Microsoft Word QurbanSaid-AliveNino doc



Yüklə 1,17 Mb.
Pdf görüntüsü
səhifə2/63
tarix15.03.2018
ölçüsü1,17 Mb.
#31822
1   2   3   4   5   6   7   8   9   ...   63

  Mən Əli xan Şirvanşir də, bu beş il ərzində üç dəfə Dağıstanda, iki dəfə 
Tiflisdə, bir dəfə Kislovodskda, bir dəfə də İrandakı əmimin yanında 
oldum. Bir dəfə də Gerundiyum1 ilə Gerudiviyum2 arasındakı fərqli 
bilmədiyim üçün az qala sinifdə qalmışdım. 
  Atam bu barədə məsciddəki imamla danışmaq üçün onun yanına getdi. 
İmam onu dinlədikdən sonra latın dili ilə əlaqədar qoparılan bu hay-küyün 
mənasız, boş şey olduğunu bilirdi. Sonra türk, iran, rus medal və 
ordenlərinin hamısını yaxasına taxıb, direktorun yanına getdi. Atam 
məktəbin laboratoriyalarına cürbəcür cihaz və ləvazimatlar hədiyyə edirdi. 
Onun sayəsində sinifdən sinfə keçirdim. Bu arada məktəbdə tələbələrin iki 
güllə ilə doldurulmuş tapança ilə məktəbə gəlmələrinin qəti qadağan 
olduğunu bildirən bir elan asıldı. Nəhayət, keçən  beş il ərzində şəhərə 
telefon xətti çəkildi və iki yeni kinoteatr açıldı. Nino Kipiani isə hələ də 
dünyanın ən gözəl qızlarından biri olaraq qalmaqda idi. 
  Məktəblərdə dərslərin qurtarmasına az qalırdı. Yay tətilinə çıxmağımıza 
cəmi bir həftə qalmışdı. Mən evdə oturub, latın kurslarına getməyimin 
mənasız olduğunu düşünürdüm. Evimizin ikinci mərtəbəsindəki otaq çox 
xoşuma gəlirdi. Divarlar təmamən Buxara, İsfahan və Kəşhan xalıları ilə 
bəzədilmişdi. Bu xalıların naxışları bağçalar, göllər, meşə və çayların 
təsvirilə dolu idi. Çünki, xalıları toxuyanlar bütün meşələri, gölləri öz 
gözləri ilə görmüşdülər. Təsadüfi adam o xalıların üzərindəki naxışların nə 
olduğunu bilməzdi. 
  - ---------------------------------------- 
  1. Latın və İngilis dillərində feli isim. Red. 
  2. Latın dilində feli sifət. Red. 
--------------------------------------------------- 
 
 Xalılara o rəngləri verə bilmək üçün çox uzaq çöllərin köçəri tayfalarının 
qadınları yabanı tikanlı kolluqlar arasından min cür ot toplayardı. Sonra 
incə uzun barmaqları ilə o otları sıxaraq onlardan şirə çıxarırdılar. Şirəni 
qarışdıraraq zərif rənglər yaradırdılar. Bu gözəl rənglərin sirri yüz illər 
qədər qədimdir. Çox zaman bir sənət əsərinin tamamlanması üçün toxucu 
on ildən artıq əmək sərf edərdi. Ondan sonra xalının üstündə ov və 
döyüşən cəngavərlər səhnəsini təsvir edən sirli rəmzlər və işarələr toxunar, 
qıraqlarında isə Firdovsinin bir beyti və yaxud Sədinin bir müdrik kəlamı 
toxunmuş bu sənət əsəri divardan asılıdır. Onlarca xalı divara vurulduğu 
və yerə sərildiyi üçün otaq qaranlıq görünürdü. Otaqda alçaq bir divan, 
sədəflə işlənmiş iki kətil, bir çox puf yastıq və bunların aralarında da son 
dərəcə gərəksiz bir yığın kimya və həndəsə kitabları vardı. Bu kitabları 
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


bağlayıb evin hamar damına çıxdım. Oradan baxanda öz dünyamı lap açıq 
görə bilirdim: İçərişəhər qalasının qala divarları ilə bayır qapısının 
girişində Ərəbcə yazılar olan sarayın xarabalıqlarını gözdən keçirtdim... 
Qıvrım ərəb saçlarına bənzər küçələrlə dəvələr gedirdi. Dəvələrin ayaq 
biləkləri o qədər incə idi ki, adam onları tumarlamaq istəyirdi. Ön tərəfdə 
də əfsanəvi Qız qalasının ətrafında turistlər dolaşırdı. Qalanın arxasında 
baxışları tamamən dönük qurğuşun rəngli, anlaşılmaz Xəzər dənizi 
yerləşirdi. Onun da arxasında kəskin qayalıqlarla kolluqlar uzanıb gedirdi. 
Bu mənzərə dünyanın ən gözəl mənzərəsi idi. 
  Mən düz dənizi, düz yastı çölü və onların arasına girmiş bu qədim şəhəri 
çox sevirdim. Buraya neft axtarmağa gəlib, müəyyən vaxtdan sonra 
varlanan adamlar səs-küylü səhranı sevmədikləri üçün buradan çıxıb 
gedirdilər. 
  Nökər çay gətirdi. Onu qurtum-qurtum içə-içə buraxılış imtahanlarını 
düşündürdüm. Özümü zərrə qədər o xüsusda üzmürdüm. Necə olsa 
keçəcəkdim. Kəsilsəydim də narahatçılığım yox idi. Məzun olmayıb bir il 
daha oxumaq məcburiyyətində qalmalı olsam da, fabrik-zavodlarımızda 
çalışan işçilər tənbəlliyimə deyil, hər halda özümü bir növ bu elm 
mərkəzindən qoparıb qurtarmadığıma hörmət edəcəkdilər. Gerçəkdən də 
məktəbi tərk etmək pis bir iş olacaqdı. Gümüşü düyməli, paqonlu və 
kokardlı boz tələbə uniformam son dərəcə şıqdır. Mülki paltarları 
geydiyim zaman özümü doğrudan da narahat hiss edirdim. Lakin mən 
mülki paltarı çox geyməyəcəyəm. Yalnız bir yay. 
  Sonra da... Moskvadakı Lazarev adına şərq dilləri institutuna 
gedəcəkdim. Buna qərar vermişdim, çünki oraya gedəndə ruslardan çox-
çox irəlidə olacaqdım. Mənim üçün asan olan xarici dilləri öyrənmək işi 
ruslar üçün son dərəcə çətin olduğunu ta uşaqlıqdan bilirdim. Üstəlik 
Lazarev institutu tələbələrinin uniforması da bütün uniformaların ən gözəli 
idi. Bu uniforma al qırmızı pencək, qızılı yaxalıq, qızıl suyuna çəkilmiş 
xəncər, adi günlərdə belə taxılmasına icazə verilən yumşaq əlcəklərdən 
ibarət idi. Tələbələrin uniforma geyməsi mütləq lazım idi, yoxsa ruslar 
bizə hörmət etməzdilər. Rusların hörmətini qazanmasam Nino mənə ərə 
getməz. Ninonun Xristian olmasına baxmayaraq onun ilə mütləq 
evlənməli idim. Gürcü qadınları dünyanın ən gözəl qadınlarıdır. Əgər 
Nino məni istəməsə, nə etməliyəm? O zaman bir neçə igid gənci yanıma 
salıb onu qaçırmalıyam. Ninonu atımın tərkinə alıb İran sərhədlərini 
aşaraq Tehrana aparmalıyam. Orada da Nino mənə təslim olacaqdı. Çünki 
onun başqa çarəsi yoxdur! 
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


  Bakıdakı evimizin damından ətrafı seyr edərkən həyat çox gözəl və sadə 
görünürdü. 
  Nökərimiz Kərim çiynimə toxundu. “Vaxtdır” dedi. Ayağa qalxdım. 
  Həqiqətən də vaxt çatmışdı. 
  Üfüqdə, Nargin adasının arxa tərəfində üzən bir gəmi görünürdü. 
Xristian poçtunun gətirdiyi və teleqraf deyilən kiçikcik kağız parçasının 
üzərindəki yazılara inanmaq olsa idi o zaman əmim, üç arvadı və iki 
qulluqçusu ilə birlikdə həmin gəmidə olmalı idilər. Onları qarşılamağa 
getməli idim. Tələsik pilləkənlərdən aşağı endim. Faytona minib, səsli-
küylü limana yollandım. 
  Əmim gerçəkdən hörmətli bir kişi idi. İran şahı Nəsrəddin böyüklük 
göstərərək ona “imperatorluq şiri” fəxri adını vermişdi. Həmin gündən 
bəri də kimsənin əmimə başqa bir şəkildə müraciət etməsinə izn 
verilmirdi. Onun üç arvadı, çoxlu nökərləri, Tehranda bir sarayı və 
Mazandaranda da ucsuz-bucaqsız torpaq sahələri və malikanələri vardı. 
Arvadlarından ən cavanı Zeynəbin xəstə olduğuna görə o Bakıya gəlirdi. 
Zeynəbin on səkkiz yaşı hələ tamam olmamışdı. Əmim onu o biri 
arvadlarından çox istəyirdi. Yazıq Zeynəbin uşağı olmurdu. Əmim də 
nəslini davam etdirmək üçün ondan bir oğlan uşağı istəyirdi. Zeynəbə nə 
Kərbəla dərvişlərinin tilsimləri, nə Məşhədli bilicilərin ovsunları, nə də 
eşq sənətində təcrübəli Tehran qoca qarılarının xeyri dəymişdi. Hətta bu 
məqsədlə Həmədana da getmişdilər. Orada qırmızı daşdan yonulmuş sirli 
baxışı olan böyük bir şir heykəli vardı. Kim bilir bu heykəl nə zamansa 
hansı unudulmuş krallar tərəfindən qoyulmuşdur. Əsrlərdən bəri qadınlar 
karvan kütləsi halında onu ziyarət edirdilər. Şirin qocaman sifətini öpür, 
sonra da hamilə olub ana olacaqları günləri ümidlə gözləməyə 
başlayardılar. Zavallı Zeynəbə o Şiri ziyarət etmək də bir fayda 
verməmişdi. Ona görə də onlar indi Bakıya gəlirdilər. Onlar buradakı 
həkimlərin əzəmətindən kömək umurdular. Zavallı əmim Bakıya gələrkən 
yaşlı və sevmədiyi arvadlarını da gətirmək məcburiyyətində qalmışdı. 
Çünki ənənə belə əmr edirdi: “Bir, iki, üç, hətta dörd arvad ala bilərsən. 
Amma onların hamısına bərabər münasibət bəsləmək şərtilə”. Arvadlara 
eyni münasibət isə Bakıya gələrkən hamısını yanında aparmaq deməkdir. 
Qanuna görə bunların mənimlə heç bir əlaqəsi yox idi. Qadın qisminin 
yeri sarayın daxili sakitliyidir: yəni iç hissəsidir. Ədəbli kişi qadınlarla 
danışmaz, onların arxasınca qaçmaz və onlara salam da yollamazdı. Qadın 
qismi kişinin sadəcə kölgəsidir. Hətta kişilər o kölgədə özlərini xoşbəxt 
hiss edirlər. Bu da doğru və ağıllı bir işdir. Bizim məmləkətdə bir söz 
vardı: “yumurtada qıl, qadında ağıl” olmaz. Ağlı başında olmayan 
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə