Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə122/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   115   116   117   118   119   120   121   122   123

 
369
dünyanın xəritəsinin sürətlə  dəyişməsinə  gətirib 
çıxaran amillərdən biridir. Siz hesab eləyin ki, bütün 
canlı varlıqlar fasilə vermədən Yeri və Göyü yeyir. 
Sözümün kəsəri üçün hamıya tanış bir nümunəni ortaya 
atacağam: fillər aşırı çoxalanda Afrikanın savannaları 
səhraya dönür. Çünki fillər yemək üzrə mütləq 
rekordçudurlar. 
Hərçənd fillərdən dəfələrlə balaca insanlar 
yemək aktivliyinə görə savanna nəhəglərinə heç də 
uduzmurlar. 
Bu da axırı ona gətirib çıxarır ki, insanın 
qarnı özündən qabaqda gedir. 
Nədən ki, yeyib-içən bir kimsə olmağın başlıca 
əlaməti, təbii ki, yekə qarındır.  
Yaponiyada müdrik obrazı  həmişə öz yekə qulağı 
və yekə qarnı ilə seçilir. Nədən ki, tabaq kimi girdə, 
böyük qarın  əmin-amanlıq, firavanlıq, asudəlik, 
rahatlıq rəmzi kimi çözülür. Bu, dzen fəlsəfəsinin 
yapon mədəniyyətində  dəstəklədiyi bir görk, bir 
obrazdır. Onlar elə hesab edirdilər ki, əsl gülüş 
qarınla gülməkdir, qarından gülməkdir, qarına 
gülməkdir. Azərbaycanlılar da tez-tez deyirlər: “o 
qədər güldüm ki, qarnım ağradı”; və ya “o qədər güldüm 
ki, qarnım cırıldı”; “elə gülürdü ki, dişlərinin 32-si 
də görsənirdi” və sair. Yaponlarsa deyirlər: “elə 
gülürdü ki, bağırsaqları görsənirdi”. Digər xalqların 
leksikonunda da belə ifadələrlə rastlaşmaq ehtimalı 
qədərincə. Bu, gülüş homerik gülüşdür; uğunub özündən 
getməyi, hər  şeyi unudub gülməyi, bütün mənaların 
üstündən xətt çəkib gülməyi, mənaları  mənasızlaşdırıb 
gülməyi eyhamlaşdırır. Yəni sən gülürsən,  şaqqanaq 
çəkib gülürsən, bütün varlığınla gülüşün içində 
olursan, gülüş olursan və bu an sənin gülüşün sanki 
bütün dünyanı bürüyüb dünya ilə  təkbətək qala bilir. 
Bu gülüşü elə bil ki dünya eşidir; elə bil ki bu gülüş 
dünyada eşidilir. 
Yenə... düşüncələrimin istiqamət düzlüyünü bir 
daha vurğulamaq niyyətilə... başqa bir bağlılığa, bir 
əlaqəyə fikrinizi yönəltmək istəyində bulunuram. 
Məqalənin  əvvəlində söyləmişdim ki, “qarın” sözü 
“qa”nın,  “qa” enerjisinin toplandığı  məkanı bildirir. 
Qarın bədən enerjisinin cəmləşdiyi, fokuslaşdığı, bir 
harmoniya, vəhdətə  gəldiyi bir nöqtədir, enerjinin 


 
370
yığışdığı  mərkəzdir. Mən bunları özüm üçün 
aydınlaşdırdığım zaman birdən rastıma çıxdı ki, 
yaponca qarın “xara” adlanır. Təbii ki, sözün xara // 
hara // kara // qara kimi şəkildəyişmələri, 
transformasiyaları yolverilən bir haldır. Dediyim bu 
ki, “xara" və “qarın” sözləri arasında aşkar fonetik 
bir oxşarlıq mövcud. Bu,  qa // ka // ha // xa // ğa 
enerjisinin universallığının sübutumu? Fakt budur ki, 
“yapon  ənənəsində, xüsusilə  də, dzen təriqəti 
ənənəsində  xara tarazlıq mərkəzidir ki, burada eyni 
zamanda ruhsal qüvvə  qərarlaşır. Çin və Yaponiyanın 
dzen müdriklərinin çəkdiyi rəsmlərdə görükən yekə 
qarın heç də antiestetik bir şey deyil, əksinə, enerji 
mərkəzi  xaraya bir işarədir”.
14
 Sumo pəhləvanlarının 
hədsiz yekə qarınları da tatami üzərində enerji 
bolluğunun, gücün dəlaləti kimi, nümayişi kimi 
qavranılır. Xarakiri, yəni qarnı yırtmaq, qarnı cırmaq 
məhz bədənin enerji mərkəzinə  təcavüzdür, bədənin 
harmonik tarazlığının, enerji tarazlığının 
pozulmasıdır. 
Heç kəs heç vədə Buddanın (Bodhidharma) iri 
qarnını müzakirə obyekti kimi götürmür: əgər o, kamil 
insan kimi, sansaranı (dünyaya təkrar doğulmalar 
zəncirini) qurtarmış insan kimi yoqa təlimindən 
büsbütün keçmişdisə, niyə hindlilər onu belə bir 
qarınla təsəvvür edirlər? Düzdür, Budda qarnı yapon 
müdriklərinin qarnı kimi sallanmış qarın deyil, amma 
yetərincə böyük tutuma malik bir qarındır. 
Şərq müdrikləri və  əlbəyaxa döyüş ustadları 
deyirlər ki, özünü düzgün idarə eləmək istəyirsənsə, 
düzgün nəfəs al, qarınla  nəfəs al! Çünki bu zaman 
bədən yağış torpağı yumşaldan kimi yumşaldır. 
Təbriz, Herat, Ərəb-Mesopayamiya miniatür 
məktəblərində  təsvir edilən  əksər kişi personajları, 
yəqin ki bircə  Məcnundan başqa, öz yumruca qarınları 
ilə fərqlənirlər.      
 
Yemək olan yerdə şadlıq var. 
“Çörək (yemək – kursiv müəllifindir) bol olarsa, 
basılmaz vətən”  (Səməd Vurğun).  Yemək bol olanda 
insanlar sürətlə çoxalır. 
Dünya yemək üstündə qurulmuş bir xanimandır.
15 
Yemək (doymaq) məqsədilə qan tökülür. Qan 
tökülməyincə, yemək hasil olmur. 


 
371
Körpə qarnı ilə qidalanır, qarnından böyüyüb 
qarından cahana gəlir. Biz ana bətnində qarnımızla 
yeyirik, kənarda isə qarnımıza yeyirik. Yeyib 
işləyirik, işləyib yeyirik və deyirik “işləməyən 
dişləməz”
Bu, hökmdür, ancaq qorxulu bir hökmdür. Çünki 
əgər dişləmirsənsə, ayaqlarını uzadıb ölürsən. Ol 
səbəbdən ac qalmaq xofu heç vaxt beynimizdən çıxmır. 
Nəticə isə budur ki, Yer üzünün bütün canlıları, – 
infuzorlardan tutmuş  məməlilərə  qədər, – səhərdən 
axşamacan  əlləşib, gövşəyib, çeynəyib, didib-dağıdıb, 
işləyib, dişləyib, daim mübarizədə bulunub yeməyə 
məhkum edilmiş (!) varlıqlardır... Yeməyi tələb 
eləyən, gözləyən isə qarındır, başqa sözlə, qarın 
yemək tuluğudur, yemək çəlləyidir və aclıq siqnalını 
beyinə göndərən sistemdir. 
Qarın öz gündəlik normasını almayanda “mən”ə 
qarşı qiyama qalxır. 
Çətin və darıxdırıcı bir həyatdır qarnı düşünüb 
yaşamaq, qarın üçün gecə-gündüz  əlləşib yaşamaq... 
Bunu bilmək və ömür boyu da bu bilgilə yaşamaq 
birincidən daha betər, daha məşum, daha fəciəvi, daha 
gülməli, daha absurd bir aqibət.  
Kimdir azadlıqdan danışan? Qarnı olan adam da 
azad olurmu, yahu? Azadlığın dadını yalnız ruhlar bilə 
bilər...  O şey ki, yoxdur, onun azadlığı mütləqdir. 
“Var” həmişə  əsarətdədir, “yox” isə  əbədi azadlığa 
qovuşub... 
Getdikcə məsələ bir az daha qəlizləşir. 
“Qarın qardaşdan irəlidir”.    Əsrlərdən bəri bu 
həqiqət dəyişmir: onu dəyişməyə, həqiqəti yalan 
eləməyə çalışsalar belə... 
Mədəniyyət mənəvi dəyərlər sistemində qardaşı, 
qan qohumluğunu, ananı, vətəni qarından önə  çəkir və 
təbliğat maşınını  işə salır. Amma bu, təkcə  təbliğat 
deyil, həm də qutsal bir dəyərdir. Sufiliyin çatmaq 
istədiyi kamillik məqamı da Allah sevgisini, ilahi 
gözəlliyi, qəlb genişliyini, batini zənginliyi, ürfan 
işığını qarından qat-qat üstün tutur. Amma bəlli bir 
həqiqətdir ki, “ac adamla tanrıdan danışmazlar”; və ya 
“ac adamın dini olmur”; və yaxud “su meymunun boğazına 
çıxanda balasını ayağının altına atır” kimi deyimlər 
insanlığın düşüncə müstəvisində permanent dolaşır.  


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə