Microsoft Word QurbanSaid-AliveNino doc



Yüklə 1,17 Mb.
Pdf görüntüsü
səhifə17/63
tarix15.03.2018
ölçüsü1,17 Mb.
#31822
1   ...   13   14   15   16   17   18   19   20   ...   63

  Qatar ağır-ağır hərəkətlə çöl mənzərələrinin içindən keçməyə başladı. Ta 
uzaqlara qədər uzanan sapsarı qumlar, yumşaq və yuvarlaq təpələr
küləklərdən və günəş şüalarından çatlamış qayalıqlar işıq saçırdılar. 
  Vaqonun pəncərəsini açıb bayıra baxdım. Qızmar qum təpələrinin 
üstündən, çox-çox uzaqlarda olan dəniz tərəfdən sərin külək əsirdi. Çılpaq 
qayalar qıpqırmızı göz kimi közərirdi. Səhranın ətrafını bürüyən tozlu 
kollar ilansayağı tərpəşirdi. 
  Sonra səhrada bir karvan göründü. Karvandakı yüzdən çox bir və iki 
hörgüclü irili-kiçikli dəvələrin hamısı ürkək baxışlarını qatara 
zilləmişdilər. Hər dəvənin boynunda zınqırov var idi. Onlar ayaqlarını 
qorxaq addımlarla zınqırovların səslərinin ahənginə uyğun olaraq atır, 
başlarını da ona uyğun surətdə yellədirdilər. Dəvənin biri büdrəsə və ya 
addımını səhv qoysa zınqırovun birinin  səsi  dərhal  kəsilir. Dəvələrin  
hamısı bunu hiss edir və onlar narahat olmağa başlayırlar. 
   
  - ---------------------------------------------------- 
  1. ZJD – Zaqafqazskaya jeleznaya doroqa. 
--------------------------------------------   
 
Karvanda yalnız ahəng bərpa olunandan sonra dəvələr sakitləşir. Çölün 
qızğın xülyalarından doğmuş və eyni xəmirdən yaradılmış dəvə çölün 
simvoludur. 
  Dəvə karvanı ağır-ağır gün çıxan tərəfdən uzaqlaşaraq, bir xəyal 
aləmində yox olurdu. Qatar isə gün batan istiqamətinə gedirdi. Mən oraya, 
dəvələrə, onları aparan adamlara və qumlu səhraya mənsubam! Mən qatarı 
saxlamaq üçün nə səbəbdənsə əlimi qaldırıb ehtiyat əyləcini dartmadım? 
Çünki mən artıq o istiqamətə getmək istəmirdim. Qatar Qərbə tərəf gedə 
bilər, amma mən bütün qəlbimlə, bütün ruhumla Şərqə mənsubam. 
  Kupenin pəncərəsini açıb, başımı bayıra çıxartdım. Karvan artıq 
uzaqlarda qalmışdı. Onun arxasınca baxdım tam bir sükut çökmüşdü. 
Mənim ölkəmdə heç bir düşmən yox idi. Zaqafqaziya çöllərini heç kim 
təhdid etmirdi. Qoçum müharibəyə getmək istəyirdi. Onun üçün durum 
başqaydı. Çünki o, çar üçün də vuruşar, qərb üçün də. Qoçum öz macəra 
pərəstliyinin əsiridi. O, bəzin asiyalılar kimi düşmənlərinin qan axıtmasını 
və onların göz yaşlarını görmək istəyirdi. Mən də müharibəyə getmək 
istəyirdim: Bütün varlığım qanlı bir müharibənin gətirdiyi hüriyyətin 
həsrətini çəkirdi. İçim gecələr döyüş meydanından ucalan tüstüləri görmək 
arzuları ilə dolu idi. Müharibə – ən gözəl sözdür. Onda kişilik və qüdrət 
hiss olunur. Hər halda mən burada qalmalıyam ki, düşmənin ölkəmizə 
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


ayaq basdığı günə özümü onlara qarşı hazırlayım. Qoy bu müharibəyə 
lovğalar getsinlər. Amma ölkəmizdə kifayət qədər adam qalmalıdır ki, 
düşməni dəf etmək mümkün olsun. Yenə də içimdə boğuq bir hiss vardı. 
Hiss edirəm ki, bu müharibədə kim qalib gəlirsə-gəlsin, bizim üçün çarın 
istila yürüşlərindən də böyük bir təhlükə meydana çıxar. Gözə görünməz 
bir qüvvə karvanın ipini sarbanın əlindən alır və onu zorla yad otlaqlara, 
yad yollara döndərmək istəyir. Bu yollar isə, ancaq qərbin yolları ola bilər. 
Mən o yolla getmək istəmirəm. Ona görə də mən müharibəyə getməyib 
vətənimdə qalmaq istəyirəm. Ancaq o gözəgörünməz qüvvə mənim 
dünyama qarşı qalxarsa, yalnız o zaman mən qılıncımı qınından 
sıyıracağam. 
  Oturduğum yerdə rahat düşünürdüm. İnsan düşündüyünü axıra 
çatdıranda rahat olur. Ola bilər camaat söz yayacaq ki, mən Ninonun qara 
gözlərindən ayrıla bilmədiyim üçün müharibəyə getməyib evdə qalıram. 
Qoy desinlər. Ola bilər ki, bunu deyənlər bəlkə də haqlıdırlar. Amma onlar 
onu da bilsinlər ki, bu qara gözlər mənim üçün vətən torpağıdır, 
yadellilərin yad yola dartıb aparmaq istədiyi vətən övladının nidasıdır. 
Mən də qalıram ki, ana vətənimi gözəgörünməz yadelli düşmənlərdən 
qoruyum. 
  Gözlərim qoçuma sataşdı. O şirin yuxu içində xor-xor xoruldayırdı. 
   
  IX 
   
  Bakı şəhər avqust günəşinin altında süst düşmüşdü. Onun qədim, qırış 
tutmuş sifəti heç dəyişməmişdi. Rusların çoxu şəhərdən qeybə çıxmışdılar. 
Onlar öz çarları və vətənləri uğrunda cəbhəyə getmişdilər. Polis bir-bir 
evləri gəzib almanlarla avstriyalıları axtarırdı. Neftin qiyməti artmışdı. 
Şəhər qala divarlarının içində və bayırında yaşayan adamların kefləri saz, 
həyatlarından da məmnun idilər. Müharibə barədə məlumatları yalnız 
çayxanaların daimi müştəriləri eşidə bilirdilər. Müharibə sanki çox 
uzaqlarda, başqa bir planetdə gedirdi. Müharibədə fəth edilən və yaxud 
itirilən şəhərlərlə qəsəbələrin adları çox uzaqdan eşidilir və qulaqlarda yad 
kimi səslənirdi. Bütün qəzetlərin birinci səhifələrində müxtəlif generalların 
şəkilləri çap edilirdi. Bu generallar bir dost kimi özlərindən razı halda, 
zəfərə arxayın kimi təsvir olunurdular. Müharibə gedə-gedə vətənimi tərk 
etmək istəmirdim. Elə ona görə də Moskvaya gedib xarici dillər 
institutuna daxil olmadım. Bir də təhsil qaçmırdı ha. Müharibəyə 
getmədiyim üçün bir çoxları mənə nifrət edirdi. 
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


  Lakin mən evimizin damından köhnə şəhərin rəngarəng qübbələrini seyr 
edən zaman dərk edirdim ki, çarın heç bir çağırışı məni doğma qala 
divarlarından ayıra bilməz. 
  Mənim davranışım atamı karıxdırmışdı. O, təşvişlə məndən soruşdu:  
  - Sən, Əli xan Şirvanşir, doğrudan da müharibəyə getmək istəmirsən? 
  - Bəli, ata getmək istəmirəm. 
  - Əcdadlarımızın çoxu döyüş meydanında həlak olublar. Bu bizim ailədə 
təbii bir haldır. 
  - Bilirəm, ata. Mən də döyüş meydanında can verəcəyəm, amma indi 
yox, elə uzaq cəbhələrdə də yox.  
  -Şərəfsiz yaşamaqdansa, şərəfli ölmək daha yaxşıdır. 
  - Mən şərəfsiz yaşamıram. Bu müharibə məni maraqdandırmır. 
  Atam şübhəli-şübhəli mənə baxdı. Yoxsa övlad yetişdirirəm deyə o 
qorxaq övladmı yetişdirmişdi? Yüzüncü dəfə o, mənə ailəmizin tarixçəsini 
təkrarən nəql etməyə başladı: hələ Nadir şahın hakimiyyəti dövründə beş 
Şirvanşir Gümüş Aslan ölkəsi uğrunda necə vuruşduqlarını danışdı. 
Onlardan dördü Hindistana yürüş vaxtı döyüş meydanında həlak olmuşdu. 
Yalnız biri Dehlidən bol qənimətlə qayıtmışdı. O, sonralar malikanələr 
almış və saraylar tikdirmişdi də. Qorxulu hökmdarın dövründən də sağ-
salamat çıxmışdı. Amma Şahruh Hüseyn xana qarşı vuruşduğu zaman 
əcdadım qəddar Qacar şahzadəsi Ağa Məhəmmədin tərəfinə keçmişdi. 
Ondan sonra o adam səkkiz oğlu ilə birlikdə Ağa Məhəmmədin Zənd, 
Xorasan və Gürcüstan yürüşlərində iştirak edib. Onun səkkiz oğlundan 
üçü sağ qalmışdı. Onlar da bu böyük Xədim şah olandan sonra da ona 
qulluq etməkdə davam edirdilər. Ağa Məhəmməd öldürüldüyü gecə o üç 
qardaşın çadırları Şahın Şuşadakı qərargahında qurulu qalmışdı. Ağa 
Məhəmmədin varisi Fətəli xanın onlara Şirvanda, Mazandaranda, Gilanda 
və Azərbaycanda bəxş etdiyi təsərrüfatlarla, malikanələr Şirvanşirlər 
nəslinin doqquz igidinin qanlarının bahasına başa gəlmişdi. Bu üç qardaş 
şahənşahın varis canişinləri kimi Şirvanda hökmdarlıq edirdilər. Sonra 
ruslar gəldilər. İbrahim xan Şirvanşir o vaxt Bakını müdafiə edirdi. Onun 
Gəncə yaxınlığında qəhrəmancasına şəhid olması Şirvanşirlər nəslinə şan
şərəf gətirmişdi. Yalnız Türkmənçay sülh müqaviləsindən sonra 
Şirvanşirlərin arasına ayrılıq düşmüşdü. Nəslimizin üzvləri Məhəmməd 
şahla Nəsrəddin şahın hakimiyyətləri zamanı türkmənlərlə Əfqanlara qarşı 
döyüşlərdə vuruşub həlak oldular. Nəslimizin ruslar tərəfində olan üzvləri 
də çarın Krım müharibəsində, türklərə qarşı döyüşlərdə və Rus-yapon 
müharibəsində döyüşüb həlak olurdular. Nəslimizin şan və şərəflə daşıdığı 
saysız-hesabsız ordenlər, nişanlar beləcə qazanılmışdı. Oğullarımız 
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə