Microsoft Word Qisar-kitab doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə37/44
tarix30.10.2018
ölçüsü0,81 Mb.
#76444
1   ...   33   34   35   36   37   38   39   40   ...   44

 
155
Mədinə  şəhəridir).  Şöhrəti orada ucaldı və (dəvətinin) səsi hər 
yerə oradan çatdı. 

O yaxşılıq ki onun arxasında atəş var, yaxşılıq deyil. O pislik ki, 
sonunda Cənnət var, pislik deyil. Cənnətlə müqayisədə hər bir 
nemət kiçik və  dəyərsizdir. Cəhənnəmin müqabilində  hər 
əziyyət və bəla, salamatlıqdır. 

Oxdan daha iti olan söz, nə qədər də çoxdur. 

Onun elmi pərdələrin gözə görünməyən qatlarından keçər, 
daxildəki mürəkkəb fikir və inancları əhatə edər. 

Ondan başqa hər bir güclü acizdir. 

Ondan başqa hər bir əziz zəlildir. 

Otaqlarınızı hörümçək torundan təmizləyin. Çünki onu evdə 
saxlamaq yoxsulluq gətirir. 

O qədər olub  ki, bir saatın xoşluğu illər uzunu dərdi-qəmə 
səbəb olub. 

O qədər olub ki, axirət  əməlini sabaha saxlayıb, ölüm isə bu 
gün onu yaxalayıb. 

O qədər olub  ki, bədbəxtliyin  əhatəsindədir, lakin mal-dövlət 
yığır. 

O qədər olub  ki, gözəl danışığına görə kişi fitnəyə, çətinliyə 
düşüb. 

O ruzi ki kifayət edər, bəsdir. 

O ziyan  ki, insana dəyəcək, fikirləşməklə, tədbir tökməklə 
qarşısını almaq olmaz. 
 
 Ö– 

Övladın ata boynunda, atanın da övladın boynunda bir neçə 
haqqı var. Övladın borcu odur  ki, ataya hər  şeydə itaət edə 


 
156
(Allahın əmrindən başqa) atanın övlad boynunda haqqı odur  ki, 
ona yaxşı ad verə, ona gözəl əxlaq, «Quran» və elm öyrədə. 

Öz qəlbini Allahı həmişə yad etməklə abad edən şəxsin əməlləri 
gizlində də, aşkarda da gözəl olar.   

Özünü yaxşı  işlər görməyə öyrəşdir və tavan yüklərini, 
cərimələri çiyninə  çək ki, nəfsin  şərafətinə çatasan, axirətin 
abad olsun və alqış edənlərin çox olsun. 

Öz əbədi evini (axirətini) abadlaşdıran kəs ağıllıdır. 

Ölkə idarəçiliyinin bəlası ölkəni himayə etməkdə aciz 
qalmaqdır. 

Öz malında  ən xəsis insanlar, öz abırlarında (tökməkdə)  ən 
səxavətli olanlardır. 

Özünü böyüklüyə məcbur etmək də gözəl xüsusiyyətdir. 

Özünü yaxşı işlər görməyə və (camaatın) borc yükünü çiyninə 
çəkməyə öyrət ki, nəfsin sərvətini tapasan. 

Öz düşmənləri ilə mehriban davranan kəs, müharibələrdən 
amanda olar. 

«Öz dinini dünyanla qoru ki, hər ikisini udasan. Öz dünyanı 
dininlə qoruma ki, hər ikisini uduzasan.» 

Öz dostunun hər bir işinə irad tutanın dostluq telləri tez qırılar. 

Ömürlər sədəqə verməklə uzanar. 

Özü-özünün müəllimi və tərbiyyəçisi olan kəs camaata müəllim 
və tərbiyəçi olan şəxsdən daha təqdirə layiqdir. 

Özünü tərbiyə etməyin üçün başqalarında (görüb) 
bəyənmədiyin şeydən uzaqlaşmağın kifayətdir. 

Öz əhd-peymanına sadiq olmayanın Allaha inamı yoxdur. 

Ömrü tələf edən ən pis şey insanı məşğul edən oyunlardır. 


 
157

Özünü pisliklə cəzalandırmağı üstün bilən kəs bütün fəzilətləri 
kəsb etmişdir. 

Öz (din) qardaşının dostluğuna əmin olanda, artıq nə vaxt onun 
ziyarətinə gedəcəyinə  və onun sənin ziyarətinə  gələcəyinə 
əhəmiyyət vermə. 

Özünü saxlamaq yoxsulun zivəridir. 

Özünü töhmət və  bədgümanlıq hədəfinə çevirən  şəxs ona 
bədgüman olanları məzəmmət etməməlidir. 

Öz nəfslərinizi hesab-kitabla (ipiylə) bağlayın və ona qarşı 
çıxmaqla nəfsin cilovunu öz əlinizə keçirin. 

Öz nəfsini sorğu-sual edən  şəxs öz eyblərindən agah olar, 
günahlarını başa düşər, (yaxşılıq etməklə) onların  əvəzini 
ödəyər və eyblərini aradan götürər. 

Öz nəfsinin hesabına yetişən şəxs mənfəət götürər, amma ondan 
(nəfsindən) qafil olan ziyana uğrayar və  hər kəs qorxarsa, 
amanda qalar. 

Öz nəfsinin hesabatını aparan şəxs xoşbəxt olar. 

Öz ehtiyacını hikmətli olmayan şəxsə bildirən hikmət sahibi 
deyil. 

Özündən yuxarıda olan şəxslə münaqişə etməm\\əyin və 
tabeçiliyində olan şəxsi zəlil saymamağın, gücün çatmadığı işə 
baş qoşmamağın, dilin ürəyinin, sözün əməlinin  əksinə 
olmamağı, bilmədiyin  şey barədə danışmamağın, iş  sənə  tərəf 
üz tutan zaman onu tərk etməməyin və  səndən üz döndərən 
zaman ardınca getməməyin hikmətdəndir. 

Öz xəstəliyini həkimlərdən gizlədən, bədəninə xəyanət etmişdir. 

Özünün gizlin dərdini gizlədən kimsə, təbibini onu müalicə 
etməkdə aciz qoyar. 

Öz nəfsinin hesabatını aparan xoşbəxt olar. 


 
158

Özünü camaatın rəhbəri etmiş  kəs başqalarını öyrətməmişdən 
qabaq özünü öyrətməli və sözü ilə  ədəbləndirməmişdən qabaq 
əməli ilə özünü ədəbləndirməlidir. 

Öz Peyğəmbərinizin Əhli-Beytinə baxın, onların yolu ilə gedin 
və arxalarınca hərəkət edin. Çünki onlar sizi heç vaxt doğru 
yoldan azdırmaz və heç bir fəlakətə salmazlar. Əgər onlar 
otursalar, siz də oturun, dursalar siz də durun. 

Öz qardaşına gizlində öyüd-nəsihət verən kəs onu zinətləndirər
aşkar öyüd-nəsihət verən kəs isə onu bədnam və rüsvay edər. 

Öz ölənlərinizi ziyarət edin. Çünki onlar sizinlə görüşməkdən 
şad olurlar. İnsan öz ata-anasının qəbri üstündə onlara dua 
edəndən sonra Allahdan öz diləyini diləməlidir. 

Özünçün bəyəndiyini möminlər üçün bəyənməyincə, qəlbin 
sağlam olmayacaqdır. 

Öz canlarınızı çirkin şəhvətlərdən təmizləyin ki yüksək 
dərəcələr qazanasınız. 

Özünü islah etmək üçün ən yaxşı köməkçi qənaətdir. 

Öz Rəbbindən qorxan kəs zülm etməkdən çəkinər. 

Öz günahından başqa heç nədən qorxma, öz Rəbbindən başqa 
heç kəsə ümid bağlama. 

Öz qulağına yaxşı  şeyləri eşitməyi adət etdir və  sənin islah 
olmağına, paklığına bir şey artırmayan sözlərə qulaq asma. 

Öz qədir-qiymətini bilməyən məhv olar. 

Öz ailənə, uşaqlarına mehriban ol və ailənin böyüklərinə 
ehtiram göstər. 

Özü öyüd verib öyüd qəbul etməyənlərdən, çox deyib az əməl 
edənlərdən, fani olan üçün çox çalışıb qalan barəsində 
səhlənkarlıq edənlərdən, xeyri ziyan və ziyanı xeyir kimi 
görənlərdən olma. 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə