Microsoft Word QurbanSaid-AliveNino doc



Yüklə 1,17 Mb.
Pdf görüntüsü
səhifə16/63
tarix15.03.2018
ölçüsü1,17 Mb.
#31822
1   ...   12   13   14   15   16   17   18   19   ...   63

  - Adam gərək müharibəni özü aparsın, başqasının ümidinə qoymasın. 
Yoxsa, müharibənin sonu heç də xeyirli olmaz. 
  Qoçu yorğun baxışlarla faytonçumuzu süzüb, səriştəli adam kimi 
danışmağa başladı: 
  - Çar balacaboy, cılız bir adamdır. Kayzer Gilyom isə əksinə, iri gövdəli 
və güclüdür. O, elə ilk döyüşdə çarın öhdəsindən gələcək. 
  Bu sadəlövh qoçum elə bilirdi ki, müharibəni başlamaq üçün iki düşmən 
ölkələrinin hökmdarları atlarına minərək onları bir-birlərinin üzərlərinə 
sürəcəklər və müharibə də belə başlayacaqdır. Əslində müharibənin belə 
başlamadığını söyləyərək onu inandırmağa çalışmaq mənasız idi. Kayzer 
Gilyom çarı vurub yıxandan sonra şahzadə meydana çıxmalıdır. Şahzadə 
isə çox gənc, üstəlik də xəstədir. Halbuki, gilyomun aslan kimi altı sağlam 
və qolu qüvvətli oğlanları vardır. 
  Mən onun bədbinliyini sovuşdurmağa çalışdım: 
  - Gilyom ancaq sağ əli ilə vuruşa bilər, çünki onun sol qolu şikəstdir. 
  - Eh, bunun heç bir əhəmiyyəti yoxdur. Sol əl ona yalnız atın yüyənini 
tutmaq üçün lazım olacaqdır. Vuruşmaq üçün isə ona sağ əl lazımdır, 
  Qoçum dərin düşüncələrə daldığı üçün alnında cizgilər əmələ gəlmişdi. O 
birdən-birə soruşdu: 
  - Kayzer Frans Yozefin doğrudan mı yüz yaşı var? 
  - Dəqiq deyə bilmərəm. Amma çox qoca olduğu şübhəsizdir. 
  - O yaşda bir qocanın atına minib qılıncını çəkərək vuruşması dəhşətdir – 
deyə qoçum dilləndi. 
  - Allah onun yardımçısı olsun. 
  - Amma, onun vuruşmasına lüzum yoxdur. 
  Necə yəni lüzum yoxdur? 
  - Ona görə ki, onunla Serbiya Kralı arasında qan davası vardır. İndi onlar 
bir-birlərilə qan düşmənləridirlər. Kayzer Frans Yozef də öz vəliəhdinin 
tökülən qanının intiqamını almalıdır. Bizim kəndlilərdən biri olsaydı, 
yəqin ki, yüz beş inəklə bir ev verib qan pulunu ödəyə bilərdi. Amma 
Kafzer tökülən qanı bağışlaya bilməzdi. Əgər hamı tökülən qanı 
bağışlamalı olsaydı, ondan sonra qan davası tezliklə aradan qalxardı. Qan 
davası da olmasa, ölkə tənəzzül edər. 
  Qoçum haqlı idi. Avropalılar nə deyirlər desinlər, qan davası dövlət 
quruluşunun və insan davranışının ən önəmli təməlini təşkil edirdi. 
Əlbəttə, yaşlı və müdrik kişilər əlavə qan tökülməməsi üçün yalvarıb 
yaxarırdılar ki, axıdılan qanın əvəzində böyük miqdarda pul alıb onları 
bağışlasınlar. Amma tökülən qan davasının əsasını mühafizə etmək 
lazımdır. Əks təqdirdə tökülən qanların sonu haraya çatardı? 
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


  Bəşəriyyət millətlərə deyil ailələrə bölünmüşdü. Ailələr arasında isə 
Allahın buyuruğuna və kişilərin güclü inamına əsaslanan bir müvazinət 
vardı. Kobud zorakılıq nəticəsində bu müvazinət pozularsa. Allahın 
buyuruğuna qarşı gedən ailə də bir üzvünü qurban verməlidir. Bu yolla da 
müvazinət bərpa olunur. Ancaq, qan qisasını yerinə yetirmək bir az çətin 
işdir. Çox vaxt qisas alan adamın gülləsi hədəfə dəymir, ya da onun gülləsi 
lazım olandan daha çox adam öldürür. Ondan sonra qan davası davam 
edir. Qan qisasının əsası isə doğru və aydındır. Qoçum məni çox yaxşı 
başa düşürdü və razılıq ilə başını yırğalayırdı. Öz vəliəhdinin tökülən 
qanının intiqamını almaq üçün yüz yaşı olan Kayzer Yozef atına minib 
davaya hazırlanması gözəl və ədalətli bir hərəkət idi. 
  - Əli xan, əgər Kayzer ilə Serbiya kralı qan üstündə döyüşmək 
istəyirlərsə, başqa hökmdarlar bu işə niyə qarışırlar? - deyə qoçum 
dilləndi. 
  Bu sual çox çətin sual idi, özüm də bu suala cavab tapa bilməzdim...- 
Buraya bax, - deyə sözə başladım, -bizim çar da Serbiya Kralının səcdə 
etdiyi Tanrıya itaət edir, elə ona görə də çara kömək edirdi. Mənim 
fikrimcə Kayzer Gilyomla digər düşmən krallar və imperatorlar 
qohumdurlar. İngiltərə kralı çarla qohumdur. Beləliklə, hər şey zəncir kimi 
biri-birilə bağlı olur.  
  Mənim cavabım qoçumu qane etmədi. Çünki Yaponiya imperatoru çarın 
Tanrısından tamamilə fərqli olan bir Tanrıya itaət edirdi. Fransada 
hökmdarlıq edən o müəmmalı mülki şəxsin isə heç bir hökmdarlarla 
qohumluğu olmayacağına qoçum əmin idi. Bunlar hələ bir yana, qoçumun 
fikrincə, Fransada tanrı deyilən bir varlıq da yox idi. Deməli fransızlar 
allahsızdı. Ona görə də, o ölkəyə respublika deyilir. 
  Bütün bunlar mənə də qaranlıq idi. Qoçuma qeyri-müəyyən bir şəkildə 
cavablar verib soruşdum ki, görəsən mənim igid qoçum müharibəyə 
gedəcəkdirmi? Qoçum xülyalı baxışlarla silahlarına baxdı. 
  - Bəli, - deyə cavab verdi – təbii ki, mən müharibəyə gedəcəyəm. Amma 
bilirsən ki, mən müharibəyə getməyə də bilərəm. Çünki biz müsəlmanlar 
hərbi xidmətdən azadıq. Ancaq ona baxmayaraq mən yenə də müharibəyə 
getmək istəyirəm, – deyə sadəlövh qoçum birdən-birə həyəcana gəldi. - 
Müharibə yaxşı şeydi. Müharibənin sayəsində çox səyahət etmək və uzaq 
diyarlara getmək mümkün olacaqdı. Qərbdə küləklərin vıyıltısını eşidəcək 
və düşmənlərin tökdükləri göz yaşlarını görə biləcəyəm. Müharibəyə 
getsəm mənə bir at və bir tüfəng verəcəklər. Mən silah dostlarımla birlikdə 
tutduğumuz kəndlərin içərisindən böyük ruh yüksəkliyi ilə keçəcəyik. 
Müharibədən qayıdanda isə özümlə çoxlu pul gətirəcəyəm, qəhrəman 
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


olduğum üçün hamı mənim qəhrəmanlığımı bayram edəcək. Əgər həlak 
olsam, əsl kişi kimi döyüş meydanında qəhrəmancasına həlak olacağam. O 
zaman da hamı mənim qəhrəmancasına həlak olmağımdan danışacaq, 
oğluma və atama böyük hörmət göstərəcəklər. Kimə qarşı olursa-olsun 
müharibə yaxşı şeydir. Kişi gərək ömründə heç olmasa bir dəfə 
müharibəyə getsin. 
  Qoçum durmadan şövqlə danışırdı. O, düşmənlərinə vuracağı yaralardan 
danışır və hətta xəyalında artıq hərbi qənimətlərini də görürdü. Onun 
gözləri getdikcə artan ehtirasdan parlayırdı, qarayanız sifəti isə ilahi 
“Şahnamə” əsərinin səhifələrindəki əfsanəvi cəngavərlərinin simasını 
xatırladırdı.  
  Mən həqiqətən ona qibtə edirdim, çünki o nə edəcəyini dəqiq bilən sadə 
bir adamdı. Mən isə gələcəyə xəyalpərəstlik və qərarsızlıqla baxırdım. 
Mən rus imperator gimnaziyasında oxuduğum zaman tələb olunandan da 
artıq oxumuşdum. Rusların xəyalpərəsliyi mənə də keçmişdi. 
  Gəlib Dəmir yol stansiyasına çatdıq. Gürcüstandan olan qadınlarla, 
uşaqlar, qocalar və Zaqataladan gəlmiş köçərilər stansiyanın binasına 
dolmuşdular. Onların haradan gəlib və haraya getmək istədiklərini bilən 
yox idi. Elə bil bunu heç özləri də bilmirdilər. Onlar palçıq topaları kimi 
dinməz-söyləməz yerdə otururdular, ya da ki, hansı istiqamətə 
getməsindən asılı olmayaraq gələn qatarlara hücum edib vaqonlara 
doluşurdular. Əynində qoyun dərisindən cırıq kürk olan bir qoca gözləmə 
zalının qapısında oturub hönkür-hönkür ağlayırdı. O, İran sərhədindəki 
Lənkəran şəhərindən idi. Ona elə gəlirdi ki, onun evi yanıb yerlə yeksan 
olmuş, uşaqları da ölmüşlər. Ona dedim ki, İran bizimlə müharibə aparmır. 
O, ümidsiz halda mənə baxıb dedi: “Yox, ağa İranın qılıncı uzun illərdi ki, 
paslanmışdı. İndi isə o qılıncı yenidən itiləyiblər. Gecələr bizə basqın 
edəcəklər, Şahsevənlər də evlərimizi yerlə-yeksan edəcəklər, çünki biz 
kafirlər imperiyasında yaşayırıq. İran aslanı ölkəmizi xarabazara 
çevirəcək. Qızlarımız kölə, oğlanlarımız da İran şahpərəstlərinin oyuncağı 
olacaq”.Qocanın mənasız fəryadları davam edirdi. Qoçum qarışıqlıqda 
camaatı itələyə-itələyə vaqona minmək üçün yol açırdı. Çox böyük 
əziyyətdən sonra nəhayət vaqona minə bildik. Konduktora pul verəndən 
sonra o bizə bir kupe açdı. Biz də sakitləşib oturduq. Lokomotivin küt 
siması Nuh əyyamından qalma əjdahanı xatırladırdı. Səhramızın fonunda 
onun qara yırtıcı bir görünüşü vardı.  
  Qoçum üzərində qızılı sapla toxunmuş “Z.J.D.”(1) hərfləri olan məxmər 
döşəkçənin üstündə oturdu. 
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə