Microsoft Word qafqaz albanlar-duzelishli doc



Yüklə 3,67 Mb.
Pdf görüntüsü
səhifə16/107
tarix30.10.2018
ölçüsü3,67 Mb.
#76555
1   ...   12   13   14   15   16   17   18   19   ...   107

 
49
dir. Başqa dillərdə isə bu əsərin yalnız ayrı-ayrı fraqmentləri qalıb. 
Əsərin ən qədim variantı arami əlifbası ilə, arami dilində yazılıb və 
Misir ərazisindən tapılıb. Yuxarıda qeyd etdiyimiz kimi, qıpçaqlar, 
o cümlədən xəzər və krımçaklar arami əlifbasından istifadə ediblər. 
Bu isə deyilənlərə daha bir sübutdur. 
Qeyd edək ki, bu gün də eyni adı daşıyan türk etnosları vardır. 
Bu baxımdan Altayda yaşayan kumandiləri və özünü günümüzəcən 
kumanların davamı hesab edən qaraçay və balkarlıları misal gə-
tirmək olar. Onu da xüsusi qeyd etmək lazımdır ki, bu türk tayfası 
orta əsrlərdə də Ön Asiya və Şərqi Avropanın siyasi tarixində xü-
susi rol oynamış, Avropanın etnolinqvistik coğrafiyasının forma-
laşmasında son dərəcə böyük xidmətlər göstərmişdir. Bu rol o 
qədər böyük olmuşdur ki, həmin tayfaların dilini öyrənməyə xüsusi 
ehtiyac yaranmış  və  təqribən eyni dövrdə  həm xristian Avropada, 
həm də  İslam dünyasında kuman türklərinin dili ilə bağlı lüğətlər 
tərtib edilmişdir. Anadolunun Səlcuqlular tərəfindən tutulmasında 
və bu ərazinin yenidən Türk Yurdu halına gəlməsində kumanların 
ölçüyəsığmaz xidməti olmuşdur. 
Kumanların orta əsrlərdə də Azərbaycanda yaşadıqlarını Musa 
Kağankatlının "Alban tarixi"ndən öyrənmiş oluruq (I kitab, VI fə-
sil). Sözügedən kitabda yazılanlardan öyrənirik ki, Qafqaz Alba-
niyasında kumanlarla bağlı olan "Qomenk" adlı toponim olmuşdur. 
Həmin toponimin qomen (kuman) etnonimindən və qədim erməni 
dilindəki "k" yer, məkan bildirən şəkilçidən yarandığını ("Alban ta-
rixi" kitabı dövrümüzədək erməni dilində çatmışdır) söyləyən 
Qiyasəddin Qeybullayevin fikrincə, bu yer ya Arsax (Qarabağ), ya 
da Sünik (Zəngəzur) ərazisində olmuşdur. O, 1727-ci ilə aid bir ar-
xiv sənədinə istinadən göstərir ki, həmin dövrdə, yəni XVIII əsrdə 
Zəngəzurun Çulundur bölgəsində azərbaycanlılarla məskun olan 
Koman kəndi mövcud imiş. Cəlilabad rayonunun Komankənd kən-
dinin də adı sözügedən türk boyu ilə bağlıdır. 
Tarixi mənbələrdə kumanların iskitlərlə eyniləşdirilməsi, onlardan 
"koman iskitləri" kimi söz açılması halları da müşahidə edilmişdir. 
R.Q.Latam koman iskitlərinin etnik mənsubiyyəti barədə yazmışdır: 


 
50 
"Koman iskitləri, massagetlər, saklar, peçeneqlər, xəzərlər, 
hunlar öz mənşələri etibarilə türkdürlər və bunu sübut etməyə 
ehtiyac yoxdur."  
Bu kitabda sevgidəyər oxucularımıza Mxitar Qoşun “Törə 
bitik”i Azərbaycan türkcəsinə tərcüməsi ilə birlikdə, eləcə də digər 
alban materialı orijinalın dilində, yəni alban (qarqar – qıpçaq) türk-
cəsində, fəqət tərcüməsiz təqdim edilməkdədir. 
Sevindirici haldır ki, əldə olan materiallar içərisində əslən Zən-
gəzurdan olan üç müəllifin də əsərinə rast gəlinmişdir. Ermənilərin 
bütün dünyaya “böyük erməni alimləri” kimi təqdim etdikləri bu üç 
nəfər Mxitar Qoşun tələbəsi olan vardapet Yovhannes Sarğavaq, 
keşiş Yohannes Karneçi və ilahiyyatçı alim Krikor Nareğaçidir. Bu, 
fakt Zəngəzurun tarixən albanlara məxsusluğunu və bu ərazidə 
tarixən alban türkcəsində danışıldığını sübut edən  ən gözəl fakt-
lardandır. Fəqət bunlar əldə olan yeganə faktlar deyil. Bu baxımdan 
Qərbi Azərbaycanın (bugünkü Ermənistanın) Sisian rayonunun 
Urud kəndindən tapılan və haqlarında Məşhədixanım Nemətovanın 
məlumat verdiyi iki alban qəbrini də deyilənlərə əlavə etmək olar. 
Bu da son deyil. 
 
 
 


 
51
Məsələn, Qafandakı Vaanvəng adlı alban monastırının həyə-
tində alban katalikosu Stepannosun qəbrini misal çəkmək olar. 
Həmin qəbrin başdaşında yazılıb: 
“Mən, Albaniya katalikosu, hökmlü Stepannos taciklərin (mü-
səlmanların –B.T)  təqibindən yaxa qurtarmaq üçün Şahanduxt və 
bacısı Kata tərəfindən tikdirilmiş kilsəyə gəldim və burada rahatlıq 
tapdım. Tanrı  məni mükafatlandıraraq yuxarı  mərtəbədə yerləş-
dirdi. Tanrı xanımızı (Albaniya və Sünik xanı Senekərimi – B.T) öz 
qüdrəti ilə qorususn”.  
Eyni monastıra bitişik, albanlara məxsus Həzrət Məryəm kil-
səsinin üzərində isə bu yazı qeyd edilib: 
“Mən, Albaniya xanı Sevadın qızı və Aşotik oğlu Krikor xanın 
xatunu  Şahanduxt və bacım Kata erməni təqviminin 535–ci ilində 
(1086–cı il) övladımızın olmaması  səbəbindən, Məryəm ananın 
mərhəmətini qazanmaq üçün onun şərəfinə bu kilsəni tikdirdik...”  
Dövrümüzədək alban xanı Sevadın oğlu, Şahanduxt və Katann 
qardaşı, Albaniya xanı Senekəremin də bir neçə  fərmanı  gəlib 
çatıb. Onlardan biri belə başlanır: 
“Hər şeyə qadir İsanın hökmü ilə mən, Senekərem – Sünik və 
Albaniyanın xanı  məndən öncəki xan və  bəylərin ürəyəyatımlı ya-
zılarını oxuyub, Məsihsevər bacılarım – xanbanu Şahanduxt və ... 
bakirə Katanın xahişi ilə Sisakan və Bağk vilayətlərində kilsə tor-
paqlarını kilsəyə qaytarmaq üçün bu fərmanı yazdım...” 
Məlumat üçün bildirək ki, ermənilər bu fərmanı rus dilinə 
tərcümə edib çap etdirərkən, oradakı “Sünik və Albaniya xanı” 
ifadəsini “Ermənistan çarı” ifadəsi ilə əvəz etmişlər. 
Eyni xanın başqa bir fərmanında yazılıb: 
“Bu, mənim – Sevad oğlu Senekərem xanın fərmanımdır. Tanrı 
məndən üz döndərmədi və  İsmayıloğulları  (müsəlmanlar – B.T) 
tərəfindən dağıdılmış doğma xanlığımda ikinci dəfə xan olmaq 
üçün mənə  mərhəmət göstərdi. Müqəddəs kilsə  və ecazkar Sünik 
taxt- tacının vərəsə torpaqları barədə əski fəmanları oxuyub, həmin 
torpaqları dördüncü dəfə paytaxt Tatevə qaytarıram...” 
Senekərim xanın digər bir fərmanı da dövrümüzədək yetiş-
mişdir: 


Yüklə 3,67 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə