Microsoft Word muxtar naz m docx



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə20/28
tarix01.04.2018
ölçüsü0,71 Mb.
#35671
1   ...   16   17   18   19   20   21   22   23   ...   28

59 

 

tərkibinin  və  ekipajın  əmək  haqqına  gəlirdən  vergi  tutulmur;  gəmilərin  satışı  və  ya 



gəmilərin girov verilməsi üçün dövlət rüsumları ləğv edilmişdir. 

Gəmiçilik şirkətləri üçün mühüm güzəşt bu şirkətlərin sosial sığorta və təminat 

fonduna  üzvlük  haqlarının  ödənilməsindən  azad  edilməsidir.  Rəsmi  olaraq  belə  bir 

tələb müəyyən edilmişdir ki, Kiprdə qeydiyyatdan keçmiş gəminin üzvlərindən 15%-i 

ölkənin  rezidentləri  olmalıdır,  lakin  praktikada  bu  tələb  tətbiq  olunmur.  Ekipajın 

üzvləri  istənilən  ölkənin  vətəndaşları  və  rezidentləri  ola  bilər.  Əsas  tələb  onların 

səlahiyyətlərinin  Kiprin  hakimiyyət  orqanları  tərəfindən  qəbul  edilən  attestatlarla 

təsdiqidir. Attestatları qəbul edilən (tanınan) ölkələr sırasında aşağıdakıları göstərmək 

olar:  Argentina,  Avstraliya,  Bolqarıstan,  Yunanıstan,  Honkonq,  Danimarka,  Misir, 

Hindistan,  slandiya,  ndoneziya,  srail,  rlandiya  spaniya,  taliya,  Kanada,  Çin, 

Kuba,  Liberiya,  Livan,  Malayziya,  Niderland,  Yeni  Zelandiya,  Norveç,  Pakistan, 

Polşa, Portuqaliya, Rusiya, Rumıniya, Sinqapur, Böyük Britaniya və Şimali  rlandiya 

Birləşmiş  Krallığı,  ABŞ,  Türkiyə,  Finlandiya,  Fransa,  Filippin,  sveç,  Serbiya, 

Cənubi  Koreya,  Yaponiya  və  s.  ekipaj  üzvü  kimi  Kiprin  qeyri-  rezidentlərindən 

istifadə üçün şirkət hər ay 1 Kipr funtu məbləğində yığım ödəyir. 

Bermud  adaları  dünyanın  qədim  ofşor  mərkəzlərindən  biridir.  Gəmilərin 

tonnajına  görə  Bermud  gəmi  registri  qeydiyyatı  dünyada  dövrdüncü  yeri  tutur,  bu 

zaman qeydiyyatdan keçən gəmilərin sayı sabit olaraq artmaqda davam edir. 

Gəmiçilik  sahəsində  Bermud  adalarının  xüsusiyyəti  ondan  ibarətdir  ki, 

qanunvericilik bu sahənin müəssisələri üçün hər hansı xüsusi forma müəyyən etmir. 

Bermud  adaları  klassik  ofşor  mərkəzdir  -  burada  nə  rezidentlər,  nə  də  qeyri-

rezidentlər üçün heç vaxt gəlirlərə vergi tətbiq edilməmişdir. Gəlirlərə vergi əvəzinə 

müxtəlif  növ  hökumət  və  başqa  yığımlar  mövcuddur.  Yığımlar  qeydiyyat  və  hər  il 

tutulanlara  bölünür.  Azad  edilmiş  şirkətin  qeydiyyatı  zamanı  100  Bermud  dolları 

ölçüsündə  hökumət  yığımı  tutulur,  illik  hökumət  yığımları  isə  şirkətin  aktivlərinin 

həcmindən  asılı  olaraq  1600-dən  8000  Bermud  dollarına  qədər  təşkil  edir.  Şirkətin 

minimal nizamnamə kapitalı 12000 Bermud dolları təşkil etməlidir. 

Sərt məbləğdə müəyyən edilmiş yığım dərəcələri aşağıdakı cədvəldə verilmişdir. 




60 

 

Cədvəl  6.  Bermud  adalarında  azad  edilmiş  şirkətlərdən  illik  yığım  dərəcələri 



(Bermud dolları ilə) 

Kapital 

llik yığımın məbləğ

12 000 


1600 

12 000-dən 120 000-ə qədər 

3200 

120 000-dən 1 200 000-ə qədər 



4800 

1 200 000-dən 12 000 000-ə qədər 

6400 

12 000 000 və ondan yuxarı 



8000 

Bегmud  adalarında  müvafiq  müəssisənin  qeydiyyatının  bir  sıra  cəlbedici 

tərəfləri, eləcə də Bегmud azad edilmiş şirkətinin müəyyən potensial təsisçiləri üçün 

bir  sıra  nöqsanları  da  vardır  ki,  buna  Bermud  adalarının  daha  nüfüzlu  və  nisbətən 

bahalı  ofşor  mərkəzlərdən  biri  olmasını  misal  göstərmək  olar.  Hökumətin  siyasəti 

dinamik  inkişaf  edən  maliyyə  mərkəzinin  nüfuzunu  maksimum  dərəcədə 

möhkəmlətməkdən ibarətdir. 

Ş

irkətin rezidenti Bermud adalarının rezidenti olmalıdır. Direktorların minimum 



sayı  ikidir.  Direktorlar  şurasının  yığıncaqları  məcburidir.  Şirkətin  hüquqi  ünvanı  da 

zəruridir.  Şirkət  illik  hesabat  tərtib  etməlidir.  Fəaliyyətin  auditor  yoxlanması  rəsmi 

məcburidir, lakin direktorlar yığıncağının və səhmdarların ümumi yığıncağının qərarı 

ilə  ləğv  edilə  də  bilər.  Bundan  başqa,  hakimiyyət  orqanları  maliyyə  hesabatının 

hazırlanması və təqdim  edilməsi  üzrə  əlavə  öhdəliklər  də  müəyyən  edirlər,  xüsusilə 

ş

irkət  direktorları  şirkətin  maliyyə  vəziyyəti  haqqında  rüblük  hesabatlarını  təsdiq 



etməlidirlər. 

Qeyd etmək lazımdır ki, Bermud adaları ilk olaraq АBŞ ilə məlumat mübadiləsi 

haqqında müqavilə imzalamışlar (11 iyul 1986-cı ildə imzalanmış, 1 dekabr 1988-ci 

ildə  ratifikasiya  olunmuşdur).  Sonralar  analoji  müqaviləni  АBŞ  Panama  ilə 

bağlamışdır. 

Bermud adaları qədim Britaniya müstəmləkəsidir (asılı ərazi), bu da şirkətlər və 

trast qanunvericiliyinin əsas normalarının burada tətbiqini şərtləndirmişdir. 

Bermud  bayrağından  istifadə  Bermud  adalarında,  Böyük  Britaniyada,  Men 

adasında və ya xüsusi hökumət siyahısına daxil edilmiş başqa dövlətlərdə yaradılmış 



61 

 

ş



irkətin  haraya  məxsus  olmasından  asılıdır.  Bermud  bayrağından  istifadəyə  yalnız 

xüsusi  qeydiyyat,  nisbətən  vaxt  aparan  prosedurlar  keçildikdən  sonra  icazə  verilir. 

Qeyd  etmək  vacibdir  ki,  gəminin  benefisiar  (son)  sahibləri  haqqında  məlumatın 

təqdim edilməsi məcburidir. 

Меп

  adası  Böуüк  Bгitaniya  və  Şimali  rlandiya  tərkibində  özünü  idarə  edən 



ə

razidir.  Şirkət  və  trastlar  haqqında  qanunvericilik  aktları  Britaniya  qanunvericiliyi 

normalarına  əsaslanır,  bu  zaman  bir  sıra  stimul  və  güzəştlər  də  nəzərə  alınmışdır. 

Adanın yeri (mövqeyi) Bюуйк Britaniya və Şimali  rlandiya Bir1əşmiş Krallığından, 

həmçinin  Qərbi  Avropadan  olan potensial  istifadəçilərin  yüksək diqqətini  cəlb  edən 

amildir.  Ada  ngiltərədən,  Şotlandiyadan,  Uelsdən,  Şimali  rlandiya  və  rlandiya 

Respublikasından demək olar ki, eyni məsafədə,  rlandiya dənizində (Şimali) yerləşir. 

Men  adasının  valyutası  Britaniya  funt  sterlinqidir,  bundan  başqa  da  özünün 

ə

skinasları vardır. 



Ofşor  mərkəzlərin  tipinə  görə  Men  adası  qeyri-rezident  benefisiarlar  və  xüsusi 

statuslu  şirkətlər  üçün  aşağı  vergiqoyma  səviyyəsi  və  əlavə  vergi  güzəştləri  sistemi 

olan ərazilərə aiddir. Rezidentlərin - fiziki şəxslərin gəlirlərinə qoyulan standart vergi 

dərəcəsi  15%  müəyyən  edilmişdir.  Xüsusi  hallarda  verginin  maksimum  dərəcəsi 

20%-dir. Rezidentlər üçün trastlara vergiqoyma da 20% dərəcəsi üzrə həyata keçirilir. 

Təsisçiləri  və  benefisiarları  qeyri-rezident  olan  trastların  gəlirlərinə  o  zaman  vergi 

qoyulur  ki,  həmin  gəlir  Men  adasında  yerləşən  mənbələrdən  əldə  edilsin.  Ölkədə 

ə

mlak  hüquqlarının  ötürülməsinə  vergi  qoyulmur.  Qeyri-rezidentlər  tərəfindən 



birbaşa  ödəmə  mənbəyindən  ödənilən  lisenziya  hüquqlarının  ötürülməsindən  gələn 

gəlirlər,  dividendlər  və  faizlər  vergiyə  cəlb  olunmur.  Gerb  yığımları  və  kapitaldan 

vergi  tutulmur.  Rezident-şirkətlərin  mənfəətinə  vergi  20%  dərəcəsi  ilə  qoyulur. 

Qeyri-rezident və xüsusi statuslu şirkətlər üçün mənfəətə görə vergi əvəzinə müəyyən 

olunmuş (təsbit edilmiş) illik yığım tutulur. 

Men  adası  1984-cü  ildə  ticarət  gəmilərinin  qeydiyyatı  haqqında  Akt  qəbul 

etdikdən  sonra  gəmilərin  qeydiyyatı  üzrə  xidmətlər  sahəsini  fəal  inkişaf  etdirməyə 

başladı.  Nəzərdən  keçirilən  gəmiçilik  ofşorları  ilə  müqayisədə  Men  adasının  xüsusi 

qanunvericiliyi  gəmi  sahiblərinə  Men  adası  gəmi  registrinin  Britaniya  gəmi 



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə