Microsoft Word poema+++++. doc


Дцнйа ирадя вя тясяввцр кими



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə23/50
tarix25.11.2017
ölçüsü2,85 Kb.
#12322
1   ...   19   20   21   22   23   24   25   26   ...   50

Дцнйа ирадя вя тясяввцр кими 
 
 
113
                   Biz o vaxt dünyanı belə bilsəydik, 
Uzağa getməzdik o gül bağından.  
Ulduzlar məst olub baxırdı bizə, 
Hərdən bir-birinə göz vururdular. 
Fikrin ürkək-ürkək dönürdü sözə
Söz altdan üzümə söz vururdular. 
Rişə tumurcuqda mürgüləyirdi, 
Yarpaq doğacaqdı gələndə vaxtı. 
Bir səs qulağıma “getmə” deyirdi, 
Mən hardan biləydim kor imiş bəxtim. 
Dilim həyəcandan topuq vururdu, 
Baxışın bir yerdə tutmurdu qərar. 
Eşqim ürəyində evcik qururdu, 
Guya asan imiş ev tikmək qədər. 
Elə xoşbəxt idin o yaz gecəsi, 
Getməyim barədə söz söyləmədim. 
Tutub qulağımı, batırdım səsi, 
Paraşüt adıyla borcu ödədim. 
Uydura bilmişdim son əfsanəni, 
Ürəyim bir sözə məəttəl idi. 
Sənin də gözlərin duymuşdu məni
Elə dindirməmiş yağış səpirdi. 
O gecə çox baxdıq göyə ikimiz, 
Səbəbi naməlum qorxu da çəkdik. 
Allaha o qədər yalvardıq ki, biz, 
Sanki Fərhad
32
 olub dağ dələcəkdik.  
Üşüyüb şərfimi saldın çiyninə, 
Yağış da islatdı səhərə yaxın. 
       Hardansa musiqi ucaldı yenə, 
                                                 
32
 Dahi Azərbaycan şairi N. Gəncəvinin “Xosrov və Şirin” 
poemasında obraz 


Эюйярчин 
 
 
114
Kimsə əsərini çalırdı Baxın.
33
 
Sən də ilhamlanıb üzümə baxdın, 
Məftun eləmişdi musiqi səni. 
O gecə bir ayrı təsir buraxdın, 
Üz-üzə darıxdıq bütün gecəni. 
Yadına gəlirmi o yaz axşamı? 
Mən sizə gəlmişdim, evdə yox idin. 
Anan tez-tələsik yandırıb şamı: 
“İndicə evdəydi, kaş tez gələydin”, 
Söyləyib qapıdan səni səslədi. 
Dükana getmişdin qənd almaq üçün. 
Sonra Napoleonu bir az pislədi. 
Dedi: – Fikir vermə, yorğunam bu gün. 
Vidalaşmaq üçün gəlmişdim sizə
Anan çay gətirdi yandırıb şamı. 
Söylə, nəyə gərək sevgi bu isə? 
Söylə, yadındamı o yaz axşamı? 
                       -=*=- 
Məyus bir müqəddəslik var idi gözlərində  
Mən səndən ayrılanda, 
Diqqətini, mən bilən, monastra çəkirdi.    
Görünür, monastr da cəlb etməmiş fikrini, 
Allaha məhəbbət də ovundurmamış səni. 
Elə isə, yuxuma gəl, yuxuda barı anlat, 
Görüm, nə macəra var, indi sənin başında? 
Zehnimin torpağını bir balaca işıqlat, 
Sənin, mənim yaşımda, axı qurtarmır həyat. 
Yuxuma gəl, yuxudan yatmış hissləri oyat, 
Küskünlükdən köhnəlib tökülür üst-başım da. 
Heç azalmır kədərim, min dəfə çəkəm fəryad, 
                                                 
33
 İ.S. Bax – dahi alman bəstəkarı, orqan ifaçısı 


Дцнйа ирадя вя тясяввцр кими 
 
 
115
Unutmaq çətin olur mənim, sənin yaşında.  
Razıyam, qalib gəldin sən mənə inadınla, 
Daha nə mənası var incit, ya məni danla? 
Yuxuma gəl, tellərinə daraq elə əllərimi, 
Ayağımdan olmasaydım... Qara gəlsin belə bəxti... 
Mən yanına gəlməzdimmi? 
Gəlməzdimmi zəncirlənmiş Prometeysayağı
34
   
bağlanmasam kürsüyə? 
İnsanları sevdiyi üçün cəzalandı o da, mən də. 
Mən səni heç mənada aldatmalı deyildim,  
Sən məni ayaqsız da sevəcəkdin, bilirəm. 
Bizdə tutar qoymadı kor olmuş müharibə, 
Zalımlar kor olsun ki, son qoymurlar bu hərbə. 
Mən Vətənin naminə canımdan keçir ikən
Onlar var-dövlət üçün qılıncdan keçirirlər. 
“Tarixi şəxsiyyətlər” sözünü işlədirlər, mənasını 
bilmədən, 
Qan töküb ev yıxandan, əldə şəmşir tutandan  
şəxsiyyət ola bilməz. 
Şəxsiyyət iradənin üzərindən adlayıb  
təzahür dünyasının fövqünə yüksəlməkdir. 
Nə öldürmək, nə ölməkdir.  
Ad-san üçün yarışmışlar, qılınc ilə danışmışlar,  
siyasətə qarışmışlar, olsa-olsa, tanınmışlar 
fərddən bir ayrı fərddir. 
Fərd olmamaq ideyanı dərk etməkdir, yəni yenə 
yüksəlməkdir. 
Dinlər ayrı-ayrı, məzhəblər yüz-yüz,  
Amma Allahımız birdir, deyirlər. 
            Bəs dinlərarası ayrıseçkilik, 
                                                 
34
 H. Exhil, “Zəncirlənmiş Prometey”  


Эюйярчин 
 
 
116
məzhəblərarası fikriazdırma Allaha sevgidənmi?   
Allahı sevəni sevməmək olar? 
İnsan insanı sevməsə, Allaha sevgisini  
necə hiss etmək olar? 
Dinlər bir-birinə qarşı qoyulur, 
Məzhəblərarası soyuqluq çoxalan şiddətlə duyulur, 
Günahlar kilsədə, məsciddə göz yaşları ilə yuyulur, 
Qan ilə yox, yuyulmur. 
Qan tökülən bir yerdə Allah adı duyulmur, 
Dinlər Allaha sevgidən üz-üzə qoyulmur.   
İmana xəyanətdir dinlərarası savaş, 
Kimin başına düşər, kor bilməz, atdığı daş. 
Anadan kor doğulsa, insan xətəri olmaz, 
Fəhmi, zehni kor olsa, daim təhlükəsi var. 
İnsanın bir məqsədi və birinci məqsədi,  
mənim fikrimə görə, 
Heç kim heç kimə gərək heç vaxt zərər verməyə. 
İnsanlığın ilkin şərti ədalətli olmaqdır! 
Bu şərt ana südündə, ata nəsihətində övlada verilməli, 
Hər kəs hər vaxt özünü zərərsiz hiss etməli.   
Göz verilir görməyə, 
Söz verilir deməyə, 
Haqq verilmir haqqa girməyə. 
                          -=*=- 
Günəşmi yoxa çıxmış, yoxsa mən kor olmuşam? 
Qaranlıq sərhəd kimi bürüyübdür çevrəmi, 
Adlarını əzbərdən bildiyim heç nə görünmür. 
Fikrim gündəlik yaşantıların ardınca sürünmür. 
Gözlərimi yumub baxıram. 
Qaranlıqdan o tərəfdə tutqunlaşmamış zolaq var, 
Zolağın mərkəzində rüşeym dolu sabah. 
Zolaq göy qurşağı kimi zolaq-zolaq. 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə