Microsoft Word muxtar naz m docx



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə24/28
tarix01.04.2018
ölçüsü0,71 Mb.
#35671
1   ...   20   21   22   23   24   25   26   27   28

72 

 

 



5.  Ölkədə  bazar  münasibətlərinə  keçidlə  əlaqədar  olaraq  aparılan  islahatlar 

nəticəsində  (mülkiyyətin  özəlləşdirilməsi,  qiymətin  sərbəstləşdirilməsi,  bazar 

infrastrukturunun  yaradılması  və  s.)  beynəlxalq  biznesin  tələblərinə  cavab  verən 

təsərrüfatçılıq mühitinin yaradılması istiqamətində real işlər görülür.  

 

6.  Ölkədə  xarici  investisiyaların  cəlb  olunması  və  onun  mühafizəsi  haqqında, 



xarici iqtisadi  əlaqələrin liberallaşdırılması  və  inkişafı haqqında  və  s. bu  kimi  digər 

hüquqi-normativ aktların qəbul olunması və onların həyata keçirilməsi üçün təşkilati 

idarəetmə işləri görülüb. 

 

7.  Ölkədə  artıq  xarici  işgüzar  dairələrlə  birgə  təsərrüfatçılıq  fəaliyyəti  ilə 



məşğul olmaq və digər əməkdaşlıq etmək təcrübəsi mövcuddur. 

 

Aparılan  tədqiqatlar  göstərir  ki,  Azərbaycanda  azad  iqtisadi  zonaların  və  bu 



zonaların xüsusi növü olan ofşor zonaların  yaradılması xarici işgüzar dairələrlə birgə 

təsərrüfatçılıq  fəaliyyətinin  gücləndirilməsi,  ölkə  iqtisadiyyatına  müasir  texnika  və 

texnologiyanın  cəlb  olunması  və  mütərəqqi  idarəedicilik  təcrübəsinin  gətirilməsi 

məqsədi  güdməli  və  onların  fəaliyyəti  ölkə  və  ölkədaxili  bölgələr  qarşısında  duran 

aşağıdakı sosial-iqtisadi problemlərin həllinə yönəldilməlidir: 

- məhsuldar qüvvələrin inkişaf etdirilməsi, istehsalın düzgün ixtisaslaşdırılması və 

mütərəqqi  təsərrüfatçılıq  formalarının  tətbiqi  hesabına  yerli  ehtiyatlardan  və 

potensial  imkanlardan  mümkün  qədər  tam  və  səmərəli  istifadə  olunması  və  bu 

ə

sasda  zona  yaradılan  bölgələrin  kompleks  inkişafının  təmin  olunması  sosial-



iqtisadi  vəziyyətin  artımının  təmin  olunması,  əhalinin  həyat  səviyyəsinin 

yüksəldilməsi və s. 

  - ixrac potensialının inkişaf etdirilməsi və valyuta gəlirləri; 

  -daxili  bazarın  rəqabətqabiliyyətli  mal  və  xidmətlərlə  təminatının 

yaxşılaşdırılması; 

  -  ETT-nin  nailiyyətlərinin  istehsala  tətbiqinin  sürətləndirilməsi  və  sonradan 

onun  nəticələrinin  istifadə  olunmaq  üçün  ölkənin  digər  bölgələrinə  və  xaricə 

ötürülməsi; 

  -  azad  iqtisadi  zonaların  milli  iqtisadiyyatla  dünya  təsərrüfat  sistemi  arasında 

“birbaşa əlaqə” yaratmaq imkanından istifadə etməklə ölkə iqtisadiyyatının dünya 




73 

 

təsərrüfat  sisteminə  səmərəli  şəkildə  inteqrasiya  olunmasının  sürətləndirilməsi  və 



bu  əsasla  onun  BƏƏ-də  malik  olduğu  üstünlüklərdən  daha  səmərəli  istifadə 

olunması üçün şəraitin yaradılması. 

  -  müasir  dövrün  tələblərinə  cavab  verən  infrastrukturun  (istehsal  və  sosial) 

yaradılması; 

  -  lokal  səviyyədə  yeni  təsərrüfatçılıq  formalarının  müxtəlif  variantlarının 

sınaqdan  keçirilməsi  və  əldə  olunmuş  müsbət  nəticələrdən  ölkənin  digər 

bölgələrində də istifadə edilməsi; 

  - yerli kadrların (fəhlə və mütəxəssislərin) sərbəst iqtisadi zonalarda xaricilərlə 

birgə fəaliyyəti onların beynəlxalq biznesin təşkilinin müasir üsulları və qaydaları 

ilə  birbaşa  tanış  olmalarına,  bunları  mənimsəmələrinə  şərait  yaradır  ki,  bu  da 

qazanılmış  təcrübənin  ölkənin  zonadan  kənar  ərazisində  də  istifadə  olunmasına 

imkan verir; 

  - zona yaradılan bölgədə və eləcə də onun hüdudlarından kənarda ölkə əhalisinin 

məşğulluq səviyyəsinin yüksəldilməsi və s. 

Tədqiqatlar göstərir ki, bu imkanların gerçəkləşməsi bir sıra zəruri tədbirlərin 

həyata keçirilməsini tələb edir: 

 

- ilk növbədə azad iqtisadi zonaların yaradılması və fəaliyyəti üçün zəruri olan 



hüquqi normativ aktlar hazırlanıb qəbul olunmalı və bununla əlaqədar mövcud olan 

digər hüquqi-normativ aktlarda müvafiq dəyişikliklər aparılmalıdır; 

 

-  lazımi təşkilati-idarəetmə məsələləri həll olunmalıdır; 



 

-  yaradılacaq  zonaların  sosial-iqtisadi  və  texniki-iqtisadi  əsaslandırılması 

aparılmalıdır; 

 

-  azad iqtisadi zona yaradılması nəzərdə tutulan bölgələrdə və bütövlükdə ilkin 



hazırlıq işləri görülməlidir (istehsal və sosil infrastruktur  inkişaf etdirilməli, müasir 

idarəetmə təcrübəsi toplanmalı, xarici kapitalın cəlb olunmasını sürətləndirmək üçün 

müvafiq tədbirlər görülməli və s.). 

 

Bununla  belə  qeyd  olunmalıdır  ki,  Azərbaycanda  azad  iqtisadi  zonaların 



yaradılması  perspektivində  inteqrasiyanın,  xarici  iqtisadi  əlaqələrin  dərinləşməsi 

sürətəndirilməli,  qtisadi  Əməkdaşlıq  və  nkişaf  Təşkilatı,  Ümumdünya  Ticarət 




74 

 

Təşkilatı, digər bu kimi beynəlxalq strukturlara və son hədəf olaraq Avropa  ttifaqına 



inteqrasiya reallığa çevrilməlidir. 

Azərbaycanda azad ticarət zonalarının yaradılmasının əsas istiqamətlərindən biri 

belə  zonaların  Dağıstan  Respublikası  RF  sərhəddində  formalaşdırılması  və  inkişafı 

hesab  edilir.  Artıq  bunun  üçün  müəyyən  zəminlər  də  vardır.  Belə  ki,  2001-ci  ildən 

etibarən  Dağıstanda  “Dağıstan”  azad  iqtisadi  zonası,  həmçinin  Rusiyanın  cənub 

bölgələrində “Şimali Qafqaz” assosiasiyası fəaliyyət göstərir. Bu ərazidə azad ticarət 

zonasının  yaradılması  sərhədyanı  ticarətin  artmasına,  hər  iki  ölkənin  daxili 

rayonlarının  iqtisadiyyatının  canlandırılması  və  inkişafına  yardım  edə  bilər.  Yeni 

müəssisələrin  tikintisi,  yeni  texnologiyanın  və  istehsal  üsulunun  tətbiqi, 

infrastrukturun  yaradılması  və  möhkəmləndirilməsi,  təhsilin  səviyyəsinin,  əhalinin 

məşğulluğunun  və  ixtisasının  artırılması  yerli  əhalinin  həyat  səviyyəsinin 

yüksəldilməsinə və regionda sabitliyin yaranmasına gətirib çıxaracaqdır. Azərbaycan 

hər  zaman  Rusiya  Federasiyası  ilə  qarşılıqlı  fayda  əsasında  hərtərəfli  hərtərəfli 

ə

laqələrin inkişaf etdirilməsinə böyük önəm vermişdir. Tarixi sərhədlərə malik olan 2 



ölkə  arasında  iqtisadi,  elmi-texniki  və  mədəni  potensialın  reallaşdırılması  əsas 

məqsədlərdən hesab edilir. Son zamanlar Azərbaycan və Rusiya arasında iqtisadi və 

siyasi əlaqələrin genişləndirilməsi buna sübut ola bilər. Yaxın qonşumuz olan Rusiya 

nəhəng  daxili  bazara  malik  bir  ölkədir.  Məhz  buna  görə  ikitərəfli  əlaqələrin 

dərinləşdirilməsi labüddür ki, bu da sonda ticarət-iqtisadi 

ə

laqələrin  inkişafında  özünü  büruzə  verəcəkdir.  Azərbaycan  və  Dağıstan  arasında 



ticari-iqtisadi münasibətlər regional əməkdaşlıqda xüsusi yer tutmalıdır. 

 

ki  qonşu  ölkə  sərhəddində  azad  ticarət  zonasının  yaradılmasının  faydalılığı 



kimi  sərhədyanı  rayonlarda  və  ölkəmizin  bəzi  şəhərlərində  Dağıstan  xalqının  əsas 

millətlərindən olan çoxlu sayda ləzgilərin yaşaması faktıdır. Bu cür vəziyyətə Quba, 

Xaçmaz, Dəvəçi, Nabran, Xudat və s. ərazilərdə rast gəlmək olar. Bunun qarşılığında 

da  Dağıstan  tərəfdə  azərbaycanlılar  yaşamaqdadırlar.  Çin  kimi  ölkənin  təcrübəsi 

göstərir  ki,  orada  azad  iqtisadi  zonaların  inkişafında  başlıca  rolu  çin  milliyətinə 

mənsub  investorlar  və  onların  kapitalı  oynamışdır.  Digər  tərəfdən  isə  yaddan 

çıxarmaq olmaz ki, həm Dağıstanda, həm də bizim respublikada əhalinin çoxu islam 



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə