Microsoft Word muxtar naz m docx



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə27/28
tarix01.04.2018
ölçüsü0,71 Mb.
#35671
1   ...   20   21   22   23   24   25   26   27   28

81 

 

yalnız həmin zonada göstərdiyi sahibkarlıq fəaliyyətinə tətbiq edilir. 



Xüsusi iqtisadi zonanın rezidentinin "Xüsusi iqtisadi zonalar haqqında" qanunun 

14.5-ci  maddəsində  göstərilmis  səbəbdən  qeydiyyatı  ləğv  edildikdə,  onun  əvvəlki 

dövrlər  üzrə  vergi  öhdəlikləri  vergi  qanunvericiliyində  müəyyən  edilmis  qaydada 

yenidən hesablanır və ödənilir. 

Xüsusi  iqtisadi  zonanın  ərazisində  vergi  ödəyicilərinin  və  dövlət  vergi 

orqanlarının,  habelə  vergi  münasibətlərinin  digər  istirakçılarının  vergitutma 

məsələləri  ilə  bağlı  hüquq  və  vəzifələri,  vergi  nəzarəti,  vergi  qanunvericiliyinin 

pozulmasına  görə  məsuliyyət,  digər  məsələlər  vergi  qanunvericiliyi  ilə  müəyyən 

edilir. 

"Xüsusi  iqtisadi  zonalar  haqqında"    qanunun  tətbiqi  ilə  bağlı  AR-nın 

prezidentinin Fərmanı və AR NK-nin müvafiq Sərəncamlarında  verilmiş tapşırıqların 

icrası  istiqamətində  2010-cu  ildə  də  işlər  davam  etdirilmişdir.  Belə  ki,  "Xüsusi 

iqtisadi  zonanın  rezidentlərinin  fəaliyyəti  haqqında  hesabat-statistik  məlumatların 

alınması,  onların  fəaliyyətinə  monitorinqin  həyata  keçirilməsi  Qaydası",  "Operator 

tərəfindən  xüsusi  iqtisadi  zonanın  inkişafı  və  fəaliyyəti  barədə  onun 

administrasiyasına  hesabatların,  o  cümlədən  kənar  audit  hesabatlarının  təqdim 

olunma Qaydası", "Xüsusi iqtisadi zonada fəaliyyət göstərmək üçün hüquqi və fiziki 

şə

xslərlə  operator  arasında  bağlanan  niyyət  sazişinin  nümunəvi  forması",  "Xüsusi 



iqtisadi zonanın rezidenti ilə operatoru arasında bağlanan sazişin nümunəvi forması", 

"Xüsusi  iqtisadi  zonanın  administrasiyası  ilə  operator  arasında  bağlanan  xüsusi 

iqtisadi  zonada  dövlət  mülkiyyətində  olan  torpaq  sahəsinin  icarə  müqaviləsinin 

nümunəvi  forması  hazırlanmış  və  Ədliyyə  Nazirliyi  tərəfindən  dövlət  qeydiyyatına 

alınmışdır. 

"Xüsusi  iqtisadi  zonanın  rezidentlərinin  fəaliyyəti  haqqında  hesabat-statistik 

məlumatların  alınması,  onların  fəaliyyətinə  monitorinqin  həyata  keçirilməsi 

Qaydası"na əsasən, X Z-in rezidentləri və operatoru maliyyə ili başa çatdıqdan sonra 

növbəti  ayın  20-dək  fəaliyyətləri  haqqında  hesabat-statistik  məlumatları  X Z-in 

administrasiyasına təqdim etməlidirlər. 




82 

 

"Operator  tərəfindən  xüsusi  iqtisadi  zonanın  inkişafı  və  fəaliyyəti  barədə  onun 



administrasiyasına  hesabatların,  o  cümlədən  kənar  audit  hesabatlarının  təqdim 

olunma  Qaydası"na  görə,  operator  X Z-in  operatorunun  illik  balansını,  maliyyə 

nəticələri  və  onların  istifadəsinə  dair  hesabatları  qanunvericilikdə  nəzərdə  tutulmuş 

müddətlərdə X Z-in administrasiyasına təqdim etməlidir. 

"Xüsusi  iqtisadi  zonada  fəaliyyət  göstərmək  üçün  hüquqi  və  fiziki  şəxslərlə 

operator  arasında  bağlanan  niyyət  sazişinin  nümunəvi  forması"  niyyət  sazişinin 

ə

məkdaşlıq istiqamətləri və əməkdaşlıq formaları, "Xüsusi iqtisadi zonanın rezidenti 



ilə  operatoru  arasında  bağlanan  sazişin  nümunəvi  forması"  isə  sazişin  qüvvəyə 

minməsi və müddətini, mübahisələrin həlli kimi məsələləri özündə əks etdirir. 

"Xüsusi iqtisadi zonanın administrasiyası ilə operator arasında bağlanan xüsusi 

iqtisadi  zonada  dövlət  mülkiyyətində  olan  torpaq  sahəsinin  icarə  müqaviləsinin 

nümunəvi forması" və "Xüsusi iqtisadi zonanın administrasiyası ilə rezident arasında 

bağlanan  xüsusi  iqtisadi  zonada  dövlət  mülkiyyətində  olan  torpaq  sahəsinin  icarə 

müqaviləsinin nümunəvi forması" icarə haqqı, icarəyə verən və icarəçinin hüquq və 

vəzifələri, tərəflərin məsuliyyəti kimi məsələləri tənzimləyir. 

Bundan  başqa,  Nazirlər  Kabinetinin  2010-cu  il  25  yanvar  tarixli  Qərarı  ilə  "Xüsusi 

iqtisadi zonanın ərazisində ayrıca hüquqi şəxs yaratmadan filiallar, nümayəndəliklər 

vasitəsilə təsərrüfat fəaliyyəti ilə məşğul olan rezidentlərin fəaliyyəti barədə balansın 

tərtib edilmə Qaydası və forması" təsdiq edilmişdir. 

Azərbaycan  Respublikası  Prezidentinin  2010-cu  il  20  aprel  tarixli  Fərmanı  ilə  isə 

"Xüsusi  iqtisadi  zonanın  operatorunun  seçilməsi  üzrə  müsabiqənin  keçirilməsi 

qaydaları" təsdiqlənmişdir. 

Artıq  Azərbaycanda  xüsusi  iqtisadi  zonaların  yaradılması  ilə  bağlı  zəruri 

normativ-hüquqi  baza  formalaşdırılmışdır.  Azərbaycanda  xüsusi  iqtisadi  zonaların 

təşkilini  və  fəaliyyətini  tənzimləyən  qanunvericilik  bazası  ölkəmizdə  sahibkarlığa 

dövlət dəstəyinin yeni mexanizminin tətbiqinə hüquqi zəmin yaradır. 

Mütəxəssislərin  müşahidələrinə  görə,  bir  çox  hallarda  azad  iqtisadi  zonaların  

ə

ksəriyyəti öz inkişaf yollarında anbar və tranzit zonaları formasında yaranmaqla ilk 



öncə  ixrac-istehsal,  daha  sonra  isə  kompleks  zonalar  formasına  keçmişlər.  Dünya 


83 

 

təcrübəsi  göstərir  ki,  ixrac  zonaları  olmadan  ölkədən  mal  və  xidmətlərin  ixracının 



orta illik artımı 7% olursa, bu zonaların mövcudluğu zamanı isə artım 20%-dək təşkil 

edir.  nkişaf prosesində müvafiq qanunvericiliyə dəyişikliklər etməklə xüsusi iqtisadi 

zonaların  statusunu  dəyişərək  ofşor  zonaya  çevirmək  mümkündür  və  bir  sıra 

ölkələrdə bu praktika tətbiq olunur. 

 

 

 




84 

 

NƏT CƏ VƏ TƏKL FLƏ

 

XX əsrin 50-ci illərindən sonra beynəlxalq iqtisadi münasibətlərdə vergitutmada 



ofşor  zonalardan  istifadə  böyük  əhəmiyyət  kəsb  etməyə  başlamışdır.  nkişaf  etmiş 

ölkələrdə  vergi  dərəcələrinin  nisbətən  yüksək  olması  və  vergi  yükünün  ağırlığı 

sahibkarları daima  vergilərin  minimumlaşdırılması  problemləri  üzərində  düşünməyə 

məcbur  edir.  Ödənilən  vergiləri  minimumlaşdırmaq  və  digər  sosial  ödəmələri 

azaltmaq  üçün  beynəlxalq  vergitutmada  ofşor  zonalardan  istifadə  XX  əsrin  ikinci 

yarısından sonra geniş yayılmış metodlardan birinə çevrilmişdir. 

Ofşor  mərkəzlərindən  istifadənin  başlıca  məqsədi  müəssisənin  həm  fəaliyyət 

göstərdiyi, həm də yerləşdiyi ölkədə vergi öhdəliklərinin minimumlaşdırılmasıdır. Bu 

məqsədə  yüksək  vergiqoyma  səviyyəsi  olan  ölkələrdən  qanuni  yolla  gəlirlərinin 

dövriyyələrinin  əmlakının  ya  bütün  hamısını  və  ya  bir  hissəsini  başqa  ölkəyə 

çıxartmaq vasitəsi ilə nail olunur. 

Ofşor şirkətdən əmlak sahibi kimi istifadə olunduğu zaman ona hər hansı əmlak 

ya verilir, ya satılır, ya da ilkin olaraq alınır. Ofşor şirkətdən əmlak sahibi kimi adətən 

aşağıdakı məqsədlər üçün istifadə olunur: 

-

  borclunun öhdəlikləri üzrə əmlak cərimədən qorunur;  



-

  vergi öhdəlikləri minimumlaşdırılır. 

Aparılmış  tədqiqatdan  aydın  olmuşdur  ki,  ofşor  ərazilərdə  bankların  təsisi 

təcrübəsi  kinci  dünya  müharibəsindən  sonra  geniş  şəkildə  yayılmışdır.  Ofşor  bank 

mərkəzlərinə  marağın  artmasının  başlıca  səbəbləri  kimi  inkişaf  etmiş  və  inkişaf 

etməkdə  olan  ölkələrdə  valyuta  məhdudiyyətlərinin  həyata  keçirilməsi  və  valyuta 

nəzarətinin  tətbiqini,  bank  fəaliyyəti  qaydalarının  sərtləşməsi  və  onların  gəlirlərinə 

olan vergilərin yüksək dərəcələrini hesab etmək olar. 

Ofşor zonalarda təsis edilən bankların əsas üstünlükləri aşağıdakılar aid edilir: 

-

 



milli  qanunvericilik  tərəfindən  müəyyənləşdirilmiş  məhdudiyyətlərdən  yan 

keçərək vəsaitlərin cəlb edilməsi və yerləşdirilməsi üzrə beynəlxalq bazarlara daxil 

olmaq; 



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə