Microsoft Word M?MM?D araz doc



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə13/37
tarix28.06.2018
ölçüsü1,23 Mb.
#52290
1   ...   9   10   11   12   13   14   15   16   ...   37

__________________Milli Kitabxana_________________________ 
72 
 
 
YENƏ ARAZI GÖRDÜM 
  
Sahilin - dodağıma,  
Ləpən dilimə bənzər.  
Sahil boyu çinarlar  
Yazan əlimə bənzər.  
Qayaların həssasdır  
Mənim qulağım kimi.  
Tutqundur qaşqabağın  
Bu qaşqabağım kimi.  
Mən sənə bir şair,  
Sən mənə "Araz" de.  
Elə bil nə mənsiz sən Araz, 
Nə sənsiz mən şair olmazdım...  
Yenə də söz açsam,  
Mən səndən danışsam,  
Qorxuram, qorxuram  
Tənqidçi dostlarım  
Şairi döyərlər.  
"Yenə də Arazdan, Arazdan!" –  
deyərlər.  
Mən səni görməyə,  
Yazmaya bilmirəm.  
Mən səndən deməsəm,  
Deməli, demirəm, gülmürəm.  
Səni öz məcrandan  
Qoparım gərək mən,  
Şerimlə hər yerə  
Aparmı gərək mən.  
Mənim tək bir andım,  
Bir də bu ricam var, Araz, 
Mən səni apara bilməsəm,  
Sən məni apar, Araz! 
 
Naxçıvan, 1962 
 


__________________Milli Kitabxana_________________________ 
73 
 
GECƏ DÜŞÜNCƏSİ 
  
 Elə ki həmdəmim  
Qələmlə varaq olur  
Arzumun tamahında  
Qəribə iştah olur.  
Arabir dünyanı  
Yaradan hikmətlə  
Döyüşmək  
İstəyirəm.  
Dünyada əbədi  
Qanunlar hökmünü  
Dəyişmək  
İstəyirəm.  
Yer ilə yarışan  
Yeni-yeni yerlərin  
Yaranmağını istəyirəm,  
Arabir dünyanın  
Tərsinə fırlanmağını 
istəyirəm.  
Bəlkə onda görərik  
Ayın qaranlıq üzünü,  
Adamlar üzünün  
Əbədi gündüzünü.  
Bəlkə onda  
İqlimlər tamam dəyişə 
bilər. 
Yerini Amerikaya  
Vyetnam dəyişə bilər.  
Bəlkə onda əsrləri  
Çevirib oyada bilərik.  
Bəşərin mağara dövrünə  
Qayıda bilərik.  
İnsana ilk silah yönəldən  
Məxluqu taparıq.  
Silahi qaparıq,  
Özünü çaparıq.  
Bəlkə onda  
Zəncinin qarası azalar. 
 
 


__________________Milli Kitabxana_________________________ 
74 
 
 Balaca xalqlara 
Mədəni təzyiqlər az olar. 
Bəlkə onda 
Alınma vəzifələr 
Adamını tapar. 
Yolumuza düşən 
Çürük tirlər 
Öz uçuq damını tapar. 
Bəlkə onda 
Kuba göyərərdi 
Araz boyunda. 
Bəlkə...nə bilim... 
Siz Allah, 
Suallı “bəlkə”  Mən yapışmayın, 
Siz Allah, insanın 
İnsani səhvini bağışlayın... 
  
1967 
  


__________________Milli Kitabxana_________________________ 
75 
 
 
ÖLÜM MƏNİ NİŞAN ALIR... 
 
Ölüm məni nişan alır, 
Gündə neçə dəfə. 
Bir nakamın, 
Bir bikosin 
Ömründə neçə dəfə. 
Ölüm məni nişan alır, 
Vədəsiz tökülən yarpaq görəndə, 
Atasız doğulan uşaq görəndə. 
Tənqid qələmində qurum olanda, 
Qəbul zallarında - "Rəis məşğuldur" - 
Yalanı qrim olanda. 
Ölüm məni nişan alır, 
Təbrik çələngində 
Təmənna varsa, 
Alqış ahəngində 
Eyhanı eşitdirən bir məna varsa... 
Görünür, məni 
Öldürən qədər də 
Yaşadan var! 
Yoxsa, bu qədər ölüm olar?... 
 
1967 
  
 
  
 
  
 
  
 
 
  


__________________Milli Kitabxana_________________________ 
76 
 
SƏN ÖTÜR MƏNİ 
 
Bu səhər qatara ötürdü məni  
Öz ayaq izlərim, öz ayaq səsim.  
Yoxdu gul verənim, əl eləyənim,  
Alışar anamın qəbri, bilməsin... 
 
Deyirəm, özümə baxıb aynada: -  
Əziz dost, ayağın, əlin var olsun.  
Özümə deyirəm: - Sağ ol, əlvida!  
Özümə deyirəm: - Uğurlar olsun! 
 
Çətindir, ayrılıq hissinə hayan  
Gedən özü ola, tək özü ola.  
Sanırsan sahibi məlum olmayan  
Ən ağır, gərəksiz bir yüksək yola. 
 
Kim isə, hardasa itirib səni,  
Qaytarıb harasa yollayacaqlar.  
Ya da bir uçurumda götürüb səni  
Dərənin dibinə tullayacaqlar. 
 
Dalğalar diksinir bu əhvalımdan,  
Xəzrini vağzala göndərir Xəzər.  
Çinarlar, qovaqlar evlər dalından  
Boylanıb aramla əl eləyirlər. 
 
Açılır üfüqün nur sərhədləri,  
Səhər toranını göylər əridir.  
Yol boyu uzanan işıq xətləri  
Bakının qayğılı nəzərləridir. 
 
Dalımca tarlalar, düzənlər axır,  
Yol payı gətirir Mil bacım, demə.  
Bəstəkar qardaşım Kür yola çıxıb,  
Nəğmə bağışlayır, bir dərə nəğmə! 
 


__________________Milli Kitabxana_________________________ 
77 
 
Qoca atam kimi xəyala dalan  
Dağlar da kövrəlib dalımca baxdı.  
Mənim gedişimdən xəbərsiz balam  
Göy göl oyananda ağlayacaqdır. 
 
Arazın yolunu bir məftil çəpər  
Kəssə də, sədası mənə çatırdı.  
Uzaqda ağaran bir kiçik təpə  
Anamın qəbrini xatırladırdı. 
 
Yol boyu xoş hava şərbətim idi, 
Qayası da qədəh, daşı da qədəh.  
Meşə nəğmə dedi, çöl nəğmə dedi,  
Qatar üffiqləri aşana qədər. 
 
Nə qədər böyüsəm, körpənəm yenə,  
Hər yerdə çiyninə sən götür məni.  
Beləcə, bir ömrün son mənzilinə  
Azəri torpağı, sən ötür məni. 
 
Yalta, yanvar 1968 
 
 
 
 
  
 
 


__________________Milli Kitabxana_________________________ 
78 
 
AZƏRİ NƏĞMƏSİ 
 
Dünən xarab oldu radiom, dünən,  
Dünən külə döndü söz odum, dünən.  
Dünəndən susmuşam, dilim kəsilib;  
Qələmim işləmir, alim kəsilib... 
 
Dünəndən bəridir bir heykəl qəməm,  
Hardasan, hardasan, Azəri nəğməm,  
Sənsiz heç olmuşam, heç kim olmuşam.  
Bir səfıl olmuşam, yetim omuşam. 
 
Elə bil boğublar arzularımı,  
Döyüblər, söyüblər ixtiyarımı.  
Fikrim quzğun olub beynimi didir,  
Qıçımda buxov var, qolumda zəncir. 
 
Sanki günahsızam, əhv eləmirlər...  
Elə bil ölmüşəm, dəfn eləmirlər,  
Deyirlər: torpaqda yerin yox sənin,  
Nəğmən yox, səsin yox, şerin yox sənin,  
Özün ağlayanın, özün hayanın,  
Özüm ha alışım, özüm ha yanım. 
 
Birdən qışqırıram: ah, boğuluram,  
Çiləyin havama bir ovuc muğam,  
Suyuma bir çimdik şirin bayatı,  
Bir pərdə Çahargah, bir sim heyratı,  
Bir ağız "Dilqəmi" gətirin mənə.  
Sonra bu aləmi gətirin mənə. 
 
Sahilə çıxıram, Qara dənizlə 
Oturub üz-üzə, 
Diz-dizə danışmaq isteyirəm mən, 
Xəzəri soruşmaq istəyirəm mən: - 
Məktub alırsanmı Xəzərdən, de bir? 
Xəzri dəcəlinin kefi necədir? 


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə