Microsoft Word muxtar naz m docx



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə23/28
tarix01.04.2018
ölçüsü0,71 Mb.
#35671
1   ...   20   21   22   23   24   25   26   27   28

69 

 

Yaponiyada bu rəqəm 2%, Avropa   ttifaqında isə 10 %-dən çox deyil 



Avrozonada  başlayan  böhran  vergi  daxilolmalarının  artırılmasına  tələbat 

yaratdıqdan sonra A  ofşor yurisdiksiyaları haqda tədbir görməyə başladı. Avropada 

vergilərdən  yayınmalarla  mübarizə  üzrə  ümumavropa  sistemi  yaradıldı.Nəticədə 

taliya ofşorlardan 10 mlrd dollardan artıq,  sveç 6 mlrd,Almaniya 4 mlrd,Fransa isə 

1 mlrd vəsaitin qaytarılmasına nail oldu. 

Çin  və  Yaponiya  da  ofşor  yurisdiksiyalardan  istifadə  edirlər.  Çin  ofşorlardan 

sərt  dövlət  nəzarəti  altında  öz  xarici  invastisiyaları  üçün  istifadə  edir.  Yaponiya 

aktivlərin  alınması  və  xaricdə  valyuta  əməliyyatlarının  aparılması  üçün  kapitalın 

ofşor  zonalara  axmasına  mane  olmur,  amma  oradan  kapitalın  gəlməsini 

məhdudlaşdırır.  Çinə  qərb  investisiyalarının    əsas  hissəsi  Qonkonq  və  Sinqapurun 

ofşorları vasitəsi ilə daxil olur.  

2003-2013-cü illərdə Rusiyanın tədiyə balansında şübhəli əməliyyatların həcmi 

276 mlrd dollar təşkil edib. Bu məbləğə tədiyə balansındakı “səhvlər və buraxılışlar” 

maddəsini  dəəlavə  etdikdə  350  mlrd  dollar  və  ya  rəsmi  qızıl-  valyuta  ehtiyatlarının 

həcminin  60-70%-nə  bərabər  bir  rəqəm  alınır.  Bu  gün  Rusiyanın  yanacaq  –

energetika,  rabitə  və  nəqliyyat  infrastrukturunun  strateji  müəssisələrinin  çoxunun 

aktivləri  ofşor  zonalara  köçürülüb  ki,  bu  da  milli  təhlükəsizlik  üçün  çox  ciddi 

təhdiddir. 

Rusiya aktivlərinin dünya fond bazarlarında satışı üzrə sövdələşmələrin 80% -ə 

qədəri  ofşor  şirkətlər  tərəfindən  həyata  keçirilir.Boston  Consalting  Group 

ekspertlərinin  qiymətləndirmələrinə  görə  rusiya  oliqarxlarının  aktivlərinin  təqribən 

38%-i  ofşorlarda  yerləşir,  halbuki  amerikalılar    və  yaponiyalılarda  bu  rəqəm  2-3% 

təşkil  edir.  Ofşor  biznes  və  onu  müşayiət  edən  korrupsiyanın  Rusiya  iqtisadiyyatı 

üçün  təhlükələrini  nəzərə  alaraq  burada  ölkənin  suvereniteti  və  milli  təhlükəsizliyi 

üçün cavabdeh olan yüksək dərəcəli məmurların Rusiyadan kənarda xarici banklarda 

hesabının olması qadağan olunub. Bu qaydanı pozanlar üçün 10 mln rubl cərimə və 

ya  gələcəkdə  dövlət  vəzifəsi  tutmaq  qadağan  olunmaqla  5  ilə  qədər  azadlıqdan 

məhrum etmə cəzası nəzərdə tutulur. 

 

 



70 

 

3.2. Azərbaycanda ofşor biznesin yaradılması və inkişaf perspektivləri 



 

Azad iqtisadi zonaların bir növü olan ofşor zonaların yaradılması Azərbaycan 

üçün  də  əhəmiyyətli  olardı.  Ümumiyyətlə  Azərbaycanda  azad  iqtisadi  zonaların  

yaradılması üzrə iş 1994-cü ildə BMT-nin inkişaf proqramı ilə başlanmış, lakin 1999-

cu ildə bir sıra səbəblər üzündən dayandırılmışdır. Həmin illərdə Sumqayıt şəhərində 

Azad 


iqtisadi 

zonaların 

yaradılması 

layihəsinə 

BMT-nin 

Azərbaycan 

Respublikasındakı nümayəndəsi Pablo Lembo başçılıq etmişdir. Sumqayıt şəhərində 

yaradılması nəzərdə tutulan iqtisadi zona mühüm spesifik xüsusiyyət daşıdığından və 

respublikamızda Azad  qtisadi Zona quruculuğunun mərkəzi obyektinə çevrildikdən 

onun  səciyyəvi  cəhətlərinin  araşdırılması  məqsədəuyğun  olardı.  Təəssüflə  qeyd 

olunmalıdır  ki,  Sumqayıtda  yaradılması  nəzərdə  tutulan    Azad  iqtisadi  zona 

konsepsiyasının səmərəliliyi kompleks şəkildə tədqiqatdan keçirilməmişdir. BMT-nin 

Sənaye  nkişafı  Təşkilatının  (UN DO)  xəttilə  Sumqayıt  Azad  iqtisadi  zonasının 

yaradılması  üçün  müəyyən  tədqiqatlar  aparılmışdır.  Onun  əhəmiyyətini  heç  də 

azaltmaq fikrində deyilik. Lakin bu tədqiqatların özündə də müəyyən qaranlıq qalan 

məqamlar  olmuşdur.  Müvafiq  zonanın  adının  tez-tez  dəyişməsi,  onun  Sumqayıt 

ixracat zonası və ya Sumqayıt xüsusi zonası kimi adlandırılması buna əyani sübutdur. 

Digər tərəfdən, Sumqayıt Azad  qtisadi Zonasının yaradılmasının ümumi layihəsi və 

proqramı  geniş  ictimaiyyətə  tam  şəkildə  çatdırılmamışdır.  Sumqayıt  Azad  iqtisadi 

zonasının  yaradılmasının  başlıca  vəzifəsi  şəhərin  əsas  aparıcı  istehsal  sahələrinin 

dirçəldilməsi  və  müasir  tələblərə  cavab  verən  səviyyəyə  çatdırılması,  əhalinin 

məşğulluq  səviyyəsinin  yüksəldilməsi,  ekoloji  mühitin  sağlamlaşdırılması,  şəhərin 

elmi-texniki potensialından maksimum istifadə edilməsi problemlərinə yönəlmişdir.  

Azərbaycan  Respublikasında  da  müvafiq  zonaların  yaradılması  zəruriliyini 

ə

saslandırmaq olar. Bu əsaslandırma aşağıdakıları əhatə edir: 



- Azad iqtisadi zonanın təşkili inzibati nöqteyi-nəzərdə zəhmətli iş olduğundan 

onların  istismarı  ilə  ya  xüsusi  olaraq  hökumət  tərəfindən  yaradılmış  inzibati 

strukturlar, yaxud dövlət şirkətləri məşğul olmalıdırlar. 

-  inkişaf  etməkdə  olan  ölkələrin  ixrac  istehsal  zonalarının  yaradılması 




71 

 

təcrübəsi, həmin ölkələrin inkişafında mühüm rol oynayır və bu meyl respublikamız 



üçün də məqbul sayılır. 

-  Azad  iqtisadi  zonanın  müvəffəqiyyəti  dövlətin  dəstəyindən  və  ən  yüksək 

səviyyəli idarəetmədən asılıdır və işdə dövlət resursları kifayətedicidir. 

-  daha  yaxşı  idarəetmə  məqsədilə  ölkənin  müəyyən  zonaların  inkişafı  üzrə 

səhmdar cəmiyyətlərin yaradılmasında Azad iqtisadi zonalar əhəmiyyətli olacaqdır. 

-  ölkənin  daxili  bazarını  yüksək  keyfiyyətli  mallar,  ilk  növbədə  idxalı  əvəz 

edən  mallarla  zənginləşdirməkdə  azad  iqtisadi  zonaların  yaradılması  müvəffəq 

nəticələr verəcəkdir. 

 

- Ofşor mərkəzlər Marşal planından sonra meydana gəlmişdir. ABŞ dövləti bir 



çox  əmtəələr  üzrə  avropalı  sənayeçilərə  sifarişlər  verərək  dollar  ifadəsində  həmin 

məhsulları almışdır. Eyni zamanda bu sferanı təmsil edən müəssisələr əvəzsiz olaraq 

borc  və  subsidiyalar  əldə  etmişlər.  Müasir  dövrdə  ofşor  termini  kontinental  şelfdə 

neft-qaz hasilatında da geniş istifadə olunur. Xəzərin Azərbaycan sektorunda “Əsrin 

müqaviləsi” çərçivəsində hasilat və işləmələri həyata keçirən Azərbaycan Beynəlxalq 

Ə

məliyyat  Şirkəti  də  ofşor  təyinatlı  orqandır.  Onun  ofşorluğunu  təkcə 



Azərbaycandan aldığı imtiyazlar deyil, həm də bir şirkət olaraq azad iqtisadi zonadan 

qeydiyyatdan keçməsidir.  

 

Azərbaycanda  belə  zonaların  yaradılması  üçün  real  imkanlar  vardır.  Bunlar 



aşağıdakılardır: 

 

1.  Azərbaycan  əlverişli  coğrafi-nəqliyyat  mövqeyi  ilə  yanaşı  inkişaf  etmiş 



beynəlxalq  əhəmiyyətli  nəqliyyat  şəbəkəsinə  də  malikdir  ki,  bu  da  xariclə  intensiv 

ə

laqələr saxlamağa imkan yaradır. 



 

2.  Azərbaycan  bütövlükdə,  onun  bir  çox  bölgələri  isə  ayrılıqda  güclü  təbii-

iqtisadi  potensiala  malikdir:  zəngin  xammal  ehtiyatlarına,  əlverişli  təbii-iqlim 

şə

raitinə, məhsuldar torpaq sahələrinə, bol və ucuz işçi qüvvəsinə və s. 



 

3.  Azərbaycanın  bir  sıra  bölgələrində  müasir  texniki-iqtisadi  bazaya  malik 

sənaye müəssisələri, istehsal sahələri və infrastruktur obyektləri mövcuddur. 

 

4.  Azərbaycanda  bir  çox  sahələr  üzrə  güclü  elmi  potensial  və  ixtisaslı  kadr 



ehtiyatı mövcuddur. 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə