səviyyəsinin  nə  dərəcədə  əsaslandırılmasından,  əməyin  keyfiyyəti  ilə 

onun kəmiyyətinin necə əlaqələndirilməsindən asılıdır.  



37 

 

     



Heyətin  idarə  edilməsində  əmək  haqqı  işçilərin  sərf  etdikləri  əməyin 

kəmiyyətinə,  keyfiyyətinə  görə  əldə  edilən  gəlirə  görə  maddi  və  mədəni 

tələbatlarını  ödəmək  üçün  verilən  haqdır.  Deməli,  maddi  və  mənəvi 

həvəsləndirmə sistemi həmişə, hər yerdə hər bir kəsin sərf etdiyi əməyə ədalətli 

və  obyektiv qiymət verilməsini təmin  edir.  Bu, istehsalı inkişaf  etdirmək üçün 

bir metod və vasitədir. 

     

darəetmədə  əmək  haqqı  iqtisadi  idarəetmə  metodu  olmaqla  əldə  edilən 



gəlir  və  təsərrüfat  hesabı  metodu  ilə  bağlıdır.  Əmək  haqqı,  bir  qayda  olaraq, 

mərkəzləşdirilmiş  əmək  haqqı  və  onun  fondu,  bütünlükdə,  xalq  təsərrüfatı  və 

onun  ayrı-ayrı  sahələri  üzrə  dövlət  tərəfindən  müəyyən  dövr  üçün 

planlaşdırılırdı.  darəetmə  metodu  kimi  əmək  haqqının  operativ  müstəqilliyi 

vardır ki, burada firmaların konkret istehsal şəraiti və planları nəzərə alınmaqla, 

planların  yerinə  yetirilməsini  öz  öhdəliklərinə  götürməklə  işçilərin  sayını 

müəyyən  edərək  əmək  haqqını  və  onun  fondunu  özləri  planlaşdırır  və  bunun 

üçün  məsuliyyət  daşıyırlar.  Müasir  şəraitdə  əmək  haqqının  təsərrüfat  hesabı 

metodu  əsasında  həyata  keçirilməsi  nəzərdə  tutulur.  Hazırda  əmək  haqqının 

verilməsində bir sıra məhdudiyyətlər aradan qaldırılmışdır.  

   

ş

çilərin  əməyinin  ödənilməsinin  təşkil  olunmasında  iqtisadi  qanunların 



tələblərinin  nəzərə  alınması  mühüm  əhəmiyyət  kəsb  edir.  Burada,  xüsusilə, 

ə

məyə  görə  bölgü  prinsipi  və  dəyər  qanununun  qarşılıqlı  fəaliyyətindən  irəli 



gələn  iqtisadi  mexanizm  və  qanunauyğunluqlara  əməl  olunması  zəruridir. 

Ə

məyə  görə  bölgü  və  dəyər  qanununun  tələblərinin  optimal  halda 



ə

laqələndirilməsi xüsusilə, özünümaliyyələşdirmə şəraitində ön plana keçir. Bu 

aşağıdakı üç cəhətdə müşayət olunur: 

 

 



 

Cari  əmək  fəaliyyətinin  son  nəticələri  üçün  şəxsi,  kollektiv  və  ictimai 

maddi mənafelər formasının düzgün əlaqələndirilməsi; 

 

qtisadi qanunların tələblərinin effektli bir halda həyata keçirilməsi; 




38 

 

 



Maddi  mənafelərin  bütün  sistemlərindən  bacarıqla  istifadə  etmək 

ə

sasında  ictimai  istehsalın  səmərəliliyinin  artırılması  zəruriyyəti  ilə  müəyyən 



olunur. 

     


Bölgü  münasibətləri  istehsal  münasibətlərinin  tərkib  hissələrindən  biri 

olduğuna görə bu, bir çox mənafe formaları və sistemlərini əhatə edir. Ona görə 

də  bölgü  münasibətlərinin  yalnız  bir  iqtisadi  qanununun  fəaliyyəti  ilə  tənzim 

olunmasını  iddia  etmək  səhv  olardı.  Belə  ki,  yalnız  əməyə  görə  bölgü  qanunu 

deyil,  həmçinin  sahibkarlıq  prinsipləri,  dəyər  qanunu,  əmək  məhsuldarlığının 

daima  yüksəldilməsi  qanunu,  əsas  iqtisadi  qanun,  proporsional  inkişaf  qanunu 

və  digər  iqtisadi  qanunlar  məcmu  halda  cəmiyyət  miqyasında  istehsal  olunan 

maddi nemətlərin bölüşdürülməsi sistemi və qaydasını müəyyən edir.  

    Əlbəttə  indi  maddi  nemətlərin  bölüşdürülməsində  dəyər  qanunu  başlıca  rol 

oynayır.  Əməyə  görə  bölgü  qanununun  bu  sahədə  müəyyən  rol  oynaması 

zəhmətkeşlərin  qazancının  əsas  hissəsinin  şəxsi  əmək  sərfi  ilə  əlaqədar 

olmasından  irəli  gəlir.  Belə  ki,  işəmuzd  əmək  haqqı  formasının  müxtəlif 

sistemləri  əməyin  onun  kəmiyyət  və  keyfiyyətini  nəzərə  alaraq  ödənilməsini 

nəzərdə tutur. Burada əməyin kəmiyyəti, yaxud miqdarı normalaşdırma vasitəsi 

ilə,  onun  keyfiyyəti  isə  tarif  sistemi  ilə  müəyyənləşdirilir.  Lakin  əmək 

normalarının  müxtəlif  gərginliyi  və  bazar  iqtisadiyyatı  şəraitində  tarif  sistemi 

özü-özlüyündə  bərabər  əməyə  görə  bərabər  haqqın  verilməsini  təmin  edə 

bilməz.  Burada  əmək  normasının,  yəni  istehsalçıların  məcmu  əməkdəki 

iştirakını  müəyyən  edən  bu  normanın  düzgün  müəyyən  olunmasının  böyük 

ə

həmiyyəti  vardır.  Çünki  bunsuz  cəmiyyət  və  müəssisə  tərəfindən  əmək  və 



istehlak üzərində nəzarəti həyata keçirmək mümkün deyildir.  

 

Heyətin  idarə  edilməsində  iqtisadi  metodları  aşağıdakı  kriteriya  üzrə 



cədvəldə(2.1.1.) göstərək: 

Sxem 2.1.1. 


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə