Microsoft Word mm cavab az imtahan docx



Yüklə 422,87 Kb.
Pdf görüntüsü
səhifə8/18
tarix14.01.2018
ölçüsü422,87 Kb.
#20630
1   ...   4   5   6   7   8   9   10   11   ...   18

Rentgenmetrlər DP-3, DP-3B, DP-5, A, B, V,  MD – 2H,   MD-1,  MD-21 və s. 

belə cihazlardır. 



 Radiometrlər – müxtəlif səthlərin, avadanlıqların, texnikanın, paltarların, havanın 

ə

sasən  α  və  β  hissəciklərlə  radioaktiv  zəhərlənməsini  aşkar  etmək  bu 



zəhərlənmənin dərəcəsini təyin etmək üçündür. Radiometr vasitəsilə az səviyyəli γ 

ş

üalanmanı  da  ölçmək  mümkündür.  DP  –  100  M,  DP  –  100  ADM  radiometrik 



qurğuları və s. belə cihazlardır. 

Dozimetrlər – zəhərlənmiş ərazidə fəaliyyət göstərən bütün müddət ərzində şəxsi 

heyətin aldığı cəmi şüalanma dozalarını (əsasən γ şüalanma dozalarını) təyin etmək 

mümkündür. 

    DK-02,  DP-22V,  DP-24V,  D-1,  D-11və  s.  cihazlar  fərdi  dozimetrlər 

komplektləridir.  

 

22. Kimyəvi kəşfiyyat cihazları. 

Kimyəvi maddələrin aşkarlanması üçün əsas istifadə olunan 4 metod vardır: 

-Lüminesensiya;  onlaşdırıcı; Kimyəvi; Biokimyəvi. 



Lüminesensiya metodu  zamanı tədqiq olunan maddənin (məsələn, tədqiq 

olunan  qazların  parı)  işıqlanması  və  ya  həmin  maddə  ilə  qatışdırılan    xüsusi 

lüminoforların  işıqlanması  müşahidə  olunur.    Lüminesensiya  analizi  üçün  tətbiq 

olunan  aparatda  lüminesensiyanın  həyəcanlanma  mənbəyi  və  qeydiyyat  qurğusu 

vardır.  şıq  mənbəyi  olaraq  analizdə  ksenon  lampalar,  havada  qığılcım  və  ya 

lazerlərdən  istifadə  olunur.  Lüminesensiyanın  qeydiyyatı  əsasən  vizual  olaraq  və 

ya analizin dəqiqliyini artıran fotoelektron cihazlar vasitəsilə həyata keçirilir. 

onlaşdırma metodu  zamanı hər hansı bir şüalanma və ya zərrəciklər seli 

ilə  maddəyə  təsir  göstərilir.  Bu  zaman  kimyəvi  maddənin  molekulları  ionlaşır  və 

onlardan yeni zərrəcilər seli yaranır ki, bunlar da öz növbəsində analizə göndərilir. 

Məsələn, mass-spektrometriyada təsir göstərən sel elektronlar seli, ultrabənövşəyi 

ş

üalanma  ola  bilər  ki,  bunlar  da,  tədqiq  edilən  maddənin  ilkin  molekulyar 



ionlarının  dağılması  nəticəsində  yeni  molekulyar  ion  selini  yaradır.  Bu  metod 

vasitəsilə moleklyar kütləni aşkar etmək, maddəni müəyyən etmək, onun kimyəvi 

quruluşunu təyin etmək və s. mümkündür. 

Kimyəvi  metod  zəhərləyici  kimyəvi  maddə  ilə  reaktivin  reaksiyası 

nəticəsində onun rənginin dəyişməsinin qeydiyyatına əsaslanmışdır. 



Biokimyəvi metod zəhərləyici kimyəvi maddələrdə asetilxolinin hidrolizini 

həyata  keçirən  aktiv  ferment  –  xolinesterazın  sinir  iflic  edici  təsirini 

zəiflədilməsinə əsaslanmışdır. 

Zəhərləyici  və  adi  kimyəvi  maddələri  aşkar  etmək  üçün  daha  çox  kimyəvi 

kəşfiyyat  cihazlarından  istifadə  olunur  ki,  bunlar  da  kimyəvi  və  biokimyəvi 

metodlara əsaslanmışlar.  

Havada,  ərazida,  texnikanın  və  başqa  obyektlərin  səthlərindəki  zəhərləyici 

maddələri (ZM), adətən, kimyəvi kəşfiyyat cihazları və qaz siqnalizatoru vasitəsilə, 

yaxud  nümunə  götürüb  onları  kimya  laboratoriyasında  təhlildən  (analizdən) 

keçirməklə aşkar edirlər.  

Müasir  zəhərləyici  maddələri  hiss  orqanları  vasitəsilə  (orqanolektik  üsulla) 

aşkar etmək heç də həmişə mümkün deyil. Onların bir çoxunun heç bir iyi, rəngi, 




qıcıqlandırıcı xassələri yoxdur. Başlıcası isə bir sıra ZM-in zəhərliliyi o dərəcədə 

yüksəkdir  ki,  onların  iyinə  və  ya  qıcıqlandırıcı  təsirinə  görə  aşkar  edilməsi  cəhdi 

ciddi zəhərlənmələrlə nəticələnə bilər. Müşahidə yolu ilə, yəni əşyanın səthindəki 

ZM  damcılarına  və  ləkələrinə,  ZM-in  yaratdığı  buludun  və  zəhərlənmış  bitki 

yarpaqlarının rənginin dəyişməsinə görə bəzi zəhərləyici maddələri təxmini olaraq 

aşkar etmək mümkündür.  

 

23. Qoşun kimyəvi kəşfiyyat cihazı (QKKC), ВПХР

         Bu  cihaz  havada,  ərazidə,  texnikanın,  avadanlığın  və  digər  əşyaların 

səthindəki  ZM-i  təyin  etmək  üçündür.  Bu  cihaz  vasitəsilə  havada,  ərazidə, 

texnikanın, müxtəlif sursatların səthində zarin, zoman, iprit; havada V-qaz, fosgen, 

sianid turşusu, xlorsian olub-olmadığı tə'yin edilir.  

       Cihazın  quruluşu.  Cihaz  qapağı  olan  xüsusi  formalı  qutudan  (gövdədən) 

ibarətdir.  Qutuda  əl  nasosu,  nasosun  ucluğu,  indikator  borucuqları  yığılmış  kağız 

kaset,  tüstü  süzgəcləri,  qoruyucu  qapaqlar,  elektrik  fənəri  və  15  patronu  olan 

qızdırıcı yerləşdirilib. 

      Cihazın çəkisi təxminən 2,2 kq-dır.  

      Əl  nasosu  -  porşenlidir,  yoxlanılan  havanı  indikator  borucuqlarından  vurub 

keçirmək  üçündür.  Nasosu  dəqiqədə  50  dəfə  vurarkən  indikator  borucuğundan  2 

litr hava keçir.  

     Nasosun  başlıq  hissəsində  indikator  borucuqlarının  uclarını  kəsmək  (çərtmək) 

üçün  bıçaq  və  indikator  borucuqlarını  yerləşdirmək  üçün  yuvalar  var.  Başlığın 

kəllə  hissəsində  borucuqların  uclarını  qırmaq  üçün  iki  çökək  yer  də  düzəldilib. 

Bunlardan  başqa  nasosun  başlıq  hissəsində  rezin  klapan  və  klapanın  yəhəri  də 

yerləşdirilib.  Başlığın  klapan  tərtibatı  ilə  kip  birləşməsi  rezin  araqat  vasitəsilə 

təmin edilmişdir.  

ndikator borucuqlarını işlədərkən onun doldurucu maddəsinin aldığı rəngi kasetin 

səthindəki  rənglə  tutuşdurmaqla  havada  olan  ZM-in  konsentrasiyasını  təxmini 

təyin etmək mümkündür. 

      Nasos  ucluğunun  gövdəsi  dörd  kəsimlə  qıfvari  hissəyə  birləşdirilib,  gövdəyə 

ş

üşə silindr geydirilib. Qıfın aşağı hissəsindəki yiv və xüsusi qayka vasitəsilə ona 



sıxıcı  halqa  bənd  edilib  ki,  onu  da  rəzə  ilə  1azımi  vəziyyətdə  bərkitmək 

mümkündür. Şüşə  silindrin - ucluğun gövdəsinə, o ucluğun isə nasosla birləşmiş 

yerləri iki rezin araqatla kipləşdirilir. 

ndikatorun  borucuqları  -  ZM-i  təyin  etmək  üçündür,  içinə  doldurucu  maddə  və 

reaktivli  ampulalar  yerləşdirilib,  ucları  lehimlənmiş  şüşə  borucuqlardan  ibarətdir. 

Borucuqlar  rəngli  halqa  şəklində  haşiyələrlə  işarələnmişdir.  Bu  haşiyələr  həmin 

borucuq vasitəsilə hansı zəhərləyici maddənin müəyyən edildiyini göstərir. Cihazın 

dəstində üç növ indikator borucuqları olur:  

-bir qırmızı haşiyəli və qırmızı nöqtəli borucuqlar zoman, zarin, V-qaz tipli ZM-i;  

-üç yaşıl haşiyəli borucuqlar - fosgen, sianid turşusu, xlorsian;  

-bir sarı haşiyəli borucuqlar isə ipriti təyin etmək üçündür.  

Hər kağız kasetdə eyni işarəli 10 indikator borucuğu yerləşir. 

 

24. DP-64 indikator-siqnalizatoru. DP-22V,   D-1 doza ölçən cihaz komplekti. 



Yüklə 422,87 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə