Microsoft Word mm cavab az imtahan docx



Yüklə 422,87 Kb.
Pdf görüntüsü
səhifə18/18
tarix14.01.2018
ölçüsü422,87 Kb.
#20630
1   ...   10   11   12   13   14   15   16   17   18

      Radioaktiv  yoluxma  zonasından  çıxdıqdan  sonra  təcili  surətdə  dezaktivasiya, 

yəni,  radioaktiv  tozu  kənar  etmək  lazımdır.  nsan  bədənindən  radioaktiv 

maddələrin kənar edilməsi sanitar təmizlənməsi ilə həyata keçirilir.  

     Dezaktivasiya  nüvə  istehsalında,  radioaktiv  izotoplarla  iş  zamanı  təhlükəsizlik 

qaydalarına  riayət  edilmədikdə,  radioaktiv  tullantılar  daşınarkən  baş  verən 

qəzalardan  sonra  ətraf  mühitin  radioaktiv  çirklənməsi  zamanı  həyata  keçirilir. 

Müharibə  dövründə  dezaktivasiya  tədbirləri  düşmənin  nüvə  silahının  tətbiqindən 

sonra  nəticələrin  aradan  qaldırılması  zamanı  həyata  keçirilir.  Bundan  da  əlavə, 

radioaktiv  maddələrlə  işləyən heyətin dezaktivasiyası planlı  şəkildə daima  həyata 

keçirilir. 

      Radioaktiv  yoluxma  ilə  mübarizədə  radioaktiv  maddələrin  obyektlərin 

üzərindən  kənar  edilməsi  yeganə  yoldur.  Bu  onunla  izah  olunur  ki,  radioaktiv 

maddələrdə  elementlərin  radioaktiv  bölünməsi  baş  verir.  Bölünmənin  sürətini 

artırmaq  və  ya  azaltmaq  mümkün  deyil,  radioaktiv  maddələri  mikroorqanizmlər 

kimi məhv etmək və ya kimyəvi maddələr kimi neytrallaşdırmaq mümkün deyil.      

     Dezaktivasiyanın əsas məqsədi – radioaktiv maddələrlə yoluxma səviyyəsinin 

maksimal dərəcədə azaldılmasıdır. 

     Bu  məqsədə  çatmaq  üçün  fiziki  və  kimyəvi  metodlardan  istifadə  olunur. 

Yoluxmuş  əşyaların  (qurğuların)  səthi  ilə  zəif  əlaqədə  olan  radioaktiv  maddələri, 

məsələn,  obyektin  üzərinə  düşmüş  radioaktiv  tozu  fiziki  metod  ilə  kənar  edirlər 

(tozu  su  ilə  yumaq,  parça  ilə  silmək,  çırpmaq  və  s.).  Dezaktivasiyanın  fiziki 

metdoları  az  effektli  olduqda,  yəni  radioaktiv  maddələr  yoluxmuş  əşyalarla 

(qurğularla)  möhkəm  əlaqədə  olduqda  kimyəvi  metodlardan  (turşuların, 

qələvilərin, yuyucu vasitələrin və s. radioaktiv maddələrlə əlaqədə olduqda su ilə 

rahat təmizlənən digər birləşmələrin tətbiqi) istifadə olunur. 

     Paltarların ən sadə dezaktivasiya yolu – silkələmə, tozu taxta ilə çırpma, fırça, 

tozsoran  ilə  təmizləmə,  bu  üsulların  az  effektliliyi  zamanı,  yuyucu  vasitələrlə 

xüsusi çamaşırxanalarda yuyulmadır. 

    Suyun dezaktivasiyası üçün bioloji süzgəclərdən istifadə olunur. 

Yaxşı  qablaşdırılmış  məhsulların  dezaktivasiyası  üçün  onları  yuyurlar, 

qablaşdırılmamış  məhsulların  dezaktivasiyası  üçün  isə  onların  üst  səthlərini 

soyurlar. Azqiymətli və kiçik miqdarlı məhsulları məhv edirlər.  

     Dezaktivasiyanın  həyata  keçirilməsinə  nəzarət  dozimetrik  və  radiometrik 

cihazlarla yerinə yetirilir. 

     Dezaktivasiyanı həyata keçirən şəxslər mühafizə vasitələrindən istifadə etməli, 

paltarın  radioaktiv  yoluxmasına  vaxtaşırı  dozimetrik  nəzarəti  yerinə  yetirməli  və 

dezaktivasiyanı keçirdikdən sonra tam sanitar təmizlənməlidir. 

 

 



 

45. Tam və qismən sanitariya təmizlənməsi. 

       Radiasiyalı, kimyəvi və bioloji təhlükəli obyektlərdə qəzalar baş verdikdə və 

kütləvi  qırğın  silahları  (nüvə,  kimyəvi,  bioloji)  tətbiq  edildikdə  insanların  dərisi, 

paltarları,  texniki  vasitələr,  binalar,  mühafizə  qurğuları  və  ərazi  radioaktiv, 

kimyəvi, güclü təsirli zəhərli maddələr və bioloji vasitələrlə zəhərlənə bilər. 



      Radioaktiv  maddələrin  təsiri  bir  neçə  gün  ərzində,  damcı  şəklində  olan 

zəhərləyici maddələr bir neçə gün, soyuq vaxtlarda isə bir neçə həftə və ay davam 

edir. Bioloji vasitələrin təsir müddəti bir neçə gün və ay ola bilər. 

     Adamlar  zəhərləndikdə  sanitariya  təmizlənməsi,  ərazilər,  qurğular,  binalar, 

texniki  vasitələr  xüsusi  təmizləmə  keçməlidirlər.  Sanitariya  təmizlənməsi  – 

adamların  bədəninin  və  paltarlarının  zəhərlənmələrdən  təmizləməkdən  ibarətdir. 

Bu təmizləmə qismən və tam ola bilər. 

    Qismən  təmizləmə  zədələnmə  ocaqlarında  və  yaxud  onlardan  çıxandan  sonra 

vaxt  az  olduqda  bədənin  açıq  hissələrini  müstəqil  təmizləməklə  bitir.  Radioaktiv 

maddələrlə zəhərləndikdə qismən sanitariya təmizləmə bu ardıcıllıqla aparılır: 

-əlehqazı  (respiraturu)  çıxarmadan  üst  paltarları  çıxarıb  silirlər,  süpürürlər  və 

çırpırlar; 

-ayaqqabıları yaş əski ilə silir və yaxud yuyurlar; 

-əlehqazların (resiraturun) çantasını silirlər, üzlü borucuğunu, qutusunu yaş əski ilə 

silirlər; 

-əlehqazı (respiratoru), əlcəkləri çıxarıb üzü, boynu, əlləri təmiz su ilə yuyub, ağzı 

və boğazı qarqara edirlər. 

    Insanların  dərisi  və  paltarı  damcı  –  maye  halında  zəhərləyici  maddələrlə 

zəhərləndikdə qismən sanitariya təmizlənməsi təcili olaraq yerinə yetirilir. Bunun 

üçün  kimya  əleyhinə  paketin  və  ya  maya  ilə  isladılmış  tənzif  dəsmalla,  dərini, 

paltarı və əleyhqazın üzlüyünü sürtmək lazımdır. 

    Tam  təmizləmə    vaxt  çox  olduqda  zədələnmə  ocaqlarından  çıxandan  sonra, 

sanitar  yuma  məntəqəsində aparılır.  Bu vaxt  adamların  bədəni  isti su  ilə,  sabunla 

və hamam lifi vasitəsilə yuyulur. 

    Xüsusi təmizləmə dezaktivasiya, deqazasiya və dezinfeksiyadan ibarətdir. 

 

46. Fövqəladə hadisələr zamanı idarə edilmə və idarəetmə məntəqələri. 

         Sülh  və  müharibə  dövrlərində  mühafizə  tədbirlərinin  vaxtında  və 

müvəffəqiyyətlə yerinə yetirilməsini təmin edən başlıca şərtlərdən biri – FHN –nin 

mülki müdafiə qüvvələrinin düzgün idarə edilməsidir. 

       Idarəetmənin  mahiyyəti  –  MM  rəhbər  və  qərargahının  özlərinə  tabe  olan 

qüvvələrə  daim  rəhbərlik  etməsindən,  onların  fəaliyyətini  qarşıda  duran 

vəzifələrinin icrasına yönəltməkdən ibarətdir.  

      Mülki müdafiənin idarə edilməsi üzrə əsas vəzifələr bunlardır: 

-MM  tədbirlərinin  və  dəstələrinin  fəaliyyətinin  əvvəlcədən  planlaşdırılması,  bu 

planların vaxtaşırı olaraq dəqiqləşdirilməsi; 

-sülh  və  müharibə  dövrlərində  fövqəladə  hallar  baş  verərkən  yaranmış  vəziyyət 

barədə məlumatların fasiləsiz surətdə toplanması və öyrənilməsi; 

-fəaliyyət üçün vaxtında qərar qəbul edilməsi və onun icraçılara çatdırılması; 

-qarşılıqlı  fəaliyyətin  təşkili  və  görülməli  işlərin  hərtərəfli  təmin  və  təzhiz 

olunması; 

-iş  tapşırıqlarının  tabelikdəkilər  tərəfindən  vaxtında  icra  edilməsinə  nəzarət  və 

onlara lazımi yardım göstərilməsi; 

-MM  dəstələrində  və  qərargahlarında  şəxsi  heyətin  yüksək  mənəvi  –  psixoloji 

ovqatının saxlanması. 




     Ehtimal olunan hərbi münaqişələrinin xarakterindən, ölkədə xalq təsərrüfatının 

vəziyyətindən  və  s.  amillərdən  asılı  olaraq  hazırda  idarəetmə  fəaliyyətinə  yüksək 

tələblər verilir. Bundan ən əsası aşağıdakılardır: 

-idarəetmə qabiliyyətli olmalıdır. Bu MM rəhbərlərinin inamla qərar qəbul etmək 

bacarığından  və  qərarın  tabelikdəkilər  tərəfindən  icrasına  qətiyyət  və  inadla  nail 

olmasından ibarətdir. 

-idarəetmə çevik olmalıdır. Bu, vəziyyətin dəyişməsinin operativ və çevik surətdə 

nəzərə alınması deməkdir. 

-idarəetmə  fasiləsiz  və  dayanıqlı  olmalıdır;  yəni  bu  sistem  sülh  və  müharibə 

dövrlərindəki  hər  cür  fövqəladə  hallarda  tabelikdəki  qüvvələrin  fəaliyyətinə 

fasiləsiz rəhbərlik etməyə imkan verməlidir. 

-idarəetmə  prosesində  məxfilik  rejiminə  (xüsusən  hərbi  dövrdə)  ciddi  riayət 

edilməlidir. 

-idarəetmə işinə verilən ən əsas tələblərdən biri – onun bütün vəsilələrin – rəhbər 

heyətin,  idarəetmə  orqanlarının  digər  heyətlərinin,  rabitə  və  xəbərdarlıq 

vasitələrinin və s. fəaliyyətə daimi hazır saxlanılmasıdır.  

 

47.  darəetmə məntəqələrinin təyinatı və yerləşdirilməsi. 

Təyinatına və yerləşməsinə görə idarəetmə məntəqələri üç qrupa bölünür: 

-ərazi idarəetmə məntəqələri; 

-sahə idarəetmə məntəqələri; 

-mülki müdafiənin hərbi hissələrində yaradılan idarəetmə məntəqələri. 

       darəetmə məntəqələrinin aşağıdakı növləri vardır: 

-şəhər  ehtiyyat  idarəetmə  məntəqələri  –  şəhər  ərazisində,  obyektlərdən  kənarda 

yerləşdirilir.  

-şəhərdənkənar ehtiyyat idarəetmə məntəqələri - dərəcəli şəhərlərin və obyektlərin 

ehtimal olunan dağıntılar zonasından və subasma təhlükəsi olan zonadan kənarda 

yerləşdirilir; 

-köməkçi idarəetmə məntəqələri – keçirilən MM tədbirlərinin və MM qüvvələrinin 

ehtiyyat  idarəetmə  məntəqələrindən  idarə  edilməsi  çətinləşdikdə  və  ya  mümkün 

olmayan hallarda yaradılır; 

-səyyar  idarəetmə  məntəqələri  –  ehtiyyat  idarəetmə  məntəqələrininəsas  tərkib 

hissəsidir. Sülh və müharibə dövründə, MM qüvvələrinin hərəkəti zamanı, onlara 

bilavasitə rəhbərliyi təmin etmək üçün yaradılır; 

-hava  idarəetmə  məntəqələri –  “Azərbaycan  hava  yolları”  konserninin  təyyarə  və 

vertolyot bazalarında təşkil olunur. 

      Idarəetmə  məntəqələri  burada  yerləşən  idarəedici  heyətin  fövqəladə  hallarda 

fasiləsiz işini, normal həyat fəaliyyətini və etibarlı mühafizəsini təmin etməlidir. 

     Bir  sıra  MM  rəhbərləri  üçün  idarəetmə  məntəqələri  əvvəlcədən  tikilmiş 

mühafizə qurğularında təşkil olunur.  

     Idarəetmə  məntəqələri,  rabitə  qovşaqlarının  və ümumdövlət  rabitə şəbəkəsinin 

imkanlarından maksimum istifadə edilməsi nəzərə alınmaqla tikilir və avadanlıqla 

təmin olunur.   

   Idarəetmə məntəqələri adətən aşağıdakı otaqlardan ibarət olur: 

-MM rəhbərinin iş otağı; 




-digər heyət, yəni operatorlar və telefonçu – operatorlar yerləşən operativ iş otağı; 

-xidmət rəislərinin (mütəxəssislərin) iş otağı; 

-rabitəçilər qrupu yerləşən rabitə qovşağı; 

-növbələrlə dincəlmə otağı; 

-idarəetmə məntəqəsinin heyəti üçün fərdi mühafizə vasitələri, ərzaq, su ehtiyatları 

və s. saxlanılan otaq; 

-sanitariya qovşağı. 

 

48.  MM – də rabitənin növləri və xəbərdarlıq sisteminin vəzifələri. 

      Rabitə  -  idarəetmə  sisteminin  tərkib  hissısidir  və  onun  əsas  vasitələrindən 

biridir.  Rabitə  olmadan  fasiləsiz  və  çevik  idarəetmə  mümkün  deyil.  Xüsusən, 

fövqəladə  hallar  yaranan  dövrdə,  müharibə  vaxtı,  habelə  təbii  fəlakətlər  və  güclü 

istehsalat qəzaları baş verən şəraitdə rabitə çox böyük əhəmiyyət kəsb edir. Buna 

görə  də  MM  –  in  bütün  vasitələrində  -  obyektlərdə,  rayon  və  şəhərlərdə, 

respublikada onun rəhbərinin qərarları ilə müvafiq rabitə və xəbərdarlıq sistemləri 

təşkil edilir. 

     Bütün  səviyyələrdən  olan  rabitə  sisteminin  əsas  vəzifələri  –  tabelikdəkilərin 

fasiləsiz  idarə  edilməsini,  qarşılıqlı  fəaliyyətin  təşkil  olunması  və  saxlanmasını, 

həmçinin  sərəncamların,  siqnalların  və  məlumatların  vaxtında  verilməsi  və  qəbul 

olunmasını təmin etməkdən ibarətdir. Rabitə - yuxarı təşkilatın rəhbəri, tabelikdəki 

qüvvələr  və  qoşunlar,  həmçinin  qarşılıqlı  fəaliyyət  göstərən  orqan  və  qüvvələr 

arasında təşkil edilir. 

      Rabitə  sistemi  işə  daim  hazır  vəziyyətdə  saxlanmalı,  informasiyanın  etibarlı 

surətdə fasiləsiz, dəqiq və tez çatdırılmasına imkan verilməlidir. 

      Rabitənin  təşkili  üçün  radiotelefon  (məftilli  rabitə),  səyyar  və  siqnalla  rabitə 

vasitələrindən istifadə olunur. Bunlara rabitənin növləri deyilir. 

      Radio və telefon rabitə növü ən mürəkkəb şəraitdə belə, istənilən məsafədəki 

çoxlu  orqanlarla,  eyni  zamanda  və  dərhal  rabitə  yaradıb  əlaqə  saxlamağa  imkan 

verir. 


      Məftilli  rabitə  vasitələrindən  isə  həm  sülh,  həm  də  hərbi  dövrdə  mülki 

müdafiənin bütün vasitələrindən daha geniş istifadə olunur. 

      Səyyar  rabitə  vasitələri  xüsusən  xilasetmə  işləri  aparılan  vaxt  cürbəcür 

operativ  sənədləri,  şifahi  sərəncamları,  məlumat  və  xəbərləri  icraçılara,  eləcə  də 

yuxarı qərargahlara çatdırmaq üçündür. Səyyar rabitə vasitəsi kimi təyyarələrdən, 

vertolyotlardan, avtomobillərdən və digər nəqliyyat vasitələrindən, bir sıra hallarda 

isə hətta piyadalardan da istifadə edilə bilər. 

     Siqnalla  rabitə  vasitələrindən  -  əhalini  xəbərdar  etmək,  habelə  göstəriş  və 

siqnalları təkrar  vermək  məqsədilə istifadə olunur.  Siqnal vasitələri elektrik və  əl 

sirenalarından,  siqnal  raketlərindən,  yəni  işıq  və  səs  siqnalı  verən  vasitələrdən 

ibarətdir. 

     Xəbərdarlıq müvafiq MM rəhbərinin və yaxud yuxarı qərargahın göstərişlərinə 

ə

sasən təşkil edilir. 



 

49. Obyektlərdə və şəhərlərdə (rayonda) rabitə sisteminin təşkili. 


     Rabitə  sistemi  əmin  amanlıq  dövründə  mövcud  olan  rabitə  qovşaqları, 

stansiyaları və xətlərindən, eləcə də MM qərargahlarının tabel rabitə vasitələrindən 

istifadə olunmaqla təşkil edilir. 

    Şəhərin  (rayonun)  ərazisində  vahid  MM  rabitə  sistemi  yaradılmalıdır.  Buna 

bütün  mövcud  qüvvə  və  vasitələri,  o  cümlədən  də  dolayı  rabitə  xətlərini  bir 

mərkəzdə 

(MM 

rabitə 


xidmətində) 

cəmləşdirmək, 

onlara 

rəhbərliyi 



mərkəzləşdirilmiş  halda  planlaşdırmaq  və  rabitənin  bütün  növlərindən  kompleks 

halında istifadə etməklə nail olmaq mümkündür. 

    Şəhərin  (rayonun)  rabitə  xidməti  imkan  verməlidir  ki,  MM  rəhbərləri  öz 

idarəetmə məntəqələrindən tabelikdəki təşkilatların və mülki müdafiə qərargahları, 

ə

razi  MM  dəstələrinin  komandirləri,  kəşfiyyat  orqanları,  əhalini  köçürmə 



(qəbuletmə),  həmçinin  hər  cür  təhlükəli  hallar  barədə  vəzifəli  şəxsləri  və  bütün 

ə

halini vaxtında xəbərdar etmək mümkün olsun. 



    Obyektlərdə  də  rabitənin  rolu  və  əsas  vəzifələri  mahiyyətcə  şəhərdə  (rayonda) 

olduğu kimidir. Burada rabitə sistemi konkret olaraq müəssisənin rabitə qovşağını, 

obyekt  idarəetmə  məntəqəsinin  rabitə  qovşağını  və  MM  dəstələrinin  rabitə 

vasitələrini özündə birləşdirir. 

     ri  müəssisələrdə  rabitə  qovşaqlarında,  adətən,  istehsalat  avtomat  –  telefon 

stansiyası ( ATS), radioyayım qovşağı, texnoloji rabitə xətləri (sexlərdə, şöbələrdə 

dispetçer rabitəsi) olur. 

    Obyektlərin  idarəetmə  məntəqələrindəki  rabitə  qovşağında  isə  kommutator 

(telefon  stansiyası)  radiorabitə  vasitələri  (əsasən  ultraqısadalğa),  siqnal  vasitələri, 

vacib obyektlərdə isə həmçinin son bloklu xəbərdarlıq cihazı olmalıdır.      

   Hərbiləşməmiş  MM  dəstələrinin  rabitə  vasitələri  –  müxtəlif  tipli  telefon 

aparatlarından, telefon kabelindən, ultraqısadalğa radiostansiyalardan və tabel üzrə 

verilən digər avadanlıqdan ibarətdir. 

    Rabitə  xidmətlərini  icra  etmək  üçün  obyektlərdə,  eləcə  də  MM  dəstələrində 

rabitə qrupları və manqaları yaradılır. Bunların təşkilatı strukturu, şəxsi heyətinin 

sayı  və  avadanlıqla  təchizat  normaları  yuxarı  MM  rəhbərləri  tərəfindən  müəyyən 

edilir.  Obyektin  rabitə  sistemi  MM  –  in  bütün  fəaliyyət  məntəqələrində  -  yəni 

müəssisənin daimi yerləşdiyi yerdə, köçürülmüş fəhlə və qulluqçular məskunlaşan 

şə

hərdənkənar  zonada,  MM  qüvvələri  zədələnmə  ocaqlarına  yürüş  edərkən  və 



xilasetmə işləri aparılan sahələrini etibarlı rabitə ilə təmin etməlidir. 

 

50. Obyektlərdə və şəhərlərdə (rayonda) xəbərdarlıq sisteminin təşkili. 

         MM sistemində siqnalların və xəbərlərin verilməsi qaydası belədir; 

Xəbərdarlıq siqnallarının həm respublika MM qərargahı tərfindən verilib regional 

bölmələrə,  şəhərlərə  və  rayon  mərkəzlərinə  çatdırılması  mümkündür,  həm  də 

siqnal,  məlumat  və  xəbərlər  şəhər  rayon  və  obyekt  MM  qərargahlarının  özləri 

tərəfindən verilə bilər. 

        Xəbərdarliq  sistemi  obyektlərdə  rəhbər  heyətin,  MM  dəstələrinin  və  digər 

işçilərinin  iş  və  işdənkənar  vaxt  xəbərdar  edilməsi  qaydasını  müəyyən  edən 

sənəddir. 

       Siqnal  və  sərancamları  tez  çatdırmaq  üçün  vacib  obyektlərin  MM  –  in 

mərkəzləşdirilmiş avtomat xəbərdarlıq sisteminə qoşurlar. 




       Belə sistem obyektin özündə də yaradıla bilər. 

       Mərkəzləşdirilmiş  avtomat  xəbərdarlıq  sisteminin  tərkibi  S  –  40  və  S  –  28 

elektrik sirenalarından, məsafədən idarəetmə və məcburi çağırış aparaturundan (M  

- MCA) və rabitə xətlərindən (kanallarından) ibarətdir. 

       S – 40 elektrik sirenası küçələrdə qoyulmaq üçündür, səsi 300 – 700 metrdən 

eşidilir. S – 28 sirenası isə sənaye müəssisələrinin səs küylü sexlərində qoyulur. 

       Təhlükə potensiallı obyektlər yerləşən sahələrdə isə, həmçinin lokal (məhəlli) 

xəbərdarlıq sistemi də yaradılmalıdır. Bu sistem obyektlərin və ərazinin vahid bir 

sturukturda birləşdirilmiş xəbərdarlıq vasitələrindən ibarətdir. Məqsədi – fövqəladə 

hallar  yarandığı  barədə  həmin  obyektin  işçilərini,  habelə  ehtimal  olunan 

zəhərlənmə, yaxud fəlakətli subasma zonalarında yerləşən müəssisələrin, idarə və 

təşkilatların  rəhbərlərini,  eləcə  də  əhalini  vaxtında  xəbərdar  etməkdir.  Lokal 

xəbərdarlıq  sisteminin  quraşdırılması  sxemi  və  iş  prinsipi  məsələn,  kimyəvi 

təhlükəli  obyektin  radiotranslyasiya  (radioyayım)  qovşağı  –  buradan  yaşayış 

məntəqəsinə əvvəlcədən çəkilmiş xüsusi kabel xətti və son xəbərvermə vasitələri – 

elektrik  sirenaları,  küçələrdəki  səsucaldan  cihazlar  və  mənzillərdəki  radio 

repreduktorlar. 

       Lokal xəbərdarlıq sistemindən istifadə qaydası belədir: 

    “ Kimyəvi təhlükəli obyektdə güclü təsirli zəhərli maddələrin ətrafa yayılması 

ilə baş verən qəza hallarında növbətçi dispetçerin fəaliyyət qaydası haqqında 

birtipli təlimat” mövcuddur. Bu sənədə görə, belə obyektlərdə fövqəladə hallar 

yaranarkən müəssisənin növbətçi dispetçeri obyektdəki bütün işçilərə, həmçinin 

2,5 km – dək radiusda yerləşən digər müssisələrin, idarə və təşkilatların 

rəhbərlərinə, eləcə də əhaliyə xəbər vermək üçün müstəqil olaraq qərara gəlmək 



səlahiyyətinə malikdir.  

 

Yüklə 422,87 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə