Microsoft Word qs&vs mxma doc


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə67/73
tarix08.08.2018
ölçüsü2,82 Mb.
#61676
1   ...   63   64   65   66   67   68   69   70   ...   73

Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 261
Görkəmli alim bir çox vəzifələrdə - Nizami adına 
Ədəbiyyat və Dil İnstitutunun dialektologiya şöbəsinin müdiri, 
sonra institut direktoru, 1968-ci ildən EA-nın ictimai elmlər 
bölməsinin akademik-katibi vəzifəsində çalışmışdır. O, 1962-ci 
ildə Azərbaycan Elmlər Akademiyasının  akademiki seçil-
mişdir
Son vaxtlarda o, Dilçilik İnstitutunun direktoru vəzifə-
sində işləmiş, yüzdən artıq kitab-dərslik, monoqrafiya və məqa-
lənin müəllifi olmuşdur. Onun əsərləri bir çox dillərə  tərcümə 
olunmuşdur. 
Azərbaycanda dialektologiya məktəbini və SSRİ-də 
“Türkologiya” jurnalını yaradan, onun baş redaktoru olan, 
türkologiyanın problemləri ilə bağlı  tədqiqatlar aparan, orta 
məktəb dərslikləri yazan akademik Məmmədağa  Şirəliyev 
1980-ci ildə Bakı  şəhərində  vəfat etmişdir. Akademikin 
doğmaları hazırda ölkəmizin paytaxtında yaşayırlar. 
Haşiyə: Akademik M.Şirəliyevin bir qız övladı var. 
Yetirmələrinin çoxu akademikə əsl oğulluq etmişdir. Akademik 
A.Axundov, prof. T.Hacıyev, prof. M.Adilov, prof Ə.Mah-
mudov, İ.Məmmədov, prof. Q.Paşayev, M.Adilov. Akademikin 
sevimli tələbəsi prof. Q.Paşayev ustadına həsr etdiyi məqa-
ləsində yazır: “Fəxri xiyabanda elmi rəhbərim M.Şirəliyevin 
məzarı önündə dayanır, məni elm aləminə  gətirdiyinə, görə 
minnətdarlığımı bildirirəm.”Sanki o, zəhmətini itirmədiyimə::,  
görə razılığını bildirir. (18-152) 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
262
Mahmud Əliyev 
(1908-1958) 
 
Haşiyə:  Mahmud Ağanın 
qızı  Bəyim xanımın Hacı  bəy, 
Əmiraslan bəy,  İsmayıl bəy adlı 
üç övladı olub. İsmayıl bəyin də 
Mahmud,  Ənvər adlı  oğlanları, 
Süsən, Tamara adlı  qızları ol-
muşdur. 
Mahmud  İsmayıl bəy oğlu 
Əliyev (Cavad Ağa - Əhməd 
Sultan, Mahmud Ağa-Bəyimxa-
nım-İsmayıl bəy)  1908-ci il Şa-
maxının “İmamlı” məhəlləsində 
anadan olmuşdur. O, Bəyim xa-
nımın –  Mahmud Ağanın qızının 
nəvəsi olmuşdur.  
Mahmud  Əliyev haqqında məlumat ilk dəfə ASE IV 
cilidi (Bakı-1980) sonra «Diplomatiçeskiy slovar», A.Qro-
mıko, A.Kobaleva… 3-tom (Nauka», 1985) kitablarında veril-
mişdir. Bununla yanaşı, görkəmli alim barədə  şair  İ.Etibar 
«Məndən elə  nə qaldı» kitabında və  Ə.Çingizoğlu  «Soy» 
dərgisində (Bakı №2, 2010) çap etdirdiyi yazıda xeyli məlumat 
vermişdir. 
Ailələri 1918-ci il faciəsindən sonra Bakı  şəhərinə 
köçmüşdür. Mahmud 1926-cı ildə Bakıda orta təhsilini başa 
vurub, Tibb İnstitutunu bitirib Kəlbəcər və Cəbrayıl rayonların-
da həkim işləmişdir. 1937-ci ildə 29 yaşında Azərbaycan SSR 
xalq səhiyyə komissarı, Tibb Təhsili İdarəsinin rəisi işləmişdir. 
1943-cü ildə o, SSRİ xarici işlər komissarının müavini olmuş, 
bir il sonra ona SSRİ-nin fövqəladə və səlahiyyətli səfiri dərə-
cəsi verilmişdir. Bu illər  ərzində  Şərq ölkələri ilə diplomatik 
görüşlərdə mütəmadi iştirak edir. M.Əliyev 1944-cü ildən 
 


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 263
1950-ci ilə kimi, Azərbaycan SSR-nin xarici işlər naziri, 1950-
1953-cü illərdə isə  səhiyyə naziri vəzifələrində çalışmışdır. O, 
1953-cü ildən 1958-ci ilə kimi Həkimləri Təkmilləşdirmə İnsti-
tutunun direktoru olmuşdur. 
Görkəmli alim, əməkdar həkim, diplomat Mahmud Əli-
yev 1958-ci sentyabr ayının 24-də 50 yaşında Bakı  şəhərində 
vəfat etmişdir. O yaşadığı ömrün otuz ilini babası Mahmud Ağa 
kimi xeyirxahlığa - xalqına, dövlətinə həsr etmişdir. Xidmətləri 
dövlətimiz tərəfindən xüsusi qiymətləndirilmişdir. Belə ki, o, 
SSRİ  və Azərbaycan SSR-in Ali Sovetinə deputat seçilmiş
Qırmızı Əmək Bayrağı ordeni, iki dəfə «Şərəf nişanı» ordeni və 
müxtəlif medallarla təltif olunmuşdur. Hazırda Bakı  şəhərin-
dəki 1 saylı poliklinika M.Əliyevin adını daşıyır. 
Mahmud Əliyev iki dəfə ailə qurmuşdur; Qalina Petrova 
və Anna İsayeva ilə.  
Haşiyə: Qohumu t.e.d Əli Babayevin dediklərindən: 
«Gözəl insan, görkəmli alim, diplomat Mahmud Əliyev baba-
mız Mahmud Ağanın qızı Bəyim xanımın qız nəticəsidir. Bizim 
nəslimizin çoxu tibb sahəsi ilə bağlı insanlar olmuşdur. Eləcə 
də  Məhmud  Əliyev səhiyyə naziri vəzifəsinə  qədər 
yüksəlmişdir. Özü də dörd - ərəb, fars, alman, rus dillərini yaxşı 
bilirdi. Çox zaman tərcüməsiz danışıqlar aparırdı… 1947-49-cu 
illərdə Molotovun müavini işləmişdir. O zaman Ukraynadan 
Molotovun müavini Qromıko olmuşdur. O, Qromıko ilə yaxın 
dost idi. Mahmud həmişə Moşkvaya gedəndə Qramıkonun qo-
nağı olardı... Bağırov biləndə ki, onun Moskvada hörməti çox-
dur. Odur ki, ondan ehtiyat edir. Bağırov onu Azərbaycana də-
vət edir. İlk əvvəl M.Əliyevi Astaraya baş həkim göndərir. Bir 
müddət sonra onu səhiyyə naziri qoyur... Böyük istedad sahibi 
olan Mahmud Əliyev cavan -50 yaşında dünyasını dəyişdi... İs-
mayıl bəyin o biri oğlu Ənvər Əliyev 1912-ci ildə anadan olub, 
Moskvada təhsil alıb və orada ticarət sahəsində çalışmışdır. 
Övladları, Mahmud Əliyevin nəvələri - Rüstəm və Emin hazır-
da Moskvada yaşayırlar»… 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
264
 
Tofiq Mahmud oğlu Əliyev 
 
O, babasının adını özünə 
soyad götürüb. Bir çox həkim 
baba,  əmi və dayılarının sev-
dikləri sənəti - həkimliyi davam 
etdirir. İstedadlı kosmetoloq ki-
mi keçmiş sovet məkanında da 
tanınır. Özü isə  fəxrlə deyir: 
“Babam Mahmud Ağa böyük 
xeyriyyəçi olub. Onun nəslin-
dən 30 nəfərdən artıq  həkim-
alim olmuşdur. Nəslimizdə 
çoxları öz övladlarına babamı-
zın, nənələrimizin adını qoy-
muşlar. Hesablamışam, nəsli-
mizdə  12 Mahmud  və ya 
Məmməd adlı insanlar olub. 
Mənim də oğlumun birinin adı 
Mahmuddur. Qızımın adı isə Lalədir. Fəxr edirəm ki, mən 
Mahmud Ağanın nəticəsiyəm”. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tofiq  Əliyev 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə