Microsoft Word kitab-ahmed cavad-son docx



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə29/30
tarix19.07.2018
ölçüsü0,85 Mb.
#57170
1   ...   22   23   24   25   26   27   28   29   30

 

115


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

МЯЩСУЛДАР



 

ТЯРЪЦМЯЧИ

 

 

 



airin  həyat  yolu  barədə  müxtəsər  oçerkdə  də  qeyd  etdi-

yim  kimi,  Ə.Cavad  öz  dövrünün  mükəmməl  təhsil  gör-

müş, bir sıra əcnəbi dilləri öyrənmiş, hərtərəfli inkişaf etmiş ziya-

lılarından biri  idi. Orijinal əsərlərini  yazdığı türk-azərbaycan  dili 

ilə  yanaşı  Ə.Cavad  fars,  ərəb, rus,  gürcü,  ləzgi  dillərini  mükəm-

məl  bilirmiş.  O,  xalqlar  arasında  dostluğun,  qarşılıqlı  ədəbi-mə-

dəni  əlaqələrin  inkişafında  bədii  tərcümənin  roluna  böyük  əhə-

miyyət  verirdi.  Bədii  tərcümə  şair  Ə.Cavad  üçün  sadəcə  hobbi 

deyil,  əsil  bədii  yaradıcılıq  işi  idi.  O,  tərcümə  və  nəşr  etdirdiyi 

əsərdən  əsərə  inkişaf  edir,  öz  mütərcimlik  peşəsini  daha  da  tək-

milləşdirir, vərdişlərini möhkəmləndirirdi. 

Turgenev,  Puşkin  və  Qorkidən  tərcümələri  bunu  demək 

üçün  tam  əsas  verir  ki,  Ə.Cavad  ruscanı  bu  dildə  bədii  əsər  ya-

zanlar  səviyyəsində  mənimsəmişdir.  Bu  dildən  istər  şer,  istər 

nəsr, istərsə də dram tərcümələrində onun müvəffəqiyyətini təmin 

edən birinci amil orijinalın mahiyyətinə varması, söz, ifadə, fraza, 

cümlə,  eləcə  də  misra,  beyt  və  bəndlərdə  əksini  tapmış  fakt  və 

Ш

 



116

 

 



hadisəni, psixoloji vəziyyəti, insan ovqatını, tarixi əhvalatı, ən zə-

rif çalarına qədər hərtərəfli qavraması idi. Məhz belə dərindən və 

hərtərəfli götürüldükdə, kompleks halında duyulub qavranıldıqda 

əsərin ana dilimizdə səsləndirilməsinin ilkin uğuru təmin edilmiş 

olur;  yersiz  mütərcim  əlavələrinə,  yaxud  onun  “nəzərindən  qaç-

mış” məqamlara yer qalmır. Rus klassikasının tərcüməsi üzərində 

çalışarkən Ə.Cavadın işinin ikinci, daha məsul mərhələsi qavran-

mış bu zəngin ədəbi faktlar, obrazlar aləmini Azərbaycan dilində 

ifadə  etmək,  səsləndirmək,  bizim  üçün  munis  olan  doğma  dilin 

axarında  canlandırmaq  idi.  Tərcümələrini  oxuyub  müəyyən  mü-

qayisələr  apardıqda  şairin  bu  sahədəki  zərgər  işi  adamda  dərin 

rəğbət oyadır. Fransa renessansının görkəmli nümayəndələrindən 

Fransua Rablenin (1494-1553) “Qarqantua və Pantaqruel” (Azər-

baycan  dilində  1934),  məşhur  norveç  ədibi,  Nobel  mükafatı  la-

ureatı Knut Hamsunun (1859-1952)  ən  məşhur əsərlərindən  olan 

“Aclıq”  (Azərbaycan  dilində  1930),  Maksim  Qorkinin  (1868-

1936) “Çocuqluq” (Azərbaycan dilində 1929) romanlarının, digər 

klassik  nəsr  nümunələrinin  Ə.Cavad  tərəfindən  edilmiş  tərcümə-

lərindən  aldığım  təəssürat  belədir.  Bu  tərcümələr  ilk  səhifələrin-

dən  etibarən  səmimi,  mötəbər  bir  ahəng  alır,  inandırır,  adam  bir 

çox hallarda tərcümə əsəri mütaliə etdiyini unudur. 

İ.S.Turgenevin XIX  əsr rus ədəbiyyatının nadir  nümunələ-

rindən  olan  “Atalar  və  oğullar”  romanında  baş  qəhrəmanın  vali-

deynlərinin onun qəbrini ziyarətə gəldiyi parça bu baxımdan diq-

qətimi  xüsusi  cəlb  etdi:  “Rusiyanın  uzaq  bucaqlarından  birində 

kiçik bir kənd  məzarlığı  vardır. Demək olar ki, bizim  bütün  mə-

zarlıqlarımız kimi mənzərəsi adamı qüssələndirir. Onu əhatə edən 

qanovları  çoxdan  ot  basmışdır.  Boz  ağac  xaçlar  əyilmiş,  qəbir 

daşlarının hamısı, aşağıdan birisi onları itələyirmiş kimi, yerindən 

oynamışdır.  Yarpağı  tökülmüş  iki-üç  ağac  azacıq  kölgə  salır, 

qoyunlar qəbirlərin arasında sayğısızcasına veyillənir... Lakin bu 



 

117


 

 

qəbirlərin arasında... heyvanların pamal  edə bilməyəcəyi bir  mə-



zar  da  vardır.  Təkcə  quşlar  onun  üzərinə  qonub  şəfəq  çağı  oxu-

yur.  Bu  qəbri  dəmir  çəpər  əhatə  edir...  Yevgeni  Bazarov  bu 

qəbirdə gömülmüşdür. Yaxında bulunan kənddən bu qəbri ziyarət 

etməyə  tez-tez  ər-arvad,  iki  düşgün  qoca  gəlir...  acı-acı  ağlayır, 

qəbir  daşına  diqqətlə  baxır...  uzun  müddət  bu  yerdən  ayrıla  bil-

məyirlər...”  (İ.S.Turgenev.  Atalar  və  oğullar,  Azərnəşr,  1929, 

səh.213-214).  Orijinalın  müvafiq  hissəsi  ilə  müqayisədə  əsasən 

adekvat  təsir  bağışlamaqla  yanaşı,  bu  parça  Azərbaycan  ədəbi 

dilinin, onun bədii tərcümə qolunun 20-ci illərdəki vəziyyəti haq-

qında obyektiv təsəvvür oyadır. 

Bir  qədər  yuxarıda  deyildiyi  kimi,  Ə.Cavad  poeziya  sənə-

tində  özünəməxsus  dəsti-xətti  olan  lirik  idi.  Onun  müharibənin 

odu-alovu  içindən  yazdığı  məqalələri  də,  bir-iki  hekayəsi  də, 

vaxtı  ilə  yazıb  müzakirə  və  nəşr  üçün  müvafiq  idarələrə  təqdim 

etdiyi,  lakin  “itirilmiş”  “Sədəf”  romanı  da,  hər  şeydən  öncə,  bir 

könül  şairinin  ətrafda  baş  verən  çox  mürəkkəb  hadisələrə  fərdi 

münasibətinin,  Ə.Cavadın  qəlbində  oyanan  sənətkar  intibahının 

başqa  janrlarda  ifadəsidir.  Onun  tərcümə  üçün  seçdiyi  əsərlərin 

ümumi  mənzərəsi  də  bunu  təsdiq  edir.  Diqqətlə  baxaq:  nəsr 

əsərlərində  rus  dilinin  şeriyyətini  əks  etdirmək  baxımından  Tur-

genevi  nadir ədəbi simalarla müqayisə etmək  mümkündür. Şeks-

pirin  “Romeo  və  Cülyetta”sı  pak,  qarşılıqlı,  lakin  nakam  sevgi 

haqqında Qərbin “Leyli  və Məcnun”udur. Məhəbbət  və  qısqanc-

lığın  faciəsi  olan  “Otello”  şerlə  yazılmış,  Ə.Cavad  da  bu  faciəni 

mənzum  tərcümə  etmişdir.  Böyük  gürcü  şairi  Şota  Rustavelinin 

“Pələng dərisi geymiş pəhləvan” poeması da məhəbbət və qəhrə-

manlıq  haqqında  qonşu  xalqın  qiymətli  poetik  dastanıdır...  De-

mək  istəyirəm  ki, ümumiyyətlə Ə.Cavadın  istər nəsr, istər dram, 

istərsə də əlbəttə, poeziya janrında etdiyi tərcümələrin hamısında 

lirik şair münasibəti aparıcı mövqedədir. Qısqanclığın alovlarında 

 

118


 

 

yanan  Otellonun  öz  günahsız  sevgilisini  boğandan  sonra  intihar 



etmək  ərəfəsindəki  etirafı,  Dezdemonanın  nəşinə  müraciətlə  de-

diyi  son  sözlər  elə  təbii,  həm  də  yanğılı  səslənir  ki,  Azərbaycan 

oxucusu  bu  sənət  möcüzəsinin  arxasında  iki  sənətkarın  həssas 

qəlbinin döyüntüsünü duymuş kimi olur: ingilis dramaturqu Şeks-

pirin və onun Azərbaycan mütərcimi Cavadın! 

 

Çalışın, doğru yazılsın məsələ, 

Qoymayın üstünə bir kəlmə belə. 

Nə də əskiltməyiniz yapdığımı, 

Böylə düzgüncə yazın sapdığımı. 

Pək dərin eşqlə sevmiş bir adam 

Ehtirasata əsir idi müdam. 

Deyə qeyd eyləyiniz aydın, açıq: 

Sonradan duydu könül qısqanclıq, 

Şübhə başlandı, yaman qısqandım, 

Hər yetən fitnəni düzgün sandım. 

Yazınız: burda bir axmaq zənci 

Tapdı dəryada gözəl bir inci; 

İncinin qədrini bilməz axmaq, 

Onu fırlatdı dərinliklərə, bax! 

Ağlamazdım, inanın sözlərimə, 

İndi yaş verməz aman gözlərimə... 

 

Bu misralar Ə.Cavadın “Otello” tərcüməsinin R.Rzanın re-



daktəsilə  1935-ci  ildə  buraxılmış  ilk  nəşrindəndir.  Maraqlıdır  ki, 

sonralar  1962-ci  ildə  görkəmli  teatrşünas  tənqidçimiz  C.Cəfərov 

Şekspirin  “Seçilmiş  əsərləri”ni  tərtib  edərkən  yenə  də  bu  tərcü-

məni əsas götürmüş, 27 illik fasilədən sonra təbii olan bəzi redak-

tə  işlərini  nəzərə  almasaq  (redaktoru  M.Rzaquluzadədir)  onu 

eynilə nəşr etdirmişdir. 




Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə