Microsoft Word mm cavab az imtahan docx



Yüklə 422,87 Kb.
Pdf görüntüsü
səhifə9/18
tarix14.01.2018
ölçüsü422,87 Kb.
#20630
1   ...   5   6   7   8   9   10   11   12   ...   18

        DP-64  indikator-siqnalizatoru  fasiləsiz  olaraq  radiasiya  müşahidəsi  aparmaq 

və  ərazinin  radioaktiv  zəhərlənməsi  barədə  xəbər  vermək  üçündür.  Cihaz  nəzarət 

rejimində  işləyir  və ərazidə şüalanma  dozasının  gücü  0,2R/s-a  çatanda  bu  barədə 

səs və işıq siqnalları verilməsini təmin edir. Siqnalın işə qoşulması müddəti 3 san-

dən artıq olmur. 

      Cihaz 127/220 V gərginlikli dəyişən cərəyan şəbəkəsindən və ya 6V gərginlikli 

akkumlyatordan qidalanır, -40ºS-dən +50ºS-dək temperaturda və ətrafdakı havanın 

nisbi rütubəti 98%-dək olarkən işləyə bilər. Cihaz şəbəkəyə qoşulandan 30 saniyə 

sonra işə hazır olur. 

DP-64  indikator-siqnalizatoru  komplektinə  cihaz,  onun  texniki  təsviri,  istismarı 

üzrə təlimat, formulyar, ehtiyat hissələri və ləvazimat daxildir. Cihazın vericisinə 

30 m uzunluqda kabel vasitəsilə siqnal verən pult birləşdirilmişdir. Pult isə ikinci 

kabel  vasitəsilə  elektrik  qida  mənbəyinə  birləşdirilmişdir;  bu  kabelin  ucunda  onu 

dəyişən  cərəyan  mənbəyinə  qoşmaq  üçün  çəngəl  və  akkumulyator    batareyasına 

qoşmaq üçün iki (+ ; -) çıxım vardır. 



DP-22V dozimetrlər komplekti şüalanma dozalarını ölçmək üçündür. 

γ

-şüalanma dozalarının gücü 0,5-dən 200 R/s-dək dəyişərkən dozimetrlərin ölçmə 



diapozonu  2-dən  50  rentgenədəkdir.  Ölçmələrin  öz-özünə  boşalması  bir  sutka 

ə

rzində 4 R-dən artıq olmur. 



    Dozimetrlər  -40ᵒS-dən  +50ᵒS  hədlərində  və  havanın  nisbi  rütubəti  98%  olan 

hallarda işləyə bilir; bir komplekt qidalandırma mənbəyilə fasiləsiz iş müddəti 30 

saat, dozimetrin kütləsi 50 q,komplektin kütləsi 5,6 kq-dır. Doldurucu pultunun işə 

hazırlamaq müddəti 1-2 dəqiqədir. 

DP-22V dozimetrlər komplekti 50 ədəd birbaşa göstərən DKP-50A dozimetrindən, 

3D-5 doldurucu pultdan, futlyardan (qutu) və texniki sənədlərdən ibarətdir. 



D-1.  Fərdi  dozimetrlər  komplekti  udulan  γ-neytron  şüalanma  dozalarını  ölçmək 

üçündür;  cihaz  -  50ᵒS-dən  +50ᵒS  temperatur  hədlərində,  habelə  havanın  nisbi 

rütubəti 98%-dək dəyişərkən işləyə bilər.  

      Doldurucu  pult  dozimetrin  kondensatorunu  doldurmaq  üçündür.  Dozimetr 

dozanın gücü 10-dan 366000 rad/s-dək olarkən 20-dən 500 radadək diapozonda γ-

neytron şüalanmasının udulan dozalarının ölçülməsini təmin edir. Ölçülən dozalar 

dozimetrin  içərisində  yerləşən  və  radlarla  dərəcələndirilmiş  şkalada  hesablanır. 

Dozimetrlərin göstəricisinin sabitliyi 6 ay ərzində istismar zamanı ölçmələrin əsas 

ölçmə xətaları hədlərində aparılmasını təmin edir.  

 

25. DP-5A (B,V) radiometr-rentgenmetri. 

       Təyinatı:  DP-5A  səhra  radiometr  -  rentgenmetri  γ-şüalanma  səviyyələrini, 

habelə  ərazinin  və  müxtəlif  əşyaların  γ-şüalanma  nəticəsində  məruz  qaldığı 

radioaktiv  zəhərlənməni  ölçmək  üçün  nəzərdə  tutulmuşdurγ-şüalanma  dozasının 

gücü,  ölçmə  zamanı  cihazın  müvafiq  sayğac  yerləşən  sahədə,  millirentgen-saat 

(mR/saat) və ya rentgen saatla (R/saat) təyin edilir.  

      Cihazın  zondu  içərisində  şüalanma  detektorları,  gücləndirici-normalizator  və 

sxemin  digər ünsürləri  yerləşdirilmiş  polad  silindrdən  ibarətdir.  Burada  şüalanma 

detektoru olaraq  STS-5  və  S -3BQ tipli halogen sayğaclardan istifadə edilmişdir. 




     Silindirin  polad  gövdəsində  β-şüalanmanı  indikasiya  etmək  üçün  pəncərə 

vardır.  Bu  pəncərəyə  suya  davamlı  etilsellüoz  plyonka  yapışdırılmışdır.  Zondun 

gövdəsinə  fırlanan  silindir  formalı  bürünc  ekran  geydirilmişdir.  Bu  ekranda 

ölçüləri zondun gövdəsindəki pəncərənin ölçülərinə uyğun gələn pəncərə vardır.      

     Ekran  zond  gövdəsinin  uzunu  boyu  bir  qədər  yerini  dəyişə  bilir.  Ekranı 

müəyyən  vəziyyətdə  bərkitmək  üçün  onun  səthində  iki  işarə  edilmişdir.  Silindrin 

gövdəsində fiksator üçün iki yarığı olan halqa formalı stopor çıxıntısı vardır. 

Ekran  dayaq  çəngəli  qarşısında  B  vəziyyətinə  keçirilərkən  ekranın  pəncərəsi 

zondun gövdəsindəki pəncərənin tuşunda dayanır. Ekranın belə vəziyyətində β və 

γ

-şüalanmaları  bir-birinin  tuşundakı  hər  iki  pəncərədən  və  plastik  kütlə 



plyonkalardan keçərək sayğaca daxil olur. 

     Ekranın fiksatoru dayaq çəngəli qarşısında Q vəziyyətinə keçirilərkən silindirik 

ekran  zondun  gövdəsindəki  pəncərənin  qarşısını  kəsib  onu  örtür  və  sayğaclara 

ş

üalanma  keçməsinin  qarşısını  alır.  Bu  zaman  sayğacda  impulslar  yalnız  γ-



ş

üalanmanın təsiri nəticəsində əmələ gələcəkdir. 

     Zondun  elektrik  avadanlığı  lövhə  üzərində  quraşdırılmışdır.  Lövhə  zondun 

gövdəsinə  üst  qayka  vasitəsilə  birləşir.  Ölçmək  rahat  olsun  deyə,  zondun  dəstəyi 

var. Zond 1,2 m uzunluqda elastik kabel vasitəsilə cihazın pultuna birləşdirilir. 

Ölçmə pultu aşağıdakı əsas qovşaqlardan ibarətdir: panel, örtük (gövdə), şassi və 

qida mənbələri yuvasının qapağı. 

 

26.  FH-da  əhalinin  mühafizəsinin  əsas  prinsipləri  və  üsulları.  Bu  barədə 



Nazirlər Kabinetinin qərarı.  

Bütün  obyektlərdə    və  xüxusilə  də  təhlükə  potensiallı  müssisələrdə  qəzaların 

səbəblərini  aşkara  çıxarmaq  və  aradan  qaldırmaq,  onların  ehtimal  edilən 

nəticələrini zəiflətmək, işçilərin, avadanlığın mühafizəsini təmin etmək məqsədilə 

müvafiq  tədbirlər  kompleksi  həyata  keçirilməlidir.  Tədbirlərin  konkret 

məzmununu-  əməyin  təhlükəsizliyi,  mülki  müdfiə  üzrə  tələblər,  yanğın  və 

radiasiya təhlükəsizliyi qaydaları və digər müvafiq normativ sənədlərin göstərişləri 

ilə  müəyyən  etmək  lazımdır.  Qeyd  olunan  tədbirləri  tənzimləmək  üçün  

Azərbaycan Rspublikası Nazirlər Kabinetinin 1992-ci il 28 dekabr tarixli 700 saylı 

qərarı  ilə  təsdiq  edilmiş  “Azərbaycan  Rspublikasında  sülh  və  müharibə 

dövrlərindəki  fövqəladə  hallarda  əhalinin  mühafizəsinin  əsas  prinsipləri”  məhz 

belə səciyyəli sənəddir. Bu mühafizənin əsas prinsipləri və üsulları, mülki müdafiə 

üzrə  digər  normativ  aktların  işlənib  hazırlanması  üçün  ilkin  sənəddir.  Burada 

ə

halini  təbii  fəlakətlərin,  istehsalat  qəzaların  nəticələrindən    və  müasir  qırğın 



silahlarının təsirindən qorunmağın üsulları, vasitələri və qaydaları müəyyən edilir. 

    FH-da əhalinin mühafizəsinin əsas prinsipləri aşağıdakılardır: 

-Respublikanın  bütün  əhalisi  mühafizə  edilməlidir,  bu  tədbirlər  fasiləsiz  xarakter 

daşıyır, həm sülh, həm də müharibə dövrlərində yerinə yetirilir; 

-Ehtimal edilən föbvqəladə halların növündən, təhlükənin dərəcəsindən asılı olaraq 

ə

halinin mühafizəsi tədbirləri fərdi surətdə planlaşdırılır və həyata keçirilir; 



-Sülh  dövründə  baş  verə  biləcək  fövqəladə  halların  xarakteri  və  miqyası  barədə 

proqnozlar  əsasında,  habelə  müasir  müharibələrin  xüsusiyyətləri,  başlanması 

variantları,  müxtəlif  növlü  qırğın  vasitələrinin  işlədilməsi  imkanları  nəzərə 



Yüklə 422,87 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə