Microsoft Word lviyy lsahib q z m mm dovan n docx



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə3/25
tarix27.03.2018
ölçüsü0,58 Mb.
#35187
1   2   3   4   5   6   7   8   9   ...   25

 

 



ümumi  gəlirdən  əsas  kapitalın  amortizasiyasını,  dövriyyə  kapitalı  ilə  bağlı  olan 

xərcləri çıxmaq vacibdir.  

       Sözü gedən problemin öyrənilmə  zamanı bir sıra suallar meydana çıxır. Bunlara 

misal  olaraq,    əgər  xərclər  ümumi  məhsulun  tərkibindədirsə,  bu  zaman  "gəlir" 

terminini buna aid etmək nə dərəcədə düzgün olardı? Və ya əgər bu istehsalçı üçün 

ə

sil gəlir hesab olunmursa, və onun bir hissəsinə təşkil edirsə,  bu zaman vergiyə cəlb 



olunarkən  ümumi  dövriyyə  hesablanıldığı  zaman  onun  tam  həcmini  vergi  obyekti 

olaraq qəbul etmək düzgün olardımı? və s. bu kimi sualları göstərmək olar. 

       Göstərilmiş  bu  problemin  öyrənilməsinə  istərsə  beynəlxalq,  istərsə  də 

Azərbaycanın  bir  çox  alimləri  yaxından  təşəbbüş  göstərmişlər.  P.S.  Bezrukix,  X. 

Ş

valbe, V.M. Paliy, V.Q. Makarov, P.N.Rıbalmen, K.P. Obolenski, E.S. Oqlobmen, 



V.A.  Svobodin,  A.F.  Akesenenko,  V.P.  Vasilenko  vıə  s.  MDB  alimləri  öz 

araşdırmalarında uçotun təkmilləşdirilməsinə,  istehsal məsrəflərin uçotuna və s. dair 

qiymətli fikirlər bildirmişlər. 

       Sözü gedən mövzuya dair bir çox Azərbaycan alimləri - S.M. Səbzəliyev, Q.Ə. 

Abbasov,  H.Ə.Cəfərli,    N.  M.  smayılov,  V.M.  Quliyev,  Q.R.  Rzayev,  S.Y. 

Müslümov, C.M. Yaqubov, C.B. Namazova öz fikirlərini bildirmişlər. 



       Tədqiqatın məqsəd və vəzifələri. Müəssisədə gəlirlərin və xərclərinin uçotunun 

təkmilləşdirilməsində əsas məqsəd sözü gedən bu anlayışların beynəlxalq standartlara 

uyğunlaşdırılmasıdır.  Bunun  üçün  müasir  bazar  iqtisadiyyatında  elmi  cəhətdən 

ə

saslandırılmış  şəkildə  uçot  əməliyyatlarınının  həyata  keçirilməsi  vacib  amildir.  Bu 



zaman  gəlirlərin  və  xərclərin  təsnifatının  müasirləşdirilməsiylə  bağlı  nəzəri  və 

praktiki təkliflər sistemini formalaşdırmaq və həyata keçirmək lazımdır. 

       Sözü 

gedən 


dissertasiyada 

bir 


sıra 

yerinə 


yetiriləsi 

vəzifələr 

müəyyənləşdirilmişdir: 

  Gəlirlərin  və  xərclərin  beynəlxalq  standartlara  uyğunlaşdırılması  səviyyəsinin 

öyrənilməsi; 



 

 



  Xərclərin  uçotunun  funksional  metodunun  müasir  dövrdə  müəssisələrin  uçot 

sisteminə uyğunlaşdırılması imkanlarını araşdırmaq; 

  Xərclərin sifariş metoduyla uçotunun aktuallığınının araşdırılması və onun uçot 

xüsusiyyətlərinin müəyyən olunması; 

  Gəlirlərin sintetik və analitik uçotunun xüsusiyytələrinin öyrənilməsi; 

  Qərbdə tətbiq edilən uçot siyasətinin öyrənilməsi. 



       Tədqiqatın  obyekti.  Sözü  gedən  gəlir  və  xərclərin  tədqiqat  obyekti  kimi 

kommersiya  müəssisələri seçilmişdir. Bu o deməkdir ki, müəssisələrdə gəlirlərin və 

xərclərin rolu, onların uçotda əks etdirilməsi qaydaları, Mühasibat Uçotu Beynəlxalq 

Standartlarının  müəssisə  fəaliyyətinə  təsiri,  müəssisələrdə  gəlirlərin  artırılması, 

xərclərin azaldılması bu mövzuda özünün geniş əksini tapmışdır. 

       Müəssisələr  tərəfindən  tərib  edilən  "Mənfəət  və  zərərlər"  haqqında  hesabatdan 

fərqli olaraq standartlar layihəsi konseptual cəhətdən bütövlüklə başqa prinsiplər və 

meyarlar  əsasında  müvafiq  adlı  maliyyə  hesabatında  gəlirin  MMUS-un  tələblərinə 

uyğun olaraq təqdim edilməsini nəzərdə tutmuşdur.  

       Sözü  gedən  layihənin  müvafiq  göstərilmiş  müddəalarına  əsasən  gəlirlər  və 

xərclər  sadəcə  müəssisənin  hesabına  daxil  olmuş  və  ya  daxil  olaraq  iqtisadi 

səmərənin  və  zərərin  mədaxilini  özündə  birləşdirir.  Gəlirlərin  və  xərclərin 

qiymətləndirilməsi,  malların  satışı,  xidmətlərin  göstərilməsi  üzrə  konsepsiyalara  da 

diqqət yetirmək lazımdır. 

              Tətqiqatın predmeti. Tədqiqatın predmetini gəlirlər və xərclərin beynəlxalq 

standartlara  uyğunlaşdırılması,  gəlirlərin  və  xərclərin  uçotunun  formalaşmasının 

nəzəri, praktiki və metodoloji problemlərinin həlli təşkil edir.  

       Gəlirlərin  və  xərclərin  beynəlxalq  standartlara  uyğunlaşdırılmasını  təmin  etmək 

üçün bir bir sıra tədqiqat işləri aparılmaqdadır.  

       Respublikamızda  iqtisadiyyatın  hal-hazırki  inkişaf  mərhələsində  xaricdən 

investisiya cəlbi və ölkədaxili sahibkarların daxili bazarda və xarici bazarda istehsal 



 

 



etdikləri rəqabətli məhsullar vəzifəsi ilə mövqelərin möhkəmlənməsinə olan tələblər 

MHBS-ya uyğun olaraq maliyyə hesabatının hazırlanılması və təqdim edilməsinə aid 

islahatların həyata keçirilməsi vacib hal almışdır. 

       Son-icmal  informasiyada  təqdim  edilmiş  "Gəlirlər  üzrə"  kommersiya 

təşkilatları  üçün  MHBS-nın  layihəsi  Mühasibat  Uçotunun  Beynəlxalq  Standartları 

Ş

urası tərəfindən işlənilmiş və təsdiq olunmuş "Gəlir" adlı 18 N-li Mühasibat Uçotu 



Beynəlxalq Standartına və "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası 

qanuna uyğun olaraq işlənib hazırlanmışdır.  

        ctimai  qurumlar  və kiçik  sahibkarlıq  subyektləri  istisna  olmaq  şərtilə  müəssisə 

tərəfindən  gəlirlərin  və  xərclərin  "Mənfəət  və  zərərlər"  haqqında  hesabatda  ardıcıl, 

etibarlı  və  şəffaf  formada  tanınmasının  və  ona  bilavasitə  aid  edilən  qeydlərin 

qiymətləndirilməsinin və açıqlanılmasının təşkil edilməsi əsas məqsədlərdən biridir. 



       Tədqiqatın  informasiya  bazası.  Tədqiqatın  informasiya  bazasında  Maliyyə 

Hesabatı  Beynəlxalq  Standartları,  onların  əsasında  tərtib  olunmuş  Milli  Mühasibat 

Uçotu  Standartları,  gəlirlər  və  xərclər  barədə  bir  çox  azərbaycanlı  alimlərin  dəyərli 

fikirlərindən, həmçinin bir sıra MDB alimlərinin   bu 

yöndə 

tədqiqat 



işlərinin 

məlumatlarından geniş istifadə edilmişdir.  

       Bu  dissertasiya  işində  həmçinin  qərbdə  aparılan  uçot  sistemində  gəlirlərin  və 

xərclərin  necə  uçota  alınması  və  onların  uçot  sistemini  necə  təkmilləşdirilməsi 

yolunda apardıqları tədbirlərdən də söz açılmışdır. 

       Mühasibat  Uçotunun  Beynəlxalq  Standartlarının  tədqiqatın  informasiya  bazası 

kimi istifadə edilməsində əsas məqsəd gəlirin maliyyə hesabatlarının hazırlanması və 

təqdim  edilməsi  barədə  konseptual  əsaslarda  hesabat  ili  ərzində  iqtisadi  səmərənin 

artması kimi müəyyənləşdirilməsidir. Bu standartın gəlirlərin uçotunun aparılmasında 

tutduğu mühüm mövqedir, çünki

 

sözü gedən bu artım uçot dövründə "Gəlir" adlı 18 



N-li  Mühasibat  Uçotunun  Beynəlxalq  Standartında  aktivlərin  daxil  olması,  yaxud 

onların  sayının/həcminin  artması  formasında,  və  yaxud  əlavə  qoyuluşlarla  əlaqəli 

olmayan,  səhmdarlar  tərəfindən  həyata  keçirilən  kapitalda  artım  ilə  nəticələnmiş 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə