__________________ Milli Kitabxana_________________________
211
VƏTƏN MÜKAFATI
Heç bir mükafatın yetmədi mənə,
Bircə "sağ olun" da bəsimdi, vətən!
Bəsimdir, hər səhər təltif yerinə
Qapımda küləyin əsibdi, vətən!
Qol verdin boynunu qucaqlamağa,
Göyünə baxmağa göz verdin, bəsim..
Kürək söykəyənin ana torpağa
Haqqı yox ayrı bir təltif istəsin.
Nə çiçək, nə sancaq oldum yaxanda,
Bir ömür yaşadım - əkinçi ömrü.
Qalır sel ağzında, çay qırağında
İkinci həyatım, ikinci ömrüm.
Nəsə qayalara yapışıb qalar,
Nəsə mamırlara dönüb göyərər,
Mən elə beləcə, göz qabağında
Gəzəri tabuta dönməsəm əgər...
1980
__________________Milli Kitabxana_________________________
212
***
Dünya böyük, ötnür yolu bir addım,
Bir balaca eşq adası yaratdım.
Bir uçrumdan fırtınaya tor atdım,
Bu cürəti görən, duyan olmadı,
Səndən mənə gün ağlayan olmadı.
Sığalım görsə idi kəhərim
Yarıyolda büdrərdimi hünərim?
Göz yaşından nə barlanım, nə dərim...
Günün mənə gün bağlayan olmadı,
Səndən mənə gün ağlayan olınadı.
Taleyinin hökmü oldu, nə deyim,
Tez doğuldum, gec doğuldun, nə deyim.
Zaman keçdi, yaşa doldum, nə deyim...
Cavanlıqdan od saxlayan olmadım,
Səndən mənə gün ağlayan olmadı.
İki çırpı bir ocaqda gün ağlar,
Od səngiyər, köz sızıldar, kül ağlar.
Yaş ötəndə yada düşər günahlar:
Kim yıxıldı, kim haqlayan olmadı,
Kimdən kimə gün ağlayan olmadı...
1981
__________________ Milli Kitabxana_________________________
213
ÖLÜM QORXÜR QƏLƏMDƏN
Qələm mənim yol yoldaşım,
Qələm mənim oxum, nizəm.
Qələm mənim söz qardaşım,
Qələm mənim mübarizəm.
Qələmimdən gen düşəndə
Öz-özümə yaslanıram,
Öz-özümə əzilirəm,
Köhnəlirəm, paslanıram.
Masam üstdə yallı tutan
Giley olur, qeybət olur,
Göz oxşayan gözəlliyə
Gözəyarı qiymət olur.
Qələm mənə - dağlara çıx,
Buludlara dırman, deyir.
Yamanlığın ağzına sən
Qaya kimi yaman, deyir.
Qələmimlə dil tapanda
Yön alıram gündoğana,
Bu məqamda ölüm istər
Yeri dana, göyü dana.
Qələm ucu top gülləsi,
Qəm sarayı yıxır qələm.
Gülləsini düz ölümün
Gözlərinə sıxır qələm.
Ey qələmiın, qəhr olundu
Çox imkanım, çox inadım.
Hikmətini gec anladım,
Qüdrətinə gec inandım...
1981
__________________ Milli Kitabxana_________________________
214
UNUT MƏNİ
Dilim dinməz, kirpıklərim səs elər,
Necə xoşdu - ürəyimi kəs elə...
Qalan ömrə yarım ürək bəs elər,
Unut məni, aldat məni, at məni.
Enişi qar, yoxuşu qar bu yolun,
Yad nəfəsdən buz qayası su olu...
Yalan yolu beş addımlıq su yolu,
Aldat məni, unut məni, at məni.
Sən ömrünün atəşində yananda,
Kölgəndən də gərəksizdim yanında.
Qiymətli bir itik saxla yadında,
Unut məni, aldat məni, at məni.
Gözdən gözə körpü salmaq nər işdi,
Baxışların meylini tez dəyişdi.
Təzə addım özü təzə döyüşdü,
Aldat məni, unut məni, at məni.
Bu sevdadan nə yetirdik, nə üzdük?!
Dalğasına nə qərq olduq, nə üzdük.
Axır səni düzdə qoydu bu düzlük...
Unut məni, aldat məni, at məni.
Pitsunda, 1 sentyabr, 1981
__________________ Milli Kitabxana_________________________
215
BELƏCƏ
Arzularım qırır bəndi,
Baxıb üzüldüm beləcə.
Öz ağlıma öz inadını
Qənim kəsildi beləcə.
Ürək olsa sınıq saxsı,
Başına hey ulduz yağsın...
Sınan sındı - ya şax sınsın,
Ya da əzilsin beləcə.
Bu dəhnə sel dəhnəsidir,
Lil hökmran, qaya əsir...
Bu səhra söz səhrasıdır,
Yola düzəldim beləcə.
Nə ad verim bu ad-sana?
Sözüm küləş, dilim şana!
Yağ olmadım bircə şama,
Dünyaya gəldim beləcə.
Dil taparsa bir ocaqla
Bir misramı qonaq saxla,
Payım qalsın dal budaqda
Beləcə, kəndim, beləcə...
10 mart 1983
__________________ Milli Kitabxana_________________________
216
NƏ GİZLƏDİM
Görməyə bilmirəm gözəlləri mən,
Baxmaya bilmirəm, nə danın bunu.
Görməmək, duymamaq gəlsə əlimdən
Duymaram sənin da sən olduğunu...
Deyirəm ani bir baxışla birgə
Yol sala bilsəydim ürəklərə də.
Səninsə qadınlıq haqqındır bəlkə,
Məni qısqanırsan çiçəklərə də.
Deyən dar çəkilib məhəbbət yolu,
Kamınca qaynayıb axa bilmirəm.
Gərəksiz adətlər, sədlərlə dolu
Bir insan ömrünə sığa bilmirəm.
Tökür yarpağım bir ömrün yazı,
Görüşlər, vədələr məni unudur.
Bir həsəd, bir şeir, bir qəlb ağrısı...
Mənim son ayaqda qazancım budur.
Nə gənclik darağı gəzir telimdə,
Nə də ki, ünvanlar alan çağım var.
Bir azad baxışım qalır əlimdə,
Bir də icazəsiz zövq almağım var.
Bir əsər yaranır ani həvəsdən,
Havamdır, suyumdur hər səs, hər nəfəs.
Gülüm, gözəiliyə biganə kəsdən
Adi bir nalbənd də yarana bilməz.
Sənə bağışladım bu dağ eşqimi.
Duy onu, ələmə, hamarlama sən.
Bircə gözəlliyi duymaq eşiqimi,
Bircə baxışımı cidarlama sən...
__________________ Milli Kitabxana_________________________
217
QIZLAR
Eşqiniz olmasın çürük sap kimi,
Əllərdə gəzməyin bir kitab kimi.
Kimisə məst edən al şərab kimi
Axıb hər badəyə dolmayın, qızlar!
Oynar qəhqəhəniz şimşəklər kimi,
Ünvansız olmayın küləklər kimi.
Qar altından çıxan çiçəklər kimi
Vədəsiz göyərib solmayın, qızlar!
Siz bir qayıqsınız, tale dənizdir:
O bəzən bulanıq, bəzən təmizdir.
Tale ağlmızdır, düşüncənizdir,
Taleyin qayığı olmayın, qızlar!
1965
* * *
Bir ürək sındırdım...bir qız ürəyi
Bir eşqin təməli uçdu yerindən.
Bir insan arzusu, insan istəyi
Çıxdı əbədilik öz mehvərindən.
1966
__________________ Milli Kitabxana_________________________
218
AZƏRİ QIZI
Mənim qara şanım, mənim ağ duzum,
Mənim nar ağacım - Azəri qızı.
Qaldı uzaqlarda Naxçıvan, Bakı;
Sən indi uyuyur, indi yatırsan.
Sən mənə o qədim nağıllardakı
Uzaq işıqları xatırladırsan.
Sanıram səyyaham,
Yorğunam, acam;
Sən necə yaxınsan,
Necə uzaqsan.
Nə qədər dərədə, düzdə yol azsam,
Bilirəm, itməyə qoymayacaqsan...
Məcnun səhralara düşər yollarım,
Dönər ilğımlara Leyli bulaqlar.
Səni qucaqlayar səhər - qollarım,
Axşam ayaqlarım yuxunu haqlar.
Dünya durulaşır ana səsindən,
Eh, neçə illərdir onsuzam, gülüm.
Planet gözlərin cazibəsində
Yaşayan bir parça ulduzam, gülüm.
Qaya duruşumu küsü fırtınan
Bəzən çilikləyib quma döndərər.
Vəfan sərtliyimi salar atından,
Eşqin qəzəbimi muma döndərər.
Gör Azəri qızı düşündüm nəyi:
Sən kişi ömrünün dəyirman pəri,
Koroğlu Misrinin Nigar dəstəyi;
Nəbi Aynalının Həcər səngəri...
__________________Milli Kitabxana_________________________
219
O səsin ahəngi,
O üzün rəngi,
O gülüşün duzu heç harda yoxdur.
Səndən vəfalısı, səndən qəşəngi,
Səndən insafsızı heç harda yoxdur.
Mənim qara şanım, mənim ağ duzum,
Mənim nar ağacım-Azəri qızı.
Yalta - Bakı,
yanvar-mart, 1968
__________________Milli Kitabxana_________________________
220
MÜNDƏRİCAT
Qaranquş …………………………………………………………………9
Səba yeli…………………………………………………………………11
Ömür…………………………………………………………………….14
Ağarma saçım, ağarma…………………………………………………..15
Səhər-səhər………………………………………………………………16
Kəklik……………………………………………………………………17
Şerim…………………………………………………………………….18
Bir sənin eşqinlə…………………………………………………………20
Sevgi nəğməsi…………………………………………………………...21
Şerə gətir ………………………………………………………………..22
Sən tələsmədin…………………………………………………………..24
Müqəddəs məzarı………………………………………………………..25
Araz yadıma düşüb……………………………………………………...26
Necə unudum səni……………………………………………………….30
Səndən ayrı………………………………………………………………30
İnsan ürəyi……………………………………………………………….31
Mən səni taparam………………………………………………………..33
Qəbristana gedən gəlin………………………………………………….36
Nobel mükafatı………………………………………………………….38
Əlvida dağlar……………………………………………………………39
Göygöl…………………………………………………………………..40
Naməlum qəhrəman…………………………………………………….41
Deyirlər şeir oxunmur…………………………………………………...42
Uşaq səsləri ……………………………………………………………..44
Soruşdum birindən şairəmmi mən?..........................................................45
Qırmızı qələm…………………………………………………………...46
Bir otaqda………………………………………………………………..47
Aldım məktubunu ………………………………………………………49
Deyiləm…………………………………………………………………50
Son anında………………………………………………………………51
Ana yaşı…………………………………………………………………52
Bir şair küsüb ……………………………………………………………53
Özümlə söhbət…………………………………………………………..55
Şair vüqarı ………………………………………………………………56
Səməd Vurğunla söhbət…………………………………………………58
__________________Milli Kitabxana_________________________
221
Poeziya – poeziya……………………………………………………….60
Mövzularım tükənəndə………………………………………………….62
Professor Gülə məktub ………………………………………………….64
Babamın səsi…………………………………………………………….69
Uçqun……………………………………………………………………71
Yenə Arazı gördüm …………………………………………………….72
Gecə düşüncəsi…………………………………………………………..73
Ölüm məni nişan alır……………………………………………………75
Sən ötür məni…………………………………………………………...76
Azəri nəğməsi…………………………………………………………..78
Vəsiyyət…………………………………………………………………81
Dumar ömrü……………………………………………………………..82
Məndən ötdü, qardaşıma dəydi…………………………………………84
Araz üstə çinar gördüm………………………………………………….87
Bir axşamın balladası……………………………………………………89
Arazın işıqları……………………………………………………………92
Günəşi ittiham edənlər …………………………………………………..94
Salyeri…………………………………………………………………...97
Qoltuq ağacı……………………………………………………………..99
Azərbaycan, dünyam mənim………………………………………….100
"Ana yurdum, hər daşına üz qoyum"…………………………………..101
Şuşada bir gecə………………………………………………………...102
Oxuyan Təbriz…………………………………………………………103
Salamat qal…………………………………………………………….105
Ata ocağı……………………………………………………………….106
İnsan qayalar…………………………………………………………...108
Salam, a zirvələr ……………………………………………………….110
"Ərim gəldi" qayası…………………………………………………….111
Nə bilim…………………………………………………………..……114
Mənli də, mənsiz də bu dünya vardır…………………………………..115
Bulaqbaşında …………………………………………………………..116
Eyfel qülləsi……………………………………………………………117
Nazimə Türkiyə sovqatı………………………………………………..119
Dağlara çağırış…………………………………………………………122
Qarabağ düzü …………………………………………………………..124
Babək qılıncı…………………………………………………………...125
Uca dağ………………………………………………………………...129
__________________Milli Kitabxana_________________________
222
Mən getsəm…………………………………………………………….130
Qəfil ……………………………………………………………………131
Üfüq……………………………………………………………………132
Vətən mənə oğul desə…………………………………………………133
Gül töhfələr ……………………………………………………………134
Biri mənə şair dedi……………………………………………………..135
Nağıl……………………………………………………………………137
Quzıl……………………………………………………………………139
Çoxdandır açmıram qəzet qapısın……………………………………..140
Biganələr iqlmində……………………………………………………..141
Bu tərifə inansam………………………………………………………143
Gündəlik sual-cavab……………………………………………………144
Qurd xasiyyəti …………………………………………………………145
Yuxu……………………………………………………………………146
El üçün ağlayan………………………………………………………..147
Bir ağac yıxıldı…………………………………………………………149
Şah dağı ………………………………………………………………..150
Dağlara qar düşdü……………………………………………………..151
Şəhriyar gəlmədi ………………………………………………………153
Məmməd Aslana………………………………………………………157
Üstümə qayıdan yazılarım……………………………………………..158
Dağlar məni tanımadı …………………………………………………160
Yoxdu özgə umacağım………………………………………………...161
Dünya gözəl dünyadı…………………………………………………..162
Əl dəydi çaxmaq daşıyam …………………………………………….163
İnam ……………………………………………………………………164
Dağlar küsüb…………………………………………………………...165
Dünya sənin, dünya mənim……………………………………………166
Qonşu çəpərı…………………………………………………………...167
Köhnə qafiyələr çaylaq daşları…………………………………………168
Yaşadım………………………………………………………………..170
Göyərdi………………………………………………………………...171
Qoruyun dünyanı………………………………………………………172
Altı qızın biri pəri………………………………………………………174
Kimliyim, nəçiliyim……………………………………………………176
Qayıt dedim…………………………………………………………….177
Mən bir zaman şair idim ………………………………………………178
__________________Milli Kitabxana_________________________
223
Nə günah……………………………………………………………….179
Bir ömür yolunda………………………………………………………180
Yazı masama…………………………………………………………..182
Qırx doqquz yaşım…………………………………………………….184
Qaytar məni ……………………………………………………….…..185
Haqqın yoxdu, haqqın var …………………………………………….186
Tarixçi alimə………………………….……………………………….187
Sözsüz olanda…………………………………………………………..188
Mehmanxana xidmətçisi ………………………………………….189
Ocaq yanır görən yoxdur……………………………………………....191
Mənim də yaşım az deyil………………………………………………193
Tələsdim……………………………………………………………….195
İlhamım………………………………………………………………..196
Od kimi, su kimi ………………………………………………………197
Qızıl qaya………………………………………………………………198
Təklənmə………………………………………………………………199
Sevgi sərhədi…………………………………………………………..200
Yalan…………………………………………………………..………202
Gəlmədi Rəsul………………………………………………………….204
Durnaları dönməz oldu………………………………………………...205
Əlli yaşıma ön söz……………………………………………………..206
Sual…………………………………………………………………....208
Sizə yetim deyən olsa qızlarım ……………………………………….210
Vətən mükafatı…………………………………………………………211
Dünya böyük, ömür yolu bir addım……………………………………212
Ölüm qorxur qələmdən ………………………………………………..213
Unut məni……………………………………………………………..214
Beləcə………………………………………………………………….215
Nə gizlədim……………………………………………………………216
Qızlar…………………………………………………………………..217
"Bir ürək sındırdım" …………………………………………………..217
Azəri qızı ……………………………………………………………..218
__________________ Milli Kitabxana_________________________
224
Buraxılışa məsul:
Əziz Güləliyev
Texniki redaktor:
Rövşən Ağayev
Tərtibatçı-rəssam:
Nərgiz Əliyeva
Kompyuter səhifələyicisi:
Rəvan Mürsəlov
Korrektor:
Aysel Qarayeva
Yığılmağa verilmişdir 15.05.2004. Çapa imzalanmışdır 13.11.2004.
Formatı 60x90
1
/
16
. Fiziki çap vərəqi 14. Ofset çap üsulu.
Tirajı 25000. Sifariş 197.
Kitab "Şərq-Qərb" mətbəəsində çap olunmuşdur.
Bakı, Aşıq Ələsgər küç., 17.
000003
Dostları ilə paylaş: |