Microsoft Word M?MM?D araz doc



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə11/37
tarix28.06.2018
ölçüsü1,23 Mb.
#52290
1   ...   7   8   9   10   11   12   13   14   ...   37

__________________Milli Kitabxana_________________________ 
60 
 
 POEZİYA, POEZİYA 
 
Poeziya, poeziya!  
Ey qələm qardaşım!  
Mənimlə diz-dizə,  
Üz-üzə oturan  
Sirdaş bacım,  
Həmdəm qardaşım!  
Bu dünya yolunda  
Sən ömür karvanım!  
Hardasa büdrəyib,  
Əbədi yıxılsa 
Sarbanım, Tufanlar sohrası,  
Boranlar gədiyi 
Adlayan, Böhtanlar ətəyi 
Qatlayan Cürətin olarmı?  
Qüvvətin olarmı?  
Eşqimin Fərhadı,  
Külüngün hardadı?  
Sinəmin fikirlər  
Dağmı parçala!  
Bir sönən ocağa 
nur cala. 
Bir dönük taleyin  
Son ümid kitabında 
işılda! 
Peşiman pisliyin  
Günahında işılda! 
Poeziya, poeziya!  
Ürəyin yarpaq dilisən,  
Bənövşə nisgilisən,  
Bəşərin ən böyük 
İttiham kürsüsii. 
  
 
  
 
  
 
 
 


__________________Milli Kitabxana_________________________ 
61 
 
Ən iti 
İntiqam qılıncı,  
Ən incə 
Gözəllik güzgüsü! 
Poeziya, poeziya!..  
Bir Müşfiq qəlbinin  
Sarıntıl muradı!  
Bir Lorka ömrünün  
Bozumtul fəryadı! 
 
Poeziya, poeziya!..  
Dalğalar çəngindən  
Yoğrulmağı bacar!  
Ürəklər kraterindən  
Sovrulmağı bacar!  
Yonmağı, yomulmağı,  
Büdrəyib yanılmağı,  
Çırpınıb doğulmağı bacar!  
Yıxılan evlərə 
Qaldırıcı kran 
Olmağı bacar!  
Sevgi məktublarında  
Göz-ekran olmağı bacar!  
Dildən-dilə düş,  
Əldən-ələ düş.  
Döyül, bərki, cilalan.  
Hamarlan, tumarlan!  
İstər bu günkü 
sərbəst meylində 
sərməst ol,  
İstərsə dünənki 
Fərmanla məst ol,  
İstərsən ağ ol,  
Lümlüt ağ ol!  
Bircə ürəksiz başlardan,  
Bircə başsız ürəklərdən 
Uzaq ol, 
Poeziya, uzaq ol! 
  
1966 
  


__________________Milli Kitabxana_________________________ 
62 
 
 
  
MÖVZULARIM TÜKƏNƏNDƏ... 
 
Cabir Novruza 
 
Mövzularım tükənəndə səbrim tükənir,  
Az qalıram qələmimlə sinəmi yaram;  
Sanıram ki, bir qayadan uçub köhlənim,  
Boş yüyəni elə dartır, belə dartıram... 
 
Mövzularım tükənəndə elə bil ki, mən  
Otağında cərəyansız bır sim oluram.  
Qarışqadan, hörümçəkdən gücsüz görünən  
Düşmənə də baş əyirəm, təslim oluram. 
 
Daş yamanır ilhamımın ayaqlarına,  
Xəyalımın qanadları mıxlanır yerə.  
Yüz xal düşür ürəyimin varaqlarına,  
Eh, nə bilim, bir gərəksiz misraya görə. 
 
Döyüşlərdə məğlub olan cəngavər kimi  
Bir əlımə qılınc alıb, birinə qalxan, - 
Ortalığa töküb bütün təqsirlərımi,  
İstəyirəm mən özümlə vuruşa qalxam! 
 
Arayıram günahları, günahkarları,  
Özümün də bəd işimi bir-bir sayıram.  
Kitabların arasından pis kitabları  
Qucaqlayıb otağımdan qovalayıram. 
 
Mövzularım tükənəndə, deyirəm bir an  
Gənclik dönə, bir qız sevəm - aldada məni.  
Bu qəflətin, bu həsrətin qəm yuxusundan  
Bir məhəbbət zəlzələsi oyada məni... 
 
Mövzularını tükənəndə darıxır masam – 
Onun dərdi yüz haçalı, onun dərdi min!... 


__________________Milli Kitabxana_________________________ 
63 
 
Bu dəmlərdə heç neyə də əlim çatmasa,  
Qaysağım qopardıram Araz dərdimin. 
 
 
Mövzularım tükənəndə bilmirəm nədən  
Xətainin son nəğməsi yadıma düşür!  
Əqidəsi qoltuğunda tövbəyə gedən  
Qalileyin məhkəməsi yadıma düşür! 
 
Neçə-neçə dona girir söz ürəyimdə,  
Elə bil ki, mövzular da ölür, doğulur.  
Bəzən elə mövzuların tükənməyi də  
Dönüb mənə tükənməyən bir mövzu olur... 
 
Oktyabr, 1966 
  


__________________Milli Kitabxana_________________________ 
64 
 
 
PROFESSOR GÜLƏ MƏKTUB 
 
Oxudum, professor,  
Oxudum məqaləni,  
Seyr etdim Xəzərdəki  
Vəsfə sığmaz aləmi.  
Xəzər bir xəzinədar,  
Xəzər bir xəzinədir.  
Qoynu-qoltuğu dolu  
Bir nənədir:  
Yedirdir - süfrə salır,  
Yatırdır - layla çalır.  
Xəzər xəzərılərin 
Gözəllik adını saxlayır.  
Dalğalar arxivində  
Babaların nərəsini,  
Nənələrin fəryadını saxlayır,  
Xəzər Xəzər olandan,  
Sağılır qızıl inək kimi.  
Sağıb, sorub,  
Sonra yorub 
qısır inək kimi  
Biz onu satmaq istəyirik.  
Ölü dənizlər muzeyinə  
Atmaq istəyirik.  
Xəzərdən ağ balıq,  
Şahmayı, uzunburun,  
Siyənək qurtarır.  
Qızıl balıq adlı  
Çiyələk qurtarır.  
Xəzərin taleyi  
Biganəliyə yem olur.  
Xəzərin taleyi ağızlar üstündə  
Problem olur.  
Xəzərdən sahilə  
Qızıl dartırıq, 
 


__________________Milli Kitabxana_________________________ 
65 
 
Gülab tökürük.  
Sahildən Xəzərə  
Zəhər axıdır,  
Çirkab tökürük.  
Xəzərin bu dərdi  
Bir nərilti kiıni  
Qulaqlara girmir,  
Bizimlə mətbəxlərə,  
Otaqlara girmir;  
Daş - yastıq, tikan - döşək,  
Buz yorğan olmur.  
Ali məclislər süfrəsinə  
Xəzərin dərdini  
doğrayan olmur! 
 
Adamlar var ki, Xəzər  
Səhər də, axşam da,  
Süfrəsini bəzər.  
Beləsinə desən  
Dardadır Xəzər,  
Bir ucalt səsini!  
Deyər: 
-HardadırXəzər?!  
Xəritədə gəzər  
Afrika qitəsini...  
Birdən deyərlər: -  
Dayan bircə!  
Siz özünüz necə, 
professor,  
Bir afərin medalı 
almaq üçün,  
Rəislik talvarına 
ucalmaq üçün  
Gündə bir tədqiqat  
Ağacı bitirənlərin,  
Bir partlayışda  
Yüz buruq dəyəri 
İtirənlərin 


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə