Microsoft Word qs&vs mxma doc


Seyfəddin Qəniyev, Səadət Veysova



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə72/73
tarix08.08.2018
ölçüsü2,82 Mb.
#61676
1   ...   65   66   67   68   69   70   71   72   73

 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
278
dövrün zəngin mülkədarlarından sayılan  Əhməd Sultanın 
əsasını qoyduğu və  oğlu Mahmud Ağanın ömrünün sonuna 
qədər apardığı musiqi məclisləri  əyləncə, eyş-işrət xatirinə 
təşkil edilmirdi. Bəzi mənbələrdə Əhməd Sultanın Şamaxı xanı 
Ağası xanla yaxınlığı, həm də qohumluğu göstərilir. Atasının 
nəcib  əməllərini davam etdirən Mahmud Ağa muğam bilici-
lərini, qəzəlxanları uzun illər himayəsinə alır. Yəni görülən 
işlərin miqyası adi musiqi məclisləri anlamından kənara çıxır, 
daha geniş və daha böyük bir fəlsəfi məhfumu əhatə edir. Biz 
muğamın  əsrlər boyu insanların  şüuruna müsbət təsirini, 
mədəniyyətin bütün sahələrinin inkişafına təkan verən aparıcı 
qüvvəsini görürük. Muğamı insanları bir-birinə bağlayan, səfər-
bərliyə alan və qələbələrə kökləyən sirli qüvvə kimi də dəyər-
ləndirmişik. Muğam insanların  şüurunda,  əxlaqında və davra-
nışlarında saflıq yaradır, qövmləri biliklərə, elmə istiqamət-
ləndirir. Tarixə müraciət edək. XVIII əsrin sonundan XIX əsrin 
II yarısına kimi Şamaxıda əllidən artıq şəxsi məktəb olmuşdur. 
Baxmayaraq ki, Azərbaycan artıq bölünmüşdü, xanlıqlar müs-
təqilliyini itirmişdi. Türkmənçay müqaviləsi ilə 1829-cu ildə 
baş verən amansız zəlzələ üst-üstə düşərək, ümumxalq bəd-
binliyi üçün zəmin yarada bilərdi. Lakin, nədənsə, məhz bu 
illərdə mədəniyyətin və musiqinin inkişafı vüsət alır.   
Şamaxının təxminən iki əsrlik tarixini ağuşuna alan za-
manı və bu zamanın səmalarında ulduzlar kimi parlayıb sönən 
müğənniləri, xanəndələri,  şairləri, qəzəlxanları, xalqımızın 
müdriklərini və mülk sahiblərini xatırlayanda Sədi ilə razılaş-
mamaq mümkün deyil. Həqiqətən də, "zaman sabitdir, ötüb 
keçən bizik". Muğam zamandan, qərinələrdən yüksəkdə daya-
naraq inkişaf etdi, təkmilləşdi və xalqımızı da arxasınca apa-
raraq, bu günkü müdriklik və kamillik zirvəsinə ucaldı.   
Mahmud Ağanın  ətrafında olan istedadların, bilik və  ağıl 
sahiblərinin surətlərini yan-yana düzə bilsəydik, muğam və 
qəzəl aşiqlərinin bənzərsiz rəsm qalereyası yaranardı. Xal-
qımızın mədəniyyətinin, maarifinin, elminin və incəsənətinin 


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 279
inkişafı üçün heç kimdən mükafat gözləmədən, sonsuz bir eşq, 
vətən sevgisi ilə əzmlə çalışan saysız-hesabsız sənət fədailərini 
görürük. Söz və musiqi xiridarları ilə onlara arxa duran, 
himayədarlıq edən mülk, sərvət sahibləri ecazkar bir harmo-
niyada, vəhdətdə əməkdaşlıq ediblər. Bu harmoniya bulaq kimi 
çağlayaraq muğamdan bəhrələnib desək yanılmarıq.  Şamaxıda 
XIX  əsrin ortalarında yaşayan varlı adamların sayı yüzlərlə 
olub. Onlar maarifə, sənətə xüsusi rəğbət bəsləyər, Mahmud 
Ağaya, onun məclisinə böyük hörmətlə yanaşardılar. Özləri də 
saraya dəvət alan sənətkarlara, keçirilən müsabiqələrə, cəngilə-
rin rəqslərinə qayğı göstərər, məclisə  dəvət alan İran, Tiflis, 
Orta Asiya musiqiçilərini, rusiyalı  səyyahları qonaq da 
edirdilər. Onlar başa düşürdü ki, Mahmud Ağanın gördüyü 
xeyirxah işlər  Şamaxıya yalnız ucalıq gətirir. Çox güman ki, 
Mahmud Ağa muğamın fəlsəfəsini, onun emosional gücünü 
hiss edib, duyub. Əgər belə olmasaydı, o muğam sədaları 
altında yatıb oyanmazdı, muğamla nəfəs almazdı  və yüzlərlə 
ehtiyacı olana da arxa durmazdı.     
Mahmud Ağanın məclislərində, keçirdiyi müsabiqələrdə 
sənətkarlarla yanaşı, musiqi təşnələri, sənət qədri bilən tacir, 
mülkədar və eləcə  də dövlət qulluqçuları da vaxtaşırı  iştirak 
edirdilər. Onlardan bir neçəsini xatırlayaq.  Mahmud Ağanın 
qonşusu Ağasadıq bəy Qocamanbəyov (1830-1908) Şama-
xının sayılıb-seçilən mülkədarlarından biri idi. Kifayət qədər 
varlı, mülkləri, dəyirman və karvansaraları, bağ-bağatları var 
idi. O, Şamaxı ziyalıları ilə ünsiyyət qurar, Mahmud Ağa məc-
lisinin iştirakçısı kimi onun qonaqlarını sarayına dəvət edərdi.  
Memar Qasım bəy Hacıbabayev (1811-1874)  Əhməd 
Sultanın dostlarından biri idi. Mahmud Ağanın atası  Əhməd 
Sultanın musiqi gecələrində  iştirak edərdi. Qasım bəy 1840-cı 
illərdə Şamaxıda qubernatorun müavini işləmiş, ilk dəfə burada 
teatr binası tikdirmişdir. 1859-cu il zəlzələsində şəhərin bərpa-
sına xüsusi kömək edib. Onun layihələri ilə şəhərin plan struk-
turuna uyğun olaraq bir çox dini, yaşayış, ticarət və sair təyi-


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
280
natlı tikililər yenidən inşa olundu. Cümə məscidinin bərpasına 
şəhərin baş memarı kimi bilavasitə  rəhbərlik edib, bir çox 
sarayların, dövlət binalarının, karvansaraların layihəsini də 
şəxsən özü verib, Bakı  və  Şuşa  şəhərlərində inzibati binaların 
tikintisində, park və bağların qurulmasında da yaxından iştirak 
edib. Bu qarşılıqlı münasibətlər mənəviyyatımızın və mədəniy-
yətimizin  əsrlərin dərinliklərindən gələn zənginliyindən, eyni 
zamanda muğamın aşıladığı nəciblikdən  pöhrələnir.  
Keçmişini dərk edən, gələcəyinin uğur kodlarını öz kökün-
də, tarixində axtaran xalq təkamülündə ləngimir, geridə qalmır, 
əksinə, irəli sıçrayır, milyonlara, milyardlara nümunə ola bilir. 
Bu baxımdan Mahmud Ağanın xeyriyyəçiliyinin, onun əliaçıq-
lığının fəlsəfəsinin araşdırılmasına ehtiyac var. 
Mahmud Ağa  Sadıqcana qızıldan tar, Qaryağdıoğlu 
Cabbara qızıldan qaval hədiyyə edib. Onun muğam ustaları, 
müsabiqə qalibləri,  şair, aşıq və  rəqqasələrə verdiyi mükafat-
ların siyahısı da uzundur: qızıldan hazırlanan təsbehlər, üzüklər, 
saatlar, camlar, bazubəndlər, kəmərlər, boyunbağılar, sinəbənd, 
araqçın, sırğalar, qolbaqlar, qızıl  əsalar və Buxara papaqları, 
zərli-baftalı  əbalar, çərkəzi çuxalar. Hədiyyələrin qiyməti 
Ağanın səxavəti ilə yanaşı, məclisin nüfuzunun da yüksək tutul-
masından xəbər verir. Bu məclisdə seçilənlər yüksək dəyərlən-
dirilər, heç kimin istedadı kölgədə qalmazdı. Mahmud Ağa 
yaxşı bilirdi ki, Azərbaycan artıq Rusiyanın tərkibindədir. O bir 
tərəfdən rus dilini öyrənir, çar hökumətinin yerli təmsilçiləri ilə 
münasibətlərini qurur, övladlarının Rusiyadakı institutlarda təh-
sil almasına çalışır, digər tərəfdən də Azərbaycan mədəniyyəti-
nin, musiqisinin, muğamının inkişafı üçün səxavətini  əsirgə-
mirdi.  
Onun  ətrafındakı söz və  sənət adamları, elm xadimləri
sərvət sahibləri və bir də Mahmud Ağanın nəsil  şəcərəsindən 
olan insanlar arasında ilk baxışda bir əlaqə, bağlılıq axtarmaq 
mənasız görünə bilər. Həqiqətən də, iki yüzillik bir dövrü əhatə 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə