Microsoft Word qs&vs mxma doc


Seyfəddin Qəniyev, Səadət Veysova



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə70/73
tarix08.08.2018
ölçüsü2,82 Mb.
#61676
1   ...   65   66   67   68   69   70   71   72   73

 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
272
verir, onlara arxa dururlar. Mahmud Ağanın keçirdiyi muğam 
məclisləri belə qənaətə gəlməyə əsas verir ki, insanları bir amal 
ətrafinda birləşdirən və irəli aparan harmonik qüvvənin 
muğamdan bəhrəndiyini etiraf edək.  
Son illərdə muğama artan diqqət, onun xalqımızın milli-
mədəni sərvəti kimi yüksək dəyərləndirilməsi, təbliği və 
qorunması bizə yenidən keçmişə qayıtmağa, xalqımızın inkişaf 
yolunun istinad nöqtələrinin musiqimizə, mədəniyyətimizə, 
ədəbiyyatımıza, bütünlükdə milli-mənəvi dəyərlərimizə 
söykəndiyini isbat edir. Muğam isə xalqımızn  əsas aparıcı 
qüvvəsidir.  
Muğam elə bir musiqi janrıdır ki, o nota salınsa da, 
olduğu kimi oxunmayacaq. İfalar fərqli olacaq. 
Muğamatın ruhu, fəlsəfi tutumu və qüruru  özünə hörmət 
və nəcib davranış tələb edir. Bu qənirsiz musiqi janrının dünəni 
sabaha, keçmişi gələcəyə, kiçik kəndləri böyük şəhərlərə, ayrı-
ayrı zamanlarda yaşayan insanları bir-birinə bağlamaq kimi 
sehrli bir qüvvəsi vardır.  Muğam xalqı birləşdirmək, irəliyə 
aparmaq kimi möhtəşəm qüdrət sahibidir. Bu baxımdan 
müstəqillik illərində muğamın dövlət tərəfindən qorunması, 
təbliği və inkişaf etdirilməsi təsadüf yox, tarixi zərurətdir.    
Məhz buna görə  də  UNESCO-nun xoşməramlı  səfiri, 
Heydər  Əliyev Fondunun prezidenti Mehriban xanım  Əli-
yevanın muğamı yalnız həyatımızın ayrılmaz hissəsi yox, 
həm də özümüzün və ruhumuzun bir parçası olan unikal 
fenomen adlandırması  təsadüfü deyildir. Ölkənin Birinci xanı-
mının məhz muğamın özünəməxsus kamilliklə gələcək nəsillər-
də kökə bağlılığı, milli ləyaqəti, emosional zənginliyi və  mə-
nəvi mükəmməlliyi yetişdirəcəyinə əmin olması təsadüfi deyil. 
Əksinə, qloballaşan dünyada xalqı özünə, soy kökünə qaytaran, 
keçmişlə gələcəyin vəhdətini yarada bilən və xalqımızı bayağı 
yad təsirlərdən qorumaq gücünə qadir olan milli inkişaf 
konsepsiyasının aparıcı ideyasdır.   


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 273
Əsrləri geriyə vərəqlədikcə muğamın Azərbaycan xalqının 
tarixində oynadığı möhtəşəm rolu görəcəksiniz, perspektivlərə 
nəzər saldıqca bu musiqi janrının insanları bir-birinə bağlayan, 
bir ideya ətrafında birləşdirib irəli aparan əfsanəvi qüvvəsini 
dərk edəcəksiniz. Qərinələrin dərinliyinə baş vurduqca muğam 
müqəddəs bir abidə kimi bütün möhtəşəmliyi ilə ucalır, 
gələcəyi düşündükcə muğam xalqımızın milli mənliyini, 
bütövlüyünü qoruyan aparıcı qüvvə kimi zamanın fırtınalarına 
qalib gələ bilən gücünü ortaya qoyur. Çünki muğamat bir 
musiqi janrı olsa da, özünəməxsus təbiəti, yaşam tərzi, minlərlə 
insanın şüuruna təsir etmək gücünə qadir olan canlı varlıq kimi 
də nəzərdən keçirilə bilər.  
Sovet hakimiyyətinin ilk illərində muğamın proletariatın 
qəzəbinə gəlməsi, ona qarşı təzyiqlər ayaq alması da hadisələrin 
təbii axarı ilə bağlı idi. Muğam sovet hakimiyyəti üçün hansı 
bir təhlükəni yarada bilərdi? Burada Azərbaycan Prezidenti 
İlham Əliyevin ədəbiyyatımız, musiqimiz və mədəniyyətimiz 
olmasaydı bir xalq kimi assimilyaysiya uğrayıb  əriyərdik 
sözlərini xatırlamaq yerinə düşərdi. Muğam hər bir azərbaycan-
lının, bütünlükdə xalqımızın gücünü, böyüklüyünü tərənnüm 
edən, nəsilləri bir-birinə bağlayan, keçmişlə  gələcək arasında 
harmonik vəhdət yaradan qüvvə kimi proletariat və onun 
reallaşdırdığı  mədəni inqilab üçün Çin səddi kimi möhtəşəm 
sipər idi, bolşevik  şüarlarından, hədələrindən çəkinməyən, 
sınmayan ciddi təhlükə idi. Bu sözlərin boş yerə yazılmadığına 
əmin olmaq üçün bircə anlığa hər hansı muğamı dinləyin. Siz 
uzaq keçmişlərdən,  əsrlərin dərinliyindən sızıb bulaq kimi 
çağlayan zəngulələrdəki ucalıqları, tükənməyən cəsarəti 
duyacaqsınız və sizi soy kökünüzə, milli-mənəvi dəyərlərimizə 
bağlayan səsin əsarətinə düşəcəksiniz.  
Hər hansı bir xalqı  məhv etmək üçün həqiqətən də onun 
mədəniyyətini – musiqisini, ədəbiyyatını  və genetik yaddaşını 
unutdurmaq kifayətdir.  


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
274
Sovet Azərbaycanında çox şeylər dəyişildi. Lakin Əliağa 
Vahid, Hüseyn Cavid, Mirzə Sabir, Mirzə Cəlil kimi muğam da 
zamanın zülmünə baş əymədi, sınmadı, möhtəşəmliyini qorudu, 
müqəddəsliyini yaşada bildi. İllər keçdikcə muğamata olan 
sevgi səngimədən yüksəlişini yaşadı. Üzeyir Hacıbəyli ənənəvi 
muğamla müasir Azərbaycan musiqisi arasında körpü rolunu 
oynayan  Şərqin ilk operasını, təntənəli  şəkildə UNESCO 
çərçivəsində 100 illiyi qeyd olunan "Leyli və  Məcnun" ope-
rasını yaratdı. Xalqımızın genetik kodunu, istiqlal fəlsəfəsini 
muğam əsrlər boyu qanadlarında ucaldaraq ruhumuza zənginlik 
gətirən  əsrarəngiz musiqi məbədi yarada bildi. Bu baxımdan 
tariximizdə muğamın yeri əvəzsizdir. Ölkənin birinci xanımı 
muğamın zəngin xəzinəsinin Azərbaycan bəstəkarlarının ilham 
mənbəyinə çevrildiyini dəfələrlə qeyd edib. Bütövlükdə, demək 
olar ki, muğam Azərbaycanın musiqi mədəniyyətinin bütün 
janrlarına təsir göstərdi. Bütün bunlar ötən  əsrdə Fikrət 
Əmirovun, Niyazinin simfonik muğamlarına, Qara Qarayevin 
simfonizminə yol açdı. 
Azərbaycan müstəqilliyini qazandıqdan sonra muğam 
yenidən dövlətin himayəsinə alındı, onun öyrənilməsi və təbliği 
gücləndi. Sevindirici haldır ki, bu proseslərə XXI əsrdə ölkənin 
birinci xanımı başçılıq etdi. 2003-cü ildə UNESCO tərəfindən 
Azərbaycan muğamı  bəşəriyyətin qeyri-maddi mədəni irsinin 
inciləri siyahısına alındı. Ardıcıl muğam festivallarının, beynəl-
xalq muğam simpoziumlarının keçirilməsi, muğam ensiklo-
pediyasının, jurnalının və radiosunun yaradılması dövlətimizin 
milli-mənəvi dəyərlərimizin qorunması, yaşadılması istiqamə-
tində atdığı ciddi addımlardır. Milli Konservatoriyanın yeni bi-
nasının istifadəyə verilməsi isə müstəqil Azərbaycan dövlətinin 
muğama, musiqiyə  və bütünlükdə  mədəniyyətimizə göstərdiyi 
böyük qayğının, təmənnasız himayənin təzahürüdür. Heç vaxt 
belə olmayıb. 
Azərbaycan muğamının tarixi minilliklərin dərinliyindən 
bəhrələnir.  


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə