Microsoft Word muxtar naz m docx



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə21/28
tarix01.04.2018
ölçüsü0,71 Mb.
#35671
1   ...   17   18   19   20   21   22   23   24   ...   28

62 

 

registrinin  bir  hissəsi  olması  ilə  əlaqədar  olaraq  bəzi  əlavə  imkanlar  verir.  Men 



adasında  qeydiyyatdan  keçmiş  gəmilər  eyni  zamanda  Böуüк  Bгitaniya  və  Şimali 

rlandiya  asılı  olmayan  hüquqda  (səlahiyyətində  olmadan)  qalaraq,  Britaniyanın 

bayrağı altında üzürlər. Müvafiq olaraq Britaniya gəmiləri və ya başqa bayraq altında 

üzən  gəmilər  üçün  adanın  gəmi  registrinə  daxil  edilməsi  prosedurları  müxtəlifdir. 

Britaniya  gəmiləri  üçün  sadələşdirilmiş  prosedurlar  həyata  keçirilir.  Men  adasında 

gəmilərin  qeydiyyatdan  keçirilməsinin  mühüm  üstünlüyü  ondan  ibarətdir  ki, 

qeydiyyat  zamanı  onlardan  illik  yığım  tutulmur.  Gəminin  birinci  qeydiyyatı  və  ya 

xarici registrdən köçürülməsi zamanı tonnajdan asılı dərəcələr üzrə birdəfəlik yığım 

tutulur. 

Men adasında qeydiyyatdan keçmiş gəmi sahibləri və istifadəçilərinin şirkətləri 

gəlirlərə  görə  vergilərdən  avtomatik  olaraq  azad  edilmir.  Şirkət  vergilərdən  azad 

olmaq  istədiyi  halda  azad  edilmək  statusu  almaq  üçün  müraciət  etməlidir.  Azad 

edilmiş  şirkətlərdən  250  funt  sterlinq  məbləğində  illik  yığım  tutulur.  Qeyd  etmək 

lazımdır  ki,  Men  adasında  ayrıca  korporativ  vergi  mövcud  deyil.  Korporasiyaların 

gəlirlərinə  vergiqoyma  1970-ci  ildə  qəbul  edilmiş  gəlirdən  vergi  haqqında  qanun 

çərçivəsində  və  qüvvədə  olan  bir  sıra  dəyişiklik  və  əlavələrin  nəzərə  alınması  ilə 

həyata keçirilir. Gəlirdən vergi haqqında qüvvədə olan qanunvericiliyə daha mühüm 

dəyişikliklər  1984-cü  ildə  edilmişdir.  Belə  ki,  azad  edilmiş  şirkətlər  üçün  gəlirdən 

vergi də həmin qanuna daxil edilmişdir. 

 

 



 

 



63 

 

 



FƏS L III. AZƏRBAYCANDA OFŞOR B ZNES N FORMALAŞMASI VƏ 

NK ŞAF PROBLEMLƏR  

 

3.1. Ölkənin iqtisadi ikişafında ofşor biznesin yeri 

 

Ötən əsrin 90-cı illərindən başlayaraq dünya iqtisadiyyatında ofşor biznesin rolu 



kəskin artmağa başladı və bu gün ofşor biznesin dünya iqtisadiyyatındakı rolunu bu 

biznesin dünya sərvətlərindəki payına görə qiymətləndirmək olar. 2010-cu ildə ofşor 

zonalarda  yerləşən  maliyyə  qurumlarının  idarəçiliyi  altında  olan  aktivlərin  ümumi 

həcmi 7,8 trln dollar, başqa sözlə 121,8 trln dollar həcmində qiymətləndirilən dünya 

sərvətlərinin 6,4%-ni təşkil etmişdir.  

Ofşor  biznesin  ölkələrin  iqtisadiyyatına  təsirləri  ziddiyyətli  xarakter  daşıyır. 

Belə  ki,  ofşor  zonaların  yerləşdiyi  ölkələr  üçün  bu  əhəmiyyətli  və  bir  çox  hallarda 

ə

sas  gəlir  mənbəyi  olsa  da  vəsaitləri  bu  zonalara  çıxarılan  ölkələr  üçün  müsbət 



cəhətləri ilə yanaşı mənfi nəticələrə də səbəb olur. 

Dünya  təcrübəsi  göstərir ki, ofşor  zonaların ölkə  iqtisadiyyatı üçün  əhəmiyyəti 

həm  ənənəvi,  həm  də  yeni,  indiyə  qədər  rast  gəlinməmiş  sosial-iqtisadi  vəzifələrin 

yerinə yetirilməsi ilə əlaqədardır. 

Ofşor  zonaların  yaradılmasının  ölkəyə  müsbət  təsirlərinə  aşağıdakıları 

göstərmək mümkündür: 

-

  Ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiya olunması dərəcəsinin 



yüksəlməsi, 

-

  Ölkə  iqtisadiyyatına  xarici  investisiyaların  cəlb  edilməsi  effektivliyinin 



artması. 

Statistikaya  görə  2013-cü  ildə  ofşor  şirkətlərin  fəaliyyəti  nəticəsində  qəbul 

edən ölkələrin iqtisadiyyatına qoyulan xarici investisiyaların həcmi cədvəldə 

göstərilən kimi olmuşdur: 

 

 



64 

 

     Cədvəl 7. Bir sıra ofşor biznes mərkəzlərində qoyulmuş xarici investisiyalar 



Ölkə 

2013-cü 

ildə 

 

qoyulmuş 

xarici 

investisiyalar, min ABŞ doll. 

Baham adaları 

25647 

Beliz 


1245 

Britaniya adaları 

75467 

Böyük Britaniya 



56897 

Cəbəlüttariq 

3258 

Dominikan 



4587 

Kipr 


325496 

Mavrikiya 

6987 

Men adası 



15678 

Panama 


45698 

Seyşel adaları 

6789 

Sent Kits və Nevil 



21346 

ABŞ (Delaver) 

12493 

 

-



  Qəbul edən ölkənin ixrac potensialının artırılması, 

-

  Yerli şirkətləri tədricən nəzarət olunan rəqabət mühitinə cəlb etməklə onları 



texniki və texnoloji səviyyələrini yüksəltməyə sövq etmək, 

-

  Məşğulluğun səviyyəsinin yüksəldilməsi, 



-

  Əvvəlcə  ayrılıqda  götürülmüş  regionda,  sonra  isə  bütün  ölkə  miqyasında 

ə

halinin həyat səviyyəsinin yüksəldilməsi, 



-

  Ofşor  zonaların  müxtəlif  bazar  yeniliklərinin  sınaqdan  keçirilməsi  üçün 

poliqon, tədqiqat laboratoriyası  funksiyasını yerinə yetirmək imkanı, 

-

  Ofşor zonanın ölkədə struktur yenidənqurmalarının mənbəyi olmaq imkanı. 



Bu  zonalar  nümayiş  və  tədris  effekti  vasitəsi  ilə  qəbul  edən  ölkənin 

iqtisadiyyatına modernləşdirici təsir göstərir, 

-

  Qapalı iqtisadiyyatdan daha açıq iqtisadiyyata keçid, 



-

  Ölkənin innovasiya potensialının yüksəldilməsi. 




65 

 

Ölkənin  innovasiya  potensialının  yüksəldilməsi  burada  “artım  mərkəzləri”, 



“inkişaf mərkəzləri”nin yaradılması hesabına reallaşdırılır. 

Ofşor  zonaların  dünya  iqtisadiyyatı  üçün  müsbət  təsirlərindən  biri  də  bütün 

dünya  üzrə  kapitalın  sərbəst  hərəkəti  üçün  imkan  yaratmasındadır,  belə  ki,  bəzi 

ölkələrin qanunvericiliyi buna imkan vermir. 

Ofşor  zonalar  kapitalın  beynəlxalq  hərəkəti  zamanı  itkilərin  minimallaşmasını 

təmin  edir.Eyni  zamanda  maliyyə  axınlarının  sürətlənməsi  təmin  olunur.Maliyyə 

ə

məliyyatları haqda məlumat verilməsi tələbinin olmaması böyük miqdarda kapitalın 



müxtəlif ölkələrə köçürülməsini sürətləndirir. 

Ofşor  zonaların  əksəriyyəti  normal  inkişaf  üçün  yararsız  müxtəlif  amillərin 

mövcud olduğu kiçik ölkələdə yerləşir.Bu amillərə uzaqlıq,təbii resursların olmaması, 

ə

halinin  sayının  az  olması,yararsız  təbii  şərait,  öz  sənayesinin  olmaması  və  ya  çox 



zəif inkişafı kimi amilləri göstərmək olar. 

Xarici şirkətlər üçün güzəştli şərtlərin tətbiqi ölkəyə investisiyaları cəlb etməyə 

imkan  verir  ki,  bu  da  öz  növbəsində  sənayeni  inkişaf  etdirməklə  yanaşı  bir  sıra 

hallarda  əhalinin  sayını  artırmağa,  ixtisaslı  kadrları  ölkəyə  cəlb  etməyə  imkan 

yaradır. 

Bəzi  ölkələrdə  ofşor  biznes  ölkənin  gəlirlərinin  yarıdan  çoxunu  təmin  etməklə 

bərabər ölkə əhalisinin əsas hissəsini işlə təmin edir. 

Ofşor  zonalar  bu  ərazilərdən  istifadə  edən  təsərrüfat  subyektlərinə  aşağıdakı 

üstünlükləri verir: vergi güzəştləri, azad fəaliyyət, praktiki olaraq valyuta nəzarətinin 

olmaması, rezidentlərlə istənilən xarici valyuta ilə əməliyyatların aparılması imkanı, 

xərclərin  elə  yerindəcə  silinməsi,  maliyyə  əməliyyatlarının  anonimliyi  və  məxfiliyi 

(narkobizneslə  əlaqəli  və  ya  digər  şübhəli  əməliyyatlar  zamanı  dövlət  orqanlarına 

izahat  verilməsi  tələb  olunur).  Bu  zaman  zonanın  daxili  borc  kapitalı  bazarı 

rezidentlərin hesablarından təcrid edilir.   ş orasındadır ki, ofşorların klassik forması, 

bu  zonada  yalnız  qeyri-rezidentlərin  təsərrüfat  və  maliyyə  fəaliyyəti  ilə  məşğul 

olmasını özündə əks etdirir.  

Öz  növbəsində  vergi  güzəştləri  müxtəlif  variantlarda  tətbiq  edilir.  rlandiya  və 

Liberiyanın ofşor zonalarında vergilər tutulmur.  sveçrədə isə vergilər tutulsa da, bu 




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə