Microsoft Word qurbanov veis docx



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə16/45
tarix23.01.2018
ölçüsü1,11 Mb.
#22079
1   ...   12   13   14   15   16   17   18   19   ...   45

32 

 

torpaqlar zonasında mühafızəni yaxşılaşdırmaq, ekoloji mühitdə tarazhq yaratmaq, 



quraqhğa qarşı mübarizə tədbirləri aparmaqla, çoxillik bitkilər əkinini 

genişləndirmək, meyilliyi əlverişli olan yamaclarla aqrotexnıkı tədbirlərə rəayət 

etməklə dənli bitkilər və ot əkini sahələrini genişləndirmək mümkündür. 

Şə

ki-Zaqatala iqtisadi rayonunun ancaq Qəbələ və Şəki rayonları ərazisində 



meşə zonasının aşağı sərhəddində meşə-kol və kol-çəmən bitkiləri altında, səth və 

qrunt sularının təsirilə əmələ gəlmişdir. Bu torpaqlar son dövrlərdə meşə 

örtüyündən azad olmuş və ərazinin hidrogeoloji şəraitindən asılı olaraq dəmyə 

ə

kinlər, həmçinin şabalıd, qoz, fındıq və başqa meyvə ağacları altında istifadə 



olunur. Əsasən kənd ətrafı sahələrdə suvarma şəraitində tütün əkilir. Eroziya 

prosesinin zəif inkişafı, yeraltı suların torpaqəmələgəlmə prosesində təsirinin 

müşahidə olunması, laylı strukturun, skeletliliyin və nisbətən yüksək (5,8-6,1%) 

humusluluğun olması ilə səciyyələnir. Çəmən-qəhvəyi torpaqların əkin və əkinaltı 

qatlarında kobud və pozulmuş strukturun bərpası, ümumi profildə rütubətin 

təsirinin tənzimlənməsi əsas problemlərdir. Məhsuldarlığa mənfi təsir edən amilləri 

aradan qaldırmaq üçün yeraltı suların təsirini azaltmaq, ekoloji şəraiti nəzərə 

almaqla zolaqlar şəklində meşə bağları, tərəvəz və qarğıdalı əkinlərini 

yerləşdirmək məsləhət görülür. Kəndlər ətrafı daha məhsuldar və suvarılan çəmən-

qəhvəyi torpaqlar sahələrində suvarmaya ciddi nəzarət etmək, bataqlaşma və 

qleyləşmə hallarının qarşısını almaq lazımdır. 

Dağ boz-qəhvəyi torpaqlar iqtisadi rayonun cənub-şərq və cənub 

hissələrində 5 min hektara qədər sahədə yayılaraq ümumi rayon ərazisinin bir 

faizdən az hissəsini əhatə edir. Münbit və kənd təsərrüfat sahələri üçün yararlı 

torpaqlar olduğu üçün 60%-dən çox hissəsi müxtəlif əkinlər altında istifadə olunur. 

Nisbətən hamar relyef şəraitində yayılmış dağ boz-qəhvəyi torpaqlar qədimdən, 

həm də hazırda suvarma şəraitində istifadə olunduğundan, bəzi hallarda suvarma 

və becərmə texnikasına riayət edilmədiyindən torpaqların münbitliyi itirilmiş, 

məhsuldarlıq isə kəskin surətdə aşağı düşmüşdür. Bəzi meyilli quraq yamaclar 

ardıcıl olaraq eyni bitkilər altında istifadə olunduğu üçün torpağın səthində 

tozlanma, strukturun pozulması halları baş vermişdir. Bu da öz növbəsində 

eroziyanın güclənməsinə torpaq profilinin və humuslu qatın yuxalaşmasına, 

mexaniki tərkibin və skeletliyin dəyişməsinə səbəb olmuşdur. Nəticədə quraqlıq 

artmış faktiki və potensial münbitlik azalmışdır. Mürəkkəb relyef şəraitində duzlu 

ana suxurlar yayılan sahələrdə aparılan suvarma işləri yamaclarda eroziya 

hadisəsini intensivləşdirmişdir. Təbii proseslər və insanların təsərrüfat fəaliyyəti 

nəticəsində iqtisadi rayon ərazisində torpaqların itirilməsi və ildən ilə hər nəfərə 

düşən münbit torpaq sahəsinin azalması baş vermişdir. Suvarma işlərinin düzgün 

aparılması, yamaclarda terrasların yaradılması, yaşıllaşdırma, təxirə salınmaz 

tədbirlərdir. Torpaqların su-fiziki xüsusiyyətlərini və biokimyəvi proseslərin 

gedişinin tənzimləmək, üzvü və mineral kübrələrdən düzgün istifadə etmək, 

növbəli əkin dövriyyəsinin tədbiqini genişləndirmək lazımdır. 

Becərilən dağ qara torpaqlar iqtisadi rayon ərazisinin Oğuz, Qax və Şəki 

rayonlarının cənub, alçaq dağ tirələri zonasında 2,9 min ha sahədə yayılaraq 

ümumi iqtisadi rayon torpaqlarının 0,3 %-ə qədərini əhatə edir. Bu torpaqlar 



33 

 

iqtisadi rayon ərazisində ən münbit torpaqlar olub, dəmiyə əkinçilik üçün daha çox 



yararlıdırlar. Yüksək məhsuldarlığı ilə səciyyələnir.  qlimin müəyyən dərəcədə 

quraqlaşması lazımı aqrotexniki tədbirlər aparılmadan, bəzi hallarda çoxillik 

bitkilor altmda istifadə olunması dağ qara torpaqlar zonasıında strukturun 

pozulması və sətlı də tozlanma hallarının baş verməsinə şərait yaratmışdır.  



Adi dağ şubalıdı torpaqlar. Alçaq dağ tirələri zonasının dağ qara və adi dağ 

ş

abalıdı torpaqları qədimdən intensiv şəkildə müxtəlif əkinlər altında istifadə 



olunur. Bəzi hallarda münbit torpaq sahələrində düzgün becərilmə aparılmadığı 

üçün geniş ərazilərdə torpaqlar münbitliyini, əkin sahələri isə məhsuldarlığını itirir. 

Nisbətən meyilli quraq yamaclar ardıcıl olaraq eyni bitkilər altında istifadə 

olunduğu üçün torpağın səthində tozlarına və strukturun pozulması baş verir. Belə 

vəziyyətin yaranması isə öz növbəsində torpaq səthinin yuyulması prosesinin 

güclənməsinə, torpaq profilinin yuxalaşmasına, mexaniki tərkibin dəyişməsinə və 

skeletliyin artmasına gətirib çıxarmışdır. Beləliklə, faktiki və potensial 

məhsuldarlıq azalıb torpağın quraqlığı artmışdır. Dəmiyə əkinlər aparılan sahələrin 

iri kənd təsərrüfat maşınları ilə becərilməsi, növbəli əkin sisteminin çox zəif tətbiq 

edilməsi ilbəil torpaqların itirilməsinə və məhsuldarlığın azalmasına strukturun 

pozulmasına, torpaq profilindən buxarlanmanın artmasına və humusun azalmasına 

səbəb olmuşdur. 

Mürəkkəb relyef şəraitində aparılan suvarma işləri eroziya hadisəsinin 

intensivləşməsinə şərait yaradır. Ona görə də iqtisadi rayonun intensiv kənd 

təsərrüfatı sahələrində torpağın mühafizəsi ön plana çəkilməli, quraqlığa, torpağın 

strukturunun pozulmasına, eroziya hadisələrinin və məhsuldarlığın azalmasına 

qarşı kompleks tədbirlər tətbiq olunmalıdır. 

Ş

abalıdı torpaqların tünd, adi və açıq yarım tipləri Şəki-Zaqatala iqtisadi 

rayonun cənub və cənub şərq hissələrində Şəki, Qax, Oğuz rayonlarının ərazisində 

quru çöl bitkiləri altında 74,9 min ha sahədə yayılaraq, ümumi ərazinin 7,2%-i 

ə

hatə edir. Şabalıdı torpaqlar profilin quraq və çatlı olması, humus qatının nisbətən 



yuxa, humusluluğun 4,0-6,0% olması ilə səciyyələnir. Səthi eroziyanın inkişafı və 

aşağı qatlarda suda həll olan duzların toplaması xarakter olan şabalıdı torpaqlar 

qədimdən, intensiv istifadə olunduğu və bəzi hallarda düzgün becərilmə 

aparılmadığı üçün torpaqlar münbitliyini və məhsuldarlığını itirib, bununla da 

ş

orlaşmanın və eroziyanın gedişi sürətlənib. Nisbətən meyili, quraq yamaclar 



ardıcıl olaraq eyni bitkilər altında istifadə olunduğu üçün torpağın səthində 

tozlaşma və strukturun pozulması baş verir. Belə vəziyyətin yaranması isə öz 

növbəsində torpaq səthində yuyulma prosesinin güclənməsinə, torpaq profilinin 

yuxalaşmasına, mexaniki tərkibin dəyişməsinə, humus maddəsinin azalmasına və 

skeletliyin artmasına gətirib çıxarmışdır.  qtisadi rayon ərazisində əkinə yaralı 

münbit torpaq sahələrinin qəsəbə, kənd, yol və su anbarları tikintiləri altında 

istifadəsinin qarşısı alınmalı, dağ-mədən və tikinti işləri apararkən torpaq sahələri 

mühafizə olunmalıdır.  ntensiv kənd təsərrüfatı yaradılmış sahələrdə quraqlığın baş 

verməsinə torpağın strukturunun pozulınasına eroziya hadisəsinə və məhsuldarlığın 

azalmasına qarşı kompleks tədbirlər tətbiq olunmalıdır. Təkmilləşmiş suvarma, 

kollektor-drenaj şəbəkəsinin genişləndirilməsi, gübrələrdən istifadə olunması bu 



Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə