Microsoft Word Qisar-kitab doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə42/44
tarix30.10.2018
ölçüsü0,81 Mb.
#76444
1   ...   36   37   38   39   40   41   42   43   44

 
176

Sizlərin ən zirəyi, sizlərin ibadətkarıdır. 

Söz gəzdirənə qulaq asan dostu itirər. 

Sirrini gizlədənin xeyri öz əlindədir. 

Səni qəmgin edən günah Allah yanında etdiyin yaxşılıqda fəxr 
etməkdən yaxşıdır. 

Sənin yaxşı qardaşın o adamdır  ki, haqq naminə  sənə çox 
acıqlana, pis işlərdən də səni çəkindirə. 

Söz öyrədənlə söz güləşdirmə (ustada gəc baxma). 

Səbr etmək şücaət və məharətdir. 

Sədəqə şəfaverici dərmandır.  

Sirrini ürəyində saxlaya bilməyən adam, boş söhbətində  və 
sifətinin rəngindən aşkar olar. 

Sənin eyblərin örtülüdür o vaxta qədər ki, malın və vəzifən var. 

Səbr iki cürdür: xoşun gəlməyən  şeyə  səbr etmək, ikincisi isə 
sevdiyin şeyə səbr etmək. 

Sizə verilən maddi və  mənəvi nemətləri günah yollarında sərf 
etməyin. 

Sözü nə  qədər ki danışmamısan sənin qulundur, danışdın, sən 
onun qulusan. Dilini qoru, necə ki, qızılı xəzinədə qoruyursan. 
Çox olub ki, bir kəlmə ilə nemətləri əldən verib, əzablara düçar 
olublar. 

Səni əmanətdar bilənə xəyanət etmə.  

Səlamətlik doğruçulluqdadır, necə ki, fəlakət yalançılıqda. 

Səliqəli paltar geymək qəmi azaldar. 

Səxavətin bəlası minnət qoymaqdır. 

Salam verib görüşmək məhəbbəti artırar. 


 
177

Səmanın qapıları mücahidlərin üzünə açıqdır. 

Səxavətliliyin ən üstünü fədakarlıqdır. 

Sakitlik ağıldır. Sükut sağlığın səbəbi, sirr saxlamaq isə 
xoşbəxtliyin bir hissəsidir. 

Sözlərin ən pisi yalandır. 

Sizin ən uzaqgörəniniz ən təqvalınızdır. 

Sınaqdan qabaq xatircəmlik-ehtiyatsızlıqdır. 

Səxavətli olmağı özünə adət et. 

Səbr etmək şücaətdir. 

Simic adam ehsan edə bilməz. 
 
 
–Ş– 
 

Şəhvət və istəklərin təsirindən ağıl aradan gedər. 

«Şücaətli  şəxsin bəlası uzaqgörənliyi və ehtiyatı  əldən 
verməkdir.» 

Şər-xəta adam heç kəsin barəsində yaxşı gümanda olmaz. 
Çünki, hamını özü xasiyyətdə və xislətdə görər. 

Şəhvətinə  və  nəfsi istəklərinə qalib gələn, hikmətin kamillik 
dərəcəsinə çatacaq. 

Şəhvətlə hikmət bir yerə sığmaz. 

Şərqdə camaat qiyam edəcək və Mehdinin hakimiyyətinə şərait 
yaradacaq. 


 
178

Şükr olsun Allaha ki, natiqlər onu mədh etməyin öhdəsindən 
gəlməz, sayanlar nemətlərini saya bilməzlər. 

Şəhvətin başlanğıcı məstlik, sonu isə məhv olmaqdır. 

Şəhvətlərin qəlblərinizə qalib və hakim olmalarından çəkinin. 
Çünki onların əvvəli qula çevrilmək, sonu isə məhv olmaqdır. 

Şəhvətpərəst adamın canı xəstə, ağlı naqis olar. 

Şəhvətin qulu, pul ilə satılan quldan da xardır. 

Şəhvətinə, adəti güclənməmişdən qabaq qalib gəl. Çünki o 
güclənsə, sənə hakim olacaq, səni öz arxasınca çəkəcək və ona 
müqavimət göstərə bilməyəcəksən. 

Şəhvətin zəncirində olan ağıla, hikmətdən bəhrələnmək 
haramdır. 

Şəhvət və nəfsi istəyi rədd etmək onu məhv edir, təmin etmək 
isə gücləndirir. 

Şahların yanında məqamı olmaq, möhnət və  əziyyətin açarı, 
fitnənin toxumudur. 

Şahların ən yaxşısı odur ki, camaat onun dövründə yaxşı həyat 
sürsün və öz ədalətini riəyyəti arasında yaysın. 

Şəhadət verirəm ki, Mühəmməd Allahın bəndəsi və 
peyğəmbəri, onun bəndələrinin ağasıdır. Allah-Təala 
yaratdıqlarını iki dəstəyə ayıranda, onu ən yaxşı dəstəyə saldı. 

Şükr olsun Allaha ki, bizim ardıcıllarımızın bəla və  çətinliyə 
düçar olmalarını dünyada onların günahlarını təmizlənmə amili 
edib ki, həmin bəla və  çətinliklər vasitəsi ilə itaətləri sağlam 
qalsın və onun mükafatına layiq olsunlar. 

Şadlığa yumşaq xasiyyətdən başqa heç bir şeylə kömək etmək 
olmaz. 

Şureyhə xitabən – Bilki, öz günahının cəzasına görə  şallaq 
vurulmuş  və  tövbə etməmiş, ya yalandan şahidlik etməsi ilə 


 
179
məhşurlaşan, ya barəsində  bədgüman olunmuş  (şübhəli) 
şəxsdən başqa müsəlmanlar bir-biri ilə münasibətdə  ədalətli 
sayılırlar. 

Şeytan bəndəyə  məhkum olunmuşdur. Günah etməkdən ötrü 
günahı onun gözlərində bəzəyir və tövbəyə də ümidvar edir  ki, 
onu təxirə salsın. 

Şəhvətpərəstlərlə yoldaşlıq imanın unudulmasına və  şeytanın 
hazır olmasına gətirib çıxarar. 

Şəkk nadanlığın məhsuludur. 

Şübhələnməyin  ki, şəkkə düçar olarsınız. Şəkkə düşməyin  ki, 
küfrə yuvarlanarsınız. Öz nəfslərinizə meydan verməyin  ki, 
belə olan halda dində səhlənkarlıq olar. 

Şəkk imanı bərbad edər. 

Şəkk qəlbin nurunu söndürər. 

Şəkkin məhsulu çaşqınlıqdır. 

Şübhə, haqqa oxşar (şəbih) olduğuna görə,  şübhə adlanmışdır. 
Yəqinlik  şübhə vaxtı Allahın övliyalarının yoluna işığı, doğru 
yol isə hidayət edənləridir. Ancaq, şübhə vaxtı Allah 
düşmənlərinin dəvətçisi azğınlıq və yol göstərənləri isə korluq 
olar. 

Şübhədən çəkinin. Çünki şübhə fitnə  və yoldan azdırmaq 
məqsədilə ortaya atılmışdır. 

Şücaət nəqd olan izzətdir. 

Şücaət nəqd kömək və aşkar fəzilətdir. 

Şövq ariflərin ayrılmaz dostudur. 

Şəhadət verirəm ki, Allah ədalətlə  rəftar edərək dada çatan və 
haqla batili bir-birindən ayıran hakimdir. 

Şərəfli (və alicənab) insanın zinəti təvazökarlıqdır. 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə