Microsoft Word qs&vs mxma doc



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə68/73
tarix08.08.2018
ölçüsü2,82 Mb.
#61676
1   ...   65   66   67   68   69   70   71   72   73

Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 265
 
Hacımurad Egizarov 
 
     Hacımurad Egizarov Mahmud 
Ağanın nəsil  şəcərəsinə aid olan 
nadir və yaradıcı şəxsiyyətlərdən 
biri olub.  İncəsənətdə qazandığı 
uğurlara görə istedadlı səhnə us-
tası kimi Azərbaycan Respub-
likasının xalq artisti, Dövlət mü-
kafatı laureatı adlarına layiq gö-
rülüb.  
O həyatı ilə bağlı vacib 
məqamları, ömrünün çətin və 
uğurlu anlarının yaddaqalan xa-
tirələri vərəqləyir: 
-Yeddi arxasını ulu baba-
sınadək bilənlər xoşbəxtdirlər. Bu baxımdan biz də keç-
mişimizlə, soy kökümüzlə öyünürük. Bizə uşaqlıqdan danışar-
dılar ki, qədim  Şamaxı xanının nəslindənik, onun birbaşa 
törəmələriyik. Ulu babam şamaxılı mesenant Məhəmməd 
Ağanın qohumu tanınmış vəkil, İsmayıl bəy Əliyev isə babam 
idi.  
Əmim xarici işlər naziri idi. Əmim o vaxt mənə 
Beynəlxalq əlaqələrə institutuna daxil olmağı təklif etdi, çünkü 
məni öz peşəsinin davamçıları sırasında diplomat kimi görmək 
istəyirdi. Sənət seçiminə gələndə qohumlarımızdan çoxu həkim 
idi. Lakin nə əmimin istəyinə yaxın durdum, nə də ki, qohum-
larımızın  əksəriyyəti kimi əynimə  ağ  həkim xalatı geyindim. 
Hamıdan fərqli olmaq, kimsəyə bənzəməməyə çalışdım. 
Məktəb illərindən idmanla məşğul olurdum. Aktyor peşəsi 
ilə yaxından maraqlanmasam da, müxtəlif tamaşalara böyük 
həvəslə gedirdim, aktyorların maraqlı və fərqli ifa tərzlərindən 
 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
266
zövq alardım. Əslində heç ağlıma da gəlmirdi səhnəni özümə iş 
yeri kimi seçə bilərəm. Lakin bir də ayıldım ki, teatrın, 
səhnənin təsiri altına elə düşmüşəm ki, heç geriyə yolum da 
qalmayıb. Bircə an belə  tərddüd etmədən dram dərnəyinə üzv 
oldum. Sənətə vəsiqəmi isə görkəmli aktyor Ələsgər Ələkbərov 
verib.  
Murad bəy (onu adını Hacımurad yox, qısaca belə  də 
çağırardılar) minnətdarlıq hissi ilə xatırlayır ki, valideynləri 
onun sənət seçiminə qarışmayıblar, onu sərbəst buraxıblar. 
Səbəb də bu olub ki, hamının sevimlisi Ələsgər  Ələkbərov 
onun gözəl istedad sahibi olmasına hamını inandıra bilmişdi. 
Hacımurad bəyin sonsuz sevgi və minnətdarlıq hissi ilə 
xatırladığı insanlardan biri də onu hamıdan yaxşı başa düşən 
anası – Mahmud Ağanın nəvəsi idi:  
- Anam qeyri - adi bir insan idi. Ailədə qənirsiz dərəcədə 
mərhəmətli, işində isə ciddi və  tələbkar idi. Onun kiminsə 
qəlbinə toxunmaq, kiminsə haqqını tapdamaq əsl faciə idi. 
Anam mələkər kimi ədaləti sevər, haqqa xidmət edərdi. Məsul 
işlərdə nazir müavini vəzifəsinədk yüksəlib. Çox ciddi və 
ədalətli qadın idi. Arzularımıza qadağa qoymağı, bizi vacib 
saydığı  səmtə aparmağı sevməzdi.  Əksinə danışar, məsləhət-
ləşər, həmişə də arzularımıza qol-qanad verməyi bacarardı. Bir 
də anam mənim  ən sadiq tamaşaçı  və  pərəstişkarlarımdan biri 
idi. Tamaşalara da, ifa etdiyim rollara ayrı-ayrılıqda qiymət 
verməyi bacarırdı. Uğurlu ifalarından elə riqqətlə danışardı ki, 
ürəyim dağa dönərdi. Özü də fərəhlənərdi. Güzəştsiz və tələb-
kar tamaşaçı kimi səhvlərimi tənqid edirdi, gözəl ifamdan da  
zövq alırdı, onu aludə edən məqamlardan da ayrıca danışardı.  
Hacımuradın həyatında anası Tamara xanımın ayrıca yeri 
var. Bu xatirələri unutmaq, yaddan çıxarmaq, ya da başqaları 
ilə əvəz etmək mümkün deyil. O bu illəri belə xatırlayır: 
-  Müharibədən sonrakı illər anamla mənə çətin idi. Maddi 
imkanımız o qədər də yaxşı deyildi. Onun qisməti elə gətirdi ki,  
anam ikinci dəfə ailə qurmağa məcbur oldu. Kiçik qardaşımla 


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 267
aramızda iki yaş  fərq var idi. Biz ögey olsaq da, o mənim 
qucağımda böyüyüb. O mənə  həm qardaş, həm oğul olub. 
Hazırda firmada çalışır.  İki oğul atası, gözəl ailə başçısıdır. 
Uşaqlığımın, gəncliyimin ağır keçməsinə baxmayaraq, Alla-
hımdan çox razıyam. Məqsədimə çatmaq üçün O, həmişə mənə 
kömək olub. Gözəl ailəm var. Qızımdan çox razıyam. Ürə-
yimcə olan işim var. Şübhəsiz ki, hər istəyin yerinə yetməsi 
qeyri-mümkündür. 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
268
 
IX FƏSİL 
 
TANRI ILƏ TORPAQ ARASINDA 
 
Bir tərəfdən  muğamın fəlsəfəsindən danışmaq çətindir. 
Ona görə ki, bu mövzu yetərincə  ətraflı  və  hərtərəfli araş-
dırılmayıb, zəruri ədəbiyyat da kifayət qədər deyil. Digər tərəf-
dən asan və maraqlıdır. Ona görə ki, muğamın fəlsəfi dünyasına 
qədəm qoyanda sanki heç kimə heç vaxt bəlli olmayan sirli 
planetlər sistemini açırsan və onun mərkəzində odu, istisi və 
atəşi ilə alışıb yanan əbədi bir Günəşi görürsən. Bu dünyada nə 
varsa, hamısı sənin üçün və bu dünyaya səyahət etmək istəyən 
hər bir muğam aşiqi üçün yeni fikir, yeni duyğular, yeni 
hisslərlə  zəngindir. Burada fəlsəfə sözünün hərfi mənasını xa-
tırlamaq yerinə düşərdi. Yunancadan tərcümə edəndə filosofiya 
sözü müdrikliyə sevgi mənasını verir. Xalq artisti, Milli 
Konservatoriyanın baş müəllimi Zabit Nəbizadə deyir ki, mən 
muğam oxumağa başlayandan sonra özümü bir qədər müdrik 
və  ağsaqqal kimi hiss edirəm. Muğam ifaçının təbiətini, 
xarakterini mükəmməlliyə doğru dəyişir. Həmişə musiqi 
ifaçıdan asılı olub, lakin muğamda əksinədir, əgər o ruhuna 
hakim kəsilibsə  sən özün onun itaətinə düşürsən, ona 
mükəmməl bir ağlın sahibi kimi baş əyirsən.  
Biz bu kitabda müxtəlif  əsrlərdə, muğamın avazına və 
nuruna toplaşan insanların nikbinliyini, dərin biliklərə  və mü-
kəmməlliyə can atmasını gördük. Zamanı ovcunuza alın və 
sıxın, əsrləri dəqiqələrə çevirib Şamaxının minillik tarixində ən 
vacib məqamları bir film kimi nəzərdən keçirin. Zəlzələlərdən 
dəfələrlə yerlə-yeksan olub viran qalan və muğam sədaları 
altında yenidən ucalıb gözəlləşən nikbin bir şəhər görəcəksiniz. 
Heyrətamiz səhnədir - insanla təbiətin sonu bitməyən savaşı! 
Deyirlər ki, Şamaxıda IX əsrdən üzü bəri baş verən zəlzələlərin 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə