Hər cür təbii fəlakət və istehsalat qəzası nəticəsində yaranan vəziyyətə sülh
dövründəki fövqəladə hallar deyilir. Belə hallarda əhalinin normal həyat fəaliyyəti
pozulur, onların nəticələri isə adamlara, ətraf mühitə və təsərrüfat obyektlərinə
ciddi zərər yetirə bilər. Yaranan vəziyyətdən asılı olaraq Dövlət fəaliyyət sistemi
müvafiq daimi Fövqəladə Hallar Nazirinin qərarı əsasında üç müxtəlif rejimdə
işləyə bilər:
Birinci rejim- gündəlik fəaliyyət Respublikanın ərazisində, o cümlədən də
rayonda (obyektdə) sənaye–istehsalat fəaliyyəti, radiasiya-kimyəvi şərait, həmçinin
seysmik, hidrometroloji, sanitar–epidemik vəziyyət normal olan hallarda. Bu
zaman rayonlarda, obyektlərdə planlı surətdə ətraf mühitə potensiallı obyektlərdə
daimi müşahidə aparılır, ehtimal edilə bilən fövqəladə halların qarşısını almaq,
ə
haliyə müvafiq proqramlar əsasında mühafizə və s. digər hazırlıq işləri görülür;
kinci rejim- yüksək hazırlıq rejimidir, bu rejimə fövqəladə hallar baş verəcəyi
barədə proqnoz alınarkən, normal istehsal fəaliyyəti, radiasiya, kimyəvi şərait,
epidemik vəziyyət və s. pisləşərkən keçilir.
Üçüncü rejim – sistem bu rejimə fövqəladə hallar baş verərkən və onların
nəticələri aradan qaldırılarkən FHN-nin müvafiq orqanları və daimi komissiyasının
qərarı ilə keçirilir. Bu zaman:
-əhalinin mühafizəsi təşkil edilir;
-qüvvə və vasitələr fəlakət yerlərinə gətirilir və xilasetmə işlərinə cəlb edilir;
-baş vermiş fəlakətlərin nəticələri aradan qaldırılır;
-ətraf mühitdə şəraitin dəyişməsinə daimi və ciddi nəzarət qoyulur.
12. Sülh dövründəki fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması
ardıcıllığ
ı və
rə
hbə
r orqanların və
zifə
lə
ri.
Fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə xilasetmə işlərinə
bilavasitə rəhbərlik aşağıdakı orqanlar tərəfindən həyata keçirilir:
-nəticəsi ancaq bir istehsalat binasını əhatə edən qismən fövqəladə hallar zamanı-
obyekt fövqəladə hallar komissiyası;
-nəticəsi ancaq bir obyektin ərazisini əhatə edən obyekt miqyaslı fövqəladə hallar
zamanı lazımi hallarda rayon(şəhər) və sahə fövqəladə komissiyalarının operativ
qrupları da iştirak etməklə, obyekt fövqəladə hallar komissiyası;
-nəticəsi rayonun (şəhərin) ərazisini əhatə edən yerli FH zamanı- Respublika
Fövqəladə Hallar Nazirliyi;
Fövqəladə halların nəticələrinin aradan qaldırılması işləri adətən aşağıdakı
ardıcıllıqla təşkil edilir:
-istehsalatdakı işçilərin və təhlükə yaranan sahələrdə əhalinin xəbərdarlıq edilməsi
və mühafizə olunması; bu işi obyektdə yaradılmış məhdud xəbərdarlıq sistemindən
istifadə etməklə növbətçi-dispetçer müəyyən olunmuş qaydada yerinə yetirilir.
-qəzanın məhdudlaşdırılması və ən təcili xilasetmə işlərinin görülməsi;
-fəlakətin miqyasını, onun törətdiyi təhlükənin xarakterini və s. təyin etmək üçün
kəşfiyyatın təşkili;
-xilasetmə işlərinə cəlb ediləcək qüvvə və vasitələrin müəyyənləşdirilməsi, onların
hazır vəziyyətə gətirilməsi;
-xilasetmə işləri aparmaq üçün qərar qəbul edilməsi və işlərin təşkili;
-obyektin istehsalat fəaliyyətinin (əhalinin normal həyat fəaliyyətinin) bərpa
olması.
Istehsalat qəzaları və təbii fəlakətlərin nəticələrini aradan qaldırarkən xilasetmə
işlərinin aparılması qaydaları digər müvafiq hallarda olduğu kimidir.
13. Zəlzələ.Onun növləri və baş vermə səbəbləri.
Zəlzələ - yerin təkində süxurların yerdəyişməsi sayəsində , yer qabığının müəyyən
sahələrinin titrəməsidir. Zəlzələ tektonik, vulkanik, eləcə də uçqun və bəndlərin
yarılması nəticəsində meydana çıxan törəmə zəlzələ növləri, sualtı zəlzələ, habelə
yerə meteorit düşməsi və ya planetimizin digər kosmik obyektlərlə toqquşması
nəticəsində baş verən zəlzələ növləri olur.
Tektonik zəlzələ daha tez-tez baş verir. Tektonik zəlzələ-yer qabığının
dərinliklərində litosfer tavalarda baş verən çatlar və yerdəyişmələr nəticəsində
meydana çıxan yeraltı təkanlardan və ya yer səthinin tərpənməsindən ibarətdir.
Zəlzələ zamanı çox güclü enerji meydana çıxır və elastik seysmik dalğalar şəklində
ə
trafa yayılır. Zəlzələ gücünü və xarakterini səciyyələndirən əsas parametrlər –
zəlzələnin maqnitudası, zəlzələ ocağının dərinliyi və yerin səthində zəlzələ
enerjisinin intensivliyidir. Respublikamızın bütün ərazisi zəlzələ təhlükəli
(seysmik) zona sayılır. 1989-cu ildə hazırlanmış sonuncu xəritəyə görə, ərazimizin
hər yerində 8baladək, Şamaxı- smayılli, Şəki -Balakən, Gəncə -Göygöl və
Naxçivan MR ərazisi isə 9 baladək zəlzələ ehtimallı zonalar sayılır. Belə zonalar
ə
razimizin 1/4 qədərini təşkil edir, burada əhalinin təxminən 20%-i yaşayır.
Zəlzələ 12 ballıq şkala ilə ölçülür.
Maqnituda – zəlzələnin törətdiyi elastik dalğaların enerjisini xarakterizə edən,
0-dan 8,5-ə qədər həddə dəyişən enerjiyə münasib olan şərti kəmiyyətdir.
Zəlzələnin maqnitudasını ölçmək üçün Rixter şkalasından istifadə edilir ki, bu
ş
kalada hər bir vahid özündən əvvəlki vahidə nisbətən titrəyiş enerjisinin yüz qat
artığına müvafiqdir.
Zə
lzə
lə
ocağ
ının də
rinliyi-müxtəlif seysmik rayonlarda 0-dan 700 km-dək dəyişə
bilər.
Yer səthində zəlzələ enerjisinin intensivliyi 12 ballıq şkala üzrə ölçülür;
gücünə(intensivlitinə görə) müvafiq olaraq zəlzələlər belə adlanır: hiss edilməyən,
çox zəif, zəif, mülayim, xeyli güclü, güclü, çox güclü, dağıdıcı, dəhşətli,
məhvedici, fəlakət, güclü fəlakət.
14. Yanğın. O hansı hallarda baş verə bilər? nsanlara təsir edən amillər.
Yаnğın –səhlənkarlıq üzündən, bəzən də istehsalat qəzası və təbii fəlakət
nəticəsində və s. baş verir. Yаnmа ilə yаnаşı müəyyən zаmаn və məкаn hüdudundа
inкişаf еdən кütlə və istiliк mübаdiləsi təzаhürlərini özündə əкs еtdirən mürəккəb
fiziкi-кimyəvi prоsеsdir. Bu təzаhürlər qаrşılıqlı əlаqəlidir və yаnğının
pаrаmеtrləri, yəni yаnıb qurtаrmа sürəti, hərаrəti və s. ilə хаrакtеrizə оlunur. Eyni
zamanda əкsəriyyəti təsаdüfi хаrакtеr dаşıyаn bir sırа şərtlərlə müəyyən еdilir.
К
ütlə və istiliк mübаdiləsini, hər hаnsı yаnğın üçün, оnun ölçülərindən və bаş
vеrmə yеrindən аsılı оlmаyаn səciyyəvi ümumi təzаhürlər аdlаndırırlаr. Yаlnız
müхtəlif üsullаrlа yаnmаnın ləğv еdilməsi, оnlаrın кəsilməsinə gətirib çıхаrа bilər.