Microsoft Word qurbanov veis docx



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə24/45
tarix23.01.2018
ölçüsü1,11 Mb.
#22079
1   ...   20   21   22   23   24   25   26   27   ...   45

48 

 

yamacın meyilliyindən və nəmliyindən asılı olaraq yayılır: məs: alatopallığın geniş 



yayıldığı Daşlı dərə yaylağında meyilliyi 40-410 olan sahədə xüsusilə şimal-qərbdə 

ş

ehduranın bolluğu nəzərə çarpan (Ada şəklində) formasında Alatopal otu (Zerna 



variegatus) müşahidə olunmuşdur. 

      kinci qrup-müxtəlifotlu subalp çəmənliyi. Bölgənin dağlıq zonasının qərb 

hissəsində mezofil və nəmli çəmənliklərin formasiyasına aid bitkilər geniş yayılıb. 

Belə çəmənlərə bölgədə 5-6 variantda rast gəlmək olur, məsələn: Nəmgül 

(mərcanotu),Vaxtsızotu (Betoniceto,Colchium) və s. Bitki qruplarının tərkibləri 

eyni olmasa da yem cəhətdən və həm də fizionomik baxımdan bir-birinə çox 

yaxındır. Bölgənin yay otlaqlarında mezofil subalp çəmənləri də mövcuddur. 

Bunların tərkibində Qafqaz qaymaqçiçəyi, Orta yonca, Zəngçiçəyi, Qafqaz 

ş

ehduranı (Ranunculus caucasius, Trifolium medium,Campanulaclae,Alchimilla 



caucasica) və s. növləri müşahidə etmək olar. 

Üçüncü qrup alp çəmənlikləri, yəni alp xalısı, bölgənin yüksək dağlıq 

hissələrində rast gəlinir. Alp çəmənləri bozqırlaşmış çəmənlər və alp çəmənləri 

arasındakı xırda sahələri əhatə edərək, əsas etibarilə daşlıqlarda, qayalıqlarda və 

dağ süxurlarının səthə çıxdığı yerlərdə inkişaf etmişdir. Alp xalıları bitkilərin orta 

hündürlüyünün qısa, tərkibinin sabit olması ilə fərqlənir. Bu formasiyanı botanik 

alimlərin bir qismi ayrıca formasiya kimi qəbul edirlər. Bölgənin alp xalılarında 

yayılan bitkilər arasında Xırdaçiçək sibbaldiya, Üçdişli zəngçiçəyi, Qafqaz 

ş

ehduranı, Dağ çinotu, Badan (Sibbaldiya procumbens, Campanula tridentala, 



Alchimilla caucasica,Minuartia oriena, Conium sp) və s. üstünlük təşkil edir. Alp 

xalısında bitkilərin məhsuldarlığı yüksək olmur. Lakin onların keyfiyyət göstəricisi 

çox zəngindir. Bunların tərkibində 1,5-2,9% azot , 12-19%-ə qədər protein, 2,1%-ə 

qədər yağ və başqa azotsuz maddələr mövcuddur. 

 

   Dördüncü qrup əsasən Alatopal tərkibli bozqırlaşmış alp çəmənliklərini 



özündə birləşdirir. Bu bitki alp çəmənliklərinin 35-40%-ni təşkil edir. Fizionomik 

cəhətdən çox sadə, az növlü və qısaboylu olur. Bu zonadakı alatopalın tərkibi 

subalp zonasındakı alatopala nisbətən daha zəngindir. Bunları davarlar da yaxşı 

yeyir. Həmin bitkilərin yayıldğı qurşağın hər hektarında 5 baş davarın otarılması 

məqsədəuyğundur. 

   Beşinci qrup qoyun topalı və çəmən tərkibli alp çəmənləridir. Adından 

göründüyü kimi bu tip çəmənlərdə bitkilərin əsasını Qoyun topalı (Festuca ovina) 

təşkil edir və həmin çəmənlər alp zonası üçün səciyyəvidir. Burada həm də Cil 

(Carex caucasica) bitkisi çoxluq təşkil edir. Son illərin məlumatına gorə bu 

çəmənliklərin sahəsi 800 hektarı əhatə edir. Əsasən alp hündürlüyündən subalp 

hündürlüyünə qədər yayılır və subalp qurşağında bitkilərin orta hündürlüyü 20-25 

sm təşkil edir. 

   Altıncı qrup əsas etibarilə ağbığ tərkibli alp çəmənləridir. Bu tip çəmənliklər 

yaylaqlarda, onun ərazisinin əsas etibarilə şərq hissəsində dəniz səviyyəsindən 

2800-3200 m hündürlükdə yayılmışdır. Öz quruluşu və fitosenoloji səciyyəsinə 

görə Qoyun topalına (Festuca ovina) çox oxşayır. Botaniki tərkibinə görə 

çəmənliklərdə çoxluq təşkil etməsi mühiti turşulaşdırır və ekoloji şəraitə təsir 



49 

 

göstərir. 



   Aşağıda Böyük Qafqazın şimal-şərq yamacı yay otlaqlarında üstünlük təşkil 

edən fitosenozların qısa geobotaniki səciyyəsi verilir. 

    Ala topal (Festuca varia) – çoxillik taxıl otu hesab olunur və seyrək çim 

ə

mələ gətirir. Gövdələri 40-80 sm, yarpaqları sərt, süpürgəsi dağınıqdır. Regionun 



yüksək dağlıq qurşağında müxtəlif baxarlı yamaclarda yayılmışdır. Əksər hallarda 

alp və subalp qurşağında bozqırlaşmış çəmənlər əmələ gətirir. Tərkibindəki 

proteinin, yağın azlığı, sellülozanın isə çoxluğu onun ikinci dərəcəli yem 

ə

həmiyyətinə malik olmasını göstərir. Alatoppalı otlaqlara qiymətli yem otları 



toxumlarının səpilməsi ilə yanaşı torpağın su-hava rejiminin nizamlanması yaxşı 

nəticələr verir. 



   

Ş

ırımlı topal (Festuca sulcatasıx çim əmələ gətirən çoxillik kserofil 



bitkidir. Gövdələri düz, hamar və ya bir qədər kələ- kötür olub, boyu 30-50 sm-ə 

qədər uzanır. Rayonun orta və yüksək dağlıq sahələrində yayılaraq, quru bozqır 

bitkiliyinin tərkibində dominantlıq təşkil edir. Şırımlı topal quraqlığa davamlı yem 

bitkisi kimi çılpaq, yuyulmuş dağ yamaclarının çimləşdirilməsi və 

möhkəmləndirilməsində böyük əhəmiyyəti vardır. 

    Ala tonqalotu (Zerra variegatataxıllar fəsiləsinə mənsub, gövdələri 

çoxyarpaqlı, boyu 70 sm-ə qədər olan çoxillik otdur. Subalp və alp qurşağlarında 

bitir. Ala tonqalotu böyük ekoloji plastikliyi, şaxtaya və quraqlığa davamlılığı ilə 

fərqlənir. Çox yaxşı biçənək və otlaq bitkisidir. 

    

Alp dişəsi (Pona alpinaçim əmələ gətirən çoxillik otdur. Kökümsovu 

qısadır, gövdələri 15-30 sm hündürlüyündə, düz, çılpaq olub, az yarpaqlanandır. 

Ona çox aşağıda, çəmən- bozqır zonasında da təsadüf olunur. Alp dişəsi rütubətli 

və mezofil şərait bitkisidir, dağ- çəmən, qismən torflu torpaqlarda inkişaf edir. Alp 

və subalp tipli otlaqlarda qaramal, atlar və qoyunlar tərəfindən Alp dişəsi yaxşı 

yeyilir. 

    Qafqaz cili (Carex caucasica Stev.)-çoxillik kökümsovlu ,seyrək kollu 

bitkidir.Gövdələri nazik,əyilən,40-60 sm hündürlükdə olur. Mülayim rütubətli 

subalp və qismən alp çəmənliyində yayılmışdır. Qafqaz cilini çiçəkləyənə kimi 

bütün mal-qara yaxşı yeyir. 

    Alp pişikquyruğu (Phleum alpinum L.)-qısa sürünən kökümsovlu çoxillik ot 

olub, sıx çim qatı yaradır. Alp pişikquyruğundan ibarət formasiyanın bitki örtüyü 

yem keyfiyyətinə görə 1-ci dərəcəli otlaqlara aid edilmişdir. Ala dişə (Colpodium 

varieqatum Boiss) çoxillik otdur. Ən yaxşı otlaq bitkisi hesab edilir. Mal-qara 

tərəfindən həvəslə yeyilir. Onun tərkibi proteinlə zəngindir (27,6%). Məhz ona 

görə də heyvanlar tərəfindən həvəslə yeyilir və bu bitkiyə rast gəlinən otlaqlar 1-ci 

dərəcəli otlaqlar kimi qeydə alınır. 



    

Alp çəmən yoncası (Trifolium alpinium), Orta çəmən yoncası (Trifolium 

maxium L) və Qəmgin çəmən yoncası (Trifolium ambiquus M.B.) hər üçü çox 

illikdir: yüksək dağ çəmən formasiyalarının əsas bitkiləridir və hər üçü mal-qara 

tərəfindən həvəslə yeyilir. Qiymətli otlaq bitkiləridir. Qafqaz zirəsi (Carum 

caucasicum(M.B.) Boiss). Regionun subalp və alp qurşaqlarında geniş yaylıbdır. 

Qiymətli yem bitkisidir, odur ki, bu bitkini yeyən qoyunlar az müddətdə kökəlirlər. 



Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə