Microsoft Word multikulturalizme giris docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/42
tarix27.10.2017
ölçüsü5,01 Kb.
#6997
1   ...   18   19   20   21   22   23   24   25   ...   42

tənzimlənməsi.  Müasir  dövrdə  Azərbaycan  Respublikasının  millətlərarası 
münasibətlər  siyasətinin  məqsəd  və  vəzifələri,  prinsipləri  və  əsas  istiqamətləri, 
hüquqi  bazası.  Müstəqil  Azərbaycanın  milli  siyasəti  –  azsaylı  xalqların  hüquq  və 
mədəni irsinin qorunmasında atılan addımlar. 
 
 
Azərbaycanını polietnik təkamülünə  baxış  və onun tolerantlıq ənənələri. 
XX  əsrin  əvvəllərində    görkəmli  etnoqraf,  Vəliyev(Baharlı)  göstərmişdi  ki, 
Azərbaycan  etnoqrafik  muzeydir.  Hal-hazırda  Azərbaycan  Respublikası    məka-nında 
80-dən  çox  azsaylı  xalq  yaşayır.  Bu  azsaylı  xalqlar  qafqazdili,  irandilli,  türkdilli 
qruplara  aid  olub,  ölkə  əhalisinin  etno-konfessional  tərkibinə  daxildirlər.  Onların 
sırasında  udiləri,  ingiloyları,  xınalıqları,  qırızları,  buduqları,  tatları,  talış-ları,  rusları, 
ləzgiləri,  yəhudiləri  və  digərlərini  göstərmək  olar.  Bu  azsaylı  xalqla-rın  bir  hissəsi 
Azərbaycanın köklü əhalisi olub, başqa bir hissəsi isə  tarixin müxtəlif mərhələlərində 
baş  verən  sosial-siyasi  proseslərin  nəticəsi  olaraq  ölkə  torpaqlarında  məskunlaşmışlar. 
Azsaylı xalqlardan, alban soyalrından olan udilərə diqqət yetirərək göstərmək lazımdır 
ki, müasir udilərin birbaşa əcdadları sayılan utilər haqqında e.ə. V əsrdə yaşamış qədim 
yunan  müəllifi  Herodot  özünün  “Tarix”  əsərində  məlumat  vermişdir.  E.ə.  I  əsrdə 
yaşamış Strabon da “Coğrafiya” əsərində Qafqaz Albaniyasında yaşamış 26 yerli alban 
soyunun  arasında  udilərin  adını  göstərmişdir.  Udilər  əsasən  Qafqaz  Albaniyasının  Uti 
və Arsax vilayətlərində yaşamışlar. Al-ban soylarından olan ingiloylar da diqqəti çəkir 
ki,  onlar  Qafqaz  Albaniyasının  Kambisena  vilayətində  yaşamış,  erkən  orta  əsrlərdə 
xristianlıq Qafqaz Albaniyasında yayılarkən, udilər kimi xristianlığı qəbul etmişlər. 
slamaqədərki  dövrdə  Azərbaycanda  konfessional  durum  özünün  rən-garəngliyi 
ilə  seçilmiş,  ölkənin  cənub  torpaqlarında  əhali  əsasən  zərdüştlüyə  və  xristianlığın 
nestorian  məzhəbinə  sitayiş  etsələr  də  Qafqaz  Albaniyasında  əha-linin  cüzi  hissəsi 
politeist  dinlərə  itaət  etsə  də,  lakin  böyük  hissəsi    xristianlığın  diofizit  və  monofizit 
məzhəblərini qəbul etmişdi. 
Ə
rəb xilafəti dövründə, islamın yayılması Azərbaycanın bütün bölgələrində eyni 
zaman ölçüsündə baş vermişdi. Zərdüştlüyün və bütpərəstliyin geniş ya-yıldığı ərazidə, 


Azərbaycanın cənub torpaqlarında, daha sonra Mildə, Muğanda, Kaspi sahillərində, Kür 
və Araz çayları boyunu əhatə edən ərazilərdə islam dini sürətlə yayılmışdı. Lakin Arsax, 
Uti,  Kambisena  vilayətlərində  yaşayan  əhali  xris-tian  kitab  əhli  olduğu  üçün  ərəblər 
onların  dini  etiqadına  dözümlə  yanaşmışdılar.  Paralel  olaraq,  Qafqaz  Albaniyasını 
Bizansdan    uzaqlaşdırmaq  məqsədi  ilə  VIII  əsrin  əvvəllərindən  etibarən(704-cü  il) 
Alban kilsəsini iyerarxik baxımdan monofizit erməni kilsəsinə tabe etdirmişdilər. Belə 
ki,  Ərəb  xilafəti  xristianlara  qarşı  münasibətdə  sasanilərin  yürütdüyü  siyasəti  davam 
etdirir və nəticədə, 704--cü il hadisələrindən sonra Alban kilsəsinin erməni-kilsəsindən 
asılı  vəziyyətə  düşməsi,  əhalini  öz  dilindən,  tarixi  yaddaşından  uzaqlaşmasına  səbəb 
olur  və  Qafqaz  Albaniyasının  Arsax,  Uti  bölgəsinin  əhalisi  konfessional-mədəni 
assimil-yasiyaya  –  qriqoryanlaşmaya  məruz  qalır.  Kambisena  əyalətinin  əhalisi 
ingiloylar isə  beriya  ilə həmsərhəd olduğu üçün gürcü - pravoslav kilsəsinə üz tutur və 
gürcüləşirlər. 
Tarixin  faciəvi  dönüşü  ölkə  əhalisinin  ayrı-ayrı  bölgələrinin  etno-kon-fessional  
inkişafını  müxtəlif  səmtlərə  istiqamətləndirmiş  və  eyni  soya,  kökə,  tarixə  malik  əhali 
konfessional  amil  əsasında  bir-birinə  yadlaşmış  və  “din  ayrı  qardaş”  aforizmi  söz 
lüğətimizə daxil olmuşdur.  
Azərbaycan  xalqının  tarixən  yaşadığı  konfessional  təkamülü  ona  poli-
konfessional  mədəniyyət  çalarları  gətirmişdir.  Ölkə  ərazisində  zərdüştlük,  xristian, 
islam  abidələri  qorunub  saxlanılır.  Azərbaycan  Respublikasının  şimal  –  qərb,  cənub-
qərb bölgələrində qorunub saxlanılan alban xristian abidələri xalqımızın tarixi yaddaşı 
üçün  bir  sübutdur  ki,  Azərbaycan  torpaqları  yalnız  Azərbaycan  tarixinə  məxsusdur. 
Ə
cdadlarımızın yaşadığı tarixi yol multikultural ənənələrin yaranması üçün zəmin olub, 
Azərbaycan  xalqında  tarixən  konfes-siyalara  olan  toleyrantlıq  mədəniyyətini 
formalaşdırmışdır. 
Ölkə əhalisinin etnik alloxton qrupuna aid etnoslardan olan ermənilər II Tiqranın 
apardığı  işğalçı  siyasətindən  başlayaraq  fasilələrlə  ölkənin  bir-sıra  bölgələrində  cüzi 
sayda  məskunlaşsalar  da   Rusiya  imperiyasının apardığı kö-çürmə  siyasəti nəticəsində 
XIX əsrin birinci otuzilliyində ermənilər  ran və Os-manlı dövlətlərindən kütləvi şəkildə 
Ş
imali Azərbaycan torpaqlarına köçürül-müşlər. 


Rusiya  imperiyasının müstəmləkə siyasəti: köçürmə, ruslaşdırma, xristianlaşdırma. 
XIX - XX əsrin əvvəllərində Rusiya imperiyasının Şimali Azərbaycanda apardığı 
müstəmləkə siyasətinin tərkib hissəsi olan köçürmə siyasəti nəticəsində ölkə əhalisinin 
etnik nomenklaturasında demoqrafik dəyişikliklər baş verdi. Belə ki, XIX əsrin birinci 
otuzilliyində  Türkmənçay  və  Ədirnə  müqavilələri  bağ-landıqdan  sonra  Rusiya 
imperiyası  işğal  etdiyi  Azərbaycanın  şimal  torpaqlarında  özünün  siyasi  hakimiyyətini 
bərqərar etmək, işğal etdiyi müsəlman ölkəsində konfessional dayaq yaratmaq məqsədi 
ilə  əhalinin  90%-dən  çox  müsəlman  olduğu  ölkənin  etnik  nomenklaturasında  xristian 
elementinin  çəki  yükünün  artı-rılmasını  əsas  götürüb,  qeyri-köklü  xristian  etnosları 
ölkəyə köçürməyə başladı. Bu siyasətin mahiyyəti, vətən torpaqlarını imperiya coğrafi 
çərçivəsində  əridib,  burada  yadelli,  yaddilli,  yaddinli  etnosları  yerləşdirib,  bölgədə 
özünə sosial dayaq yaratmaq idi. Köçürmə siyasətini apararkən, Rusiya hakim dairələri  
ermənilərə  böyük  ümidlər  bəsləmiş  və  hakimiyyətin  bu  mövqeyini  P.D.Sisianov  belə 
izah  etmişdi  ki,  ermənilər    xristian  olduqları  üçün  öz  şəxsi  mənafeləri  nami-nə  rus 
hökumətinə  sədaqətlidirlər  və  Rusiya  dövlətinin  yeni  ərazilərdə  hökmran-lığının 
bərqərar  olmasını  görmək  istəyirlər.  Nəticədə,  1828-1830  -cü  illər  ərzində  ran  və 
Osmanlı  dövlətlərindən  120  minə  yaxın  erməni  Şimali  Azərbaycan  tor-paqlarına 
köçürülür  və  onlar  əsasən  rəvan,  Naxçıvan,  Ordubad,  Qarabağ  tor-paqlarında 
yerləşdirilirlər.  Azərbaycan    tarixinin  sonrakı  mərhələlərində  də  ermə-nilərin  ölkəyə 
köçmələri  davam  etmiş  və  XX  əsrin  əvvəlləri  üçün  onların  çəki  yü-kü  ölkə  əhalisinin 
etnik  nomenklaturasında  32.65%-ə  çatmışdı,  halbuki  XIX  əsrin  birinci  otuzilliyində 
ermənil-qriqoryanların çəki yükü Şimali Azərbaycan əhali-sinini 9%ni təşkil edirdi ki, 
onların əksəriyyəti qriqoryanlaşmış albanlardan ibarət idi.  
 
Azərbaycan tarixinin alman səhifələri 
Köçürmə siyasəti aparan Rusiya, ölkə əhalisinin tərkibinə yeni etnoslar da gətirdi: 
almanları və rusları.  
 
Х
IХ əsrin birinci rübündə Azərbaycanın şimal torpaqlarını işğal edən Rusiya 
imperiyasının  apardığı  müstəmləkə  siyasətinin  əsas  istiqamət-lərindən  biri  işğal  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə