Microsoft Word Qisar-kitab doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə39/44
tarix30.10.2018
ölçüsü0,81 Mb.
#76444
1   ...   36   37   38   39   40   41   42   43   44

 
163

Peyğəmbər (s) buyurmuşdur: İki  səs lənətlənib və Allah onlara 
nifrət edir: müsibət vaxtı ahuzar edib şivən qoparmaq və nemət 
vaxtı (məstliyindən) səslər çıxarmaq. Yəni, hələ  çəkmək və 
batil mahnılar oxumaq. 

Peyğəmbərin (s) «Gecə namazı nurdur» sözünü eşitdiyim 
vaxtdan gecə namazını  tərk etmədim.  İbn Həvva   soruşdu:  
«Hətta hərir gecəsi də?»  Buyurdu: «Bəli, hətta hərir gecəsi də.» 

Peyğəmbərə (s)  salavat göndərməyənədək hər bir dua hicab 
altındadır. 

Puç və batil arzudan çəkinin. Çünki, çoxları sabahın arzusunda 
olub, amma sabaha çıxa bilməyib və çoxlarına gecənin 
əvvəlində qibtə edir, lakin gecənin axırında onun halına 
ağlayırlar. 

Pəhrizkarlığın bəlası qənaətin azlığıdır. 

Pisliyə yaxşılıqla cavab verməyən böyük insanlardan deyil. 

Pis qadınlardan qorxun və onların yaxşılarından çəkinin.  Əgər 
sizi bir xeyir işə çağırsalar qulaq asmayın ki, haramda və pis 
işlərdə itaət etməyinizə tamahlanmasınlar. 

Pis  əməl sahibini (və ya sənə pislik edəni) yaxşı  əməlin ilə 
düzəlt və onu xoş  və gözəl danışığınla xeyir və yaxşılığa 
istiqamətləndir. 

Pis  əxlaq ruzinin azalmasına və ruhun işgəncəyə  məruz 
qalmasına səbəbdir. 

Pis  əxlaq sahibinin ailəsi onun əlindən sıxıntıya düşüb bezar 
olar. 

Pislik edənə yaxşılıq edən kəs, şübhəsiz ki, bütün fəzilətləri öz 
ixtiyarına almışdır. 

Pis adamlarla yoldaşlıq, yaxşı insanlara münasibətdə 
bədgümanlıqla nəticələnər. 


 
164

Pisliklərdən çəkinmək yaxşılıq etməkdən üstündür. 

Parçanı geymək üçün toxuyan, ancaq ona kəfən olan, yaşamaq 
üçün ev tikən, ancaq qəbri olan qafil nə qədər də çoxdur. 

Paltarları yumaq qəm-qüssəni aparar. 

Padşahların işi, qoşunundan  əvvəl öz siyasəti və  tərbiyəsi ilə 
məşğul olmaqdır. 

Padşahların eybi pis rəftar, vəzirlərin eybi isə pis fikirləridir. 

Paxıllıq  ruhun zindanıdır. 

Paxıllıq ən pis xəstəlikdir. 

Paxıllıq alçaqlıqların başıdır. 

Paxıllığın səmərəsi dünya və axirətdə bədbəxtlikdir. 

Paxıl paxıllığını  çəkdiyi  şəxsin nemətini itirməsini özü üçün 
nemət bilər. 

Paxılın çəkdiyi ona bəsdir. 

Paxıl çox təəssüflənər və günahları ikiqat artar. 

Paxıl ağalıq etməz. 

Pisdən daha pis olan onun cəzası, yaxşıdan daha yaxşı isə 
paxılın mükafatıdır.  

Pislik edən, pislikdən daha pisdir. 

Pis tədbir tökmək viran olmağın səbəbidir. 

Pis yerlərə get-gəl edən şəxs pis güman və töhmətə məruz qalar. 

Pis  əməllərdən çəkindirin və özünüz də ondan çəkinin. Çünki 
sizə  əvvəlcə özünüzün çirkin əməllərdən çəkinib sonra 
başqalarını çəkindirməniz əmr olunmuşdur. 

Pis əməllər törədənə ürəyi, əli və dili ilə  etiraz etməyən dirilər 
arasında bir ölüdür. 


 
165

Pərdələr də açılsa (Allahtanımada) mənim yəqinliyimə heç nə 
artmayacaqdır. 

Paklıq, günahdardan uzaq olmaqdır. 

Padşahlar yer üzündə Allahın gözətçiləridir. 

Pislik ilə qalib gələn şəxs məğlubdur. 

Pislik edənə yaxşılıq etməklə əziyyət ver. 

Paxıllıq və dar gözlük ardır. 

Pərişanlığı aşkar edən özünü xar edər. 

Padşahlarla ehtiyatsızlıq qığılcım kimi yandırıcıdır. 

Pis xəbəri heç kimə çatdırma. 

Pis işi təxirə sal, çünki istədiyin vaxt edə bilərsən. 

Padşahların verdiyi az hədiyyə başıucalıq və iftixardır. Amma 
alçaq adamların çox hədiyyəsi insan üçün ar və xəcalət gətirər. 

Paxıl adamın rahatlığı olmaz. 

Paxıl adam, günahsız adama də qeyzli olar. 
 


 
166
 R– 
 
 

Rəhbərliyin əlaməti sinənin (ürəyin) genişliyidir. 

Rəhbərlərin (idarəçilərin) bəlası siyasi acizlikdir. 

«Riyazətin (zahidliyin) bəlası adətin hakim olmasıdır.» 

«Rəiyyətin bəlası itaətsizlikdir.» 

Rəhbərlərin üstünlük dərəcələri, onların ibadətinin gözəlliyi ilə 
ölçülər. 

Ruzi bölünmüşdür, həris isə məhrumdur. 

Rəhm et  ki, sənə rəhm etsinlər. 

Razılıq necə də gözəl yoldaşdır. 

Razılığın kökü, Allaha könül şadlığı ilə etimad etməkdədir. 

Razılıq qəmi aparar. 

Rəhbərlərin dəyəri və fəziləti ibadətin gözəlliyindədir. 

Riyakarın üç nişanəsi var: insanları görəndə sevincək olar, tək 
qalanda halsız və tənbəl, hər bir işdə də təriflənməyini istər. 

Ruzinin azalıb çoxalmasının ixtiyarı ruzi verən Allahdan başqa 
heç kəsin əlində deyil. 

Ruzini axtarın. Çünki ruzi onu axtaran üçün zamin olunmuşdur. 

Ruzi, onu axtarmayanın sorağındadır. 

Ruzi iki növdür: birinci, sənin onun dalınca getdiyin ruzi, ikinci 
də onun sənin arxanca gəldiyi ruzi. Əgər sən də onu 
axtarmasan, özü sənin yanına gələcək. 

Ruzi iki cürdür: birini sən axtarırsan, ikincisi isə səni axtarar. 


 
167

Ruzini sədəqə verməklə başınızın üzərinə endirin. 

Rəhbərlər yer üzündə Allahın hökmlərini qoruyanlardır. 
 
 S– 
 

Sübhan olan Allahı yad edən kəs, Onunla yoldaşdır.   

Sənə Allahı yad etməyi tövsiyyə edirəm. Çünki O, qəlblərin 
nurudur.  

Sübhan olan Allah özünü yad etməyi qəlbləri cilalayan vasitə 
etmişdir; qəlblərin ağır eşidən qulaqları Allahı yad etməklə 
açılar, qəlblərin zəif gözləri onun vasitəsilə  işıqlı  və iti görən 
olar, inadkar və dava axtaran qəlblər Allahı yad etməklə ram 
olarlar.  

Səni Allahı yad etməkdən yayındıran hər bir şey qumar 
(məysir) sayılır.   

Səni Allahın zikrindən yayındıran hər bir şey şeytandır.  

Sizi münafiqlərdən uzaq durmağa çağırıram. Çünki onlar həm 
özləri azıblar,həm də başqalarını azdırırlar, özləri büdrəyiblər 
və başqalarını da büdrədərlər. 

Sənin dilin, səndən elə adət etdiyini istər,nəfsin isə ona 
öyrəşdiyi şeyi dilər. 

Siyasətin ən mətini adətləri dəyişməkdir. 

Sənin elçin sənin ağılının göstəricisi və  məktubun  ən aydın 
danışan carçındır. 

Sizinlə möminin arasında qəflətdən pərdə var. 

Sizlərdən kim gözəl bir qadın görsə və ondan xoşu gəlsə, gedib 
öz xanımı ilə yaxınlıq etsin. Çünki gördüyünün bənzəri sənin  
öz xanımında da var. Şeytana öz qəlbinə girmək üçün yol 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə