Microsoft Word M?MM?D araz doc



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə10/37
tarix28.06.2018
ölçüsü1,23 Mb.
#52290
1   ...   6   7   8   9   10   11   12   13   ...   37

__________________Milli Kitabxana_________________________ 
55 
 
ÖZÜMLƏ SÖHBƏT 
 
- Hara 
tələsirsən? 
- Bilmirəm hara! 
Bir onu bilirəm: sürət gərəkdir!  
Atını at getməz qayalıqlara,  
Quşqonmaz zirvəyə sürmək gərəkdir!. 
- Zirvədə nə var ki? 
- Birincilik 
var! 
Ordan aşağıya baxmaq şöhrəti... 
- Bəs ora tələsik qalxmaq şöhrəti? 
Yorular, büdrərsən! 
- Dartan 
tapılar! 
- Dartılar yabılar!.. 
- Görmüşəm yedəkdə qalxan çox atı.. 
- Yəqin, gönməmisən bu zarafatı: 
Qırır yüyənini Qəfil bir tufan, 
Baxır gülə-gülə: 
Bir daş sayağı, 
Üzüaşağı 
Necə də sürətlə yuvarlanırsan... 
 
1967 
  
 
 
  


__________________Milli Kitabxana_________________________ 
56 
 
ŞAİR VÜQARI 
 
Vüqarla yaşamış söz babaları,  
Onu yaşatmasın, şerimiz niyə?  
Əyilməz doğulan şair vüqarı  
Yalnız baş əyibdir əyilməzliyə. 
 
Çox şair yaşamış ağ gün möhtacı,  
Düşməni əyilməz bu vüqar olmuş.  
Fatehlər qılıncı, padşahlar tacı  
Bir cüt şairə də qibtəkar olmuş. 
 
Dünən əl çalındı bir sənətkara,  
Bir kürsü qulunun rəngi dəyişdi.  
Elə bil səhnədə çox sıralara  
Matəm buludundan su çiləmişdin... 
 
Şairin gözləri oyulanda da,  
Kirpiyi qısmamış öz qürurunu.  
Təpədən dırnağa soyulanda da, 
Vüqarı qoymamış "uf' deyə onu. 
 
Sənətkar vüqarı deyildir ancaq  
Boğazdan asılan hər quru əda.  
Özüylə yanaşı dəfn olunacaq,  
Onu bəziləri satın alsa da. 
  
 
Çox adlar itirıb söz meydanları,  
İzini-tözunu xəyal da bilmir.  
Şöhrət azarına tutuılanları  
Şohrətin özü də sağalda bilmir. 
 
Qələmim, özünü çəkmə kölgəyə,  
Sən də cavabdehsən bu səhvlər üçün:  
Biri unudulur yaxşıdır deyə,  
Biri təriflənir arxivlər üçün! 
 
 
  
 


__________________Milli Kitabxana_________________________ 
57 
 
Alqışla ucalır sənətkar, söhrət,  
Ucaldan alqış da sərvət kimidir.  
Oxucu imzası olmayan şöhrət  
Oğurluq alınmış sənəd kimidir. 
 
Hər sənət oğluna alqışlar deyin.  
Tərif də şairin qanadlarıdır.  
Şairlər vətənin ən çox ərköyün,  
Ən çox da döyülən övladlarıdır. 
 
İstəsən şairi əyəsən, onun  
Ömrünün nə yazı, nə qışmı al.  
İstəsən şairi əyəsən, onun  
Əlindən xalqmın alqışını al... 
 
1966 
  
 
  
 
 
  
 
  
 
  
 
  


__________________Milli Kitabxana_________________________ 
58 
 
SƏMƏD VURĞUNLA SÖHBƏT 
 
(60 illik yubiley günündə) 
 
Bağışlasın məni bəzi oratorlar.  
Bu gecəyə bir azacıq əlavəm var.  
Mən də şerin xidmətçisi,  
Mən də şerin yiyəsiyəm.  
Var sözümü bir məzarın 
Qulağına deyəsiyəm: 
Tərif, tərif səhnə dolu-yetməz sona! 
Alqış, alqış! Az qaldı ki, tavan sına! 
Sən gəlmədin bu axşama, səsin gəldi, 
Səsin əzəl qulağıma həzin gəldi, 
Sonra bir az nəfəsinə qüvvət gəldi, 
Çox xəbislər elə bıldi Səməd gəldi: 
Ön sırada titrədilər, 
Ön sırada büdrədilər. 
Lent qurtardı, nəfəs dərib, "ox" – dedilər... 
Çox "vəfalı dostlar"ın da 
O gecədə yoxdu ancaq
Bilirdilər Səməd bir də 
Məruzəçi olmayacaq. 
Fəqət mənim deyəcəyim bunlar deyil. 
Sənə məchul həqiqətdən sənə deyim: 
Səndən sonra səni bir az silkələdik,  
Çox aradıq, çox çevirdik, çox ələdik.  
Böyüklərin faciəsi böyük olur.  
Böyüklərin nöqsanları  
Çiyinlərdən çətin enən bir yük olur.  
Sağ olsaydın çox nidalı sətrini son,  
Çırpıb yerə, ayaqlardın.  
Biz saxlayan çox şeyləri  
Az güman ki, sən saxlardın.  
Sənin sənət dəftərində  
Bunlar kiçik noqtələrdi.  
Bunlar çoxu möhürlənmiş diqtələrdi.  
Şöhrətinə qibtəkar da  
Bu "təftişi" saldı səsə:  
Sevincindən az qaldı ki, 


__________________Milli Kitabxana_________________________ 
59 
 
 
Övladını qurban kəsə,  
Bəzisi də üzdə sənin tərifini 
dil-dil ötdü,  
Daldadasa, sağlığında min yol sənə 
dahi deyən, 
Öz kölgəndə yallanaraq zingildəyən  
Nankorları sapand etdi.  
Səndon sonra 
Şerimizin xəritəsi təzələşib,  
Ona yeni şeir adlı 
çox şəhərlər, kəndlər düşüb,  
Yeni-yeni çaylar, göllər, bəndlər düşüb.  
Hələ tədqiq olunmamış dərdlər düşüb.  
Yeni dağlar, dağ zirvəsi yoxdur hələ,  
Yeni tənqid zəlzələsi yoxdur hələ.  
Səndən sonra tənqid bir az yuxalıbdır,  
Yaxşı-pisin çəki daşı yoxalıbdır.  
Səndən sonra 
Şerimizə təzə-təzə yollar gəlib,  
Bəzən isə 
Şerimizə qol olmayan qollar galıb.  
Səndən sonra cavanlara vədlər artıb,  
Vədlərin də iki misli sədlər artıb.  
Bəziləri gözündə bu 
salxımlanan həqiqətə 
gözü kordur.  
Bəzisi də 
Çəkişmələr konsertinə dirijordur...  
Nə gizlədim, həqiqəti şax deməyin,  
Doğru sözün "səni" çatmır,  
Atmacalar gülləmizin 
"səni" çatmır.  
Səndən sonra 
Görüşlərin hərarəti sənsizləşib,  
Kursülərin cəsarəti sənsizləşib,  
Ağsaqqallar səxavəti sənsizləşib!...  
Mən saymadım sənsizləşib daha nələr,  
Axı niyə sənsizliyi gizlədələr!... 
  
1966 


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə