Microsoft Word mm cavab az imtahan docx



Yüklə 422,87 Kb.
Pdf görüntüsü
səhifə2/18
tarix14.01.2018
ölçüsü422,87 Kb.
#20630
1   2   3   4   5   6   7   8   9   ...   18

-suyun aşağı səviyyəsi. 

-tayfunlar,  sunamilər  (qravitasiyalı  dəniz  dalğası),  güclü  dalğalar(5  bal  və  daha 

yüksək),    dəniz  səviyyəsinin  güclü    ləngəri,    erkən  buz  örtüyü  və  ya  hərəkətsiz 

qalın buz qatı, gəmi və liman tikililərinin buzlaşması, sahil buzlarının qopması. 



Daşqınlar,  subasmalar  –çaylarda,  göllərdə,  dənizlərdə  su  səviyyəsinin  qalxması 

nəticəsində  yerin  xeyli  ərazilərinin  müvəqqəti  olaraq  su  basmasıdır.  Bütün 

fəlakətlər  arasında  təkrar  olunma  sayına  görə,  ərazinin  əhatə  dairəsinə  və  illik 

iqtisadi  ziyanın  həcminə  görə  daşqınlar  ön  yeri  tutur.  Daşqınlar    kiçik,  böyük, 

mühüm və faciəli olur. 

Kiçik daşqınlar düzənlik  çaylarına xarakterikdir. 10-15 ildən bir olur. 

Böyük daşqınlar çay vadilərinin ətrafında böyük sahələrin su basmasına gətirir. 

20 -25 ildən bir baş verir. 

Mühüm  daşqınlar  bütöv  çay  hövzələrini  əhatə  edir.  50  -100  ildən  bir  təkrar 

olunur. Kənd təsərrüfatı sahələrinin 70%-i su altında qalır. 



Faciəli daşqınlar bir və yaxud bir neçə çay sistemlərinin geniş sahələrini su basır. 

100 -200 ildən bir baş verir və 70%- dən artıq  kənd təsərrüfatı sahələri, şəhərlər, 

yollar və s. su altında qalır. 



Sunamilər-ən  təhlükəli  təbii  dəniz  hidroloji  hadisəyə  aid  edilir,  yapon  dilindən  

“körfəzdə  hündür  dalğa”  kimi  tərcümə  olunur.  Sunami  sualtı    və  sahilyanı 

zəlzələlər  nəticəsində  yaranan  dəniz  dalğalarının  bir  növüdür.  Okeanın  dibinin 

qalxması, enməsi zamanı sahildə qəflətən qeyri –adi hündür ləpələr peyda olur. 

Sunamilər  torpağın  tektonik  hərəkətindən,  sualtı  vulkanların  püskürməsindən, 

okeanda böyük torpaq hissələrinin çökməsindən, yeraltı sürüşmələrdən yaranır. 

 

5. Yolxucu xəstəliklər, törədicilərə onların vurduğu ziyan. 



 

Epidemiya –kəskin yolxucu xəstəliklərin sürətlə və geniş halda insanlar arasında 

yayılmasına  epidemiya  deyilir.  Epidemik  xəstəliklər  ilkin  yoluxma  ocaqlarından 

ə

trafa  müxtəlif  yollarla  və  vasitələrlə  geniş  yayıla  bilər.  Yolxucu  xəstəliklərin 



törədiciləri  mikroblardır.  Onlara  aiddir:  bakteriyalar,  viruslar,  riktersiyalar  və 

göbələkciklər.  Xəstəlik  müxtəlif  yollar  və  vasitələrlə  keçir:  tənəffüs  orqanları 

vasitəsilə,  yoluxmuş  ərzaq  məhsullarından,  alafdan  və  sudan  istifadə  edərkən, 

yoluxmuş  əşyalara  toxunarkən,  xəstə  adamlar  və  heyvanlarla  təmasda  olarkən, 

xəstəlik daşıyıcı həşarat və gənələr dişləyərkən. 

Epizootiya  –rayonda  və  ya  ölkədə,  bəzən  isə  bütün  qitədə  heyvanlar  arasında 

xəctəliyin  geniş  yayılmasına  deyilir.  Zərərvericilərin  geniş  yayılması  da  xalq 

təsərrüfatına,  xüsusən  də  meşə  və  kənd  təsərrüfatına  ciddi  ziyan  vurur.  Eyni 

zamanda insanların məhvinə də gətirib çıxarır. Məsələn, son bir neçə ildə yayılmış 

quş  qripi  xəstəliyi  bəzi  yerlərdə  insanların  məhvinə  səbəb  oldu.  2005-2010-cu 

illərdə quş qripi nəticəsində dünyada yüzlərlə adam məhv olmuşdu. 



Epifitotiya –bitki xəstəliklərinin yayılmasından ibarətdir və əsasən bu xəstəliklərlə 

səciyyəvidir: dənli bitkilərin pas xəstəliyi, çəltiyin göbələkcik xəstəliyi, fitoftoroz, 

yaxud  kartof  çürüməsi-  kartofun  yarpaq,  budaq  və  kökünü  çürüdən  ən  zərərli 

göbələkcik  xəstəliyi  və  c.  Müxtəlif  kimyəvi  maddələrdən  düzgün  istifadə 

edilməməsi  nəticəsində  də  bitkilər  məhv  ola  və  ya  xəstəliklərə  məruz  qala  bilər. 

Infeksion  xəstəlik  ocağı  yaranarkən  yoluxmuş  ərazidə  insanların,  heyvanların  və 




bitkilərin  mühafizəsi  üzrə  tədbirlər  müvafiq  orqanlar  tərəfindən,  o  cümlədən  də 

dövlət sərhədlərində gömrükxanalar tərəfindən yerinə yetirilir.  

 

 

6.Mülki  müdafiə  ilk  dəfə  hansə ölkədə  yaranıb?  Azəraycan  Respublikasında 

MM-ə ilə bağlı hansı əsasnamə, qanunlar və qərarlar qəbul olunub? 

Mülki  müdafiə  ilk  dəfə  Fransanın  Paris  şəhərində  1931-ci  ildə  general  Sant  Pol 

tərəfindən,  bir  qurum  kimi  yaradilmışdı.  3  noyabr  1993-cü  il  tarixindən 

Azərbaycan  Respublikası  bu  təşkilatın  üzvidir.  Azərbaycan  Respublikasının 

Prezidenti  1992-ci  il    iyulun    31-  də  “  Azərbaycan  Respublikasının  Mülki 

müdafiəsi  haqqında Əsasnamə”-nin təsdiq edilməsi barədə 73 saylı və 1998- ci il 

aprelin  18-  də  “Mülki  müdafiə  haqqında”  Azərbaycan  Respublikası  Qanununun 

(30  dekabr  1997-  ci  il,  №  420-  Q  )  tətbiq  edilməsi  barədə  700  saylı  fərmanı 

imzalamışdır. 30 aprel 1992-ci il tarixli FH –in qarşısının alınması və belə hallarda  

fəaliyyət  üzrə“  Azərbaycan  Respublikasında  Dövlət  siyasəti  haqqında”  Nazirlər 

Kabinetinin  339  nömrəli,  “Əhalinin  mühafizəsinin  əsas  prinsipləri  haqqında”  29 

dekabr 1992 –ci il tarixli 700 nömrəli qərarı.  Azərbaycan Respublikası FHN-nin 

Mülki  müdafiə  Qoşunları haqqında  əsasnamə(29 dekabr 2006-ci il№ 511 ) qəpul 

edilmişdir.  Yeni  Əsasnamə  və  Qanunda    Azərbaycan  Respublikasında  Mülki 

müdafiənin  əsas  məqsəd  və  vəzifələrini  habelə  dövlət  hakimiyyəti  və  idarəetmə 

orqanlarının, ictimai təşkilatların, eləcə də məsul şəxslərin və bütün vətəndaşların 

mülki müdafiə  üzrə vəzifələri müəyyən edilmişdir.  

“Mülki  müdafiənin  təmin  edilməsi  barədə”  Azərbaycan  Respublikası  Nazirlər 

Kabinetinin 25 sentyabr 1998-ci iltaixli, 193 nömrəli qərarının tələbləri: 

Dövlət  və  qeyri-dövlət  ali,  orta  ixtisas  məktəbi  tələbələrinə,  texniki  peşə  və 

ümumtəhsil məktəbləri şagirdlərinə  mülki müdafiənin öyrədilməsi. 

-Mülki müdafiə fənni – ali məktəblərdə əyani, qiyabi və axşam şöbələrinin bütün 

tələbələrinə  öyrədilməsi  məcburi  olan  fənlər  sayılır  və  tədris  planlarına  xüsusi 

fənlər kimi daxil edilir. 

 

7. Fövqəladə hallarla mübarizədə Dövlət orqanları və onların vəzifələri. 

Mülki müdafiə ərazi-istehsalat prinsipi üzrə təşkil edilir. Bu, o deməkdir ki, mülki 

müdafiənin bütün tədbirləri həm icra hakimiyyəti xətti üzrə, həm də istehsalat və 

digər  təsərrüfat  fəaliyyətinə  rəhbərlik  edən  nazirlik  və  idarələr  xətti  üzrə 

planlaşdırılır və yerinə yetirilir. 

     Yeni  Qanuna  və  Əsasnaməyə  müvafiq  olaraq  Azərbaycan  Respublikasında 

Mülki  Müdafiə  işinə  ümumi  rəhbərliyi  Azərbaycan  Respublikasının  Pezidenti 

həyata keçirir. Azərbaycan Respublikasının Mülki Müdafiəsinə Respublikanın Baş 

Naziri  bilavasitə  rəhbərlik  edir  və  mülki  müdafiənin  qarşısında  duran  vəzifələri 

həyata  keçirməyə  daim  hazır  olması  üçün  məsuliyyət  daşıyır.  Mülki  müdafiə 

tədbirlərini  planlaşdırmaq  və  həyata  keçirməsini  təşkil  etmək,    habelə  icraya 

nəzarət  məqsədilə  Azərbaycan  Respublikası  Fövqəladə  Hallar  Nazirliyi  gündəlik 

rəhbərlik edir. Yerlərdə mülki müdafiəyə bilavasitə aşağıdakılar rəhbərlik edirlər: 

-Naxçıvan  Muxtar  Respublikasında–Müxtar  Respublikasının  Milli  məclisinin 

sədri;  



Yüklə 422,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə