Microsoft Word muxtar naz m docx



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə22/28
tarix01.04.2018
ölçüsü0,71 Mb.
#35671
1   ...   18   19   20   21   22   23   24   25   ...   28

66 

 

çox  aşağı  səviyyədə  baş  verir.  Antil  adaları,  Lixtenşteyn  və  Panamanın  ofşor 



zonalarında  isə  firmalar  qeydiyyatdan  keçən  zaman  müəyyən  məbləqdə  haqq 

ödəyirlər. Belə zonalarda adətən həmçinin şirkətlərdən illik qeydiyyat haqqı, bank və 

sığorta  fəaliyyətinin  həyata  keçirilməsi  üçün  verilən  lisenziyaya  görə  haqq,  trast 

ə

məliyyatlarının aparılması üçün verilən lisenziyaya görə haqq alınır. Bundan başqa 



qeyd  etmək  lazımdır  ki,  əgər  rlandiya  və  sveçrədə  ofşor  firmalardan  minimal 

mühasibat  uçotu  tələb  edilirsə,  Antil  adaları,  Liberiya,  Panama,  Lixtenşteyndə 

ş

irkətlərin üzərinə hətta bu cür tələblər belə qoyulmur. Qərbi Samoada isə mühasibat 



uçotunun xüsusi bir forması və hazırlanma  metodu müəyyənləşdirilməmişdir və bu, 

ş

irkətlərin sahibləri tərəfindən könüllü olaraq sərbəst seçilir.  



Bu  sahədə  Macarıstanın  da  təcrübəsi  maraq  doğurmaya  bilməz.  Bu  ölkədə 

ofşorların  klassik  rejimi  formalaşdırılmışdır.  Ofşor  şirkətlər  mənfəət  vergisindən 

85%-ə  qədər  endirim  əldə  edirlər  ki,  bu  da  real  vergi  dərəcələrinin  5,4%-ə  qədər 

azaldılmasına  gətirib  çıxarır.  Burada  ofşor  şirkətlərə  xarici  valyuta  ilə  əməliyyatlar 

aparmaq  hüququ  verilir;  onlar  xarici  valyuta  ilə  əməliyyatları  tənzimləyən  dövlət 

orqanlarının xüsusi icazəsi olmadan belə xarici kreditlər əldə edə bilirlər;  həmçinin 

xarici  banklarda  öz  hesablarını  aça  bilərlər,  yalnız  bir  şərtlə  ki  həmin  hesabın 

müəyyən  bir  hissəsi  macar  bankına  daxil  edilsin.  Belə  şirkətlərin  vasitəçilik 

fəaliyyətləri  Rusiya  ilə  xarici  ticarətlə,  həmçinin  rus  firmaları  arasında  vasitəçilik 

etməklə məhdudlaşdırılır. Bu cür məhdudlaşdırmanın da prinsipi çox sadədir – ofşor 

güzəştlərini  xarici  ticarətdə  əsas  və  üstünlük  təşkil  edən  məhsul  axınına  və  yaxşı 

tanınmış iş adamlarına yönəltmək.  

Yuxarıda  göstərilən  müsbət  effektlərlə  bərabər  ofşor  biznesin  həm  ayrı-ayrı 

ölkələrə, həm də ümumiyyətlə dünya iqtisadiyyatına mənfi təsirləri də mövcuddur. 

Bir qayda olaraq ofşor şirkətlərin fəaliyyəti  rezidenti olduğu ölkə üçün  mənfi 

nəticələr doğurur. Məsələn: 

-

  Bir  qayda  olaraq  ofşor  şirkətlər  “çirkli  pulların  yuyulması”  və  istehsalın 



faktiki  həyata keçirildiyi  ölkədə  vergilərdən qaçmaq  üçün  yaradılır.  Ölkələr 

arasında  ikiqat  vergiqoymadan  qaçmaq  haqda  imzalanmış  sazişlər  də  buna 

şə

rait yaradır. 




67 

 

-



  Bir  çox  xarici  şirkətlər  xarici  iqtisadi  sövdələşmələr  bağlayarkən  ofşor 

firmalarla iş görməkdəm qaçırlar, belə ki bu firmalar haqda informasiyə əld 

etmək  olduqca  çətindir.Bu  fakt  istehsalın  faktiki  həyata  keçirildiyi  ölkənin  

beynəlxalq arenada nüfuzunun aşağı düşməsinə səbəb olur.  

Ofşor  biznes  faktiki  qeydiyyatda  olduğu  ölkəyə-  ofşor  zonaya  da  yalnız  xeyir 

gətirmir. Ofşor zonaların çatışmazlıqlarına aşağıdakıları göstərmək olar: 

-

  Zonanın yaradılmasına xarici investisiyalarla müqayisədə daha çox vəsaitin 



sərf olunması, 

-

  Zonada  yerləşən  firmaların  daxili  bazardan  beynəlxalq  standartlara  cavab 



verməyən malların dempinqi üçün meydan kimi istifadə etməsi, 

-

  Zonanın  qəbul  edən  ölkə  ilə  əks  əlaqəsinin  zəifliyi  bu  ölkənin  müqayisəli 



üstünlüklərinin  ,  məsələn  təbii  resurslarının    effektiv  istifadə  olunmasına 

imkan vermir, 

-

  Zonanın xarici investorlarının mədəni problemləri, 



-

  Qəbul  edən  ölkənin  vətəndaşlarının  ofşor  zonaya  keçidi  zamanı  yaranan 

psixoloji  maneələrin  nəzərə  alınmaması,  eləcə  də  siyasi  və  milli  –mədəni 

problemlərin    ofşor  zonaların  yaradılması  yolu  ilə  həll  olunmasına  cəhd 

olunması, 

-

  Qeyri  müəyyənliyin  yüksək  səviyyəsi  ,  zonanın  gələcək  fəaliyyəti  barədə 



dəqiq iqtisadi proqnozların mümkünsüzlüyü,  

-

 Zonanın  layihələşdirici  və  təşkilatçılarının  qarşıya  qoyduqları  məqsədlərin 



çoxluğu və aydın olmaması nəticəsində yaranan güzəştlərin zonada fəaliyyətin bütün 

növlərinə və bütün subyektlərə əsassız olaraq tətbiq olunması. 

Ofşor zonaların fəaliyyətinin mənfi cəhətlərindən biri də bir çox inkiçaf etməkdə 

olan  ölkələrdən  bu  ölkələrin  çox  ehtiyacı  olduğu  maliyyə  vəsaitlərinin  həmin 

zonalara kütləvi çıxarılmasıdır. 

Tax  Justice  Network  (TJN  –  Vergi  ədliyyə  şəbəkəsi)  beynəlxalq  təşkilatının 

məlumatlarına  görə  2010-cu  ildə  80  ofşor  yurisdiksiyaya  rəsmiləşdirilmiş  bahalı 

daşınmaz  əmlak  nəzərə  alınmamaqla  vergisiz    21  trln-dan  32  trln  dollara  qədər 

kapital  çıxarılıb  ki,  bu  da  dünya  üzrə  dünya  üzrə  ÜDM-un  30-45%-nə 



68 

 

bərabərdir.Minimal  qiymətləndirmə  ABŞ,  və  Yaponiyanın  ÜDM-nun  cəmindən 



çoxdur. 

1970-2013-cü illərdə ofşor zonalara Çindən 1,2 trln, Rusiyadan 800mlrd, Cənubi 

Koreyadan 779  mlrd,  Braziliyadan 520  mlrd,Küveytdən  496  mlrd,  Meksikadan  417 

mlrd,  Venesueladan  406  mlrd,  Argentinadan  399  mlrd,  ndoneziyadan  331  mlrd, 

Səudiyyə  Ərəbistanından  308  mlrd,  Nigeriyadan  isə  306  mlrd  dollar  vəsait 

çıxarılmışdır. 

Ofşor  biznesin  keçmş  sovet  respublikaları  üçün  mənfi  təzahürləri  Ukrayna 

iqtisadçısı Bladimir Deqaçev tərəfindən də araşdırılmışdır. Derqaçev ofşor zonaların 

fəaliyyətini geosiyasi və geoiqtisadi aspektdən təhlil edir.Müəllifin fikrincə SSR -nin 

süqutundan  sonra  Qərb  ofşor  zonalardan  Rusiya,  Ukrayna  və  digər  postsovet 

ölkələrindən aktivlərin çıxarılması məqsədi ilə istifadə etmişdir.20- il ərzində Rusiya, 

Ukrayna və Qazaxıstandan ofşor zonalara 1,1 trln kapital çıxarılıb ki, bu da Çin kimi 

ikinci  super  dövlətdən  40  ildə  çəxarılmış  vəsaitə  bərabərdir.Bu  müddət  ərzində 

Ukraynadan 167 mlrd, Qazaxıstandan isə 138 mlrd dollar çıxarılıb.Bu kapitalın əsas 

hissəsi 90-cı illərdə “vəhşi özəlləşdirmə” dövründə çıxarılıb. 

Sonradan bu kapitalın bir hissəsi “xarici investisiyalar” kimigeri qayıtsa da hal 

hazırda  da  kapital  qaçışı  davam  edir.Ofşor  zonalar  qərbə  şərqi  avropadakı 

rəqiblərindən yalnız kapitalın sorulması imkanı vermir, həm də kriminal – korrupsiya 

demokratiyası  ölkələrində  dövlət  hakimiyyətini  satın  almaqla  dövlət  idarəetmə 

mexanizminə  dağıdıcı  təsir  göstərərək  dövlətin  dünya  bazarlarındakı  rolunun 

zəifləməsinə nail oldu. Ofşor yurisdiksiyalar xüsusilə təbii sərvətlərə çıxış üçün geniş 

istifadə  olunurdu.  Məlum  olduğu  kimi,  ABŞ-da  təbii  resursların  hasilatı  ilə  yalnız 

amerika yurisdiksiyasına məxsus özəl şirkətlər məşğul ola bilər. 

Postsovet  ölkələrində  isə  təbiətdən  istifadə    və  əmək  qanunvericiliyinin 

pozulmasına görə heç bir hüquqi məsuliyyət daşımayan ofşor şirkətlər təbii sərvətlərə 

çıxış  əldə  etdilər.  qtisadi  Əməkdaşlıq  və  nkişaf  Təşkilatının  məlumatlarına  görə 

dünya  bank  depozitlərinin  üçdə  biri  ən  iri  ofşor  biznes  mərkəzlərində  saxlanır  ( 

təxminən  11,5  trln  dollar).  Bu  gün  postsovet  ölkələrindən  olan  korrupsiyalaşmış 

məmurların  aktivlərinin  40%-ə  qədəri  ofşor  zonalarda  saxlanır.Halbuki,  ABŞ  və 



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə