Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə107/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   103   104   105   106   107   108   109   110   ...   123

 
323
meylləri özünü büruzə vermiş olsaydı, gülüş  həmin 
dəqiqə  kəsilərdi. Müsəlman kölgəyə gülmək, onu lağa 
qoymaq, onunla zarafatlaşmaq iqridarındadır. Orta 
yüzillərdə mömin insanlar tam əmin olublar ki, kölgə 
teatrı din üçün, bəndə üçün, Allah üçün qorxusuzdur, 
zərərsizdir. 
Əks təqdirdə 
İslam mədəniyyəti 
kontekstində kölgə teatrı öz yaşamaq hüququnu 
itirərdi. Düzdür, seksual-şəhvani səhnəciklərin 
təsvirinə, açıq-saçıq ədəbsiz jestlərin pərdə üzərində 
göstərilməsinə, diskursun söyüşlərlə, yalan 
andiçmələrlə hörgülənməsinə görə  əxlaq güdükçüləri 
kölgə teatrına müxtəlif vaxtlarda qadağa qoysalar da, 
onu bir mədəniyyət hadisəsi kimi məhv edə bilməmişlər. 
Bu da onu təsdiqləyir ki, müsəlman kölgənin xofundan, 
sehrindən azad idi, güzgüyə isə adi bir məişət  əşyası 
kimi yanaşırdı. Elə buradaca yığcam bir qeyd: 
müsəlmanlar canamaza güzgü qoyurlar və namazı 
qurtardıqdan sonra Muhamməd peyğəmbərin gül camalına - 
güzgüyə salavat çevirirlər. Müsəlmana o da tövsiyyə 
olunur ki, hər səhər yerindən qalxıb güzgüyə baxanda 
da bir salavat çevirməyi unutmasın. Bəlkə də bu onunla 
bağlıdır ki, məşhur bir hədisdə Muhamməd peyğəmbər 
özünü güzgü, yəni hər  şeyi olduğu kimi göstərən 
adlandırıb. Ola bilsin ki, burada məcusiliyin də 
rudimentləri var. Mümkün ki, mən salavat çevirməklə 
güzgüdəki  əksimlə (ruhumun görkəmi) özüm arasında 
canlı pozitiv bir rabitə  (əlaqə) yaradıram. Axı 
güzgüdəki əksim mənim işıqlı kölgəmdir, mənim kölgəmin 
işıqda görünən görkəmidir. 
     O  da  bir  əlavə faktdır ki, yumşaq, elastik 
sayıldığına görə  dəvə  dərisindən kəsilmiş yarpağa 
bənzər nazik, həcmsiz təsvirlərin kölgələri öz 
xarakterləri və davranışları etibarı ilə seyrçiyə 
mistik heç nə sezdirmirdi. Birincisi: bu kölgələr 
səsli idilər, adam kimi danışırdılar.  İkincisi: onlar 
həmişə profildən görükürdü. Üçüncüsü: pərdə-ayna 
üzərində görsənən kölgələr rəngli olurdu və kitab 
səhifələrinə  çəkilmiş  zərif naxışları, gül-çiçəyi 


 
324
xatırladırdı. Dördüncüsü: təsvirlərin boğazlarında 
xəyalçının “Y” formalı  xəyal ağacının geydirilməsi 
üçün dəlik-çərtiklər saxlanılırdı ki, onlar da 
kölgələrin cansız oyuncaq olduğunu vurğulayırdı. Bu da 
heç səbəbsiz deyil. Məsələnin məğzi nədədir? Ortaçağ 
ərəb-mesopatamiya miniatür məktəbinin elə nümunələri 
var ki, orada personajlar profildən yox, anfasdan 
çəkilib.  Bu yasağın pozulması deməkdir, islam 
qanunlarına ziddir. Rəsmdən seyrçiyə ikigözlə baxan 
varlıq artıq diriliyə iddialı sayılır.  Busa 
yolverilməzdir. Ona görə  də miniatür sənətinin 
ustaları  həmin personajların boğazlarından çərtik 
çəkməklə onları ölüyə çevirirdilər. Yəni  ərəb-
mesopatamiya miniatür məktəbinin rəsmlərində görünən 
çərtiklər cansızlığı, ölülüyü eyhamlaşdırır. Kölgə 
teatrının təsvirlərinin boğazında görünən dəliklər də 
bu çərtiklərin funksiyasını yerinə yetirir. Beləliklə, 
kölgə teatrı islamın mədəniyyətlə bağlı yasaq 
proqramına, demək olar ki, tam şəkildə riayət edirdi. 
Yalnız bir istisnadan başqa. Müsəlman mədəniyyətində 
bərkdən gülmək,  ədəbsiz-ədəbsiz zarafatlaşmaq, kimisə 
lağa qoymaq dəstəklənmir. Amma kölgə teatrında bu 
cəhət məhz birinci yerdə dayanırdı. Hərçənd  şəriət 
adamları bu məsələdə kölgə teatrına güzəştə 
gedirdilər, onun fəaliyyətinə qadağa qoymurdular. 
     Bütün  bunları deməkdə  məqsədim odur ki, müsəlman 
güzgü və kölgədə mistika, möcüzə, cadu, tilsim 
axtarmaqdan çox uzaq idi: baxmayaraq ki, sufilər kölgə 
teatrının pərdə-aynasını  nəsihət lövhəsi, yoxdan var 
olmağın təsvir  əyaniliyi, dünya faniliyinin rəmzi 
bilirdilər, xəyalçını Allaha, çıraqdan düşən işığı 
müqəddəs nura, təsvirləri adamlara bənzədirdilər. 
Lakin təsəvvüfdən gələn enerji də adi müsəlmanın kölgə 
teatrına qarşı 
bəslədiyi hedonistik münasibəti 
dəyişmirdi. Bica, yəni yersiz deyil ki, müsəlman üçün 
Ramazan ayının bir nömrəli  əyləncəsi kölgə teatrının 
tamaşaları sayılırdı. 


 
325
     Ortaçağ islam mədəniyyyətində kölgə teatrı 
müsəlmanın təqlid etməyə, yamsılamağa köklənmiş     
yeganə xalis teatrı idi, rəngli cizgi filmlərini yeddi 
əsr qabaqlamış  əlvan kölgələrin teatrı idi, xalqın 
həyatından püskürən meydan mədəniyyətilə saray əhlinin 
bədii süsləmələrinin sintezindən vücuda gəlmiş teatrı 
idi, özünü hər cür ideoloji, sosioloji zərbələrdən 
qorumuş unikal teatrı idi. Kölgə teatrının köməyilə 
müsəlman mədəniyyəti qədim inancların kölgə  və güzgü 
ilə bağlı  təlqin etdiyi mistik xofdan qurtulur, 
təsviri rəngləyib pərdə-ayna səthinə  əlvan kölgə 
çıxarır və onunla doyunca əylənir.      
     
 
   
Ədəbbiyyat: 
1
Bodriyar J. Sistema veşey. - M.: Rudomino, 2001. - s.26. 
2
Sührəvərdi  Ş.Y.  İşıq hekayələri. - B.: Elm, 1989. - s.38. 
3
Frezer Dj.Dj. Zolotaya vetv: isledovaniye maqii i  
 reliqii. - M.: Politlit, 1980. - s.221. 
4
Smirnov A.V. Velikiy şeyx sufizma. - M.: Nauka, 1993. -  
 s.4 
5
Bax: yenə orada, s.64-68. 
6
Tiyatro terimleri sözlügü / Hazırlayanlar: Haldun Taner,  
  Metin And, Özdemir Nutku. - Ankara: 1966. - s.8. 
7
Talıbzadə A.A. Şərq teatrı tarixi. - B.: Qanun, 2008. -  
  s.199-202. 
8
Bax: Nəzərli M. Şərq miniatür sənətində “uzaqlaşdırma”  
 metodu barədə // Qobustan. - № 3 (71), 1986. - s.19. 
 
 
                                                             
TƏNQİDİN  FENOMENOLOGİYASI 
(etioloji xəritə) 
 
           müəllimlər müəllimi Cəfər Cəfərovun 
xatirəsinə  
 
     Tənqid instinktdir. 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə