Microsoft Word poema+++++. doc


Дцнйа ирадя вя тясяввцр кими



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə31/50
tarix25.11.2017
ölçüsü2,85 Kb.
#12322
1   ...   27   28   29   30   31   32   33   34   ...   50

Дцнйа ирадя вя тясяввцр кими 
 
 
145
– O, dahidir, kim gəlib... 
Demək istəyirsən ki, o ola bilmərik biz? 
– Demək istəyirəm ki, evlənmək təklifimi  
Qəbul etsəydin, çoxdan ata-ana idik biz. 
Deyirsən: – Gözlə bir az,  axı haçana kimi, 
Niyə öz vaxtımızı uzadırıq özümüz? 
İntizardan saralıb günlər düşür ömürdən, 
Qocalır hisslərimiz. 
– Mənim əlimdə deyil,  
Nə qədər ürək susmur çıxmaq olmur əmrdən. 
– Qız qalsa, qızıl olar, atalar yaxşı deyib. 
Yumorun öz yeri var, mən ayrı söz deyirəm, 
Sən bilən, xoşbəxt olmaq istəmirəm? 
– Mən bilən? 
İstəmirsən, özün də bilirsən, düz deyirəm. 
Sevgi sədəqə deyil, ha yolçu kimi dilən. 
– Anselim, kədərimin kədər gəlmə üstünə, 
Biz ki bir-birimizi sevə-sevə ayrıldıq. 
Bir ömür bəxş edərəm Artur ilə bir günə, 
Əslində ayrılmadıq, biz əhdə vəfa qıldıq. 
– Mum kimi əriyirkən bu necə əhd, nə vəfa? 
– Günəşə yaxın düşmək külə dönmək deməkdir. 
– Uzaqdan baxmaq necə? 
Diqqət elə, ətrafa. 
Həyat boş xəyallar yox, düşünülmüş əməkdir. 
Mən təslim, düz deyirsən, amma kömək et ki,       
mən 
            İradəni susdurub dərrakəni dindirim. 
            – İradə susmaz, qızım, özün yaxşı bilirsən, 
            Sənin uçmuş ruhunu gərək yerə endirim. 
            İradəni inkarın idrakla mümkünlüyü  
            Çox az adamlar üçün əlçatan ola bilər. 


Эюйярчин 
 
 
146
              Bu səndə acizlikmi, yoxsa ruh düşkünlüyü? 
Sevgiyə kim nə deyir, ürəkdə qala bilər. 
Amma həyat yüyürür, gözləyə bilməz bir an, 
Nizamından qaldınsa, səni qoyub gedəcək. 
O vaxtadək gözləmək elə də deyil asan, 
Ki, iradə özünü özü inkar edəcək. 
O özünü inkardan əvvəl sındırılmalı. 
– Bu üzüntünün bütün pilləsini keçməkdir
Məyusluqda sonuncu hədd adlandırılmalı. 
Sağ ikən o dünyaya öz arzunla köçməkdir. 
Anselim, bu, bir az da zahidliyə bənzəyir, 
Nədir zahiddən fərqim Rabiya
45
 olmasam da? 
– Arturun arşınıyla ölçürsən fikirləri, 
Mən həyatdan söz açdım, zahid-filan demədim. 
Zamanı an-an ölçür saatın kəfkirləri. 
Sağ ikən bu dünyanı tərk elə, söyləmədim. 
– İnsanlar iradəni çox vaxt sındırmaq üçün 
Zahidliyə üz tutub əzab yolunu seçir. 
– Reqina, səni başa salmaq deyilmiş mümkün, 
Mənim beynimdən indi bir ayrı fikir keçir: 
– Məsələn? 
– İstəyirəm... 
– Niyə qırıldı səsin? 
– Qorxuram söyləməyə, qorxuram, xoşun gəlməz. 
Mənim ki xoşdan keçib, Anselim, söylə, gəlsin. 
– Qaçırmaq istəyirəm. 
– Kimi, məni? 
Həddini, deyən, aşırsan az-az. 
– Qaçırmaq istəyirəm səni öz aləmimə, 
Qorxuram, kədər səni uzaqlara apara. 
                                                 
45
 Rabiya əl-Ədəviyyə – sufi, mütəfəkkir qadın 


Дцнйа ирадя вя тясяввцр кими 
 
 
147
Heyne
46
 deyir: – Dil çatmaz mənim alman dilimə, 
Amma sevginin dili gözəl olur daha da.  
– Sevginin gözəlliyi ilk vüsala qədərdir, 
Daha çox cismanidir vüsaldan sonrakılar. 
Bu dünyada şöhrət də, var-dövlət də hədərdir, 
Ən xoşbəxt kəs odur ki, ürəyində sevgi var. 
– Nəsli davam etdirmək bizim ümdə borcumuz, 
Hər birimiz bu üzdən ailə qurmalıyıq. 
Qaban, ilan – ilimiz, qoç ilə qız – bürcümüz, 
Oğul-uşaq böyüdüb nəvə buyurmalıyıq. 
– Mən elə bir nöqtəyə yetmişəm ki, Anselim, 
Şəxsi təcrübəm üçün əlçatandır bu nöqtə. 
Ötürülə bilməyən məqamdır, qadan alım, 
Böyük həqiqət ikən bənzəmir həqiqətə. 
Hərdən elə bədbəxtəm, dərdimin yox çarəsi, 
Hərdən elə xoşbəxtəm, gözüm dünyanı görmür. 
Bu halımdan uzaqdır idrakımın çevrəsi, 
Mənə söylədiklərin mənəvi qida vermir. 
Bu dünya bir konusa bənzəyir ki, birinci 
Təbəqəsi çoxluğu əhatə etməkdədir. 
Yuxarı yüksəldikcə artır ömrün sevinci, 
Tək-tək zirvəyə çatan üçün dünya heç nədir. 
Mən yarı susdurmuşam özümdə iradəni, 
O biri yarısını susdurmaq istəyirəm. 
Oğul - uşaq fikriylə məşğul eləmə məni, 
Bu tərki-dünyalığı özüm də pisləyirəm. 
– Sona kimi taledən küsənə oxşamırsan, 
Niyə davam etdirmək istəmirsən həyatı? 
– Yeni saziş bağlayam ürəyimlə gərək mən 
Qəlbimdə tərs yazılıb həyat eşqinin adı. 
                                                 
46
 Kristian İohan Henrix Heyne – XIX əsr alman şairi və jurnalisti 


Эюйярчин 
 
 
148
Həyatdan küsməmişəm, bəlkə də, çox sevirəm
Qorxuram bu yaşımda təzədən aldanmağa. 
Ruhumun hakimiyyət taxt-tacını devirəm, 
Təzədən kölgə gəzəm əl-əl daldalanmağa. 
Bunlar qorxudur məni, yaş da keçib, görürsən, 
Ayrılıq ilə döyüş tükəndirib gücümü. 
Əbədi dost olmağa səninlə hazıram mən, 
Rol oynaya bilmərəm, amma sevgili kimi. 
– Fəth edəcəyəm sənin yaralanmış ruhunu, 
Sevgim ilə sevgini oyadacam təzədən. 
Səni çoxdan sevirəm, özün bilirsən bunu, 
Bilmirəm kimlər ilə səhv salırsan məni sən? 
– Bu sənsən! Bu isə mən! İradə ayrı-ayrı, 
O nə səndə görünür, nə məndə forma tapır. 
Təzahür dünyasının mümkündür ancaq seyri, 
İradənin hökmüylə çay daşır, tufan qopur. 
Lakin hər hansı olur - olsun, məhəbbət hissi 
Bəsirət gözü ilə bizlərə görünsə də  
İradəyə əks olub xilasa aparır ki, 
Rəhmdir, mərhəmətdir, şəfqətdir fəlsəfədə. 
Mən bunları bilirəm. 
– Bəs bilmədiyin nədir? 
– Ya yorulmuşam, ya da uduzmuşam oyunu. 
– Həyat ilə başlanan oyun irəlidədir, 
Əhd o vaxt pozulur ki, tapmır taylı tayını.  
– Sənin xətrinə dönüb gəncləşərəm təzədən, 
Yaxşı-yaxşı düşünüb deyərəm öz fikrimi. 
Hamburqa ilk döndüyüm o qarlı gecəni mən 
Yadımdan çıxarmaram, yəqin, ölənə kimi. 
Arxada nələr qoyar, duymaz hər çıxıb gedən,  
Meyvəsini tez tökər yel budağı əydikcə. 
Ayrısı üçün yaşar insan sevdiyi gündən 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə