Microsoft Word poema+++++. doc


Дцнйа ирадя вя тясяввцр кими



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə26/50
tarix25.11.2017
ölçüsü2,85 Kb.
#12322
1   ...   22   23   24   25   26   27   28   29   ...   50

Дцнйа ирадя вя тясяввцр кими 
 
 
125
Sevdiyi qız tərəfindən ya sevilməyən birisi
Xəstəliyin yatağa pərçimlədiyi pasiyent kimi... 
Mən bunlar deyiləm, yox! 
Bunlar özgədir mənə. 
Elə bir özgəlik ki, bir az geyib atdığım  
libas tikilər ondan.  
Bəs hansı məqamdır mənim çatdığım? 
Nəhayət, mən kiməm? 
O kitabın müəllifi ki,– 
“Dünya iradə və təsəvvür kimi” 
Varlığın ən böyük problemini həll etmişəm?! 
Bəli, mən mütləq mənada O-yam! 
Onu danmaq mümkün deyil, nəfəs alır nə qədər ki... 
                           -=*=- 
      Kimlər üçün o, peyğəmbər, kimlər üçün dahi idi
Allahı, bəlkə də, hamıdan çox sevirdi. 
Özü bu barədə heç vaxt bir söz söyləmədi, 
Amma bütün əməlləri isbat oldu bu sevgiyə. 
Əzilənlə o, əzilər, ağlayanla ağlayardı, 
Ədalətin bayrağını başı üstə saxlayardı. 
Dünyada onun üçün bir xalq vardı–bəşəriyyət, 
Bir din vardı–Ədalət! 
Bir söz vardı–Həqiqət! 
Nəinki öz Vətənində, ayrı-ayrı ölkələrdə rastlaşdığı 
haqsızlıqlar 
Ürəyini parçalardı dalğa-dalğa, üsyan-üsyan... 
Yoxsullara əl tutardı öz payından pay ayırıb, 
Tələbələr oxudardı, neçə-neçə ac doyurub. 
Onun nəzəriyyəsi bizə imkan verir ki, 
Bu dünyanı unudaq, 
Tamam fərqli yol tutaq, 
Yeni bir dünyanın sakini olaq. 


Эюйярчин 
 
 
126
Çünki bu yeni dünya heç bir kəsə fərq qoymur, 
Sevinc ola, ya kədər–hamıya eyni düşür
Hamı bir nəfər kimi bu dünyanı bölüşür. 
Unudulur köhnə dünya öz ağrısı, əzabıyla, 
Susur dünyəvilik hissi baş qaldıran tamahıyla, 
Açılmayan sabahıyla 
Zalımın zülümdən əli soyuyur, 
Qan içən qandan doyur. 
Onun qəmli fəlsəfəsi elə sevinc gətirir ki,  
İnsan unudur acını, 
Tapır dərdin əlacını. 
Bir nazirin otağından qovulursan, mühüm deyil, 
Dövran səni atdan salır, yıxılırsan, mühüm deyil, 
Zor deyir dövlət məmuru, səbir yetir
Bu dəfə yaşın hesabına alışır quru, səbir yetir... 
Pulun yoxsa, nəfəs almaq haqqın da yox, 
Dahilərin dahisi ol, düşünmürlər haqqında, yox! 
Şopenhauer öyrədir ki, bu tarixən belə olmuş, 
Bəşər üçün yaşayanlar sağlığında unudulmuş. 
İdeyanı dərk etdikcə insan ruhu yüksəlir, 
Ruhu yüksələn insan həyata qalib gəlir. 
Dərk olunmur, amma yenə xoşbəxtdir o. 
Bu mənada nazir, filan gözə dəymir, 
Bu mənada dözmək olur haqsızlığa.   
Həlli mümkün ola bilən “mümkünsüz”lər sözə dəymir.   
Varmı küsən canavardan, 
Ya qoyundan inciyən? 
Pələng yaxud şir ilə silahsız haqq-hesab çəkən? 
Ya imdad gözləyən tülküdən? 
Bu, kobud bir müqayisə olsa da...amma yox,  
Heyvanları Şopenhauer sevərdi çox. 
Hara gedirsən, haqsızlıq, 


Дцнйа ирадя вя тясяввцр кими 
 
 
127
Təhqir-təhqir üstdən gəlir dolayısı. 
Sarı qızdırma, ağ ölüm, HİV virusları, arsızlıq 
Tutub bu dünyanı gedir–fəryad səssiz, fəsad saysız. 
Heç kim düşünmək istəmir
Kitablar arxivə köçüb. 
Qurdun əməli pislənmir, 
“Şəngül, Məngül” dövrü keçib
39

Dünyanın min yiyəsi var, dünyanın yox, bir yiyəsi, 
Heç kəs bir kəsi anlamır, dinsiz olub lap cəmiyyət. 
Verilmir çox əhəmiyyət 
Düz sözə, doğru əmələ,  
Yalan elə böyüyüb ki, kölgədə qalıb həqiqət, 
Nikbinlik gəlmir əmələ, 
Gülünc olub səmimiyyət.   
Ancaq fəlsəfə gəlir bu anlarda köməyə, 
Öyrənmək istəyənə yaşamağı öyrədir. 
Əslində, təkan verir idraki böyüməyə, 
Dərrakə çoxaldıqca əzab ruhu göynədir. 
İnsanı məhv eləyir qadağalar, tabular. 
Ölçüsüz azadlıq da insani vəhşilikdir. 
Qeyrət gəzdirir indi çiyinlərdə tabutlar, 
Bilinmir, kimin kimə mənəviyyat borcu var. 
Ancaq fəlsəfə gəlir bu anlarda köməyə, 
Parçalanır musiqiyə, etikaya, əməyə– 
Hər mənada dərs verir o: 
“Nə qədər ki biz arzunun subyektiyik 
Nə uzun müddətə xoşbəxt, nə rahat ola bilirik. 
Biz bədbəxtliyi axtarır, yaxud qaçırıq ondan, 
Ya həzzə çalışırıq, ya nədənsə qorxuruq. 
Mahiyyət etibarıyla bütün bunlar fərqsizdir. 
                                                 
39
 Azərbaycan şairi A. Şaiqin uşaqlar üçün yazdığı əsərdəki obrazlar 


Эюйярчин 
 
 
128
Qayğılanma nə şəkildə olur-olsun, 
İradə fasiləsiz, tələbkardır əbədi. 
Şüuru doldurur, təlaşlandırır. 
Həqiqi rifah, yəni mümkün deyildir qəti 
Rahatlığa qovuşma baş vermədən”. 
Şopenhauer öyrədir ki,  
iradədən imtina bizi xoşbəxt edə bilər. 
Bu doğrudur, amma necə təbiətə zidd gedəsən? 
Ağaca necə deyəsən, 
Sabah şaxta olacaq, bu gün tumurcuqlama? 
Ac uşağa necə deyəsən, “Allah Kərimdir”, ağlama? 
Uzağa niyə gedəsən, 
İnsanların səadəti bir-birinin əlindəsə? 
Millətlərə bölünməsə, 
Güclü, gücsüz bilinməsə, 
Döyüş himni çalınmasa, 
Can ölmədən alınmasa , 
Yaşamaqdan gözəl nə var?! 
Hamı filosof doğulmasa da, 
Azından fəlsəfə oxusa,  
Hərcmərcliklər azalardı, 
Yer üzündə fitnə-fəsad az qalardı. 
Təbiət yardımçımız ola bilir həmişə, 
O, qəflətən aşkar olur gözlərimiz önündə. 
Bir anlıq olsa belə, ayırır bizi bizdən, 
Öz subyektivliyimizdən. 
Unudulur iradəyə xidmət də, 
Xalis zəka bəxş eləyir bizə zaman. 
Elə yüngüllük duyuruq bu anlarda, 
Ehtiyacın ya qayğının zülmünə məruz qalsaq da, 
Təbiətə bircə azad baxışımız bəs eləyir
Ehtiras burulğanını,  


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə